Məhkəmə qərarları › İş №2-2(117)-167/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-167/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-167/2020 02.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat Kontoruna qarşı “cavabdehlə bağlanmış xx xxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın icarə müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlə bağlanmış xx xxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın icarə müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək mübahisə ilə bağlı cavabdehlə məhkəmədənkənar razılığa gəldiklərini bildirmiş və iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdiı. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını iddiaçı və cavabdehin müraciətləri ilə birgə araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Göyçay rayon Notariat Kontoruna qarşı “cavabdehlə bağlanmış xx xxxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın icarə müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın boşaldılaraq ona təhvil verilməsi” tələbinədair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar