Məhkəmə qərarları › İş №2-2(117)-1/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-1/2023

19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1/2023 19.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı1, iddiaçının vəkili İddiaçı2, cavabdeh xxxx ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “1883 manat maddi ziyan, 3675 manat əldən çıxmış fayda, 10000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi, cavabdehlərin vəsaiti hesabına mülkiyyətçisi olduğu Şəki rayonu Qozbulaq kəndində yerləşən 3,518 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5,52 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmaqla sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MA seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarış hazırlanmışdır. İddiaçı1 mülkiyyətində olan 3,518 ha torpaq sahəsində 2020-ci ilin payızında 2021-ci il məhsulu üçün arpa əkmiş və 1 hektarı 30 manat olmaqla İ şum, 10 manat olmaqla mala, 10 manat olmaqla səpin, 200 kq olmaqla toxum (hər kq üçün 0,65 manat), 200 kq şumaltı gübrə (gübrənin dəyəri hər kq üçün 0,93 manat), 150 kq azot gübrəsi (gübrənin dəyəri hər kq üçün 0,53 manat), 10 manatdan gübrənin verilməsi, 20 manat alağa qarşı dərman, 20 manat qurda qarşı dərman, 20 manat vələmirə qarşı dərman, 50 manat toxumun daşınması və 30 manat toxumun dərmanlanması olmaqla ümumilikdə 3,518 ha torpaq sahəsinə aqrotexniki tədbirlər üçün 1883 manat vəsait xərcləmişdir. Kənd Təsərrüfatı Nazirliyi X7 İnkişaf Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, 2021-ci ildə Cəyirli kənd inzibati ərazi dairəsində əkilən arpa sahələrini hər hektarından orta hesabla 30 sentner məhsuldarlıq olmuşdur. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 30 nömrəli məktubu ilə müəyyən olunur ki, bir kiloqram arpanın orta satış bazar qiyməti 0,35 manat təşkil etmişdir. İddiaçı Nadir Tahirov mülkiyyətində olan əkin torpaq sahəsinin 3,518 ha hissəsinin su altında qalmasını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyəti və Cavabdeh1 hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkdiyi arpa məhsulu isə tamamilə məhv olmuşdur. 3,518 ha torpaq sahəsindən 10 ton 500 kq arpa məhsulu əldə edəcəkdi, 10000 kq arpa məhsulunun dəyəri isə 3675 manat təşkil edəcəkdi. Həmin 3675 maat və çəkdiyi 1883 manat xərc nəzərə alınarsa ona cəmi 6920 manat ziyan dəymişdir. Cavabdehlərdən həmin pulu tələb etsə dı, onlar bundan imtina etmişdir. Cavabdehlərin bu hərəkəti nəticəsində o mənəvi sarstıntı keçirmiş, ciddi mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu səbəbdən cavabdehlər ona maddi ziyanla yanaşı mənəvi ziyan da vurmuşlar. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsi və Məhkəmə Eksertizası Mərkəzi tərəfindən verilmiş mütəxəssis və ekspert rəyləri və rəylərə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən olunur ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin x=693928.87 y=4529759.45, x=693901.23 y=4529781.59, x=693940.49 y=4529805.60, x=693984.44 y=4529816.26, x=693983.10 y=4529828.60, x=694000.06 y=4529844.08, x=694020.60 y=4529851.08, x=694044.73 y=4529845.97, x=694048.38 y=4529826.92, x=694048.34 y=4529809.90, x=694058.23 y=4529797.51, x=694079.32 y=4529774.12, x=694110.25 y=4529738.47, x=694155.05, y=4529760.57, x=694191.55 y=4529778.58, x=694238.80 y=4529796.83, x=694231.09 y=4529763.77, x=694208.93 y=4529712.94, x=694195.43 y=4529687.38, x=694162.077 y=4529834.70, x=693928.48 y=4529754.60 koordinatlar daxilində yerləşən 3 ha hissəsi su altında qalmışdır. 2013-cü ildə ləğv edilmiş DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təsdiq edilmiş “Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması” baş planının elektron forması, torpaqayrımaya dair ilkin yerquruluşu sənədləri və xəritə materialları Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin arxivində aşkar edilmədiyindən və baş planda miqyas və koordinatlar göstərilmədiyindən iddiaçıya məxsus 5,51 ha torpaq sahəsinin su anbarının mühafizə zonasına düşübdüşmədiyini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixli 253 nömrəli məktubla məhkəməyə müraicət edərək iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin əkib becərdiyi və məhsul əldə edəcəyini iddia etdiyi sahə ona məxsus deyildir. Həmin sahə Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986-cı il tarixli 289 nömrəli qərarına əsasən Şəki rayonu Cəyirli kənd ərazisində umumi su tutumu 1,23 milyon m3 olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən “M.F.Axundov” adına kolxozun, “Şəfəq” kolxozunun, “Orjenikidze” adına sovxozun və dövlət meşə fondunun ərazilərindən ümumilikdə 104,73 ha, o cümlədən 82,91 ha su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır. Tikintisi 1986-1989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsilə “Cəyirli arx” torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012- ci il tarixli 374 s nömrəli sərəncamı ilə Azərbaycan xxxx ASC-nin 2013-cü ildə təsdiq olunmuş layihə tapşırığına əsasən Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması işlərinin aparılması nəzərədə tutulmuşdur. İşçi layihədə 1986-1989-cu illərdə tikilmiş mövcud su anbarının əsas qurğuları olan torpaq bənd və birləşmiş su keçirici qurğudan maksimum dərəcədə istifadə edilməsi, eləcədə onların bəzi hissələrinin gücləndirilməsi vasitəsilə normal iş rejiminin təmin olunması üçün bir sıra layihə tədbirləri həyata keçirilmişdir. Layihədə mövcud su anbarının və qurğuların parametrləri, həndəsi ölçüləri və digər göstəriciləri 1980-cı illərdə yerinə yetirilmiş işçi layihədə olduğu kimi saxlanılmışdır. Cəyirli su anbarında yenidən qurma işləri 2014-cü ildən başlayaraq hissə-hissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. Şəki şəhər İHB-nin birinci müavinin, Şəki Şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon şöbəsinin müdirinin, Şəki Rayon GEM-in direktorunun və Cavabdeh1 rəisinin imzaları və möhürləri ilə təsdiq edilərək razılaşdırılmış “Şəki rayonun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulmasının baş planı” 2013-cü ildə Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmişdir. Həmin layihəyə uğun olaraq su anbarının güzcü sahəsi 27 ha-dır. Yəni, su anbarı layihəyə uyğun su ilə tam dolduqda onun su səthinin sahəsi 27 ha olur. Layihənin texniki-iqtisadi göstəricilərinə uyğun olaraq anbarın maksimum basqı səviyyəsi 254 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş X2rın sahil mühafizə zolaqlarının ölçülərinin sərhədlərinin və istifadə edilməsi qaydalarının 15, 22, 23-cü maddələrinə əsasən su anbarı su ilə tam dolduqda onun su səthindən güzcü sahəsi boyu 80 metr mühafizə zolağı nəzərdə tutulur. Bu zolaqda hər hansısa əkin işlərinin aparılmasına icazə verilmir. 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtilə yuxarıda qeyd edilən qərarlara əsasən ayrılmış torpaq sahələri aidiyyəti üzrə qurumlar tərəfindən nəzərə alınmamış və bələdiyyə onları öz torpaqları kimi istifadə etməyə qərar vermişdir. X3 Azərbaycan Respublikası Qanununun İİ fəslinin 6-cı maddəsinin 2 və 9-cu bəndlərinə əsasən xxxx obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Dövlət müəssisəsi, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılır. Azərbaycan Respublikasının Su Məcəlləsinin İİ fəsil 12-ci maddəsinə əsasən, dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri dövlət mülkiyyətidir. Cavabdeh1 istismar təşkilatı olaraq əsaslı tikinti işlərinin aparılması ilə məşğul olmur. Sifarişçi təşkilat Azərbaycan xxxx ASC-nin tikilməkdə olan Meliorasiya və İrriqasiya obyektlərinin birləşmiş müdriyyətidir. Göstərilənləri əsas tutaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixli 253 nömrəli etiraz məktubuna qoşma olaraq Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 374 nömrəli sərəncamı, 2013-cü ilin İnvestisiya proqramında Azərbaycan xxxx ASC-yə ayrılmış vəsaitin xxxx obyektləri üzrə bölgüsü, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində dövlət əsaslı vvəsait qoyuluşu üçün nəzərdə tutulmuş ********** manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü, B seriyalı 003261 nömrəli torpaqdan istifadə hüququna dair Dövlət Aktı, müvəqqəti istifadə üçün verilən torpaq sahəsinin sxemi və Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması baş planının surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun həmin ərazidə 5,52 hektar torpaq sahəsi vardır. Bunun 3,52 hektarlıq hissəsinə cavabdehlər tərəfindən su basma nəticəsində ziyan vurulmuşdur. O, ziyan dəymiş torpağın bərpasını və ona dəymiş maddi zərərin ödənilməsini xahiş edir. Mənəvi zərərin ödənilməsini istəmir. İddiaçının vəkili məhkəmə iclasında izahatında iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 253 nömrəli etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, su anbarlarına suyun doldurulması, boşaldılması, sel sularının tutulması qaydalarını Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyəti müəyyən edir. Cavabdeh1 suyun doldurulmasını həmin qaydalara uyğun həyata keçirir. Anbarın su tutumu 1,223 milyon m3-dir. Su hissə-hissə doldurulur. Əvvəlcə 1 milyon m3 su doldurulur, sonra isə qalan 223000 m3 su doldurulur. Əhalini tam su ilə təmin etmək üçün isə su anbarı 3 dəfə su ilə doldurulur. Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Məktublar, İzahat, Mütəxəssis rəyləri, Ekspert rəyi, Torpaq sahəsinin yerquruluşu planı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbinin 1883 manat maddi ziyan və 3675 manat əldən çıxmış faydanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırki iş üzrə İddiaçı1 qanuni mülkiyyətində olan torpaq sahəsinə sonuncu tərəfindən arpa əkilməsi və həmin torpaq sahəsinin Cəyirli su anbarına su doldurulması nəticəsində su altında qalaraq yararsız vəziyyətə düşməsi, yəni cavabdehin təqsirli, hüquqazidd hərəkti nəticəsində əkilən məhsulun məhv olması, iddiaçıya ziyan dəyməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsaən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki iş üzrə İddiaçı1 qanuni mülkiyyətində olan torpaq sahəsinin sonuncu tərəfindən arpa əkilməsi və həmin torpaq sahəsinin Cəyirli su anbarına su doldurulması nəticəsində su altında qalaraq yararsız vəziyyətə düşməsi və əkilən məhsulun məhv olması işin mübahisələndirilməyən halıdır. İşin məhkəmə araşdırması iddiaçının mülkiyyətində olan torpaq sahəsinin iddia edildiyi kimi, 3,518 ha deyil, x=693928.87 y=4529759.45, x=693901.23 y=4529781.59, x=693940.49 y=4529805.60, x=693984.44 y=4529816.26, x=693983.10 y=4529828.60, x=694000.06 y=4529844.08, x=694020.60 y=4529851.08, x=694044.73 y=4529845.97, x=694048.38 y=4529826.92, x=694048.34 y=4529809.90, x=694058.23 y=4529797.51, x=694079.32 y=4529774.12, x=694110.25 y=4529738.47, x=694155.05, y=4529760.57, x=694191.55 y=4529778.58, x=694238.80 y=4529796.83, x=694231.09 y=4529763.77, x=694208.93 y=4529712.94, x=694195.43 y=4529687.38, x=694162.077 y=4529834.70, x=693928.48 y=4529754.60 koordinatlar daxilində yerləşən 3 ha hissəsinin su altında qalması Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsi və Məhkəmə Eksertizası Mərkəzi tərəfindən verilmiş mütəxəssis və ekspert rəyləri və rəylərə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə öz təsdiqini tapır. İddiaçının mülkiyyətində olan 3,518 ha torpaq sahəsində hər hektar üçün 30 manat olmaqla İ şum, 10 manat olmaqla mala, 10 manat olmaqla səpin, 200 kq olmaqla toxum (hər kq üçün 0,65 manat), 200 kq şumaltı gübrə (gübrənin dəyəri hər kq üçün 0,93 manat), 150 kq azot gübrəsi (gübrənin dəyəri hər kq üçün 0,53 manat), 10 manatdan gübrənin verilməsi, 20 manat alağa qarşı dərman, 20 manat qurda qarşı dərman, 20 manat vələmirə qarşı dərman, 50 manat toxumun daşınması və 30 manat toxumun dərmanlanması olmaqla aqrotexniki tədbirlər üçün 1883 manat vəsait xərclənməsi nəzərə alındıqda, bu zaman iddiaçının 3 ha torpaq sahəsində arpa əkilməsi üzrə aqrotexniki tədbirlər üçün xərclədiyi vəsait 1626,50 manat (90 manat İ şum, 30 manat mala, 30 manat səpin, 600 kq toxum (390 manat), 600 kq şumaltı gübrə (gübrənin dəyəri 558 manat), 450 kq azot gübrəsi (gübrənin dəyəri 238,50 manat), 30 manat gübrənin verilməsi, 60 manat alağa qarşı dərman, 60 manat qurda qarşı dərman, 60 manat vələmirə qarşı dərman, 50 manat toxumun daşınması və 30 manat toxumun dərmanlanması) təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 3,518 ha deyil, mütəxəssis rəyində göstərildiyi kimi 3 ha su altında qalmış torpaq sahəsinə arpa əkilməsi üçün xərclədiyi 1626,50 manat vəsait ona dəymiş ziyan qismində ödənilməlidir. İddia tələbinin 3675 manat əldən çıxmış fayda hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2021-ci ildə Cəyirli kənd inzibati ərazi dairəsində əkilən arpa sahələrini hər hektarından orta hesabla 30 sentner məhsuldarlıq olmuşdur. Bir kiloqram arpanın orta satış bazar qiyməti isə 0,35 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 3 ha torpaq sahəsindən hər hektarına 30 sentner (3x30), başqa sözlə 9000 kq məhsul olacaqdı ki, 1 kq arpanın orta bazar qiyməti 0,35 manat olduqda iddiaçı həmin 3 ha torpaq sahəsindən 3150 manat (9000x0,35) manat gəlir əldə edəcəkdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 3,518 ha torpaq sahəsinin məhsuldarlığına münasibətdə tələb etdiyi 3675 manat deyil, su altında qalmış 3 ha torpaq sahəsinin məhsuldarlığından əldə edəcəyi 3150 manat gəlir əldən çıxmış fayda qismində ona ödənilməlidir. Bundan əlavə iddianın mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03” noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki iş üzrə iddiaçı mənəvi ziyan tələbini cavabdehlərin ona qarşı törətdiyi qanunsuz hərəkətlərdən gərginlik və sarsıntı keçirməsi ilə əsaslandırsa da, iddiasının hüquqi əsasını təşkil edən, yəni məhz cavabdehin hərəkəti nəticəsində sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Eyni zamanda iddiaçı məhkəmə iclasında mənəvi zərəri tələb etmədiyini bildirmişdir. Məhkəmə 1626,50 manat maddi ziyan və 3150 manat əldən çıxmış faydanın cavabdehlər Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyəti və Cavabdeh1ndən tutulmasına və cavabdehlərin vəsaiti hesabına torpağın əvvəlki vəziyyətə gətirilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır və 1626,50 manat maddi ziyan və 3150 manat əldən çıxmış fayda yalnız cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətinin vəsaiti hesabına torpaq sahəsinə yararlı vəziyyətə gətirilməlidir. Belə ki, Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3.2.14-cü bəndinə əsasən, dövlət mülkiyyətində olan su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarının doldurulub boşaldılma rejimlərini müəyyən etmək və həyata keçirmək, 3.2.17-ci bəndinə əsasən su obyektlərinin su mühafizə zonalarını və sahil mühafizə zolaqlarının ölçülərini, sərhədlərini və istifadəsini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla müəyyən etmək və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək cəmiyyətin vəzifəsidir. Eyni zamanda cavabdeh X4 tərəfindən məhkəməyə təqdim edilmiş etirazından və sonuncunun Əsasnaməsindən də görünür ki, Cavabdeh1 istismar təşkilatı olaraq əsaslı tikinti işlərinin aparılması ilə məşğul olmur və onun su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarının doldurulub boşaldılma rejimlərini müəyyən etmək kimi səlahiyyəti mövcud deyildir. Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 3-cü bəndinə əsasən, cəmiyyətin əsas məqsədi xxxx sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Göründüyü kimi, Cəyirli su anbarının sərhədlərinin müəyyən edilməsi, anbara suyun doldurulması, boşaldılması, nə qədər doldurulması və s. qaydalar məhz Azərbaycan xxxx ASC tərəfindən müəyyən edildiyindən və Cavabdeh1 icraçı orqan olaraq müəyyən edilmiş qaydalar əsasında anbarın fəaliyyətini təmin etdiyindən məhkəmə hesab edir ki, maddi ziyan, əldən çıxmış fayda da cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətindən tutulmalıdır. Sonda məhkəmə Cavabdeh1 tərəfindən etiraz məktubuna qoşma olaraq məhkəməyə təqdim edilmiş Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 374 nömrəli sərəncamı, 2013-cü ilin İnvestisiya proqramında Azərbaycan xxxx ASC-yə ayrılmış vəsaitin xxxx obyektləri üzrə bölgüsü, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində dövlət əsaslı vvəsait qoyuluşu üçün nəzərdə tutulmuş ********** manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü, B seriyalı 003261 nömrəli torpaqdan istifadə hüququna dair Dövlət Aktı, müvəqqəti istifadə üçün verilən torpaq sahəsinin sxemi və Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması baş planına münasibətdə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı qeyd olunan sənədlərin elektron bazada olmaması səbəbindən Cəyirli su anbarının yerləşdiyi koordinatların, habelə anbarın mühafizə zonasının mütəxəssis və ekspert tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki iddiaçının su altında qalmış torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1626,50 manat maddi ziyan və 3150 manat əldən çıxmış fayda cavabdeh Azərbaycan xxxx ASC-dən tutularaq iddiaçıya ödənilməli və cavabdeh Azərbaycan xxxx ASC-nin vəsaiti hesabına 3 ha su altında qalmış torpaq sahəsi yararlı vəziyyətə gətirilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərci cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətindən 1626,50 manat maddi ziyan, 3150 manat əldən çıxmış fayda və 30 manat dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. Şəki rayonu Qozlubulaq kəndində MA seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 5,52 ha torpaq sahəsinin su altında qalmış 3 ha hissəsi (x=693928.87 y=4529759.45, x=693901.23 y=4529781.59, x=693940.49 y=4529805.60, x=693984.44 y=4529816.26, x=693983.10 y=4529828.60, x=694000.06 y=4529844.08, x=694020.60 y=4529851.08, x=694044.73 y=4529845.97, x=694048.38 y=4529826.92, x=694048.34 y=4529809.90, x=694058.23 y=4529797.51, x=694079.32 y=4529774.12, x=694110.25 y=4529738.47, x=694155.05, y=4529760.57, x=694191.55 y=4529778.58, x=694238.80 y=4529796.83, x=694231.09 y=4529763.77, x=694208.93 y=4529712.94, x=694195.43 y=4529687.38, x=694162.077 y=4529834.70, x=693928.48 y=4529754.60 koordinatlar daxilində yerləşən) cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətinin vəsaiti hesabına əkinə yararlı vəziyyətə gəitirlsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 50 manat ekspertiza xərci cavabdeh Azərbaycan Melorasiya və X6 Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı - X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar