Məhkəmə qərarları › İş №2-2(115)-85/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-85/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-85/2020 11.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hömrət Uğurlu oğlunun katibliyi,iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı “Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 29 503 manat əsas borcun, 9735 manat faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 39 268 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər rayon Məhkəməsinin 2(040)-812/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı iləiddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 29 503 manat əsas borcun, 9735 manat faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 39 268 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrəbaxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixdə iddiaçıya tam məlum olmayan səbəbdən 2 ayrı birgə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Eyni gündə müqavilələrdən biri Bakı, digəri isə Yevlax şəhərində bağlanmışdır. İddiaçı “xxxx” MMC tərəfindən qaimə faktura əsasında Cavabdeh nisyə mal material verilmişdir.xx xxxxxxx 2014-cü il tarixli 138082 saylı qaimə ilə 1800 kq gübrə amafosun dəyəri 540 manat, xx xxxxxxx 2014-cü il tarixli 138078 saylı qaimə ilə 630 manat dəyərində 1400 kq, xx xxxxxxx 2014-cü il tarixli 214206 saylı qaimə ilə dəyəri 2000 kq buğda toxumun dəyəri 1008 manat, xx xxxxxx 2014-cü il tarixli 136950 saylı qaimə ilə 400 kq buğda toxumu dəyəri 405 manat, xx xxxxxx 2015-ci il tarixli, 054271 saylı qaimə əsasən 7300 kq buğda toxumun dəyəri 3285 manat, 6000 kq gübrə amafosun dəyəri 800 manat., 500 litr yanacaq dizelin dəyəri 300 manat, xx xxxxxxx 2014-cü il tarixli, 214208 saylı qaiməyə əsasən 1000 kq buğda toxumu dəyəri 480 manat, ümumilikdə 9278 manat cavabdehə verilmişdir. Cavabdehlə bağlanmış birgə əməkdaşlıq müqaviləsinə əsasən 85 ha torpaq sahəsində taxıl əkilməsi və xərclər çıxıldıqdan sonra əldə olunmuş qazanc 50 faiz bərabər bölüşdürülməli idi. xx.xx.2019-cu il tarixdə Cavabdeh iştirakı ilə tərtib olunmuş üzləşmə aktında göründüyü kimi onun tərəfindən şumlanmasına baxmayaraq 35 ha torpaq sahəsinə müxtəlif gübrə və dərmanlar səpilməsi göstərilib. 85 ha torpaq sahəsinə çəkilən xərc iddiaçı tərəfindən 11040 manat deyil 20125 manat olmuşdur. Cavabdeh tərəfindən xərclərin dəyəri ödənilməmişdir, bu isə xx.xx.2019-cu il tarixli üzləşmə aktının saxta olduğunu təsdiq edir. Cavabdeh nisyə verilən toxum və gübrənin məbləği 9378 manat, çəkdiyi xərc isə 20 125 manat, ümumilikdə 29 503 manat təşkil edir. xx.xx.2019-cu il tarixə uçot faiz dərəcəsi 8,25 faiz müəyyən edildiyindən əsas borca hesablanan faiz borcu 9735 manatdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi bağlamışlar. Lakin əldə edilmiş məhsul iddiaçı tərəfindən aparılmış və ona çatan pulu verməmişdirlər. Bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisə olmuş və iddia qismən təmin edilmişdir. Odur ki, iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində göstərir ki, tərəflər arasında xx xxxxxxx 2014-cü il tarixdə həm Bakı, həm də Yevlax şəhərlərində iki müqavilə bağlanmışdır. Lakin iddiaçı 39 268 manat pulu hansı müqaviləyə əsasən tələb etdiyini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. İddiaçının təqdim etdiyi hallar tam deyildirsə iddia tələbi elə bu səbəbdən də rədd edilir. İş materiallarında olan satıcı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X3 və alıcı- Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli “AT-BD-0002” nömrəli alqı-satqı müqaviləsinə gəldikdə isə, həmin müqavilədən irəli gələn mübahisəyə məhkəmədə baxılmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2017-ci il tarixli, 2-2(81)-119/2017 nömrəli qətnaməsi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin müqavilənin şərtlərinə əməl edilməməsi halı müəyyən olunaraq müqavilə üzrə 6840 manat çəkilmiş xərclərin, 5136 manat gəlirin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamə hazırkı mübahisə üzrə preyudisial xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan“Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında tərtib olunan üzləşmə aktından görünür ki, 85 ha torpaq sahəsinə buğda məhsulunun əkilib becərilməsi fiziki şəxs tərəfindən 6840 manat, Cəmiyyət tərəfindən 11 040 manat, cəmi birlikdə 17 880 manat xərc çəkilmişdir, əldə olunan məhsula görə hesablanan 28 152 manat gəlirdən ümumilikdə çəkilmiş 17 880 manat xərc çıxıldıqdan sonra qalan 10 272 manat gəlir 50%-in 50%-ə nisbətində tərəflər arasında bölünəcəkdir. İş materiallarına əlavə olunan xx xxxxxxx 2014-cü il tarixli 138082 saylı qaimədən görünür ki, 1800 kq, dəyəri 540 manatgübrə amafos alıcıya ödənilmişdir. İş materiallarına əlavə olunan xx xxxxxxx 2014-cü il tarixli 138078 saylı qaimədən görünür ki, 630 manat dəyərində 1400 kq buğda toxumu alıcıya ödənilmişdir. İş materiallarına əlavə olunan xx xxxxxxx 2014-cü il tarixli 214206 saylı qaimədən görünür ki, dəyəri 2000 kq, dəyəri 1008 manatbuğda toxumu alıcıya ödənilmişdir. İş materiallarına əlavə olunan xx xxxxxx 2014-cü il tarixli 136950 saylı qaimədən görünür ki, 400 kq, dəyəri 405 manat buğda toxumu alıcıya ödənilmişdir. İş materiallarına əlavə olunan xx xxxxxx 2015-ci il tarixli, 054271saylı qaimədən görünür ki, 7300 kq,dəyəri 3285 manat buğda toxumu, 6000 kq, dəyəri 800 manatgübrə amafosu alıcıya ödənilmişdir. İş materiallarına əlavə olunan xx xxxxxxx 2014-cü il tarixli, 214208 saylı qaimədən görünür ki, 1000 kq, dəyəri 480 manat buğda toxumu alıcıya ödənilmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, “Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə toxumluq buğda verilmişdir. xx xxxxxxx 2014-cü il tarixli 138082 saylı qaimə ilə 1800 kq gübrə amafosun dəyəri 540 manat, xx xxxxxxx 2014-cü il tarixli 138078 saylı qaimə ilə 630 manat dəyərində 1400 kq, xx xxxxxxx 2014-cü il tarixli 214206 saylı qaimə ilə dəyəri 2000 kq buğda toxumun dəyəri 1008 manat, xx xxxxxx 2014-cü il tarixli 136950 saylı qaimə ilə 400 kq buğda toxumu dəyəri 405 manat, xx xxxxxx 2015-ci il tarixli, 054271 saylı qaimə əsasən 7300 kq buğda toxumun dəyəri 3285 manat, 6000 kq gübrə amafosun dəyəri 800 manat, 500 litr yanacaq dizelin dəyəri 300 manat, xx xxxxxxx 2014-cü il tarixli, 214208 saylı qaiməyə əsasən 1000 kq buğda toxumu dəyəri 480 manat, ümumilikdə 9278 manat cavabdehə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığm tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinin müddəalarından görünür ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı qarşı 29 503 manat əsas borcun, 9735 manat faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 39 268 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 29 503 manat əsas borcun, 9735 manat faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 39 268 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar