Məhkəmə qərarları › İş №2-2(117)-416/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-416/2024

30.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-416/2024 30.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisədən (Ferma) çıxarılması və məhkəməyə müraciət tmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisədən (Ferma) çıxarılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmiş, Balakən Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(019)-148/2024 nömrəli qərardadla işi məhkəmə aidiyyəti üzrə hazırki məhkəməyə göndərmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq təkrar məhkəmə hazırlıq iclasına və məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırki iş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçının elektron kabinetinə cavabdehlərə sms vasitəsilə məlumat göndərilmişdir. Buna baxmayaraq tərəflər xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclaslarına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq tərəflər xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il təyin edilmiş məhkəmə hazırlıq iclaslarına gəlməmiş, həmçinin xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Tərəflərin özlərinin və ya nümayəndələrinin təkrar məhkəmə iclasında iştirak etməmələrini, habelə işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etməmələrini, o cümlədən, məhkəmənin tələb etdiyi sənədlərin təqdim olunmamasını və işə bu vəziyyətdə baxılmasının qeyri-mümkünlüyünü nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Balakən şəhəri, Atatürk prospekti 4 ünvanında yerləşən əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisədən (Ferma) çıxarılması və məhkəməyə müraciət tmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar