Məhkəmə qərarları › İş №2-2(117)-1355/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-1355/2025

07.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-1355/2025 07.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı "qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11 aprel 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 4 x 12 m hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncunun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ucar rayon X25 İcraiyyə Komitəsinin 17 avqust 1989-cu il tarixli, 57 A nömrəli sərəncamı iə şəhərin 18-ci məhəlləsindən 80x60 metr (0.48 ha) torpaq sahəsində pambıqtəmizləmə zavodunun işçiləri üçün nəzərdə tutumuş 48 mənzilli yaşayış evinin yarımçıq qalmış tikilisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Müəssisələrin (obyektlərin) alqı-satqısına dair 17 fevral 2010- cu il tarixli 2142 saylı müqavilə ilə X5. Bundan sonra isə özəlləşdirilən müəsisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair müqavilə ilə həmin tikili üçün ayrılmış torpaq sahəsinin 0.3923 ha hissəsi X4. X7 əmlak ve torpaq sahəsi 13 aprel 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X23 mülkiyyətində olan 0.3923 ha torpaq sahəsini və orada yerləşən çoxmənzilli yaşayış binasının yarımçıq qalmış tikilisini 21 fevral 2014-cü il tarixli alqı-satqı müüqaviləsi əsasında ona satmışdır. Bundan sonra həmin torpaq sahəsi və yaşayış binasının yarımçıq qalmış tikilisi 11 aprel 2014-cü il tarixdə mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən onun adına qeydiyyata alınmış bə bununla bağlı RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun tərəfindən həmin torpaq sahəsi və yarımçıq tikili alındıqdan sonra mütəxəssislərlə məsləhətləşdirilərkən yarımçıq tikilinin binasının (özülünün) korroziyaya uğradığından həmin tikili başa çatdırılsa belə orada insanların məskunlaşdırılmasının təhlükəli olması qənatinə gəlinmiş və tikilinin davam etdirilməməsi qərarı alınmışdır. Hazırda həmin ərazidə ona məxsus heç bir yaşayış və ya qeyri-yaşayış sahəsi yoxdur. Lakin, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahesini girişində qanunsuz olaraq 4 x12 metr ölçüdə qeyri yaşayış obyekti inşa oİnmuşdur. O, cavabdehə şifahi müraciət edərək qeyri-yaşayış obyektinin özləri tərəfindən sökülməsini təklif etdikdə sonuncu qanunsuz tikdirdiyi obyekti sökdürəcəyinə dair şifahi söz versə də bu günə kimi sözünə əməl etməmişdir. Bununla da, o, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində hazırda öz əmlakının çox hissəsindən faktiki olaraq məhrum olmuş, habelə torpağının zəbt edilmiş hissəsindən istifadə etmək və ona dair sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, o, torpaq sahəsini 2002-ci ildə Bələdiyyədən alıb, illik bələdiyyə torpağından istifadəyə görə ödəniş edir. Torpağının qarşı tərəfə heç bir aidiyyəti yoxdur. X6 Ucar Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş və ona torpaq sahəsi verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsi pambıq zavodun balansında idi. Daha sonra torpaq satışa çıxarılmış və anası həmin ərazini X14 notarial qaydada təsdiq edilmiş müqavilə əsasında satın almışdır. Yəni mübahisəli torpaq sahəsi aidiyyəti dövlət qurumları tərəfindən ona və X6na müvafiq olaraq 2002-ci və 2006-cı ilərdə satılmışdır. Mağazanın tikildiyi torpaq sahəsinin 30 kv.m torpaq sahəsi ona, 25 kv.m torpaq sahəsi isə X6na məxsusdur. İddiaçı torpaq sahəsini əldə edərkən, ona məxsus həmin mübahisəli tikili orada mövcud olmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

5. İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı 0.3923 hektar torpaq sahəsini alıb. Hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsində yəni bununla bağlı əvvəlki Rayon Məhkəməsində keçirilən araşdırmalar zamanı kifayət qədər sübutlar toplanılmışdır. Ekspertiza mütəxəssisi və ekspertiza rəyləri alınmış və müəyyən olunumuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsi məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu əsasla da iddiaçı həmin torpaq sahəsində özünə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı hazırkı vəziyyətdə iddia qaldırmışdır. Həmçinin qeyd etmək istəyir ki,cavabdehin təqdim etdiyi etiraz ərizəsində də cavabdeh etiraf edir ki, həqiqətəndə torpaq sahəsi iddiaçıya məxsusdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir..

III. Tədqiq olunan sübutlar:

7. İş materiallarında olan 2002-ci il tarixli baxış aktından görünür ki, Ucar Bələdiyəsinin sədr müavini İ.İsmayılovun, Ucar rayon İH-nin tikinti və memarlıq şöbəsinin müdiri N.Adıyevin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar Rayon Şöbəsinin mütəxəssisi Ş.İbrahimovun, Ucar Rayon Elektrik Şəbəkəsinin rəisi A.Məmmədovun, Ucar Rayon Qaz İdarəsinin rəisi A.Əhədovun, Ucar Rayon Yanğından Mühafizə Dəstəsinin rəisi N.Mehdiyevin, Ucar Rayon Sanitar-Epidemoloji stansiyasının baş həkimi F.Kərimovun, Ucar Telekommunukasiya İdarəsinin rəisi Ə.Zeynalovun, Ucar Su-kanalizasiya İdarəsinin müdiri S.Əliyevin və Ucar şəhər sakini Cavabdeh iştirakları ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq barədə Ucar Bələdiyyəsinə müraciəti ilə əlaqədar Ucar şəhəri, Azərbaycan küçəsi ərazisinə baxış keçirilmiş və həmin ərazidə mağaza tikintisi altında 30 kv.m torpaq sahəsinin sonuncuya verilməsi məqsədə müvafiq hesab edilmişdir.

8. Ucar Bələdiyyəsinin 26 dekabr 2002-ci il tarixli iclasının 12 saylı protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altında 30 kv.m torpaq sahəsi satılmışdır.

9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin üzərindəki çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində **********89- 05301 reyestr nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

10. İş materiallarında olan 25 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiqlənmiş müqavilədən görünür ki, X21 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsinin 28 avqust 2006-cı il tarixli MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışa və 11 sentyabr 2006-cı il tarixli, 27/627 nömrəli arayışa əsasən ona məxsus olan Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0025 ha torpaq sahəsini 300 manat müqabilində X2.

11. Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 03 may 2011-ci il tarixli 54 saylı sərəncamından çıxarışdan görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, 5 saylı evin sakini X10 Ucar rayon X18 bağlanmış 25 oktyabr 2006-cı il tarixli YƏ-85 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında şəhərin Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir.

12. Ucar Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(063)-676/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin 26 dekabr 2002-ci il tarixli 12 saylı iclasının protokoluna əsasən ona satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 30 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyriyaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir.

13. Ucar Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(063)-172/2014 saylı qətnaməsinin surətindən görünür ki, 25 oktyabr 2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında X22 tərəfindən X3 Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 25kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) sonuncunun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir.

14. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin 14 mart 2024- cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış 19-C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 26 noyabr 2024-cü il tarixli, 3-21-3-36/2-5139/2024 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 10/10000 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 26 noyabr 2024-cü il tarixli, 3-21-3-36/2-5139/2024 saylı mütəxəssis rəyinə əsasən 11 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsi Cavabdeh tərəfindən naturada istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Həmçinin, 11 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən 11.1 x 4.8 m ölçüdə tikili inşa edilməsi mütəxəssis tərəfindən müəyyən edilmiş və sxemdə göstərilmişdir.

16. Ucar Rayon Dövlət Arxivindən verilən xx.xx.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Ucar Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2011-ci il tarixli 54 nömrəli Sərəncamına əsasən Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, 5 saylı evin sakini X10 Ucar rayon Dövlət Notariat Konturunda bağlanmış xx.xx.2006-cı ilə tarixli YƏ-85 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında şəhərin Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir.

İV. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

323. Daşınmaz əşya elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı öhdəliklər icra edilməli olar.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 47.4.5. Tikinti obyektinin sifarişçisi müvafiq icra hakimiyyəti orqanından (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır; 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.

21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

22. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

V. Məhkəmənin mövqeyi:

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ucar Bələdiyyəsinin 26 dekabr 2002ci il tarixli iclasının 12 saylı protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair akta əsasən Cavabdeh Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altında 30 kv.m torpaq sahəsi satılmışdır. Ucar Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(063)-676/2013 saylı qətnaməsi ilə Cavabdeh Ucar Bələdiyyəsinin 26 dekabr 2002-ci il tarixli 12 saylı iclasının protokoluna əsasən ona satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 30 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. 25 oktyabr 2006-cı il tarixli notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən X21 tərəfindən Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0025 ha torpaq sahəsi X1. Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 03 may 2011-ci il tarixli 54 saylı sərəncamından çıxarışla X10 Ucar rayon X18 bağlanmış 25 oktyabr 2006-cı il tarixli YƏ-85 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında Ucar rayonu, Azərbaycan küçəsində yerləşən 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir.

24. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmçinin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsinin Cavabdeh tərəfindən naturada istifadə olunduğu və 11.1 x 4.8 m ölçüdə tikilinin inşa edilməsi mütəxəssis tərəfindən müəyyən edilmişdir.

25. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı mülkiyyətinə keçdikdə həmin torpaq sahəsində tikintisinə icazə verilmiş mübahisə predmeti olan tikili (mağaza) artıq mövcud olmuşdur. İddiaçıya qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair çıxarış verildikdə orada tikilmiş tikilinin (mağaza) olmasından xəbərsiz olması qeyri-mümkündür. Belə ki, hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin ərizəyə torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilir. Bununla da bağlı məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsində tikilmiş mübahisə predmeti olan 11.1 x 4.8 m ölçüdə olan tikili barədə riskin olduğunu bilmiş və ya bilməli olmuşdur.

26. Bundan başqa, hətta iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranığı 2014-ci ildən 2025-ci ilədək 11 il ərzində cavabdeh həmin əmlakdan fasiləsiz istifadə etmiş və ona qarşı iddiaçı tərəfindən hər hansı irad və etiraz bildirilməsi ilə bağlı məhkəməyə mötəbər sənəd təqdim edilməmişdir.

27. Həmçinin məhkəmə qeyd edir ki, iddia predmeti olan tikilinin bir hissəsi 30 kv.m torpaq sahəsində Cavabdeh, digər hissəsi isə 25 kv.m torpaq sahəsində cavabdehin anası X12 tərəfindən tikilmişdir. Qeyd olunan tikilinin 25 kv.m torpaq sahəsində yerləşən hissəsi Cavabdeh tərəfindən tikilməsə də hazırda naturada onun istifadəsində olması ekspert rəyində öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə ümumi olararaq 53.3 kv.m torpaq sahəsində tikilmiş tikilinin sökülməsi tələbinə hüquqi qiymət verərkən vahid mövqe tətbiq edir.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ucar Bələdiyyəsinin 26 dekabr 2002-ci il tarixli iclasının 12 saylı protokolundan çıxarışın və torpaqların alqı-satqısına dair aktının mübahisələndirilməsi və ləğvi barədə iş materillarında hər hansı sənəd aşkar edilməmişdir. Bu səbəbdən Cavabdeh mağaza tikintisi üçün bələdiyyə tərəfindən satılmış 30 kv.m torpaq sahəsinin hansı əsasla iddiaçının mülkiyyətinə keçməsi mübahisəli məsələ olsa da, həmin hissənin araşdırılması kommersiya məhkəmənin səlahiyyətinə aid olmadığından məhkəmə tərəfindən araşdırma aparılmamışdır.

29. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili özbaşına tikinti olmamışdır. Belə ki, ümumi sahəsi 53.3 kv.m olan torpaq sahəsi cavabdeh və onun anası tərəfindən alqı-satqı yolu ilə əldə edildikdən sonra mübahisəli tikili (mağaza) müvafiq razılıq alınmaqla inşa edilmişdir. Belə olan halda iddiaçı mübahisəli tikilinin sökülməsi tələbini irəli sürməkdə haqlı olmamışdır.

30. İddia tələbi “cavabdehin torpaq sahəsindən məcburi çıxarılmasına aid hissə”də də təmin edilə bilməz. Belə ki, cavabdehin istifadə etdiyi torpaq sahəsində yerləşən tikilinin sökülməsi təmin edilmədiyindən onun yerləşdiyi torpaq sahəsinin də boşaldılması məqsədəmüvafiq deyildir. Odur ki, gələcəkdə qətnamənin icra edilməmiş qalmaması üçün iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

32. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

33. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları konstitusiya və bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.

34. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikdiyi qeyri-yaşayış obyekti müvafiq icra hakimiyyəti orqanında razılaşdırılmaqla tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları, eləcə də iddiaçı tərəfindən həmin şəxsə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, bununla da tikili qanunsuz və özbaşına tikinti sayılmadığından həmin qeyri-yaşayış obyektinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Nəticə etibarilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sökülməsi hüquqi baxımdan məqsədəuyğun deyil və tərəflərin hüquqlarının balanslı qorunması məqsədilə tikilinin saxlanılması, tərəflər arasında torpaqdan istifadəyə dair münasibətlərin (kompensasiya, servitut və ya digər qaydalarla) müəyyən olunması zəruridir. Əks halda, cavabdeh daha əvvəl qanuni əsasla əldə etdiyi torpaq sahəsində müvafiq icazə ilə tikdiyi tikintinin sökülməsi, cavabdehin qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında da göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

36. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

37. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir.

38. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilməlidir.

39. Bundan başqa məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.

Vl. Məhkəmə baxışının hədləri:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Vll. Nəticə:

41. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar