Məhkəmə qərarları › İş №2-2(119)-101/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-101/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-101/2020 13.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Azərelli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və “Azərelli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə xx xxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti poçt vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən həmin iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında onun cavabdehlər Cavabdeh1 və “Azərelli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Azərelli” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar