Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1356/2025 18.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsi üzərində quraşdırılmış köşkün və tir qurğusunun sökülərək götürülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsi üzərində quraşdırılmış köşkün və “Tir” qurğusunun sökülərək götürülməsi və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, həmin yer 2006-ci ildən onun isifadəsində olan yerdir. Həmin yer özünə babasından miras qalmışdır. Torpağı icarəyə götürüb sonra mülkiyyətinə alıb və çıxarışı da var. Bundan əlavə 498 kvadart metr olan istifadə ərazisi var. Həmin ərazini abadlaşdırıb. Sadəcə ora əmlak torpağı olduğu üçün, hal-hazırda da orda islahatlar getdiyi üçün onunla icarə müqaviləsi bağlaya bilməyiblər. Bələdiyyənin heç bir mülkiyyət hüquqi sənədi yoxdur. Sadəcə olaraq müəyyən təsirlərə görə iddia edir ki, həmin ərazini boşaltsın. Əgər onların mülkiyyət hüququ var idi isə birinci növbədə özü ilə icarə müqaviləsi bağlayardılar və yaxud mülkiyyətinə verərdilər. Həmin ərazidə sahəsi 12 kvadrat metr olan tir qurğusu quraşdırıb. Arxasında isə 6 kvadrat metr olan köşk açıb, həmçinin sahibkarlıq fəaliyyətini genişlədirmək istəyir. Bələdiyyənin heç bir mülkiyyət sənədi yoxdur, sadəcə sxem təqdim ediblər. Həmin sxemdə əsasız bir sxemdir. Birinci instansiya məhkəməsi qərar çıxarmışdı ki, qarşı tərəfin qaldırdığı dispozisiya düzgün deyil və Fövqaladə Hallar Nazirliyinə müraciət etmələri xahiş olunmuşdu. X1 Nazirliyinə müraciət etməmiş qanunsuz şəkildə akt tərtib etmişlər və yenidən özünü məhkəməyə vermişdilər. Məhkəmənin axırıncı qərarı olan Fövqaladə Hallar Nazirliyinə müraciət etməyi yerinə yetirməmişdir. Ondan öncə İcra Hakimiyyəti Fövqaladə Hallar Nazirliyinə müraciət etmişdi. Bələdiyyə ona aid olmayan əraziyə qanunsuz iddia etdiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli işin icraata götürülməsi barədə qərardadla iş icraata götürülmüş və məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 15:40-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. xx.xx.2025-ci il tarixə saat 15:40-da keçirilən məhkəmə iclasına cavabdeh gələrək öz mövqeyini bildirmiş lakin iddiaçının nümayəndəsi gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 15:00-a təxirə salınmış, lakin iddiaçı təkrarən məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Göründüyü kimi iddiaçı məhkəmə iclasına gəlmir, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermir və işə hər-hansı prossesual maraq göstərmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsi üzərində quraşdırılmış köşkün və tir qurğusunun sökülərək götürülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elnarə Hüseynova
Məhkəmə qərarları › İş №2-2(117)-1356/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1356/2025
18.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver