Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-430/2025 13.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Mingəçevir Şəhər Bələdiyyəsinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə və X4 qarşı “cavabdehin zəbt edilmiş torpaq sahəsindən məcburi çıxarılması və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən ona məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz tikililəri öz hesabına sökməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli **********086- 06301 saylı çıxarışa əsasən Ünvan 1 ünvanında yerləşən 1.26 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi ilə qonşuluqda olan Cavabdeh məxsus torpaq sahəsində yerləşən mebel sexində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh 2018-ci ilin mart ayında mebel sexinin divarından eninə 5.5 metr məsafədə və uzunun 40 metr məsafədə onun istifadəsində olan torpaq sahəsini qanunsuz zəbt edərək, daş hasar çəkmiş və inşaat işlərini davam etdirir. Onun qanunsuz hərəkətlərinə son qoymaq, zəbt olunmuş torpaq sahəsini boşaldılması təklif edilməsini rədd etmişdir. Bununla bağlı Mingəçevir ŞPŞ-nə rəsmi müraciət edilmiş və mübahisənin mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. Hesab edir ki, Cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz zəbt etdiyindən ona zərər vurur, ondan bəhrələnməyə maneə törədir və bu səbəbdən həmin ərazini məcburi qaydada boşaltmalı və qanunsuz tikililəri öz hesabına sökməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5-ci, 17-ci, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələri göstərilmişdir.
4. Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(051)-91/2023 nömrəli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli protokol qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Mingəçevir Şəhər Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb edilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli protokol qərarına əsasən X6 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-32/2025 nömrəli qərardadı ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(051)-91/2023 nömrəli qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir.
8. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-430/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
9. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasının qərardadına əsasən Mingəçevir Şəhər İcra Hakimiyyəti iş ürə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
10. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, onun tərəfindən sübutlar təqdim edilmiş, həmçinin, iş üzrə ekspert rəyləri də vardır. İddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir.
11. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, sözügedən torpaq sahəsi onun dayısı Quliyev Tofiqə məxsusdur. O, xaricdə yaşadığından həmin torpaq sahəsinin idarə edilməsini etibarnamə əsasında ona həvalə etmişdir. Torpaq sahəsində mebel sexi var və o, orada işləyir. Rəylə də razı deyil. Torpaq sahəsini bələdiyyədən alıblar və rəsmi çıxarışı da vardır. Ekspert rəyində göstərilən 248 kv.m torpaq sahəsinə hasar çəkdiyini bildirdi. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
12. Üçüncü şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Mingəçevir Şəhər Bələdiyyəsi, Mingəçevir şəhər İcra Hakimiyyəti və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə mübahisəyə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. - 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası - 2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
- 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
- 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
M a d d ə 1 1 1 . Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
- 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. - 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
16. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununu 29.6-cı maddəsinə əsasən özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasənamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
18. İşdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı, **********59-12301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, qeydiyyat tarixi xx.xx.2012-ci il olan, Mingəçevir şəhəri, ünvan 2 ünvanında, dövlət mülkiyyətində olan 1.9713 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1004.0 m2 olan Əmlak kompleksi kimi müəssisənin (Tərkibi: Qeyri-yaşayış binası “Anbar” (anbar), Qeyri-yaşayış binası “Emalatxana” (Xidmət), Qeyri-yaşayış binası “Anbar” (anbar)) tam istifadə hüququ "xxxx" ASC-yə aiddir.
19. İşdə olan xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Bölgü planından görünür ki, xx.xx.2012-ci il tarixli **********59- 12301 reyestr nömrəli dövlət aktına, şəhadətnamə, alqı-satqı müqaviləsinə əsasən, Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən 1.9713 ha torpaq sahəsinin 12644.28 kv.m hissəsi "xxxx" ASC tərəfindən İddiaçı satılmasına razılaşmışlar.
20. İşdə olan 25 may 2013-cü il tarixdə tərtib edilmiş 21213 inventar nömrəli, **********86-06301 reyestr nömrəli Texniki pasportun surətindən görünür ki, Mingəçevir şəhəri, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının (emalatxana) hüquq subyekti İddiaçıdur.
21. İşdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, qeydiyyat tarixi xx.xx.2013-cü il olan, Mingəçevir şəhəri, ünvan 4 ünvanında, dövlət mülkiyyətində olan 0.01868 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasından tam istifadə hüququ İddiaçı aiddir.
22. İşdə olan AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli **********20 nömrəli bildirişdən görünür ki, Ünvan 1 ünvanında onun tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 126 600 manat təşkil edən 12664.0 kv.metr torpaq sahəsi satın alınması və ya icarəyə götürülməsinə razılıq verilməsi üçün ona təklif olunmuşdur.
23. İşdə olan DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, qeydiyyat tarixi xx.xx.2018-ci il olan, Mingəçevir şəhəri, ünvan 5 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.20 ha torpaq sahəsi X3 tam xüsusi mülkiyyətindədir.
24. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/3039 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: - 1-ci sual üzrə: Cavabdeh məxsus 0,20 ha torpaq sahəsi ilə, İddiaçı naturada göstərdiyi 208 kv.m torpaq sahəsi 8,8 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilir. Sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. - 2-ci sual üzrə: Cavabdeh məxsus tikili **********84 reyestr nömrəli çıxarışla verilmiş 0,20 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
25. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/4604 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İntiqam Ağayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: - 1-ci sual üzrə: İddiaçı adına 25 may 2023-cü il tarixdə tərtib edilmiş 21213 inventar nömrəli, **********86-06301 reyestr nömrəli texniki pasportda göstərilən, İddiaçı faktiki istifadəsində olan Ünvan 1 ünvanında yerləşən 12664 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən 25 may 2013cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 148 kv.m əsas tikili altında olan, 38.8 kv.m isə digər tikili və qurğular altında olan torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları kameral şəraitdə müəyyən edilmişdir. - 2-ci sual üzrə: İddiaçı adına 25 may 2023-cü il tarixdə tərtib edilmiş 21213 inventar nömrəli, **********86-06301 reyestr nömrəli texniki pasportda göstərilən və İddiaçı naturada göstərdiyi və iddia etdiyi Ünvan 1 ünvanında yerləşən 12664 kv.m torpaq sahəsinin koordinatları, həmçinin naturada ölçüləri müəyyən edilmişdir. Həmin torpaq sahəsi üzərində İddiaçı aid əsas tikili və ya digər tikili və qurğular olmadığından, həmçinin iddiaçı tərəfindən naturada göstərilmədiyindən torpaq sahəsinin naturada ölçülərini və koordinatlarını müəyyən etmək mümkün olmadı. - 3-cü sual üzrə: Daşınmaz əmlakın dövlət reyestrindən 12 iyun 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi isə **********84 olan çıxarışa əsasən X3 mülkiyyətində olan, Mingəçevir şəhəri ünvan 6 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları kameral şəraitdə müəyyən edilmişdir. - 4-cü sual üzrə: Daşınmaz əmlakın dövlət reyestrindən 12 iyun 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi isə **********84 olan çıxarışa əsasən X3 mülkiyyətində olan, Mingəçevir şəhəri ünvan 6 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin koordinatları, həmçinin naturada ölçüləri müəyyən edilmişdir.
26. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 10/7483 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 2423/2024 nömrəli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: - 1-ci sual üzrə: İddiaçı adına 25 may 2023-cü il tarixdə tərtib edilmiş 21213 inventar nömrəli, **********86-06301 reyestr nömrəli texniki pasportda göstərilən, İddiaçı faktiki istifadəsində olan Ünvan 1 ünvanında yerləşən 12664 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən 25 may 2013cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 148 kv.m əsas tikili altında olan, 38.8 kv.m isə digər tikili və qurğular altında olan torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları kameral şəraitdə müəyyən edilmişdir. - 2-ci sual üzrə: İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxs X3 mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə, həmçinin naturada ölçüləri üst-üstə düşmür. - 3-cü sual üzrə: Cavabdeh istifadəsində olan tikililərin hər hansı bir hissəsi İddiaçı naturada göstərdiyi və iddia etdiyi 12664 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşmir. - 4-cü sual üzrə: Naturada ölçüləri müəyyən edilən və İddiaçı naturada göstərdiyi və iddia etdiyi 12664 kv.m torpaq sahəsinin 248 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. - 5-ci sual üzrə: Sözügedən 12664 kv.m torpaq sahəsi üzərində İddiaçı aid tikili və qurğular olmadığından, cavabdeh tərəfindən istifadə edilən 248 kv.m torpaq sahəsi ilə tikililər arasında olan məsafəni və ölçüləri müəyyən etmək mümkün olmadı.
27. Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumatdan görünür ki, X1 Cavanşir Xəlil oğluna xx.xx.2032-ci il tarixinədək etibarnamə ilə HDQHDƏDR-dən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan Mingəçevir şəhəri, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.20 ha olan torpaq sahəsinin sənədləşdirməyi, kommunal xərcləri ödəməyi, kommunal xərclər və digər sənədləşdirmə işləri ilə bağlı müqavilələr bağlamağı, istənilən sayğacları quraşdırmağı, icarəyə verməyi, torpağın üzərində tikinti işlərini görməyi, müvəqqəti istifadə etməyi, imza etməyi, hüquqmüəyyənedici sənədləri almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
28. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
29. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
30. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
31. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki: Mingəçevir şəhəri, ünvan 5 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin X3 tam xüsusi mülkiyyətindədir, AZEMİS-dən əldə edilmiş məlumatla X3 həmin torpaq sahəsi ilə bağlı müvafiq hüquqlarını etibarnamə ilə xx.xx.2032-ci il tarixinədək Cavabdeh verdiyi müəyyən edilir.
32. Eyni zamanda, Mingəçevir şəhəri, ünvan 4 ünvanında, dövlət mülkiyyətində olan 0.01868 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasından tam istifadə hüququnun İddiaçı aid olduğu müəyyən edilir. Bundan əlavə 12664 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla "xxxx"ASC-nin istifadəsində olmuş, həmin ərazidə olan qeyri yaşayış sahəsi İddiaçı satıldıqdan sonra qeyd edilən torpaq sahəsi də sonuncunun istifadəsində olmuş və iddiaçıya məxsus texniki pasportda 12664 kv.m torpaq sahəsinin olduğu müəyyən edilmişdir.
33. İşin mübahisələndirilən hallarına Ünvan 1 ünvanında yerləşən 12664 kv.m torpaq sahəsinin həqiqətən də iddiaçının istifadəsində olub-olmaması, həmin torpaq sahəsi ilə cavabdehin istifadəsində olan Mingəçevir şəhəri, ünvan 5 ünvanında yerləşən 0.20 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi, cavabdehin həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib-etməməsi və həmin torpaq sahəsində cavabdehə məxsus hər hansısa tikilinin mövcud olub-olmaması halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
34. Məhkəmə, ilkin olaraq Ünvan 1 ünvanında yerləşən 12664 kv.m torpaq sahəsinin İddiaçı istifadəsində olmasına münasibətdə qeyd edir ki, bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı, **********59-12301 reyestr nömrəli çıxarış, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Bölgü planı, xx.xx.2013-cü il tarixdə tərtib edilmiş 21213 inventar nömrəli, **********86-06301 reyestr nömrəli Texniki pasport və AR Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli **********20 nömrəli bildiriş qarşılıqlı təhlil edildikdə öz təsdiqini tapır.
35. Belə ki, həmin sənədlər əsasında, Mingəçevir şəhəri, ünvan 2 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1.9713 ha torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsində olduğu, bundan sonra həmin torpaq sahəsinin 12644.28 kv.m hissəsinin İddiaçı satılmasına razılaşdıqları, texniki pasportla iddiaçının istifadəsində olan qeyriyaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsinin 12664.0 kv.metr olduğunu müəyyən edilir. Bundan başqa AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli **********20 nömrəli bildiriş ilə Ünvan 1 ünvanında İddiaçı tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış binasının yerləşdiyi 12664.0 kv.metr torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsinə razılıq verilməsi üçün ona təklif edilmişdir ki, bu hal həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmasını göstərir.
36. Bu səbəbdən mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olsa da, iddiaçı tərəfindən özəlləşdirilmə nəticəsində alınmış qeyri-yaşayış sahəsinin ərazisi olduğundan, iddiaçının istifadəsində olduğundan, eyni zamanda, gələcəkdə müvafiq dövlət orqanı tərəfindən öz hüquqlarından istifadə etməklə alqı-satqı və ya digər müqavilə əsasında başqa şəxslərin mülkiyyətinə və icarəsinə verilməsi hüquqlarını özündə saxladığını nəzərə almaqla iddiaçının hazırkı torpaq sahəsi ilə hazırkı iddianı qaldırmaq hüququ istisna edilmir.
37. Bundan başqa məhkəmə, işin digər mübahisələndirilən halları olan iddiaçı ilə cavabdehin istifadəsində olan torpaq sahələrinin üst-üstə düşməsi, cavabdehin iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməsi hallarına qiymət verərkən Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 10/7483 nömrəli ekspert rəyini əsas götürmüşdür.
38. Belə ki, məhkəmə, təqdim edilmiş ekspert rəylərinə qiymət verərərək hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/3039 nömrəli və 25 iyul 2024-cü il tarixli 3-16-16/2-10/4604 nömrəli ekspert rəyləri ilə işin hallarına tam şəkildə aydınlıq gətirilmədiyindən, həmin rəylər natamam olduğundan, hazırkı iş üzrə qeyd edilən hissələrə qiymət verilərkən Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 10/7483 nömrəli ekspert rəyi əsas götürülməli və həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, ilkin rəylərdə mübahisəli torpaq sahəsinin qoşu sərhədlərinin ölçü və cizgilərinin forması ilkin sənədlərdə olan müvafiq sənədlərə uyğun olması müəyyən edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 10/3039 nömrəli rəyində isə qeyd edilən cizginin ilkin sənədlərə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, mübahisəli torpaq sahələrinin qonşu sərhədi düz xətlə, məhkəmənin mötəbər qəbul etdiyi yuxarıda qeyd edilən rəydə isə qonşu sərhədlər ilkin texniki sənədlərə uyğun (Texniki pasportda 40,6 m hissədə) maili formada qeyd edilmişdir.
39. Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 10/7483 nömrəli ekspert rəyi ilə təsdiqini tapmış hallar ondan ibarətdir ki: a) İddiaçı faktiki istifadəsində olan Ünvan 1 ünvanında yerləşən 12664 kv.m torpaq sahəsi ilə üçüncü şəxs X3 mülkiyyətində olan Mingəçevir şəhəri, ünvan 5 ünvanında yerləşən, 0.20 ha torpaq sahəsi sənəd üzrə, həmçinin naturada ölçüləri üst-üstə düşmür. b) Cavabdeh istifadəsində olan tikililərin hər hansı bir hissəsi İddiaçı naturada göstərdiyi və iddia etdiyi 12664 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşmir. c) İddiaçı naturada göstərdiyi və iddia etdiyi 12664 kv.m torpaq sahəsinin 248 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir.
40. Göründüyü kimi iddiaçı, onun faktiki istifadəsinə olan Ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, ekspert rəyi ilə bu hal öz təsdiqini qismən tapmışdır. Belə ki, ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçının istifadəsində olan 12664 kv.m torpaq sahəsinin 248 kv.m hissəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi öz təsdiqini tapmışdır.
41. Bundan əlavə olaraq iddiaçı və cavabdeh tərəfindən həmin sahədə daş hasar çəkildiyini və hazırda həmin hasarın mövcud olduğunu bildirmişdir. Ekspert rəyində cavabdehin istifadəsində olan tikililərin hər hansı bir hissəsinin 12664 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi qeyd edilsə də, hər iki tərəfin məhkəmə iclasında verdiyi izahatında həmin torpaq sahəsinin 248 kv.m hissəsinə cavabdeh tərəfindən daş hasar çəkildiyi qəbul edilmişdir.
42. Eyni zamanda cavabdeh tərəf 248 kv.m torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu qəbul etməsə də, məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsində olmasını təqdiqləyən hər hansısa bir sübut təqdim etməmiş və irəli sürdüyü halı əsaslandıra bilməmişdir.
43. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh ekspertiza rəyində göstərilən iddiaçının istifadəsində olan 12664 kv.m torpaq sahəsinin 248 kv.m hissəsindən çıxarılmalı, həmin hissədə qanunsuz inşa edilmiş tikili (hasar) cavabdehin hesabına sökülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
44. Məhkəmə hesab edir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil etdiyindən, hazırkı iddia ərizəsi məhkəməyə verilən zaman qüvvədə olan qanunvericiliyə əsasən ödənilməli olan dövlət rüsumu 100 manat olduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu (xx.xx.2019-cu il tarixində) Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 80 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7483 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİİİ Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin 248 kv.m hissəsindən çıxarılsın və həmin hissədə qanunsuz inşa edilmiş tikili (hasar) cavabdehin hesabına sökülsün. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçının hesabına ödənilsin. Cavabdeh ödənilməmiş 80 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X2, kodu: 210005, vöen: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, swift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Mübariz Hüseynov