Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-11/2025 21.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı Fikrət oğlunun və cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətinə reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi ********** olan 0.3644 ha torpaq sahəsi verilmişdir. Üç ilə yaxındır ki, ona məxsus torpaq sahəsinin 0.01 ha hissəsi cavabdeh tərəfindən onun razılığı olmadan istifadə edilmişdir. Həmkəndli olduğu üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh onun torpağını tərk etməməmişdir. Həmçinin cavabdehin onun mülkiyyətində qanunsuz 64 kv.m tikintisi mövcuddur. Dəfələrlə cavabdehdən qanunsuz tikintisini sökməyi, torpağını qaytarmağı tələb etsə də, cavabdeh qanunsuz hərəkətlərinə hələdə davam edir. Hazırda üç ildir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etmiş və qanunsuz olaraq istifadə edir. Hazırda isə cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən 0.01 ha hissəsi zəbt olunmaqla mülkiyyətçi hüquqları kobudcasına pozulmuşdur. Bu səbəbdən cavabdeh X2 Ağdaş rayonu, Qarağan Şıxlar kəndi ərazisində iddiaçının mülkiyyətində olan 0.3644 ha torpaq sahəsinin qanunsuz zəbt etdiyi 0.01 ha hissəsindən çıxarılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması, həmçinin hüquqi xidmətlə bağlı ödənilmiş 100 manat və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş rayon Yuxarı Qəsil kənd Bələdiyyəsi tərəfindən ona 24 kv.m torpaq sahəsi qanuna uyğun olaraq verilib. Torpaqla bağlı sənədləri qaydasındadır. Sahibkar kimi dövlətə vergi ödəyir. İddiaçının qeyd etdiyi və iddiasında göstərdiyi məlumatlar yalandır. O, 24 kv.m mübahisəli obyektindən 2007-ci il tarixindən istifadə edir. Bələdiyyə sənədləri tam olaraq ona verilib və o, öz sənəti ilə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı onunla ədavətçilik aparır və onunla pis münasibətdədir. Beləliklə, iddiaçının tələbi qanuna uyğun deyil və iddiaçı onun obyektini əlindən almaqla özü varlanmaq məqsədindədir. İddiaçının tələbi qanuna uyğun deyil. Bu səbəbdən məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, torpaq sahəsini 2019-cu ildə almış və həmin vaxt torpaq sahəsinin dəqiq yerini bilməmişdir. Cavabdeh həmin torpaq sahəsində 2011-ci ildə sex tikmişdir. O, sonradan bilmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsində obyekt tikmişdir. Onun torpaq sahəsinə dair çıxarışı var. Cavabdeh həmin çıxarışın ləğv edilməsi ləğv edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin qərarı ilə onun iddiası təmin edilməmişdir. Sözügedən torpaq sahəsi ona məxsusdur, bu məhkəmə qərarı ilə də öz əksini tapmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AA № 464229 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonu, Qarağan Şıxlar kəndindən 0,3644 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndinə yerləşən 0,3644 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Ağdaş rayon Yuxarı Qəsil bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, vətəndaş Cavabdeh sabiq Ağdaş rayon Qarağan bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolunun qərarı əsasında alqı-satqı yolu ilə sahibkarlıq məqsədi üçün 0,0024 ha və ya 24 m2 torpaq sahəsi ayrılıb verilmişdir. 29 oktyabr 2007-ci il tarixli Ağdaş rayonu, Qarağan Şıxlar kənd sakini Cavabdeh sahibkarlıq üçün torpaq sahəsi istəməsi barədə 10 nömrəli protokolun surətindən görünür ki, Cavabdeh bələdiyyə torpağından 0,0024 hektar torpaq sahəsi verilməsi qərara alınmışdır. xx.xx.2007-ci il tarixli aktdan görünür ki, Qarağan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli qərarına əsasən Qarağan Şıxlar kənd sakini Cavabdeh Qarağan kəndi ərazisindən bələdiyyəyə məxsus topaqdan sahibkarlıq üçün 0,0024 ha torpaq sahəsi seçilmişdir. Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Ağdaş rayon Qarağan bələdiyyə ərazisində 0,0024 hektar torpaq sahəsinin Cavabdeh satılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş Rayon Məhkəməsinə ünvanlanmış 17 fevral 2023cü il tarixli, 3- 21-3-35/2-643/2023 nömrəli məktubdan göründüyü kimi Ağdaş Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(014)-1495/2022 nömrəli məktubuna baxılmış və hazırlanmış mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən: 1.İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir; 2.Cavabdeh alqı-satqı yolu ilə verilmiş 0,0024 ha torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsi ilə üst-üstə düşmür; 3.torpaq sahələrinin sənəd və məkan göstəriciləri əsasında uyğunsuzluqlar mövcuddur;
4. Uyğunsuzluqların aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil; 5.Torpaq sahələrinin sərhədlərini sənəd üzrə naturada tanıdılması zamanı digər torpaq sahələrinin hüquqları pozulmur; 6.Mülkiyyətçilərin müraciətləri əsasında torpaq sahələrinin sənəd üzrə naturada tanıdılması zamanı pozulursa, həmin torpaq sahələrinin kimlərə məxsus olmasını müəyyən etmək olar; 7.İddiaçı xx.xx.2019-cyu il qediyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir; 8.İstifadə edilən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir; 9.İddiaçının faktiki istifadəsində 0,3580 ha torpaq sahəsi, cavabdehin faktiki istifadəsində 66,65 kv.m torpaq sahəsi vardır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 10/2200 nömrəli ekspert rəyinin surətindən görünür ki, 1.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı mülkiyyətinə verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir; 2.Həmin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh alqı-satqı yolu ilə verilmiş 0,0024 ha torpaq sahəsi sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsi ilə üst-üstə düşmür; 3.Həmin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sənəd və məkan göstəriciləri əsasında uyğunsuzluqlar mövcuddur; 4.Həmin mütəxəssis rəyində qeyd edilir ki, uyğunsuzluqların aradan qaldırılması Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq İcra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır; 5.Həmin mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahələrinin sərhədlərinin sənəd üzrə naturada tanıdılması zamanı digər torpaq sahiblərinin hüquqları pozulmur; 6.Həmin mütəxəssis rəyində qeyd edilir ki, mülkiyyətçilərin müraciətləri əsasında torpaq sahələrinin sənəd üzrə naturada tanıdılması zamanı pozularsa, həmin torpaq sahələrinin kimlərə məxsus olmasını müəyyən etmək olar; 7.Həmin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi naturada cavabdeh Süleymanov Rəfai! Əfraim oğlu tərəfindən istifadə edilir; 8.Həmin mütəxəssis rəyində qeyd edilir ki, istifadə edilən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir; 9.Həmin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının faktiki istifadəsində 0,3580 ha torpaq sahəsi, cavabdehin faktiki istifadəsində 66,65 kv.m torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-1094/2024 nömrəli Qərarından göründüyü kimi həmin iş üzrə iddiaçı X3 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus **********532 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarışa əsasən verilmiş xx.xx.2019-cu il tarixli AA №464229 torpaq sahəsinin plan-ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçıya məxsus naturada mövcud olan 0.0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəməyə müraciət etmiş, həmin qərara əsasən iddia tələbi təmin edilməmiş və qanuni qüvvəsini almışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, çıxarış, arayış, ekspert rəyi, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilkin olaraq hazırkı işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə baxılmasına münasibətdə qeyd edir ki, mübahisə tərəfləri olan İddiaçı və Cavabdeh sahibkarlıq statusuna malik olduqlarından və tələb də sahibkarlıq münasibətləri ilə bağlı olduğundan hazırkı tələbə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iddiaçının tələbinin “cavabdeh X2 Ağdaş rayonu, Qarağan Şıxlar kəndi ərazisində iddiaçının mülkiyyətində olan 0.3644 ha torpaq sahəsinin qanunsuz zəbt etdiyi 0.01 ha hissəsindən çıxarılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin bu hissəsində qismən haqlı olduğu üçün iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayonu, Qarağan Şıxlar kəndinə yerləşən 0,3644 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam paylı xüsusi mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.01 ha hissəsinin qanunsuz zəbt edildiyini iddia etsə də, 17 fevral 2023-cü il tarixli 3- 21-3-35/2-643/2023 nömrəli mütəxəssis rəyi və 02 may 2023-cü il tarixli, 10/2200 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,3644 ha torpaq sahəsinin 63,67 kv.m hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 63,67 kv.m hissəsi qanunsuz zəbt edilmişdir ki, iddiaçı tələbinin bu hissəsinə münasibətdə haqlıdır. Bundan başqa cavabdeh 24 kv.m torpaq sahəsinin Ağdaş rayon Yuxarı Qəsil kənd Bələdiyyəsi tərəfindən ona qanuna uyğun olaraq verildiyini, həmin torpaq sahəsini 2007-ci il tarixindən istifadə etdiyini, iddiaçının bildirdiyi məlumatların doğru olmadığını bildirmişdir ki, yuxarıda adıçəkilən rəylərdən göründüyü kimi cavabdehə alqı-satqı yolu ilə verilmiş Ağdaş rayon Qarağan bələdiyyə ərazisində yerləşən 0,0024 hektar torpaq sahəsi hazırkı mübahisə predmetinin əsasını təşkil edən iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Bunlardan əlavə olaraq iş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1094/2024 nömrəli Qərarından da göründüyü kimi həmin iş üzrə iddiaçı X2 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus **********532 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarışa əsasən verilmiş xx.xx.2019cu il tarixli AA №464229 torpaq sahəsinin plan-ölçü sənədinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçıya məxsus naturada mövcud olan 0.0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməmiş, üçüncü şəxsə məxsus çıxarışın ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğu və onun ləğvi üçün hüquqi əsas olmadığı qənaətinə gəlinmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında müəyyən edir ki, iddiaçının mülkiyyət hüququnun müdafiəsi tələbi əsasında dayanan sənədlər qanunvericiliyin tələbinə uyğundur, cavabdehin sənədlərində isə uyunsuzluq olmaqla iddiaçıya məxsus mübahisə predmetinə aid torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir və yerləşmə yerləri müxtəlifdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, qüvvədə olan məhkəmə qərarı və digər sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 63.67 kv.m hissəsi iddiaçıya aid olduğundan və orada inşa edilmiş tikili cavabdeh tərəfindən iddiaçının razılığı alınmadan inşa edildiyindən qanunsuz hesab edilir, bu səbəbdən iddia qismən təmin edilməli, cavabdeh X3, DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3644 ha torpaq sahəsinin 63.67 kv.m hissəsindən çıxarılmalı və həmin hissədə olan qanunsuz tikili sökülməklə torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 100 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən iş materiallarına tapşırıq müqaviləsi, 100 manat ödəniş edilməsi ilə bağlı ödəniş qəbzi əlavə edilsə də, həmin sənədlərin mahiyyətindən hazırkı işlə əlaqəlı olub-olmaması, eyni zamanda vəkilin və ya nümayəndənin nəzərdə tutulan işdə iştirakı ilə bağlı məlumatların olmaması nəzərə alınaraq və hansı qismdə məhkəmə iclaslarında iştirak etməsi müəyyən edilmədiyindənə məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən həmin xərcin tutulması əsaslı hesab edilmir. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci bəndinə əsasən, qiymətləndirilməyən iddia ərizəsi üzrə 100 manat dövlət rüsumu müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.3644 ha torpaq sahəsinin 63.67 kv.m hissəsindən çıxarılsın və həmin hissədə olan qanunsuz tikili sökülməklə torpaq sahəsi iddiaçıya qaytarılsın. Cavabdeh X1 ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X4, Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov