Məhkəmə qərarları › İş №2-2(115)-777/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-777/2023

15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-777/2023 15.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışa əsasən sahibkarlıq məqsədi ilə Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından Cavabdeh adına qeydə alınmış 0,30 ha torpaq sahəsini və Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, həmin torpaq sahəsində inşasına icazə verilmiş 5 ədəd avtomaşın təmiri sexini və bir ədəd ofis binasını İddiaçı və Cavabdeh ümumi birgə əmlakı hesab edilməsi, onların ümumi birgə əmlakda paylarının bərabər, yəni ikidə bir miqdarda müəyyən olunması, müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququnun tanınması, ödənilmiş dövlət rüsumu hesabına 100 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı bibisi oğlu olmaqla yaxın qohumdur. Uşaq vaxtlarından onlar yaxın münasibətdə olmuşlar və gənc yaşlarında birgə biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar Xırdalan şəhərində yerləşən VAZ-ın Bakı mərkəzindən maşınlar alıb gətirib Gəncə şəhərində satmaqla qazanc əldə etmişlər. Birgə əldə etdikləri qazanc hesabına 2004-cü ildə Xanlar (indiki Göygöl) rayonunun Quşqara qəsəbəsində yerləşən Qızılca kəndinin ərazisindən 0,3 ha torpaq sahəsi almışlar. Aralarında olan razılığa əsasən və yaxın qohum olduqlarından birbirinə olan dərin inamı və etibarı, habelə səmimi münasibəti nəzərə alıb torpaq sahəsini Cavabdeh adına sənədləşdirmişlər. Belə ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, Cavabdeh Xanlar (indiki Göygöl) rayonunun Qızılca Bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsində, torpağa mülkiyyət hüququna dair dövlət aktında cizgidə göstərilən sərhəd daxilində, avtomobillərin alqısatqısını təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoserviz və digər köməkçi binalar tikməsinə icazə verilmişdir. DƏDRX-nin Gəncə Şəhər Ərazi İdarəsinin verdiyi 11 aprel 2007-ci il tarixli 1507025-40 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH 000139 nömrəli çıxarışla Cavabdeh adına Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından sahibkarlıq məqsədi ilə 0,30 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər alınmış torpaq sahəsindən avtosalon kimi istifadə etmişlər və həmin torpaq sahəsində 4 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası inşa etmişlər. Tikinti işlərini və obyektin idarəçiliyini İddiaçı həyata keçirmiş və bütün pul ödənişlərini də o, etmişdir. Ödənişlər obyektin fəaliyyətindən əldə olunmuş gəlir hesabına həyata keçirilmişdir. Lakin həmin məbləğ az olduğundan İddiaçı torpaq sahəsini girov qoymaqla Cavabdeh adına, öz şəxsi avtomaşınını girov qoymaqla isə həyat yoldaşının adına bankdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik yarandığından Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borcları tam ödəmişdir. 2011-ci ildə Cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan İddiaçı Cavabdeh Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Obyektin normal fəaliyyət göstərməsi üçün vergi orqanlarında qeydiyyata düşmək zərurəti yarandığından tərəflər arasında formal olaraq icarə müqaviləsi bağlamaq lazım gəlmişdir. Bu məqsədlə 2013-cü ildə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında İddiaçı adına vergi orqanında VÖEN açdırılmışdır. Müqavilədə hər ay icarəçiyə 160 manat icarə ödənilməsi barədə olan şərt tərəflər arasında olan razılaşmaya əsasən və obyektin şərikli olması səbəbindən formal olmuşdur. Ona görə də İddiaçı Cavabdeh heç bir icarə haqqı ödəmək öhdəliyi olmamışdır. Obyektin iş fəaliyyəti belə olmuşdur ki, öz avtomobillərini satmaq istəyən şəxslər avtomobili gətirib avtosalona yerləşdirmiş, avtomobil satıldıqda isə həmin şəxsdən 200 manat məbləğində salon pulu deyilən pul almışdır. 2000-ci ilin axırlarında Cavabdeh DAEWOO şirkətinin maşınlarını satmaq üçün müqavilə bağladığını bildirib və həmin müqavilə əsasında müstəqil fəaliyyət göstərmək istədiyini bildirmişdir. İddiaçı buna etiraz etməmiş, hər biri ayrı-ayrılıqda fəaliyyət göstərmişdir. Həmin vaxtdan tərəflər arasında fikir ayrılıqları yaranmışdır. Yaranmış fikir ayrılıqları getdikcə böyüyərək 2010-cu ilin axırlarında kəskin ziddiyyətlərə çevrilmişdir. Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər edərək, guya iddiaçının ona icarə haqqı hesabına pul borcu olduğunu, ona qarşı dələduzluq etdiyini bildirmişdir. Onun müraciəti Göygöl rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırılmış, lakin Cavabdeh şikayəti üzrə toplanmış materialda heç bir dələduzluq və ya digər cinayət əməlinin tərkib əlamətləri olmadığından, 22 mart 2021-ci il tarixli qərarla İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan bununla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Buna baxmayaraq, Cavabdeh DİN- in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər etməyə davam etmişdir. Göstərilənlərə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən sahibkarlıq məqsədi ilə Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından Cavabdeh adına qeydə alınmış 0,30 ha torpaq sahəsi və Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, həmin torpaq sahəsində inşasına icazə verilmiş 5 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası iddiaçı X23 və Cavabdeh ümumi birgə əmlakı hesab edilməli, onların ümumi birgə əmlakda payları bərabər, yəni ikidə bir miqdarda müəyyən olunmalı, müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququ tanınmalıdır. Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazisindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın təmir sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 84150 manat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı tələbini qəbul etmirlər, iddia ərizəsinin dəlilləri həqiqətə uyğun deyildir, əsasları isə təmamilə qanunsuzdur. İlk olaraq onu bildirirlər ki, İddiaçı Cavabdeh doğma dayısı oğludur. Cavabdeh avtombillərin satışı ilə məşğul olurdu. Ona Xanlar rayon icra Hakmiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, Xanlar rayonu Qızılca kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqlarından sahibkarlıq məqsədilə 0,30 ha ayrılmışdır. O, həmin torpaq sahəsində 150 kv.m olan ofis binası, 5 ədəd avtomaşınların təmiri üçün sexlər tikdirmişdir. Bütün bu işləri öz vəsaiti hesabına aparmışdır. Həmin əraziyə elektrik xətti çəkdirərək transformator quraşdırmışdır. Anarın aparılan bu təmir-tikinti işlərindən ümumiyyətlə məlumatı olmamışdır. Bu işlərin təşkilinə, o cümlədən təmirinə və tikintisinə Anar tərəfindən heç bir vəsait qoyulmamışdır. Cavabdeh həmin vaxtlarda müxtəlif markalı avtomaşınların satışını aparırdı. Anarı bu işlərə məhs o, cəlb etmişdir. O qohumu oduğundan ona bütün işlərinin aparılmasını da həvalə edirdi. Anar 2008-ci ildən ondan ayrılmışdır. Həmin vaxtdan 2012-ci ilədək Anar müxtəlif təyinatlı işlərlə məşğul olmuşdur. Bu müddətdə Cavabdeh onunla ümumiyytələ görüşməmişdir. Anar getdkidən sonra onun işlərinin dövriyyəsi artmışdır. Müxtəlif avtomobillərin satışını təşkil edə bilmişdir. Anar fəaliyyətlərinin genişlənməsindən xəbər tutduqdan sonra geri qayıdıb onunla işləməyinin mümkünlüyünü xahiş etmişdir. Anar ərazidə onun üçün VAZ 2107 markalı rus avtmobillərinin satışına icazə verməsini xahiş etmiş, bir müddət ona razılıq verməmişdir. Atasının xahişindən sonra ona istədiyi şəraiti Cavabdeh yaratmışdır. Anar öz maşınlarının satışını aparırdı, onun işlərinə də heç bir köməyi olmamışdır. Təxminən, 2013-cü ildə cavabdehə başqa əlverişli təklif gəldiyindən o, Bakıya getməli olmuşdur. Anar həmin yeri ona icarəyə verilməsini xahiş etmişdir. Razılığa əsasən Anar hər ay ona 500 dollar pul ödəməli idi. Lakin Anarın təkidi ilə aralarında bağlanmış icarə müqaviləsində icarə haqqını 160 manat kimi qeyd etmişlər. Bu barədə Cavabdeh Anarla xx.xx.2013-cü il tarixdə icarə Müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin 5.1-ci bəndinə əsasən icarə müddəti 2013-cü ildən 2018-ci ilədək 5 il müəyyənləşdirildi. Lakin həmin bəndə əsasən əgər tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə müqavilə həmin müddətə uzadılmış hesab edilir. Anar bir müddət, təxminən 9 ay ona hər ay üçün 500 dollar pul ödəmişdir. Bundan sonra Anar heç bir ödəniş etməmişdir. O qohumu olduğundan Cavabdeh onu tez-tez narahat etmirdi. İddiaçı ona işlərinin yaxşı olmadığını satışın dövriyyəsinin aşağı düşdüyünü bildirərək ona tezliklə bütün borclarını bağlayacağını söz vermişdir. O, Anara hələ də etibar etdiyindən onun bütün söylədiklərinə inanırdı. Lakin ona təsadüfən verilən məlumatdan bilmişdir ki, Anarın işləri heç də onun söylədikləri kimi pis olmamışdır. O isə bu müddət ərzində məni onu icarə haqqı belə verməkdən imtina etmişdir. Bundan sonra 2019-cu ilədək Cavabdeh onu gözləmişdir. Həmin müddətdə o dəfələrlə həmin ərazinin ona satılmasını xahiş etmişdir. Lakin obyektin satılmasına Cavabdeh razılıq verməmişdir. Anarın bütün bu hərəkətlərindən sonra ondan bütün ödənilməmiş icarə haqlarının ödənilməsini tələb etmişdir. Onun tərəfindən Anara Pretenziya məktubları göndərilmişdir. Pretenziyaya cavabda "pandemiya" ilə bağlı işlərin yaxşı olmadığından icarə haqlarının vaxtında ödəilmədiyni qeyd edərək müqavilədə müəyyən edilmiş 160 manatın icarə haqının ödənilməyinə hazır olduğunu və bununla bağlı müvafiq Bank hesabının təqdim edilməsini xahiş etmişdir. Cavabdeh icarə haqqı olaraq 160 manat pulun ödənilməsinə razı olmayaraq ona növbəti Preteneziya göndərərək keçən 9 il müddətində hər ay üçün 500 ABŞ dolları məbləğində icarə haqqlarının ödənilməsini, qeyri-yaşayış sahəsinin boşaldılmasını və icarə müqaviləsinə xitam verilməsini tələb etmişdir. İddiaçı Cavabdeh bu tələbini də yerinə yetirməmişdir. Bundan sonra Cavabdeh onun barəsində müxtəlif polis orqanlarına müraciət etmişdir. İddiaçı iddia ərizəsində həmin qeyri- yaşayış sahəsinə sərmaye qoyduğunu, onun ailəsinə yardım etdiyini göstərmişdir. İddiaçı bütün bu dəlilləri təmamilə əsassızdır və həqiqətə uyğun deyildir. Anar Cavabdeh ünvanlamış pretenziyalara cavab məktublarında ona qarşı heç bir tələb irəli sürməmişdir. Əgər onun qeyri-yaşayış sahəsinin təmir və tikintisində torpaq sahəsinin alınması və ayrılmasında hər hansı bir iştirakı olsaydı, o, Cavabdeh qarşı pretenziyalarını bildirmiş olardı. Ona görə də hesab edir ki, İddiaçı ona qarşı iddia tələbi təmin edilməməlidir. İşin hazırki halında Cavabdeh də İddiaçı qarşı tələb irəli sürüb aralarındakı icarə müqaviləsinə xitam verilməsini, ona dəyən zərərin, həmçinin torpaq sahəsi və qeyri-yaşayış sahələrindən çıxarılma və ödəniləməyən icarə haqqlarının ödənilməsini tələb etməlidir. İcarə haqqı olaraq İddiaçı ona olan borcu hər ay üçün 500 dollar olmaqla 9 il müddətinə 49500 (qırx doqquz min beş yüz dollar-(84150 səksən dörd min yüz əlli manat) təşkil edir. Həmin torpaq sahəsində ona məxsus 25 tonluq dəmirdən düzəldilmiş 5000 manat dəyərində su çəni vardır. Qeyri-yaşayış sahəsini də tam yararlı vəziyyətə təmir edib Anarın istifadəsinə verilmişdir. Qeyri-yaşayış sahəsinin təmir-bərpa işlərinə hazırda 10000 manat vəsait lazımdır. Avtomoyka üçün 2500 manat məbləğində alınmış maşın yuyan "Rotest" avadanlığı və 800 manat dəyəində maşın üçün Tozsoran hələ də Anarın qeyri-qanuni istifadəsindədir. Odur ki, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək özü Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazsindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın temiri sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 84510 manat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun cavabdeh İddiaçı alınaraq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 qarşılıqlı iddia ərizəsinə dair məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazsindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın təmiri sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 84150 manat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat "Rotest" aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat, ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun cavabdeh İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi aşağıda göstərilənlərə əsasən tam əsasızdır. Qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, guya, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Xanlar rayonu Qızılca kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqlarından sahibkarlıq məqsədilə ayrılmış torpaq sahəsində 150 kv.m olan ofis binası və 5 ədəd avtomaşınların təmiri üçün sex tikdirmiş və bütün bu işləri öz vəsaiti hesabına aparmış, İddiaçı aparılan təmir-tikinti işlərindən ümumiyyətlə məlumatı olmamışdır. Qarşılıqlı iddia ərizəsində bu barədə göstərilənlər tam əsassız olmaqla, həqiqətə uyğun deyildir. Belə ki, tərəflər alınmış torpaq sahəsindən avtosalon kimi istifadə etmişlər və həmin torpaq sahəsində 4 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası inşa etmişlər. Tikinti işlərini və obyektin idarəçiliyini İddiaçı həyata keçirmiş və bütün pul ödənişlərini də o etmişdir. Ödənişlər obyektin fəaliyyətindən əldə olunmuş gəlir hesabına həyata keçirilmişdir. Lakin həmin məbləğ az olduğundan İddiaçı torpaq sahəsini girov qoymaqla Cavabdeh adına şəxsi avtomaşını girov qoymaqla isə həyat yoldaşının adına bankdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka İddiaçı ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik, yarandığından Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borcları tam ödəmişdir. 2011-ci ildə Cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan İddiaçı Cavabdeh Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Kreditlərin götürülməsi barədə sənədlər məhkəmə iclasında təqdim olunacaqdır. Qarşılıqlı iddia ərizəsində göstərilən digər fakt, yəni İddiaçı 2008-ci ildə ayrılaraq başqa təyinatlı işlərlə məşğul olması barədə göstərilənlər əsassızdır. Belə ki, 2008-ci ildə tərəflər artıq şərikli formada tikinti işlərini başa çatdırmış, obyekt hazır formada fəaliyyət göstərmişdir. Həmin vaxt Cavabdeh özü müstəqil surətdə Özbəkistan Respublikasında istehsal olunan Daewoo markalı avtomaşınların satışı ilə məşğul olmaq istədiyini bildirib, İddiaçı isə VAZ 2107 markalı avtomaşınların satışı ilə məşğul olmaqda davam etməsini təklif etmişdir. Tərəflər bu barədə razılığa gəlmişlər. Daha sonra qarşılıqlı iddia ərizəsində Cavabdeh göstərdiyi digər fakt, yəni İddiaçı obyektin ona icarəyə verilməsini, hər ay ona 500 dollar məbləğində pul ödəməsi ilə bağlı göstərdikləri də əsassızdır. Belə ki, İddiaçı tərəfindən belə xahiş və təklif edilməmişdir. İddiaçı yalnız kredit götürülməsi, sosial ödənişlərin rəsmiləşdirilməsi, bunun üçün vergi orqanlarında qeydiyyata alınması üçün formal olaraq icarə müqaviləsinin bağlanmasını təklif etmişdir. İcarə müqaviləsi məhz bu məqsədlə bağlanmışdır. Şərikli obyektdə şəriklərdən birinin digərinə aylıq pul ödəməsi ağlabatan söhbət deyildir. Formal olan icarə müqaviləsinə görə Cavabdeh İddiaçı icarə haqqı tələb etməsi tam əsassızdır. Digər tərəfdən icarə müqaviləsi rəsmi müqavilə olsaydı belə, Cavabdeh İddiaçı icarə haqqı tələb etməsi qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göstərilən iddia müddəti Cavabdeh tərəfindən heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. İddia müddətinin tətbiqi ilə bağlı ayrıca ərizə təqdim olunacaqdır. Qeyd olunan icarə müqaviləsinin formal olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, icarə müqaviləsində ofis binasının yalnız 32 kv.m dən ibarət olan giriş hissəsinin icarəyə verilməsindən söhbət gedir. Qarşılıqlı iddia ərizəsində daha sonra göstərilir ki, İddiaçı Cavabdeh tərəfindən ona göndərilən pretenziyalara cavab məktublarında ona qarşı heç bir tələb irəli sürməmişdir, əgər onun qeyri-yaşayış sahəsinin təmir və tikintisində torpaq sahəsinin alınması və ayrılmasında hər hansı bir iştirakı olsaydı, ona qarşı pretenziyalarını bildirmiş olardı. Qarşılıqlı iddia ərizəsində bu barədə göstərilənlər də tam əsassızdır. Belə ki, həmin vaxt Cavabdeh Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə etdiyi şikayət əsasında İddiaçı həmin idarəyə aparılaraq 5 gün orada qanunsuz olaraq saxlanılmışdır. Həmin vaxtı İddiaçı yaxın qohumları ilə müqavilə bağlamış vəkil pretenziyalara cavab vermişdir. O, işin mahiyyətinə yaxından bələd olmadığından cavab məktublarında bu barədə heç bir məlumat qeyd etməmişdir. Qarşılıqlı iddia ərizəsində tələb olunan su çəni mövcud olmaqla hazırda da obyektdədir. Avtoyuma üçün istifadə olunan avadaqjqılar barədə qoyulmuş tələb də əsassızdır. Göstərilənlərə əsasən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Göygöl rayonu, Qızılca kəndi ərazsindəki 0,30 ha torpaq sahəsindən MH ******* nömrəli çıxarışa əsasən və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın təmiri sexlərindən, ofis binasında çıxarılması, ödənilməyən icarə haqqında görə 84150 anat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat "Rotest" aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat, ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq Cavabdeh ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi rədd edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiası tam təmin edilməlidir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 Göygöl Rayon Məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsindən və onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazsindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın təmiri sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 84150 manat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat "Rotest" aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat, ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun cavabdeh İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh göstərdiyi fakt, yəni İddiaçı obyektin ona icarəyə verilməsini, hər ay ona 500 dollar məbləğində pul ödəməsi ilə bağlı göstərdikləri əsassızdır. Belə ki, İddiaçı tərəfindən belə xahiş və təklif edilməmişdir. İddiaçı yalnız kredit götürülməsi, sosial ödənişlərin rəsmiləşdirilməsi, bunun üçün vergi orqanlarında qeydiyyata alınması üçün formal olaraq icarə müqaviləsinin bağlanmasını təklif etmişdir. İcarə müqaviləsi məhz bu məqsədlə bağlanmışdır. Şərikli obyektdə şəriklərdən birinin digərinə aylıq pul ödəməsi ağlabatan söhbət deyildir. Formal olan icarə müqaviləsinə görə Cavabdeh İddiaçı icarə haqqı tələb etməsi tam əsassızdır. Digər tərəfdən icarə müqaviləsi rəsmi müqavilə olsaydı belə, Cavabdeh İddiaçı icarə haqqı tələb etməsi qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göstərilən iddia müddəti Cavabdeh tərəfindən heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Odur ki hazırki iş üzrə iddia müddətini tətbiq edib qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-899/2022 nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmiş, İddiaçı cavabeh Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013- cü il tarixdə bağlanılmış müqavilə əsasında 8 il 3 ay (yəni 99 ay) hər ay 160 manat olmaqla, cəmi 15840 ( on beş min səkkiz yüz qırx ) manatın İddiaçı alınıb Cavabdeh verilməsi, tərəflər arasında bağlanılmış xx.xx.2013-cü il tarixli İcarə müqaviləsinə xitam verilməsi, İddiaçı Cavabdeh məxsus Göygöl rayonunun Qızılca kəndi ərazisindəki,0.30 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş avtomobil sexi və ofis binasından çıxarılması, dövlət rüsumuna görə Cavabdeh tərəfindən ödənilmiş 392 manat 45 qəpik manatdan 137 manat 52 qəpik İddiaçı alınaraq Cavabdeh verilməsi və dövlət rüsumunun 254 manat 93 qəpik hissəsinin ilə Cavabdeh aid edilməsi və işə baxılması ilə əlaqədar iddiaçının ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-970/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-899/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Sonuncu dəfə qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazisindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın təmiri sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 92650 manat 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 110950 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 400 manat 95 qəpik pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəflə qohumdurlar, 20 il əvvəl, yəni 2004-cü ildə bir yerdə torpaq sahəsi almışlar. Həmin torpaq mübahisəli bir ərazidə yerləşdiyi üçün 2007-ci ildə sənədləşdirmə işlərini bitirmişlər. Orada avtomobil alğı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, 5 gün orada saxlanılmışdır. Aralarındakı mübahisələr bu cür yaranmışdır. O, öz obyektində icarə haqqı ödəmək istəmir. Onlar torpaq sahəsini bir yerdə 2004-cü ildə 13000 ABŞ dollarına almışdırlar. Pulun hamsını özü vermişdir. Mübahisəli ərazi olduğu üçün Bələdiyyə ilə müqavilə bağlamışlar. Pulu Bəndər müəllimə hissə-hissə ödəyibdirlər. Sənəd ona görə onun adına alınmamışdır ki, onların arasında etibar olubdur. Bu torpaqdan başqa əmlakı yoxdur. Obyekt 2006-2007-ci illərdə tikilibdir. Həmin torpaq sahəsi alınanda boş sahə idi və onlar sonradan orada obyekt tikmişlər. Həmin ərazini girov qoyub 50000 ABŞ dolları kredit götürüblər. Obyekti onların ikisi tikib və obyektə 100000 manat xərc çəkmişlər. 50000 dollar borcu təkcə o ödəmişdir. 2013-cü ildə VÖEN açdırmaq üçün aralarında icarə müqaviləsi bağlanılmışdır. Fikrət həmin vaxt Rusiya Federasiyasına getməli olduğundan, ona bank kredit versin deyə icarə müqaviləsini formal bir şəkildə bağlamışlar. O, heç bir icarə ödənişini etməmişdir. Obyektdə 5 ədəd təmir sexi var. Təmir sexinin 2-si onun payıdır, 2-si qarşı tərəfindir. Təmir sexinin 2-sini istifadə edir, 3-ü istifadə olunmur. 2013-cü ildə aralarında 5 il müddətinə formal icarə müqaviləsi bağlanılmışdır. Müddət bitsə də, müqavilə ləğv olunmayıbdır. Həmin obyekti hələ də işlədir. Bu iş üzrə əsas şahid Fikrətin atasdır. Onun məhkəmə iclasında şahid qismində iştirak etməsi zəruridir. O, 500 ABŞ dolları icarə haqqı barədə heç bir razılığa gəlməmişdir. Ümumiyyətlə, icarə müqaviləsinə görə heç bir ödəniş etməmişdir. 10000 manat təmir xərcindən söz gedir. O, öz obyektini işlətmişdir, təbii ki, təmiri köhnələ bilər. Bundan başqa qeyd olunan su çənini onun atası almışdır. Tozsoranı almışdır, ancaq indi yoxdur. Avtoyuma aparatı isə orada heç vaxt olmayıbdır. Obyektin tikintisi 2007-ci ildə bitib .50000 dollar krediti onun adına götürüblər və krediti o, tək ödəmişdir. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə tərəflər bibioğlu-dayıoğludurlar. Bir yerdə avtomobil satışı ilə məşğul olublar. 2013-cü ildə kredit götürmək üçün aralarında formal olaraq icarə müqaviləsi bağlayıblar. Bütün rəsmi sənədlər Cavabdeh daha savadlı olduğu üçün onun adına qeyd olunubdur. Hesab edir ki, tərəflər arasında barışıq sazişi bağlanıla bilər. İddiaçı torpağın 1/3-ni,yəni 10 sot-luq hissəsini istəyir. Belə ki, icarə haqqı ödənişinin aralarında olan şifahi razılaşmaya əsasən 500 ABŞ dolları olduğunu qeyd etsə də, bu halı sübut edən heç bir sənəd təqdim edə bilmir. Eyni zamanda ilk iddia üzrə iddiaçının 9 ay icarə haqqı ödənişini ödədiyini də qeyd edir, lakin bu faktı sübut edən heç bir sənəd təqdim etmir. İş üzrə bütün sübutlarını məhkəməyə təqdim etmişlər ,lakin şahidləri vardır. İlk iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi texniki pasport sənədin əsli deyil. Sənədin əsli onlardadır. Qarşılıqlı iddia əsassızdır. İcarə müqaviləsi formaldır. Müqavilə üzrə iddia müddəti 3 ildir. İddia müddəti ötürülübdür. İddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim ediblər. İddia müddəti 9 ay qeyd etdikləri ödəniş olub dayandıqdan sonra 2015-ci ilin sentyabrından hesablanmalıdır,çünki vaxtaşırı ödənilməli olan öhdəliklər maddəsinə istinad edirlər. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsini 2004-cü ildə almışdır, sənədləşdirmə işlərini həll edib, obyekti tikmişdir. Daha sonra həmin torpağı İddiaçı icarəyə vermişdir. 9 ay icarə haqqını ödədikdən sonra ödənişləri həyata keçirə bilmədi. Buna görə də, aralarında mübahisə yarandı. Qarşı tərəf ona olan icarə haqqı borcunu ödədikdən sonra, yeni şərtlərlə müqavilə bağlanıla bilər və yenidən həmin yerdə işləməyə davam edə bilər. Eyni zamanda qarşı tərəf onu da qeyd edir ki, icarə müqaviləsi formal şəkildə bağlanılmamışdır. Torpağı Bələdiyyədən boş şəkildə alıblar və ödənişi də özü etmişdir. O, həmin torpaq sahəsini öz pulunla almışdır. 2006-ci ildə artıq obyekt tikilmişdir. Sahəsi 450 m2 -dir, çıxarışı da var. Çıxarış heç bir bankda yüklü deyil. Obyekt girovdan çıxarılıbdır. Tikililəri sərəncam əsasında tikmişdir, çıxarışı yoxdur. Sərəncam onun adınadır. xx.xx.2013-cü il tarixindən indiyədək olan icarə haqqını qarşı tərəfdən istəyirlər. Məhkəmə prosesinin müddəti uzadığına görə iyun ayını da bu müddətə daxil etmişdir. Müqavilədə hər ay üçün 160 manat, ancaq aralarındakı razılaşmaya əsasən aylıq 500 ABŞ dolları icarə haqqı müəyyən olunmuşdur. İcarə haqqına ödənişi 9 ay ərzində ödəmişdir, bu da 450 dolları edir. Həmi 4500 dolları ümumi məbləğdən çıxmışdır. Aralarında icarə haqqı ilə bağlı şifahi razılaşma olubdur. İcarə haqqı müqavilədə rəsmi olaraq 160 manat qeyd olunsa da, aralarındakı şifahi razılaşmaya əsasən bu məbləği 500 ABŞ dolları müəyyən etmişlər. Ümumilikdə, qarşı tərəf ona 9 ay ödəniş etməklə 4500 dollar ödəmişdir. Obyektdə 25 tonluq çən var idi, hal-hazırda yoxdur. Obyektin təmiri pis vəziyyətdədir, buna görə 10000 manat təmir xərci nəzərdə tutulmuşdur.”Rotes” avtoyuma aparatını 2006-ci ildə almışdır. Həmin obyektdə Anarın 1 manatda olsun vəsaiti olmamışdır. Torpaq sahəsi onun vəsaiti hesabına alınıb. Bütün xərclərdə onun tərəfindən çəkilmişdir. Odur ki, qarışılıqlı iddianın təmin olunmasını, ilk iddianın isə rədd olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, illkin iddia əsassızdır, formal mülahizəyə əsaslanılır. Pretenziya məktubuna cavabda qarşı tərəf qeyd etmişdir ki, pandemiya ilə əlaqədar olaraq borcun ödənişlərini gecikdirmişdir. Bundan əvvəl ödənilmiş icarə haqqı ödənişləri də sübut kimi məhkəməyə təqdim olunmuşdur. Müqavilə münasibəti kəsilmədiyinə görə iddia müddəti ötməmişdir. Ərizədə borcunu ödəyəcəyini, pandemiya dövrünə düşdüyünə görə ödəyə bilmədiyini qeyd etmişdir. Göygöl Rayon Məhkəməsində şahidlər dindirilmişdir. Bütün işçilər də sübut etmişdir ki, rəhbər kimi Fikrəti tanıyırlar. Qarşı tərəfin gətirdiyi şahidlərin hamısı da qohumları olublar. İlk iddia əsassızdır ilkin iddiaçının orada pay hüququ tanınan bilməz.İcarə ödənişi sadəcə formal olaraq 160 manat göstərilmişdir.Faktiki olaraq 500 ABŞ dolları kimi göstərildiyindən 109 aya həmin məbləğlə hesablanmalıdır. Odur ki, qarışılıqlı iddianın təmin olunmasını, ilk iddianın isə rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X12 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsi onun öz adına olub. Anar və Müşviq vasitəçi olmuşdur. Torpağa dair alqı-satqı notariusda Cavabdeh ilə olmuşdur. Torpağın pulunu isə İddiaçı verib. Həmin torpaq 30 sotdan ibarət idi. Alqısatqıda atası da iştirak edib. Razılığa gəlinməsində atasının rolu böyük olub. Alqı-satqı 2005-ci ildə baş tutmuşdur. Həmin vaxtı onun 27 yaşı var idi. Torpaq 12 min ABŞ dollarına satılıb və pulu hissə-hissə ödənilib. Torpağın pulunun verilməsində İddiaçı köməyi olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X15 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildə icarə müqaviləsini özü hazırlamışdır. Alqı-satqını 160 manata sənədləşdirmişlər. Həmin vaxtı Cavabdeh İddiaçı torpağı icarəyə vermişdir. Avtomaşın salonu da həmçinin icarə müqaviləsinə daxil olmuşdur. Onlar öz aralarında 500 manat qarşılığında şifahi razılığa gəlmişlər. Özü həmin obyektdə rəsmi işləmişdir. Əmək müqaviləsi olmuşdur. Əldə olunan gəlir kassaya daxil edilirdi və kitablarda qeyd olunurdu. Qazancın hamısı Cavabdeh verilirdi. Özü 300 manat əmək haqqı alırdı. Həmin əldə edilən gəlirdən Cavabdeh İddiaçı nə qədər pul verdiyini bilmir. İcarə müqaviləsi obyektin 0.3 ha hissəsinə bağlanıb. Anar onun yeznəsidir. Cavabdeh bacanağıdır. 2004-cü ildə İddiaçı ilə özü Bakı şəhərindən avtomaşın gətirirdilər. Sonra gətirib salonda satmağa başladılar. Bir müddət Cavabdehlə də Bakı şəhərindən avtomaşın gətirmişlər. 2013-cü ilə qədər orada işləmişdir. İddiaçı torpağa və tikintiyə görə Unibankdan kredit pul götürmüşdür. Obyekt tikilən zaman ustanın pulunu da Anar ödəmişdir. Hazırda Cavabdehlə özünün münasibəti normaldır. Bankdan pul İddiaçı adına götürülsə də, əldə edilmiş birgə gəlirdən həmin kredit borcu ödənmişdir. Həmçinin Cavabdeh və İddiaçı təklifi ilə salonda maşın satmaq ona da tapşırılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X2 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı işçisi olmuş, Cavabdeh tanımamış, həmin yerdə 1 il menecer vəzifəsində işləmiş, hər avtomaşının daşınması üçün İddiaçı ona 100 ABŞ dolları vermiş və işlədiyi dövrdə cəmi 20-30 avtomaşın daşımışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X1 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus mebel mağazasının qabağında boş yer var idi. Həmin boş olan ərazi ilə əvvəl İddiaçı gəlib maraqlanmış və bir müddətdən sonra isə Cavabdeh gəlib maraqlanmışdır. İddiaçı maraqlanan vaxt ona demişdir ki, bura kirayədədir. Sonra İddiaçı ona 8000 ABŞ dollarına başqa yer aldığını bildirmişdir. Cavabdeh və İddiaçı aldıqları ərazidə bir yerdə şərik işləmişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X8 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, İddiaçıla yaxın dostdurlar. Bəndər Əliyevi İddiaçıla özü tanış etmişdir. Sonra eşitmişdir ki, torpağı alıblar. Özündə olan məlumata görə Cavabdeh və İddiaçı şərik olublar. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X4 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh xalası, İddiaçı isə bibisidir. İddiaçı atası, Cavabdeh də anası yoxdur. Özü onların barışmasını istəyir və təklif edir ki, həmin mübahisəli yeri Fikrətlə Anar bərabər şəkildə öz aralarında bölsünlər. Çünki onlar qeyd olunan obyekti şərikli işlədiblər. Obyektin sənədləri Cavabdeh olsa da, o yeri işlədən İddiaçı olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X9 Rayon Məhkəməsində verdiyi ifadəsində Cavabdeh xalası, İddiaçı isə bibisi olmasını, özünün onların barışmasını və bir yerdə işləyib uşaqlarına çörək pulu qazanmasını istəməsini və İddiaçı qeyd olunan obyektdə haqqının daha çox olmasını öz ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X13 Rayon Məhkəməsində verdiyi ifadəsində Cavabdeh xalası olmasını, onun Anarla şərik olmasını, sözü gedən torpağı özünün onlara hədiyyə etməsini, eni 7 metr, uzunluğu 15 metr olan damı 8000 ABŞ dollarına özü İddiaçı satmasını, həmin damın sahibinin isə özünün dostu olmasını və sonradan vəfat etməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X21 Rayon Məhkəməsində verdiyi ifadəsində Firkət Quliyevin onun xalası oğlu olmasını, Fikrətlə Anarın həmişə bir yerdə işləmələrini, 2004-2005-ci illərdə özünə məxsus avtomaşını həmin obyektdə saxlayıb evə gəlməsini, obyekti kimin tikməsi barədə heç bir məlumatı olmamasını, su çəninin və beton pilitələrinin İddiaçı pulu ilə gedib almalarını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X24 Rayon Məhkəməsində verdiyi ifadəsində İddiaçı qayınatası olmasını, mübahisəlli obyektin tikilməsində İddiaçı bankdan kredit pul götürərək həmin yeri təmin elətdirməsini, oğlu Pirxanın da orada işləməsini, Cavabdeh İddiaçıla şərik olmasını Cavabdeh özünün ona deməsini, onların şərik olması ilə bağlı məhkəməyə flaşkart təqdim etməsini və sözügedən flaşkartda səs yazısı ilə onların şərik olmasının sübut oluna biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X5 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onu obyektdə mühasib kimi işə götürmüşdür. 2007-2013-cü illərdə sözügedən obyektdə işləmişdir. Özü orada işə başlayanda artıq hər şey hazır idi. İddiaçıla və Cavabdeh şərikli olmaları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X10 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Həbib Fərəcullayev onun müdiri olub. Özü 2004-cü ildən mebel satışı ilə məşğul olur. Həmin mağaza Cavabdeh və İddiaçı avtomaşın salonunda yerləşir. 2004-cü ildə A. Namazovun atası onun dayısına bildirmişdir ki, sözügedən salonun yerləşdiyi torpaq sahəsini almaq istəyir. Nəticədə 2005-2006-cı illərdə qeyd olunan torpaq sahəsini aldılar. Sonra Cavabdeh və İddiaçı həmin torpaq sahəsində özlərinə maşın salonu tikdilər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X6 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, həmin obyektin təməlini özü qoymuşdur. Belə ki, özü hörgüçüdür. Obyektin divarlarını axıra qədər özü hörmüşdür. 2005-2006-cı illər arası obyektin tikintisində özü iştirak etmişdir. Divarın hörülməsinə çəkilən bütün xərclərin pulunu Cavabdeh ona ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X16 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh onun qonşusudur. Obyektin sahibi kimi Cavabdeh, obyektin işçisi kimi isə Anarı tanımışdır. Özü oradan dəfələrlə avtomaşın almışdır. Həmin vaxtlar Fikrət Anardan uzun müddətli yığılmış arendanın pulunu istəyirdi. Özü oradan 2011-ci ildə ağ “Prado” markalı avtomaşını alan vaxt İddiaçı ona bildirmişdir ki, bu obyekti icarəyə götürdüyünə görə hər ay Cavabdeh arenda pulu ödəyir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X7 Rayon Məhkəməsində verdiyi ifadəsində özünün qaynaqçı işləməsini, mübahisəli obyektin dam örtüyünü özünün yığmasını, 2006-2007-ci illərdə orada 10 gün işləməsini, 1500-2000 ABŞ dollar iş pulunu 2 dəfə olmaqla Cavabdeh ona ödəməsini, İddiaçı sözügedən avtomaşın salonunda işçi kimi maşın satmasını öz ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X17 Rayon Məhkəməsində verdiyi ifadəsində özünün qaldırıcı kran maşınının sürücüsü olmasını, özünün qeyd olunan obyektin tikintisinin başa çatana kimi orada işləməsini, beton blokları düzməyi və başqa ağır yükləri də özünün eləməsini, bunun müqabilində bütün görülən işlərin xərclərini Cavabdeh ona ödəməsini və İddiaçı həmin yerdə işçi olmasını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X14 Rayon Məhkəməsində verdiyi ifadəsində suvaqçı işləməsini, Cavabdeh məxsus obyektdə bütün suvaq işlərini özünün görməsini, özündən başqa oğlu, rəhmətə gedən Vidadi və Eyvazın da 20 gün sözügedən obyektdə işləməsini, obyekdə görülən işlərin pulunu Cavabdeh ona ödəməsini və İddiaçı tanımamasmı bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X3 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, “Kamaz” markalı avtomaşının sürücüsüdür. Obyektin tikintisində Zəyəm Daş karxanasından 4-5 reys mişar daş gətirmişdir. Ona sifarişi Cavabdeh özü vermiş və həmin işin pulunu da Cavabdeh ona ödəmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X18 Rayon Məhkəməsində verdiyi ifadəsində plastik ayna qapı ustası olmasını, iddiada qeyd olunan obyektin bütün ayna qapı işlərini, obyektin arxasında yerləşən sanitar qovşağın pənəcərələrini özünün hazırlamasını, işin görülməsinə görə 200 (iki yüz) şirvandan çox pulun Cavabdeh ona ödəməsini, mübahisəli obyektdə işləyən vaxt İddiaçı orada satıcı işləməsini təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış şahid X22 Rayon Məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, özü uzun müddət Rusiya Federasiyasında yaşamışdır. 2014-cü ildə Fikrətə məxsus obyekti Cavabdeh 1000 manata icarəyə götürmək istəyirdi. Rusiyadan gələn vaxt Fikrətlə sözügedən obyektlə bağlı söhbəti olmuşdur. Fikrət ona işlərinin düz getməməsini bildirmişdir. Bir müddətdən sonra Fikrətdən yenidən qeyd olunan obyekti icarəyə götürmək istəməsini maraqlananda Cavabdeh ona bildirmişdir ki, artıq bu obyekt icarəyə verilib. İş materiallarında olan 10 avqust 2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh tərəfindən Qızılca rayon bələdiyyə orqanına 10 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Qızılca Bələdiyyə ərazisində 0,30 ha torpaq sahəsinin satılması barədə 2005-ci il 30 iyun tarixli 05 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan JN-1195, Kod-50807005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Xanlar rayonu qızılca Bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli 05 saylı qərarı ilə satılmış 0.30 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamından çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yaşayan vətəndaş Cavabdeh, Xanlar rayon Qızılca bələdiyyəsinin müvafiq qərarı ilə ona satılmış torpaq sahəsində, avtomobillərin alqı-satqısı üçün mağaza, avtomobillərə xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilməsini xahiş etmiş və ona torpağa mülkiyyət hüququna dair Dövlət aktında cizgidə göstərilən sərhəd daxilində avtomobillərin alqı-satqısmı təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Qızılca kəndində yerləşən 0.30 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Cavabdeh ilə İddiaçı arasında bağlanmış İcarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh özünə məxsus Göygöl rayonunun Qızılca kəndində yerləşən 32.0 kv.m olan qeyri yaşayış sahəsini (avtosalonu) hər ay 160 (yüz altmış) manat icarə haqqı olmaqla xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixədək icarəçi İddiaçı icarəyə vermişdir. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə müqavilə həmin müddətə uzadılır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək Göygöl rayonu Qızılca kəndi ərazisində Şəmkir- Gəncə avtomobil yolunun kənarında yerləşən 0,30 ha torpaq sahəsində tikilmiş avtosalonu xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən 5 il müddətinə dayısı oğlu İddiaçı icarəyə vermiş, sonuncu 9 ay icarə haqqını ödədikdən sonra ayrı-ayrı bəhanələrlə ona icarə haqqı olan 12.800 manat və 40.000 ABŞ dolları pulunu ödəməyərək ona qarşı dələduzluq etməsini bildirmiş, qərarın təsviri hissəsindəkilərə əsasən toplanmış materialda İddiaçı əməlində dələduzluq cinayət hadisəsinin olmaması nəzərə alınaraq onun barəsində cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh İddiaçı ilə aralarında yaranmış mübahisənin mülki xarakter olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması ona izah edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanlanmış məktublardan göründüyü kimi Cavabdeh İddiaçı icarə müqaviləsində göstərilən şərtlərə əməl etmədiyinə görə icarə müqaviləsinə xitam verilməsini, icarə haqqının və obyektə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli icarə müqaviləsi üzrə tərəf olan İddiaçı Cavabdeh ünvanlanmış məktubda qeyd olunmuşdur ki, aralarında bağlanmış xx.xx.2013cü il tarixli İcarə Müqaviləsinin 5.1. bəndi nəzərə alınmaqla icarə münasibətlər davam etməkdədir. Belə ki, adı gedən bəndin tələbinə görə, müddəti 5 (beş) illik olan müqavilə üzrə tərəflərdən hər hansı biri bu müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə, müqavilə həmin müddətə uzadılır. Təkzibedilməz haldır ki, bu icarə Müqaviləsi bağlandığı andan hal-hazıradək ona xitam verilməsi ilə tərəflər bir-birlərinə müraciət etməmişdirlər. Adı gedən müqavilənin 2.2.1, 2.2.2 bəndlərində onun icarəçinin üzərinə düşən vəzifələr: icarəyə verilmiş əmlakı ümumiyyətlə, (ona aid sahəsini) saz vəziyyətdə saxlamaq, öz hesabına cari təmir etdirmək və onun saxlanılması üçün bütün zəruri xərcləri çəkmək tərəfindən 2013-2014-cü ilərdən bəri icra olunur və olunmaqdadır. Eyni zamanda, müqavilənin 2.2.5. bəndində nəzərdə tutulduğu kimi, icarə münasibətləri zamanı yaranan vergi öhdəliklərinin icrası/ödənilməsi, müvafiq vergi hesabatlarının vaxtında vergi orqanlarına təqdim edilməsi tərəfindən həyata keçirilir və keçirilməkdədir.(illər üzrə bəzi qəbzlər əlavədə) Bununla belə, bildiyiniz kimi, icarə Müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqı tərəfindən qismən ödənilmiş olsa da, onun mütəmadi/vaxtmda və tam həcmdə ödənilməsi, o cümlədən 2 (iki) il davam edən fors-major hallar- məlum COVİD-19 pandemiyası və onun sahibkarlara münasibətdə fəsadları/zərəri səbəbindən mümkün olmamışdır. Qeyd olunanları və yığılmış/ödənilməmiş icarə haqqının tez bir zamanda ödənilməsinin zəruriliyini nəzərə alaraq xahiş edir ki, tərəfindən icarə haqqının qarşı tərəfə ödənilməsi üçün bank yaxud hər hansı kart rekvizitlərini qısa müddətdə ona- "İcarəçiyə" bildirəsiniz. İş materiallarında olan 07 aprel 2008-ci il tarixli Broker müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən sifarişçi adlandırılacaq "xxxx" MMC-nin direktoru X19 broker adlandırılacaq Cavabdeh arasmda broker öz adından sifarişçinin tapşırığına əsasən sifarişçinin satış işinin təşkili, aparılması, müştərilərlə razılaşmalar və sənədlərin hazırlanması, qeydiyyatı və rəsmiləşdirilməsi tam və qismən yerinə yetirilməsinə və hər birəməliyyat başa çatdıqdan sonra sifarişçi tərəf brokerə 50 manat ödəməli olmasına dair müqavilə bağlanmışdır. 05 yanvar 2010-cu il tarixli müqavilədən görünür ki, İ tərəf Azərbaycan Respublikasının qanunlarına və öz nizamnaməsinə əsasən fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X20 İİ tərəf Cavabdeh arasında Gəncə-Şəmkir şossesi, 7 km tam təmir olunmuş sahədə İ tərəfin avtomobillərinin saxlanmasını təmin etməsi və İ tərəf sahənin və avtomobillərin saxlanması və təhlükəsizliyinin təminatı haqqı olaraq İİ tərəfə hər ay 200 (iki yüz) manat ödəməli olmasına dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 692.2.1-cimaddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər öz aralarında razılığa gələrək xx.xx.2013-cü il tarixdə icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinə əsasən Cavabdeh özünə məxsus olan Göygöl rayonunun Qızılca kəndi ərazisində yerləşən 32 kv.m olan qeyri yaşayış sahəsini (avtosalonu) aylıq icarə haqqı 160 manat olmaqla 2013cü ildən 2018-ci ilədək 5 il müddətinə İddiaçı icarəyə vermişdir. Bundan sonra İddiaçı icarəçi kimi fəaliyyətə başlamış və 10 il mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsinə baxmayaraq, müqavilə üzrə müəyyənləşdirilmiş icarə haqqını ödəməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmasına yəni, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.30 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətində olmasına baxmayaq, İddiaçı heç bir qanuni əsas olmadan Cavabdeh məxsus olan 0.30 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşasına icazə verilmiş tikililərin özü ilə Cavabdeh ümumi birgə əmlakı hesab edilməsi, onların ümumi birgə əmlakda paylarının bərabər, yəni ikidə bir miqdarda müəyyən olunması və müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququnun tanınması tələbi təmin edilə bilməz. Belə ki, yuxarıda sadalanan Mülki Məcəllənin 213.5-ci maddəsinə uyğun olaraq məhkəmə ümumi əşyaya şəxslərin paylı mülkiyyətini o halda müəyyənləşdirə bilər ki, əşya iki və ya bir neçə şəxsin mülkiyyətində olmaqla onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olsun. Bundan başqa, Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı nəzərdə tutulmuşdur ki, ilkin iddia tələbinin əsasında qoyulmuş hallar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsası kimi götürülə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbi əsassız və qanunsuz olmaqla təmin edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin ediməlli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2013-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumu İddiaçı İmamaqulu oğlundan tutularaq Cavabdeh ödənilməli, İddiaçı Cavabdeh məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0.30 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış sahələrindən çıxarılmalıdır. Qarşılıqlı iddia ərizəsinə dair etiraza gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında qüvvədə olan xx.xx.2013-cü il tarixli icarə müqaviləsi mövcuddur. İddiaçı Cavabdehlə aralarında bağlanmış icarə müqaviləsinin formal olmasını və Cavabdeh heç bir icarə haqqı ödəmək öhdəliyinin olmamasını bildirsə də, iş materiallarında olan İddiaçı Cavabdeh ünvanlamış məktubdan aydın olur ki, İddiaçı Cavabdehlə aralarında olan icarə müqaviləsini etiraf edərək aralarında olan icarə münasibətlərinin davam etməkdə olmasını, icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqının özü tərəfindən qismən ödənilməsini, onun tam həcmdə ödənilməsinin 2 il davam edən fors-major hallar-məlum COVİD-19 pandemiyası və onun sahibkarlara münasibətdə fəsadları səbəbindən mümkün olmamasını və qeyd olunanları və ödənilməmiş icarə haqqının tez bir zamanda ödənilməsinin zəruriliyini nəzərə alaraq, özü tərəfindən icarə haqqının Cavabdeh ödənilməsi üçün bank yaxud hər hansı kart rekvizitlərini icarəçiyə bildirilməsini xahiş etmişdir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı öz tələbində 109 aya hər ay üçün 500 ABŞ dolları olmaqla qarşılıqlı iddia üzrə cavabdehdən icarə haqqını tələb etsədə, iş materiallarında olan icarə müqaviləsindən göründüyü kimi, qeyri yaşayış sahəsi aylıq icarə haqqı 160 manat müəyyənləşdirilməklə icarəyə vermişdir. 109 aya aylıq 160 manat icarə borcu isə 17440 manat təşkil edir. Bu halda qarşılıqlı iddianın icarə haqqı ilə bağlı qalan hissəsi təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki qarşılıqlı iddiaçı 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə tələb etdiyi pul məbləği ilə bağlı dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddianın 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə pul tələb edilməsi hissəsi təmin edilə bilməz. İcarə haqqı tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə uyğun olaraq icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində başa çatacağından, qarşılıqlı iddia üzrə iddia müddəti keçə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2013-cü il tarixli icarə müqaviləsi ləğv edilməli, 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumu İddiaçı İmamaqulu oğlundan tutularaq Cavabdeh ödənilməli və İddiaçı Cavabdeh məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0.30 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış sahələrindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2013-cü il tarixli icarə müqaviləsi ləğv edilsin. 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumu İddiaçı İmamaqulu oğlundan tutularaq Cavabdeh ödənilsin. İddiaçı Cavabdeh məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0.30 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş qeyri yaşayış sahələrindən çıxarılsın. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar