Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-552/2025 11.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin İsmayıllı rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış,65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxardılması və həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış,65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı, ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin xahiş etdi hissəsində texniki səhv olduğunu və iddia tələbinin “cavabdehlərin İsmayıllı rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış,65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən, İsmayıllı rayonu,İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxardılması və həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə X7 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X6 məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış, 65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 Ədalət Əsgərovun ölümündən sonra miras qalmış bütün əmlaklara yiyələnmiş və miras əmlakları faktiki surətdə idarə etməyə başlamışdır. (AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1270/2024 saylı qərarı). İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Mircan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən X4 ailə tərkibi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ibarətdir və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Qeyd edilən daşınmaz əmlaklara dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə **********, ********** və ********** qeydiyyat nömrələri ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlakların İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər fərdi yaşayış evindən çıxmaqdan imtina edirlər. Məhkəmədən iddia tələbini təmin edilməsini xahiş etmişdir.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 178.1-ci, 203.3.1-ci, AR “İpoteka haqqında” Qanununun 59.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələri göstərilmişdir.
5. İsmayıllı Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(037)-38/2025 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair 2(037)-38/2025 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir
6. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-552/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçıASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir.
8. AR “TƏBİB” PHŞ “Yeni Klinika” X15 tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda cavabdehin “C22.9 qaraciyərin dəqiqləşdirilməmiş bədxassəli yenitörənməsi” diaqnozuna uyğun olaraq qara ciyərin lobektomiyası əməliyyatı olunmuş və hal-hazırda müalicəsi davam etməkdədir. Cavabdeh qeyd edilən məktubu məhkəməyə təqdim etsə də, bu məktub əsasında xahişinin nədən ibarət olmasını bildirməmişdir. Eyni zamanda məhkəmə, məhkəmə iclasının təxirə salınmasına münasibətdə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasını sübut edən dəlillər təqdim edilmiş, iş materialları ilə qeyd edilən hallar öz təsdiqini tapmışdır. Bu səbəbdən və eyni zamanda digər cavabdehlərin də məhkəmə iclaslarından lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq qeyd edilən məktubun məhkəmə iclasının təxirə salınması üçün əsaslı hesab etməmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
16. İşdə olan İsmayıllı RİHB-nin Mican kənd İƏB üzrə nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 4724 nömrəli arayışının surətindən görünür ki, X4 ailə tərkibi arvadı Cavabdeh2, 1989-cu il təvəllüdlü oğlu Cavabdeh1 və 2001-ci il təvəllüdlü oğlu Cavabdeh3 ibarətdir.
17. İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsindən və xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, X1, X2, X3 və Cavabdeh1 xx.xx.2011-ci il tarixli 5-BİZ-2-0-408-11 saylı kredit müqaviləsi üzrə 636.000 ABŞ dolları əsas kredit borcu,154.897 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları cərimə borcu, cəmi 792.897 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla alınaraq "xxxx" İKB-yə ödənilməsi; "xxxx" İKB tərəfindən ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 150 manat məbləğin X1, X2, X3 və Cavabdeh1 tutularaq "xxxx" İKB-yə verilməsi; 792.897 ABŞ dolları və 150 manat məbləğinin tutulmasının X8 və X7 ilə "xxxx" İKB arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 5-BİZ-2- 0-408/3-11 (İ) saylı, xx.xx.2011-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408-11(İ) saylı və xx.xx.2012-ci il tarixdə bağlanmış 5-BİZ-2-0-408/4-11(İ) saylı ipoteka müqavilələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 45 nömrəli vərəqində **********32-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, ümumi sahəsi 1105,1 kv.metr olan qeyri-yaşayış (restoran) binasına (binanın yerləşdiyi 0,14 hektar torpaq sahəsi ilə birlikdə), daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 12 nömrəli vərəqində **********56-10301 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,0663 hektar həyətyanı torpaq sahəsində yerləşən (1-2) mərtəbəli, 4 otaqlı, 206,02 kv.metr ümumi,119,18 kv.metr yaşayış, 86,84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə (0,0663 hektar həyətyanı torpaq sahəsi ilə birlikdə), daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa uyğun olaraq X4 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabında 44 nömrəli vərəqində **********28-10301 reyestr nömrəsi, **********1 qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydə alınmış, İsmayıllı rayonu, İsmayıllı kəndində 0,04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı,114,7 kv.metr ümumi, 49,5 kv.metr yaşayış,65,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa uyğun olaraq tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabında 114 nömrə ilə **********84-093003 reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri, Nizami küçəsində istifadədə olan 0,25166 hektar torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 49,79 kv.metr ümumi,35,24 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı 4 nömrəli mənzilə və X8 ilə "xxxx" İKB arasında xx.xx.2011-ci il tarixdə bağlanmış girov müqaviləsinə əsasən, X8 mülkiyyətində olan 47.000 manat dəyərində olmaqla İsmayıllı rayonu, İsmayıllı kəndində 0,14 hektar torpaq sahəsindəki qeyri-yaşayış (restoran) binasında yerləşən əsas vəsaitlər olan 11 ədəd «LG Gold» markalı kondisionerlərə,1 ədəd «Samsung» markalı ayaqlı kondisionerə, 9 ədəd «Euroluxs» markalı kondisionerlərə,5 ədəd lazer şou aparatlarına, 6 ədəd «LG» markalı televizorlara,4 ədəd «SuperMax» markalı televizorlara,1 ədəd proyektora,1 ədəd «LG» markalı musiqi mərkəzinə, 10 ədəd «Samsung» markalı televizorlara, 1 ədəd «LG» markalı kondisionerə, 1 ədəd DVR aparatına,1 ədəd «BM2 ARCOTHERM» markalı isidici aparata, 1 ədəd iki motorlu tozsorana, 1 ədəd bir matorlu tozsorana, 1 ədəd «GenPower İOOKVA» markalı dizel generatoruna, 1 ədəd ətçəkən maşına,1 ədəd kameralı “otaci” markalı soyuducuya, 1 ədəd «Beko» markalı soyuducuya, 1 ədəd şüşəli soyuducuya, 1 ədəd böyük və 1 ədəd kiçik dondurucuya, 2 ədəd təhlükəsizlik kameralarına, 1 ədəd su qızdırıcısına (kalonkaya) və 1 ədəd «Ariston» markalı su qızdırıcısına hərrac vasitəsi ilə satılmaqla yönəldilməsi qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1270/2024 nömrəli iddiaçı Cavabdeh1 cavabdehlər İsmayıllı rayon icra və probasiya şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi” ilə bağlı iş üzrə Qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ila Ədalət Əsgərov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013cü il tarixli, 2(037)-300/2013 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin 2(102)-1327/2017 nömrəli, 08 fevral 2017-ci il tarixli qərarı ilə Ədalət Əsgərov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəyə minmiş, icraya yönəlmişdir.
19. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, №137/3/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqaviləsinə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114,7 kv.metr olan fərdi yaşayış evi, 0.04 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 35700 manata əldə olunmuşdur.
20. Bakı Hərrac Mərkəzi” MMC-nin 23 may 2022-ci il tarixli, №137/2/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqaviləsinə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi, 0.0663 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 45.900 manata əldə olunmuşdur.
21. "xxxx" MMC-nin 23 may 2022-ci il tarixli, №137/1/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqaviləsinə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binası (restoran) 0.14 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmadığından "xxxx" ASC tərəfindən 586.500 manata əldə olunmuşdur.
22. İsmayıllı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(037)-8/2023 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehlər İsmayıllı rayon icra və probasiya şöbəsi, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı icra sənədi üzrə cavabdeh İsmayıllı rayon icra və probasiya şöbəsinin qərarı (bildirişi) əsasında verilmiş əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və işə məhkəmədə baxılarkən ilkin satış qiymətləri müəyyən edilməyən ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1318/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1270/2024 nömrəli Qərarı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İsmayıllı rayon icra və probasiya şöbəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1318/2023 nömrəli 6 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15i tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.7 kv.metr olan fərdi yaşayış evi 0.04 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir.
26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15i tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi 0.0663 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir.
27. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15i tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binası 0.14 hektar torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir.
Vİ. Məhkəmənin mövqeyi:
28. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
29. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
30. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
31. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları xx.xx.2011-ci il tarixli 5-BİZ-2-0-408-11 saylı kredit müqaviləsi üzrə borc məbləğinin tutulmasının hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakların hərrac vasitəsi ilə satılaraq onlara da yönəldilməsi (İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsi ilə), həmin əmlakların "xxxx" MMC tərəfindən keçirilmiş hərracda satılmaması səbəbindən "xxxx" ASC tərəfindən əldə olunması (Bakı Hərrac Mərkəzi” MMC-nin 23 may 2022-ci il tarixli, №137/2/22 nömrəli, “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol və müqaviləsinə əsasən), qeyd edilən əmlakların İddiaçı ASC-nin mülkiyyətində olması (DƏDKR PHŞ tərəfindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən) və işdə olan məhkəmə aktından göründüyü kimi Cavabdeh1 “qiymətləndirmə rəyinin (hesabatın) ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipoteka predmetləri olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi” ilə bağlı iddiasının təmin edilməməsi (AR Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1270/2024 nömrəli Qərarı) hallarından ibarətdir.
32. İşin mübahisələndirilən halına isə cavabdehlər tərəfindən qeyd edilən daşınmaz əmlakların boşaldılmaması halı aiddir. İddiaçı cavabdehlərin hazırkı iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaklardan çıxardılması və həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
33. Məhkəməyə təqdim edilmiş məhkəmə aktlarından göründüyü kimi xx.xx.2011-ci il tarixli 5-BİZ-2-0-408-11 saylı kredit müqaviləsinin icrasının təminatı olaraq ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 114.7 kv.metr olan fərdi yaşayış evi (0.04 hektar torpaq sahəsi ilə birlikdə), İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 206.02 kv.metr olan fərdi yaşayış evi (0.0663 hektar torpaq sahəsi ilə birlikdə) və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən ümumi sahəsi 1105.1 kv.metr olan qeyri yaşayış binası (0.14 hektar torpaq sahəsi ilə birlikdə) da ipoteka predmeti hesab edilmişdir.
34. Həmçinin, İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2(037)-300/2013 nömrəli qətnaməsindən göründüyü kimi Cavabdeh1 və Əsgərova X11 rayon Dövlət Notariat Kontoruna yazdıqları xx.xx.2011-ci il tarixli ərizələri ilə X6 məxsus qeyri-yaşayış binasının və fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etmədiklərini kredit və ipoteka müqavilələri üzrə öhdəliklər lazımınca icra edilmədikdə könüllü olaraq fərdi yaşayış evini qeyd-şərtsiz tərk edəcəklərini razılıq vermişlər.
35. Hazırkı vəziyyətdə isə DƏDKR PHŞ tərəfindən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışlardan göründüyü kimi qeyd edilən daşınmaz əmlaklar iddiaçı "xxxx" ASC-nin mülkiyyətindədir.
36. İddiaçının “cavabdehlərin daşınmaz əmlaklardan çıxardılması və həmin daşınmaz əmlakların boşaldılması və banka təhvil verilməsi” tələbinə münasibətdə məhkəmə hesab edir ki, ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin mənzil cavabdeh tərəfindən boşaldılmalıdır.
37. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən əvvəl bağlanması bir daha təsdiq edir ki, iddiaçı tələbində haqlıdır.
39. Qeyd edilən qanunvericilik normaları cavabdehlərə izah üçün qeyd edilsə də, hazırkı tələbin hüquqi əsasını iddiaçının qanunla əldə etdiyi mülkiyyət hüquqları çıxış edir. Belə ki, iddiaçı tələb etdiyi daşınmaz əmlak üzərindəki mülkiyyət hüququnu qanunvericiliyin tələbinə və müvafiq məhkəmə qərarları əsasında əldə etmişdir. Hazırkı vəziyyətdə isə mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir qeyd-şərt müəyyən edilmədiyindən iddiaçının mülkiyyət hüququnun təmin edilməsi, yəni sahiblik və istifadə hüquqlarının təmin edilməsi və bununla bağlı mülkiyyət hüququnun təmin edilməsi əsasında dayanan qanunlar tələbin hüququ əsasını təşkil edir.
40. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsgərov X10 rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış, 65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılmalı, həmin daşınmaz əmlaklar boşaldılmalı və banka təhvil verilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
41. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
Vİİİ Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əsgərov X10 rayonu, İsmayıllı kəndində 0.14 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 girişli, 1105.10 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.04 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 114.7 kv.metr ümumi, 49.5 kv.metr yaşayış, 65.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi, İsmayıllı rayonu, İsmayıllı kəndində 0.0663 hektar torpaq sahəsində yerləşən 1-(2) mərtəbəli, 4 otaqlı, 206.02 kv.metr ümumi, 119.18 kv.metr yaşayış, 86.84 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın, həmin daşınmaz əmlaklar boşaldılsın və banka təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov