Məhkəmə qərarları › İş №2-2(117)-1896/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1896/2025

18.12.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1896/2025 18.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin 2021-2024-cü illərdə keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin, 2021-2024-cü illərin maliyyə təsərrüfat fəaliyyətinə dair müstəqil auditorun audit aktının surətinin, 2021-2024-cü illərin maliyyə balansının surətini, cəmiyyətin nizamnaməsinin surətinin, qiymətli kağız mülkiyyətçilərinin sonuncu reyestrinin surətinin onlara təqdim edilməsi vəzifəsinin ASC-nin icra orqanlarının rəhbərinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin 2021-2024-cü illərdə keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin, 2021-2024-cü illərin maliyyə təsərrüfat fəaliyyətinə dair müstəqil auditorun audit aktının surətinin, 2021- 2024-cü illərin maliyyə balansının surətini, cəmiyyətin nizamnaməsinin surətinin, qiymətli kağız mülkiyyətçilərinin sonuncu reyestrinin surətinin onlara təqdim edilməsi vəzifəsinin ASC-nin icra orqanlarının rəhbərinin üzərinə qoyulması” tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iş ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçılar qanunvericiliyin tələblərinə riayət etməmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədləri elektron formada deyil, kağız daşıyıcı formasında göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 10- 1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. AR Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinə əsasən, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə elektron poçt vasitəsilə iddia ərizəsini göndərərək müraciət etmiş, lakin ərizənin forma və məzmunu ilə bağlı, həmçinin qanunvericiliyin iddia ərizəsi və ona əlavə sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçılar hazırkı iş üzrə sadəcə iddia ərizəsini kağız formada təqdim edərək müraciət etmişlər, həmin iddia ərizəsinin məzmunundan göründüyü kimi ərizədə qoşma kimi sənədlərin siyahısı yazılmış, lakin həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, məhkəmə iddiaçıların diqqətinə çatdırır ki, birgə iddiaçılar tərəfindən elektron iddia ərizəsinin imzalanması üçün hər bir iddiaçının öz elektron imza (e-imza) və ya ASAN İmza ilə sistemə daxil olub, ərizəni təsdiq etməsi lazımdır. Və ya iddiaçıların vəkillərinə verdikləri səlahiyyət (nümayəndəlik) əsasında bu proses vəkil tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Qeyd edilən hallardan göründüyü kimi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin 2021-2024-cü illərdə keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin, 2021-2024-cü illərin maliyyə təsərrüfat fəaliyyətinə dair müstəqil auditorun audit aktının surətinin, 2021- 2024-cü illərin maliyyə balansının surətini, cəmiyyətin nizamnaməsinin surətinin, qiymətli kağız mülkiyyətçilərinin sonuncu reyestrinin surətinin onlara təqdim edilməsi vəzifəsinin ASC-nin icra orqanlarının rəhbərinin üzərinə qoyulması” barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar