Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-79/2020 21.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, X1 Dövlət Komitəsinin Cavabdeh qarşı “1223 nömrəli icarə müqaviləsi üzrə 557,55 manat məbləğində vəsaitin cavabdehdən tutularaq komitənin Mərkəzi Bakın Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: X1 Dövlət Komitəsi Cavabdeh qarşı “1223 nömrəli icarə müqaviləsi üzrə 557,55 manat məbləğində vəsaitin cavabdehdən tutularaq komitənin Mərkəzi Bakın Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Şəki Rayon Məhkəməsinə ünvanlanmış, həmin məhkəməyə göndərilmiş, lakin texniki səhv olaraq Şəki Kommersiya Məhkəməsinə təqdim edilərək qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X1 Dövlət Komitəsinin Cavabdeh qarşı “1223 nömrəli icarə müqaviləsi üzrə 557,55 manat məbləğində vəsaitin cavabdehdən tutularaq komitənin Mərkəzi Bakın Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbinədairiş aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №2-2(117)-79/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-79/2020
21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver