Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-81/2021 21.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı Samux Rayon Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması və törətdiyi maneələrin aradan qaldırılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu ərazisində iddiaçının istifadəsində 531 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsinin 35 ha cavabdeh tərəfindən zəbt edilmişdir, bununla bağlı Gəncə Lahiyə-Tədqiqat İdarəsinin əməkdaşları tərəfindən 10 mart 2020-ci il tarixində akt tərtib edilmişdir, həmin torpaq sahəsini dəmir tor ilə çəpərləmək istəsələr də cavabdeh buna maneələr törətmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uğun izahat verərək tələbin təmin edilməsini xahiş emişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* seriya və nömrəli çıxarışın surətində qeyd olunmuşdur ki, Samux rayonu, Qırmızı Samux qəsəbəsində 200 ha torpaq sahəsi 99 il müddətinə İddiaçı MMC-nin icarəsinə verilmişdir. Samux RİH Samux rayon Dövlət arxivinin 03 may 2019-cu il tarixli, 97 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Samux rayon ərazisində “Yemçilik müəssisəsi” adlanan massivdə 13s saylı sahədən 90 ha, 14s saylı sahədən 191 ha, 15s saylı sahədən 50 ha olmaqla cəmi 331 ha torpaq sahəsi üzüm bağları salmaq məqsədi ilə İddiaçı MMC-yə 99 il müddətinə icarəyə verilmişdir. 12 mart 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, "xxxx" MMC-nin 04.02.2020-ci il tarixli müraciəti ilə bağlı AN-027732 və AN-027733 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Samux rayonu Qaraağaclı kənd ərazisində icarəsində olan 331 ha torpaq sahəsinin 35 ha hissəsinin döngə nöqtələri yerində ölçülərək "xxxx" MMC-nin nümayəndəsinə tanıdılmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, "xxxx" MMC-yə Samux RİHB-nin 12 iyun 2007-ci il tarixli 108 nömrəli sərəncamı ilə ******* kv.metr torpaq sahəsi üzümçülüyün inkişafı üçün ayrılmışdır. 12 iyun 2007-ci il tarixli 11 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Samux RİH başçısı ilə "xxxx" MMC arasında bağlanmış razılaşma ilə sonuncuya 331 ha torpaq sahəsi icarəyə verilmişdir. 09 oktyabr 2005-ci il tarixli 23 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Samux RİH başçısı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən 100 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. Samux rayonu “Ceyrançöl” massivindən Cavabdeh ayrılan 100 ha örüş sahəsinin planın surətindən görünür ki, torpaq sahəsinin ölçüləri yerində müəyyən edilmişdir. Samux rayon İcra Hakimiyyəti başçısının 04 oktyabr 2005-ci il tarixli 135 nömrəli çıxarışının surətindən görünür ki, Samux rayonu ərazisində “Ceyrançöl” massivi 13 nömrəli qış otlaq sahəsindən orta ot örtüyünə malik 150 baş tutumu olan 100 ha örüş sahəsi qoyunçuluqla məşğul olmaaq üçün Nəbiağalı qəsəbəsi sakini Cavabdeh 15 il müddətinə icarəyə verilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinin rəisi Samir Orucovun və sahə rəisi Sevindik Həsənovun mütəxəssis rəyində qeyd olunmuşdur ki, cavabdehin baxış zamanı təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin 340 000.00 kv.m (34 ha) hissəsi ilə Samux rayonu Qırmızı Samux kəndi ərazisindən üzümçülüyün inkişaf etdirilməsi üçün "xxxx" MMC-nin icarəsinə ayrılmış 331 0000.00 kv.metr (331 ha) torpaq sahəsinə dair A 027732 nömrəli və A 027733 qeydiyyat nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərindən yalnız 15.02.2008-ci il tarixdə Dövlət Torpaq Kadastrı kitabında qeydə alınmış A 027732 qeydiyyat nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin 340 000.00 kv.metr (34 ha) hissəsi üst-üstə düşür. Ekspert rəyində o da qeyd edilmişdir ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarının mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamış, odur ki rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşin hallarından göründüyü kimi torpaq sahələri üzərində hüquq növü eynidir. Lakin məqsədli təyinatı fərqlidir. Belə ki, iddiaçı hüquqi şəxs ilə bağlanmış müqavilə nəticəsində icarəyə verilmiş torpaq sahəsinin təyinatı üzüm bağının salınması üçün olan torpaq sahəsi, cavabdehin icarəsinə verilmiş torpaq sahəsinin təyinatı isə maldarlığın inkişafına xidmətə edən örüş torpaq sahəsi olmuşdur. İddiaçının icarəsində olan 531 ha torpaq sahəsinin 200 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ekspert rəyində göstərilir ki, iddiaçının icarəsində olan 331 0000.00 kv.metr torpaq sahəsi 34 ha hissədə cavabdehin istifadəsində olan olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə bu fakta münasibət olaraq qeyd edir ki, üst-üstə düşmə ilə özbaşına tutma fərqli anlayışlardır. Özbaşına tutma hüquq pozuntusunu ehtiva edən, mülkiyyətçinin və ya sahibin hüquqlarının pozulmasına yönələn qanunsuz fəaliyyətdir. Bu qanunsuz fəaliyyət nəticəsində bir tərəf digər tərəfin mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsindən heç bir əsas olmadan istifadə etməklə sahəni özbaşına olaraq tutmuş olur. Ona görə də özbaşına tutma faktı ixtiyarlı şəxsə münasibətdə torpaq sahəsinin boşaldılmasını tələb etmək hüququnu yaradır. Üst-üstə düşmə faktı isə belə bir tələb hüququnun yaranması üçün əsas deyildir. Çünki, üst-üstə düşmə faktı torpaq sahəsinin naturada yerində səhvən tanıdılması, yerləşmə vəziyyətini əks etdirən müvafiq yerquruluşu sənədlərinın qüsurlu tərtibi və sair bu kimi hallarda yarana bilən məsələdir. Odur ki, üst-üstə düşmə halı məhkəmə tərəfindən cavabdehin təqsirli hərəkəti nəticəsində ortaya çıxmış hal kimi dəyərləndirilmir. Həmçinin ekspert rəyində o, da qeyd edilmişdir ki, torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarının mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Belə bir hal da aşkardır ki, Cavabdeh 100 ha torpaq sahəsini 2005-ci ildə, iddiaçı "xxxx" MMC 331 ha torpaq sahəsini 2007-ci ildə əldə etmişlər. Göründüyü kimi mübahisəli əraziyə cavabdeh daha öncə gəlmişdir. Beləliklə, cavabdehin iddiaçının icarəsində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi və onun istifadəsinə hər hansı üsulla maneə yaratması sübutlarla təsdiqini tapmamışdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 59.1-ci maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.2-ci maddəsinə əsasən torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək, qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək,torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək, torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq, torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq,bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək,qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək. torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarıdır. 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək, torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırmamemarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək,torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək,torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək,başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq,torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq,torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək,qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludurlar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-cü maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrinin rəhbər tutub qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, törətdiyi maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-81/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-81/2021
21.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver