Məhkəmə qərarları › İş №2-2(119)-1256/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1256/2025

21.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1256/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə və iddiaçının nümayəndəsi Vəkil2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" firması tərəfindən cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı verilmiş “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan, duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması və maddi zərərin əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsinə və iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) "xxxx" firmasına (Qanuni nümayəndə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) qarşı verilmiş "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" firması cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan və duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması" tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında Cavabdeh2 MTK və Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yolundan istifadə olunmasının qadağan edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən qanunsuz istifadə edilməsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında çoxmərtəbəli yaşayış kompleksi inşa edilmişdir. Cavabdehlər müvafiq binaların inşasını həyata keçirməzdən əvvəl "xxxx" firmasının qanuni mənafelərinə zərər vurmayacaqları və rahatçılığın pozulmaması barədə vəd versələr də, sonradan verdikləri vədlərini pozmuşdurlar. Belə ki, yaşayış binalarının həyətinə layihə üzrə giriş-çıxış ümumi yoldan nəzərdə tutulsa da, cavabdehlər tərəfindən layihədə nəzərdə tutulan giriş-çıxış yolu bağlanılaraq binalarının arxasında yerləşən və "xxxx" firmasının hesabına çəkilmiş köməkçi yolundan giriş-çıxış üçün istifadə olunur. Həmçinin layihədən kənar avtomobillərin duracaq meydançası yaradılaraq qeyri-qanuni istifadədədir. Qeyd olunan hallar həmin ərazidə yerləşən "xxxx" firmasına məxsus, "xxxx" firmasının hesabına çəkilmiş yol örtüyünün həddindən artıq yüklənməsinə, bununla da sıradan çıxmasına və digər narahatçılıqlara səbəb olur. Bununla yanaşı, binaların birinci mərtəbəsinin arxasında layihədə nəzərdə tutulmayan giriş qapıları açılmaqla müvafiq sahələr sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunur. Həmin hallar da yaşayış binalarının arxasında çəkilmiş köməkçi yolun əlavə yüklənməsinə səbəb olur. Cavabdeh hüquqi şəxslərin məsul şəxsləri ilə dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsinə çalışılsa da, xahiş və tələblərə heç bir məhəl qoyulmur, sözügedən özbaşınalıq davam edir, "xxxx" firmasının və ərazidə olan digər şəxslərin qanuni mənafeləri pozulur, "xxxx" firmasına maddi zərər vurulur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Cavabdeh2 MTK "xxxx" firmasına qarşı "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ABC-İnşaat" MTK və “ABC-İnşaat" MMC-nin mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına gedən yolda qanunsuz inşa edilmiş hasarın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz qoyulmuş şlaqbaumun öz vəsaiti hesabına sökülməsi öhdəliyinin “Nofəl-LM" Firmasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədə avtomobillər üçün duracaq meydançası fəaliyyət göstərir. Həmin duracaq meydançası Cavabdeh1 MTK-nın və Cavabdeh2 MMC-nin mülkiyyətində, sahibiyində və istifadəsindədir. “Nofəl-LM" Firması isə həmin duracaq meydançasına gedən yolu hasarlamış və avtomobillərin həmin duracaq meydançasına girişinin qarşısını almışdır. Digər tərəfdən həmin hasarın sökülməsi böyük ictimai əhəmiyyət kəsb edir. Belə ki, fövqaladə hallar baş verdiyi məqamda, həmin qanunsuz hasar yanğın söndürən maşınlarının əraziyə girişini məhdudlaşdırır. Bundan başqa, "xxxx" firması Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz şlaqbaum qoymuş və bu hal avtomobillərin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girməsinə böyük çətinlik yaradır və cavabdehlərin mülkiyyətində, sahibiyində və istifadəsində olan duracaq meydançasına avtomobillərin girişinin qarşısını alır. Abşeron Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(012)-2826/2025 nömrəli qərardadı ilə "xxxx" Firmasının Cavabdeh1 MTK və Cavabdeh1 MMC-yə qarşı öhdəliyin qoyulması, köməkçi yoldan istifadə edilməsinin qadağan olunması və duracaqdan istifadəyə son qoyulması barədə ilkin, Cavabdeh1 MTK-nın "xxxx" Firmasına qarşı qanunsuz inşa edilmiş obyektin sökülməsi barədə qarşılıqlı iddialarına dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə Cavabdeh2 MTK-nın (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili 28 iyul 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin icraatında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) olan "xxxx" Firmasının, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) olan Cavabdeh2 MTK və Cavabdeh2 MMC-yə qarşı, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan istifadə olunmasına qadağan edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən qanunsuz istifadəsinə son qoyulması barədə və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) olan Cavabdeh2 MTK və Cavabdeh2 MMC-nin ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) olan "xxxx" Firmasının qarşı Cavabdeh2 MTK və Cavabdeh2 MMCnin mülkiyyətində, sahibliyində və istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına gedən yolda qanunsuz inşa edilmiş hasarın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz qoyulmuş şlaqbaumun qarşılıqlı iddia üzrə cavabdehin vəsaiti hesabına sökülməsi öhdəliyini "xxxx" Firması üzərinə qoyulmasına dair iddia ərizəsi vardır. Bütün bunları nəzərə alaraq, ədalətli və qanuni nəticəyə nail olmaq üçün ekspertizanın təyin olunması qanunamüvafiq olduğu qənaətindədir və ekspertin qarşısında bu sualların qoyulmasını xahiş etmişdir: Cavabdeh2 MTK və Cavabdeh2 MMC-nin mülkiyyətində, sahibliyində və istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına gedən yolda qanunsuz inşa edilmiş hasarın Cavabdeh2 MTK və Cavabdeh2 MMC-nin mülkiyyət hüquqlarını və sakinlər hüquqlarını pozurmu?; “Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz qoyulmuş şlaqbaum sakinlərin hüquqlarını pozurmu?”. Sumqayıt Kommersiya Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli 2-2(119)-1256/2025 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi 18 sentyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbini həcminin artırılması barədə ərizə ilə müraciət edərək iddia ərizəsinin məzmununda göstərilənləri təkrarlayaraq, həmçinin qeyd etmişdir ki, mübahisəli ərazidə - Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12 ünvanında "xxxx" firması tərəfindən tikdirilmiş dəmir-betondan olan hasar cavabdehlər tərəfindən aparılan inşaat zamanı iki dəfə sökülərək iddiaçıya maddi zərər vurulmuşdur. Həmin ərazidə, habelə 30m x 16m x 6 m ölçüdə çala qazılmışdır. Həmin çalanı doldurmaq üçün iddiaçının istifadəsində olan asfalt-beton yolunun asfalt örtüyündə çatlar yaranmışdır. Bu səbəbdən də "xxxx" firmasının səlahiyyətli şəxsi - direktor Qanuni nümayəndə tərəfindən çala doldurularaq ərazi abadlaşdırılmış və asfalt beton yolun çıxmasının qarşısı alınmışdır. Həmin hasarın iki dəfə sökülməsi ilə bağlı 8150 manat, çalağın doldurulub yolun bərpa olunması ilə bağlı isə iddiaçı tərəfindən 23160 manat, habelə 16 noyabr 2023cü il tarixli 07-192Y23 nömrəli mütəxəssis rəyi üzrə ödənilmiş xidmət haqqı qismində 1000 manat məbləğində olmaqla, cəmi 32310 manat məbləğində xərc çəkilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri,H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yolundan istifadə olunmasına qadağan edihnəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən qanunsuz istifadəsinə son qoyulması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12 ünvanında hasarın bərpası üçün çəkilən xərclərin əvəzi qismində 8150 manat, çalağın doldurub yolun bərpa olunması ilə bağlı çəkilən xərclərin əvəzi qismində "xxxx" firması tərəfindən 23160 manat, ödənilmiş mütəxəssis xidməti haqqının əvəzi qismində 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 188 manat məbləğində olmaqla, cəmi 32498 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub iddiaçı "xxxx" firmasının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, işin hallarından bəlli olduğu kimi, həm ilkin, həm də qarşılıqlı iddia ərizəsində qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış kompleksinin arxasında keçən yolun digər tərəfində "xxxx" firmasının təsisçisi və direktoru olan Qanuni nümayəndə xüsusi mülkiyyətində olan yaşayış evləri yerləşir. Həmin evlərin ünvanları ünvan 5lunan yolun yararsız hala salınması Qanuni nümayəndə qanuni maraqlarına bilavasitə toxunur, çünki sözügedən yol Qanuni nümayəndə xüsusi mülkiyyətində olan həmin yaşayış evlərinə yeganə yoludur. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq Qanuni nümayəndə hazırkı işə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 05 noyabr 2025-ci il tarixli iclasında həmin vəsatətin təmin edilməsi qərara alınmış və Qanuni nümayəndə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, cavabdehlər mübahisəli ərazidə yaşayış kompleksi inşa edərkən iddiaçının qanuni mənafelərini nəzərə almamışdır. Tərəflər arasında cavabdehə tikinti üçün şərait yaradılması və cavabdehin yaranacaq bütün problemləri aradan qaldıracağı barədə şifahi razılaşma olmuşdur. İddiaçı tərəfindən cavabdehlərə hər hansı qərəzli münasibət göstərilməmişdir. Cavabdehlər dövlətin iddiaçının fəaliyyəti üçün ayırdığı yoldakı hasarı sökmüş, sonra isə bərpa etməmişdir. Həmin hasar iddiaçının vəsaiti hesabına bərpa edilmişdir. Cavabdehlər tərəfindən yaşayış kompleksinin tikintiyə icazə və layihə sənədləri hazırkı vaxtadək məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdehlərin qazdığı çuxur nəticəsində həm də həmin yolda yerləşən fərdi yaşayış evlərinə də ziyan dəymişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi məhkəmə çıxışında bildirdi ki, məhkəməyə müraciət edilməzdən əvvəl müxtəlif orqanlara sorğularla müraciət edərək cavabdehlərin inşa etdiyi binalara dair icazələrin alınıb-alınmaması, ümumiyyətlə, tikinti işlərinin koordinatlara uyğun aparılıb-aparılmaması məsələlərini aydınlaşdırmağa çalışmışdır. Lakin cavabdehlərin inşa etdiyi binalarla bağlı hər hansı sənəd əldə edə bilməmişdir. Cavabdeh1 MTK tərəfindən qarşılıqlı iddia irəli sürülsə də, həmin iddia ümumi sözlərlə müdafiə edilmiş, məhkəmə araşdırması zamanı dəfələrlə qeyd edilməsinə baxmayaraq, müvafiq sənədlərin mövcud olduğunu iddia edən cavabdehin vəkili məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Təqdim edilmiş sənədlərdə isə işə aidiyyəti olmayan şəxsin adı qeyd edilmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən şlaqbaum cavabdehlərə məxsus binaların sakinlərinin giriş-çıxışına hər hansı formada maneə törətmir. Bu binaların ön tərəfində giriş-çıxış imkanları mövcuddur və arxa tərəfdən istifadə etməyə zərurət yoxdur. Əksinə cavabdehlər bu yoldan əsas yol kimi istifadə edərək üçüncü şəxsə məxsus fərdi yaşayış evlərinə və iddiaçı təşkilata gedən yolu ictimai istifadəyə açmışdır. Digər tərəfdən cavabdehlər şlaqbaumun quraşdırılmasını mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə iclasında şahid ifadələri ilə cavabdehlər tərəfindən sökülmüş hasarın iddiaçının qanuni təmsilçisi və üçüncü şəxs olan Qanuni nümayəndə tərəfindən bərpa edilməsi öz təsdiqini tapmışdır. Həmçinin cavabdehin vəkili də buna etiraz etməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatlarında bildirmişdir ki, cavabdehlər ilk dəfə tikintiyə başlayarkən ondan tikinti yekunlaşdıqdan sonra yenidən bərpa edilməsi şərti ilə hasarın sökülməsi barədə razılıq almışdırlar. Lakin tikinti zamanı çuxur qazılmış və həmin çuxur doldurulmamışdır. Çuxur doldurulmadığından onun fərdi yaşayış evlərinə və müəssisəyə gedən yolun uçma təhlükəsi yaranmışdır. Həmin yolun da uçmaması üçün çuxuru yarısına qədər doldurmuş, hasarı bərpa etmişdir. Lakin cavabdehlər yenidən müraciət edərək çuxurun qalan yarısını da doldurmaq üçün hasarın sökülməsini xahiş etmiş, o da razılaşmışdır. Şlaqbaumun sağ tərəfində ona məxsus fərdi yaşayış evləri mövcuddur. Cavabdehlərin başqa yoldan giriş-çıxış imkanları var və təxminən 30 ildir ki, həmin girişçıxışlardan istifadə edirlər. Lakin hazırda ona məxsus istehsalat sahəsinə gedən dalan yolundan əsas yol kimi istifadə etmək istəyirlər. Lakin bu mümkün deyildir. Həmin yol ümumi istifadədə olan yol deyildir, o yol onun istehsalat sahəsində dayanır. Həmin yolu istehsalat sahəsinə gedən yolda avtomobillər üçün problem yaranmaması üçün öz şəxsi vəsaiti hesabına düzəltmişdir. Eyni zamanda qeyd edilən hasar qanunsuz olaraq inşa edilməmişdir və hasar hər hansı şəxsə hər hansı formada maneə törətməyəcəkdir. Bundan əlavə, şlaqbaumun quraşdırılması üçün belə bir icazə müvafiq icra hakimiyyəti tərəfindən verilmir. O, xüsusi mülkiyyətçi kimi istehsal sahəsinə və fərdi yaşayış evlərinə gedən yolun zəbt edilməsinin qarşısını almışdır. Həmin yol onun istehsal sahəsində bitir, ümumi yolu bağlamamışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MTK-nın vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, ilkin iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. Şlaqbaumun quraşdırılması ictimai mənafelərə ziddir. Fövqəladə hal baş verdiyi zaman sakinlərə problem yaradacaqdır. Sözügedən duracaq meydançası və yol cavabdehlərin mülkiyyətində deyildir. Lakin yol cavabdeh müəssisənin fəaliyyəti üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ayrılmışdır. Eyni zamanda iddiaçının cavabdehlərə qarşı qeyd edilən məzmunda iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MTK-nın vəkili göstərilənlərin nəzərə alınaraq ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq, işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 08 iyul 1997-ci il tarixli 211 nömrəli sərəncamından görünür ki, "xxxx" firmasından rayon icra hakimiyyətinə daxil olmuş 01 iyul 1997-ci il tarixli Q/300 nömrəli məktub nəzərə alınaraq Xırdalan qəsəbəsində istehsal sahəsinin yaradılması məqsədilə həmin firmaya ofis və mebel yığma sexinin tikintisinə torpaq sahəsinin ayrılması üçün komissiya təşkil edilərək həmin komissiyaya tələb olunan obyektin torpaqayırma sənədlərinin qanunauyğun surətdə tərtib edilməsi tapşırılmışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 18 iyul 1997-ci il tarixli 223 nömrəli sərəncamına əsasən, Xırdalan qəsəbəsinin H.Z.Tağıyev küçəsində Bakı quşçuluq fabriki ilə üzbəüz ərazidə yerləşən tikinti materialları mağazası və avtomobillərin təmiri xidmət məntəqəsinin arxa hissəsində boş istifadəsiz ərazidən 50x60 m ölçüdə torpaq sahəsinin "xxxx" firmasına ofis və mebelyığma sexinin tikintisi üçün ayrılması və qanunvericiliyə uyğun olaraq ayrılmış torpaq sahəsinin sənədləşdirilməsinin rayon torpaq sahəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan Xırdalan bələdiyyə şurasının 23 fevral 2002-ci il tarixli 03 nömrəli qərarı ilə "xxxx" firmasına Xırdalan bələdiyyəsinin "xxxx" firmasının tikililəri altında olan torpağı kimi 0,38 ha torpaq sahəsinin satılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il 158 saylı qərarına müvafiq olaraq həmin torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsinin, eyni zamanda "xxxx" firmasına torpaq sahsinə görə mülkiyyət hüququna dair müvafiq sənədin hazırlanıb verilməsinin Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair 0009 nömrəli, kodu 30801066 olan, 20 sentyabr 2002-ci il tarixli qeydiyyat kitabında 6173 nömrəsi ilə qeydiyyata alınmış dövlət aktının məzmunundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 iyul 1997-ci il tarixli 223 nömrəli sərəncamı və Xırdalan bələdiyyə şurasının 23 fevral 2002-ci il tarixli 03 nömrəli qərarı ilə akta əlavə edilmiş cizgidə göstərilən 0,38 ha torpaq sahəsi ofis və mebelyığma sexinin tikintisi məqsədilə "xxxx" firmasına satılmışdır. İş materiallarında olan Xırdalan bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmiş "xxxx" firmasına ofis tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planının “Torpaq sahəsinin planı” adlanan 3-cü bölməsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanının dalan 12 hissəsi həmin yerquruluşu planının “Şərti istinad planı”na daxil edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03 aprel 2023-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12, ev 3 (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, giriş 1752) ünvanında yerləşən ümumi sahəsi 130,3 kv.m. olan fərdi yaşayış evi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 aprel 2014-cü il qeydiyyat tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 405,9 kv.m. olan fərdi yaşayış evi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 iyun 2018-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 183,1 kv.m. olan fərdi yaşayış evi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17 iyun 2014-cü il qeydiyyat tarixli ********** nömrəli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 785,4 kv.m. olan əmlak kompleksi kimi müəssisə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2014-cü il tarixdə olan vıziyyətə əsasən tərtib olunmuş **********51-12301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzrə hüquq subyekti "xxxx" firmasıdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 noyabr 2023-cü il tarixli 07-192/23 nömrəli mütəxəssis rəyindən görünür ki, Qanuni nümayəndə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12 ünvanında L=30 m, h=3 m olan daş hasarın ümumilikdə iki dəfə tikilməsi üçün görülən işlərin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 8150 manat məbləğində, Qanuni nümayəndə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12 ünvanında 30x16x6 ölçülü çalanın doldurulması üçün görülən işlərin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 23160 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindəki ümumi yolun görünüşünün, yaşayış binasının (müxtəlif illər üzrə), mübahisələndirilən dalan yolunun, duracaq meydançasının, onun kənarı ilə dalan yolunun sərhədində çəkilmiş hasarın fotoşəkillər əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, cavabdehlər tikinti işləri aparan zaman iddiaçıya məxsus transformatordan elektrik enerjisindən istifadə etmişdirlər. Cavabdehlər tikintiyə başladıqları zaman çuxur qazmış, eyni zamanda tikinti üçün hasarı da sökmüşdürlər. Hasar dövlət tərəfindən tikilmişdir, cavabdehlər isə hasarı qaldırmışdırlar. Həmin hasarın bərpası üçün ustaları Qanuni nümayəndə gətirmişdir. Ümumiyyətlə, həmin ərazidə yaşayan bütün şəxslərin bu məsələ barədə məlumatı vardır. Hasarın bərpa edilməsinə nə qədər vəsait xərclənməsi barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin vəsatəti əsasında dindirilmiş digər şahid X2 ifadəsində göstəmişdir ki, 1998-ci ildən etibarən sözügedən ünvanda yaşayır. Binaların tikintisi məqsədilə çuxur qazılmışdır, həmin çuxurda qamışlıq və zibillik yaranmışdır. Həmin çuxurun yarısını Qanuni nümayəndə doldurmuş və hasarı inşa etmişdir. Lakin cavabdehlər yenidən hasarı dağıdaraq həmin ərazidə duracaq meydançası inşa edəcəklərini bildirmişdirlər. Hasarın bərpa edilməsinə nə qədər vəsait xərclənməsi barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin vəsatəti əsasında dindirilmiş digər şahid X4 ifadəsində bildirmişdir ki, 1993-cü ildən etibarən Xırdalan şəhərində “120” deyilən ərazidə yaşayır. Tikinti işləri ilə əlaqədar hasar sökülmüşdür, hasar Qanuni nümayəndə tərəfindən bərpa edilsə də, daha sonra cavabdehlər tərəfindən yenidən hasar dağıdılmışdır. Hasarın bərpa edilməsinə nə qədər vəsait xərclənməsi barədə dəqiq məlumatı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firması Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmin ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan istifadə olunmasının qadağan edilməsi və sözügedən yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən qanunsuz istifadəsinə son qoyulması, hasarın bərpası üçün çəkilən xərclərin əvəzi qismində 8150 manat, çalağın doldurub yolun bərpa olunması ilə bağlı çəkilən xərclərin əvəzi qismində "xxxx" firması tərəfindən 23160 manat, ödənilmiş mütəxəssis xidməti haqqının əvəzi qismində 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 188 manat məbləğində olmaqla, cəmi 32498 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamənin “İş materialları:” hissəsində istinad edilmiş hüquqmüəyyənedici sənədlərdən: Abşeron Rayon İcra Hakimiyyəti başçısının 18 iyul 1997-ci il tarixli 223 nömrəli sərəncamı, Xırdalan bələdiyyə şurasının 23 fevral 2002-ci il tarixli 03 nömrəli qərarı, Torpağa mülkiyyət hüququna dair 0009 nömrəli, kodu 30801066 olan, 20 sentyabr 2002-ci il tarixli qeydiyyat kitabında 6173 nömrəsi ilə qeydiyyata alınmış dövlət aktı, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2014-cü il tarixdə tərtib olunmuş **********51-12301 reyestr nömrəli texniki pasportdan, eyni zamanda torpaq sahəsinin planından, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) cavabdehlər tərəfindən istifadəsinə son qoyulmasını xahiş etdiyi arxa (köməkçi) yol - dalan yolu iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) və iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının qanuni təmsilçisi, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qanuni nümayəndə qanuni mülkiyyətindədir. Eyni zamanda iş materiallarında olan Xırdalan bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmiş "xxxx" firmasına ofis tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair yerquruluşu planının “Torpaq sahəsinin planı” adlanan 3-cü bölməsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanının dalan 12 hissəsi həmin yerquruluşu planının “Şərti istinad planı”na daxil edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 tərəfindən inşa edilmiş həm çoxmərtəbəli yaşayış kompleksinə, həm də ki, sözügedən duracaq meydançasına ayrıca girişlər mövcuddur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalı, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yolundan istifadə olunması cavabdehlərə qadağan edilməlidir. İddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən sahədən avtomobillər üçün duracaq meydançası (parkinq) qismində cavabdehlər tərəfindən istifadəsinə son qoyulması barədə hissəsi isə qismən təmin edilərək giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) istifadə etməklə həmin duracaq meydançasından cavabdehlər tərəfindən istifadəyə qadağa qoyulmalıdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsində həmin duracaq meydançasının layihədənkənar yaradılaraq qeyri-qanuni istifadədə olduğu qeyd edilsə də, həmin duracaq meydançası iddiaçının mülkiyyətində deyildir, duracaq meydançasının cavabdehlərin qeyri-qanuni istifadəsində olması barədə isə ilkin iddia üzrə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, ilkin iddia ərizəsinin “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, dalan 12 ünvanında hasarın bərpası üçün çəkilən xərclərin əvəzi qismində 8150 manat, çalağın doldurub yolun bərpa olunması ilə bağlı çəkilən xərclərin əvəzi qismində 23160 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissələrdə iddianın əsaslığı müəyyən edilməmişdir. Belə ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən bu xərclərlə bağlı məhkəməyə hər hansı təsdiqedici sənədlər təqdim edilməmiş, iddiaçının qanuni təmsilçisi (o cümlədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs) məhkəmə iclasındakı izahatında belə bir sənədlərin mövcud olmadığını qeyd etmiş, işin bu halı ilə bağlı dəvət olunmuş şahidlər də iddia ərizəsində qeyd edilən işlərin görülməsinə nə qədər vəsait xərclənməsi barədə məlumata malik olmadıqlarını bildirmişlər. Eyni zamanda "xxxx" MMC-nin 16 noyabr 2023-cü il tarixli 07-192/23 nömrəli mütəxəssis rəyi də təkbaşına işin bu halını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına gedən yolda qanunsuz inşa edilmiş hasarın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə girən yolda qanunsuz qoyulmuş şlaqbaumun öz vəsaiti hesabına sökülməsi öhdəliyinin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Nofəl-LM" Firmasının üzərinə qoyulması xahiş edilsə də, qarşılıqlı iddia ərizəsinin məzmunu, Cavabdeh2 MTK-nin vəkilinin məhkəmə iclaslarındakı izahatları ilə qeyd edilən tələblərin əsaslılığı müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddiaçı tərəfindən yaşayış kompleksinin əsas giriş-çıxış qapısı, o cümlədən sözügedən duracaq meydançasına ayrıca giriş mövcud olduğu halda, ilkin iddiaçının mülkiyyətində olan yaşayış və qeyri-yaşayış obyektinə gedişi təmin edən giriş (dalan) yolundan istifadə etmək hüququnun mövcud olması ilə bağlı hüquqtəsdiqedici sənədlər (binanın plan-layihə sənədləri və digər) təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 MTK tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) "xxxx" firmasına qarşı verilmiş "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Bunlardan başqa, iş materiallarında olan 01 aprel 2025-ci il tarixli **********16 nömrəli ödəniş qəbzi üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 100 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaitinin əvəzi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MTK-dan və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçı "xxxx" firması tərəfindən cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı verilmiş “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan, duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması və maddi zərərin əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsi qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyi cavabdehlərin üzərinə qoyulmalı, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) istifadə olunması cavabdehlərə qadağan edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına (parkinqə) giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) cavabdehlər tərəfindən istifadəyə son qoyulmalı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 MTK-dan və Cavabdeh2 MMC-dən müştərək qaydada 100 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 MTK tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) "xxxx" firmasına qarşı verilmiş "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı "xxxx" firması tərəfindən cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı verilmiş “ümumi yoldan istifadə olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, yoldan, duracaqdan qanunsuz istifadəyə qadağan qoyulması və maddi zərərin əvəzinin ödənilməsi" tələbi barədə iddia ərizəsi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində təsdiq olunmuş layihə üzrə ümumi yoldan istifadə olunması öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin həyətinə giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) istifadə olunması cavabdehlərə qadağan edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1766 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin arxasında yerləşən avtomobillər üçün duracaq meydançasına (parkinqə) giriş-çıxış yolu qismində arxa (köməkçi) yoldan (dalan yolundan) cavabdehlər tərəfindən istifadəyə son qoyulsun. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Mənzil Tikinti Kooperativindən və Cavabdeh2ndən müştərək qaydada 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" firmasının xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh (ilkin iddia üzrə iddiaçı) "xxxx" firmasına qarşı verilmiş "obyektlərin sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar