Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-1608/2021 30.11.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, Cavabdeh və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 02 iyun 2020-ci ildə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonunun “Babacan” adlanan qış otlaq ərazisində yerləşən JN 9184 saylı 10 aprel 2006cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən şəhadətnaməyə və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı daşınmaz əmlakın plan və ölçüsünə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsindən Cavabdeh qanunsuz sahibliyinə son qoyularaq torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsində aparılan məhkəmə prosesi zamanı İddiaçı tərəfindən 06 oktyabr 2020-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184, kod 30800001 №-li 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin özünün istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2006-cı il tarixli sərəncamı ilə ona Abşeron rayonu ərazisində yerləşən “Babacan” adlanan qış otlaq sahəsində kənd təsərrüfatı təyinatlı 200 (iki yüz) ha torpaq sahəsi 15 il müddətinə icarə qaydasında ayrılmış və həmin sərəncama əsasən onunla icarə müqaviləsi bağlanaraq, ona torpağın müvəqqəti istifadə hüququna dair 10 aprel 2006-cı il tarixli JN 9184 saylı, kod 30800001 №-li şəhadətnamə verilmişdir. O, icarəyə götürdüyü torpaq sahəsindən istifadə etdiyi müddətdə kiçik qardaşı olan Cavabdeh tərəfindən torpağın bir hissəsi zəbt edilmiş və sonuncu orada qanunsuz olaraq 200 başa yaxın mal-heyvan saxlamışdır. O, cavabdehdən torpaq sahəsinin boşaltmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4, 84.1 və 111-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin məzmunu qeyd olunmuşdur). Həmin iddia ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsində aparılan məhkəmə araşdırması zamanı Abşeron rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdir. Həmin iddia ərizəsi üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 17 mart 2021ci il tarixli 2(012)-249/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, Abşeron rayonu “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184, kod 30800001 №-li, 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən İddiaçı icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması, həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr zəbt olunmuş hissəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-249/2021 nömrəli qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayətləri verilmişdir. Həmin apellyasiya şikayətləri əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli 2(105)-2041/2021 nömrəli qərardadı ilə Cavabdeh və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(012)-249/2021 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(102)-6645/2021 nömrəli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2021-ci il tarixli 2(105)-2041/2021 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmışdır). Həmin iş baxılması üçün 12 noyabr 2021-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsində aparılan məhkəmə araşdırması ilə əlaqədar keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 10 aprel 2006-cı il tarixli “JN 9184, kod 30800001” nömrəli şəhadətnaməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyularaq, sonuncunun həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin özünün istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində İddiaçı qanuni əsaslarla icarəsində olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyularaq, sonuncunun həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi və mövqeyini onunla əsaslandırdı ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2006-cı il tarixli sərəncamı ilə İddiaçı Abşeron rayonunun “Babacan” adlanan qış otlaq ərazisində kənd təsərrüfatı təyinatlı 200 ha torpaq sahəsi 15 il müddətinə icarə qaydasında ayrılmış və həmin sərəncama əsasən onunla Abşeron rayon İcra Hakimiyyəti arasında həmin torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə əlaqədar 15 mart 2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçının həmin icarə müqaviləsi əsasında yaranmış torpaqdan istifadə hüququ da 10 aprel 2006-cı il tarixli “JN 9184 saylı, kod 30800001” nömrəli şəhadətnamə ilə müvafiq qaydada qeydiyyata alınmışdır. Hal-hazırda X2 müddəti bitmiş olsa da, həmin müqaviləyə xitam verilməmiş və yaxud, müqavilə ləğv olunmamışdır. Çünki, iddiaçı icarəçi olaraq X2 müddətinin uzadılması üçün Abşeron rayon İcra Hakimiyyətinə müraciət göndərmişdir. Abşeron rayon İcra Hakimiyyəti iddiaçının həmin müraciətinə hər hansı bir cavab verməmiş və bununla da, məlum torpaq sahəsi ilə əlaqədar bağlanmış icarə müqaviləsinin müddəti uzadılmış hesab olunur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən ona qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini - Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində 1998-ci ildə Aqrar İslahat Komissiyası tərəfindən ona əmlak payı kimi verilmiş tikililərin iddiaçıya icarəyə verilmiş 200 ha torpaq sahəsinə heç bir aidiyyətinin olmaması və Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində 200 ha torpaq sahəsi ilə əlaqədar 15 il müddətinə bağlanmış 15 mart 2006-cı il tarixli icarə müqaviləsinin müddətinin bitməsi ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini - Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində 200 ha torpaq sahəsi ilə əlaqədar 15 il müddətinə bağlanmış 15 mart 2006-cı il tarixli icarə müqaviləsinin müddətinin bitməsi və Abşeron rayon İcra Hakimiyyəti tərəfindən həmin müqavilənin müddəti uzadılmadığından İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti arasında olan icarə münasibətlərinə və iddiaçının həmin torpaq sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi ilə əsaslandırdı. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin vəkili Nümayəndə1 İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməli olduğunu bildirdi və öz mövqeyini onunla əsaslandırdı ki, X4 kimi uçota alınaraq Abşeron rayonuna təhkim edilmiş “Babacan” adlanan qış otlaq sahəsində 200 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə əlaqədar icarəçi İddiaçı ilə icarəyəverən Abşeron rayon İcra Hakimiyyəti arasında bağlanmış 15 mart 2006-cı il tarixli icarə müqaviləsinin müddəti 2021-ci ilin mart ayında bitmiş və X2 müddəti uzadılmamışdır. İddiaçı məlum icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş olsa da, sonuncu tərəfindən icarə münasibətlərinin davam etdirilməyəcəyi barədə iddiaçıya cavab verilmişdir. Yəni, iddiaçıya 15 mart 2006-cı il tarixli icarə müqaviləsinin müddətinin uzadılmayacağı ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi məlumat verilmişdir. Hal-hazırda X2 müddəti bitdiyi üçün İddiaçı mübahisəli torpaq sahəsinə dair heç bir hüququ yoxdur və buna görə də, onun icarəyə götürmüş olduğu həmin torpaq sahəsindən çıxarılması üçün Abşeron rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada məhkəməyə müraciət olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonuna təhkim olunmuş “Babacan” adlanan qış otlaq ərazisində X4 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə İddiaçı 15 (on beş) il müddətinə 200 (iki yüz) hektar icarə qaydasında torpaq sahəsi ayrılması ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 15 mart 2006-cı il tarixli 060 nömrəli Sərəncam verilmişdir. Həmin Sərəncam əsasında “icarəyəverən” Abşeron rayon İcra Hakimiyyəti ilə “icarəçi” İddiaçı arasında bağlanmış 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqaviləyə əsasən Abşeron rayonuna təhkim olunmuş “Babacan” adlanan qış otlaq ərazisində X4 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə icarəçi İddiaçı 200 (iki yüz) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə “istifadə üçün icazə” adlanacaq. Həmin Müqavilənin 2-ci bəndinə əsasən, icarə müddəti qurtardıqdan sonra torpaq geri qaytarılacaq və yaxud müqavilənin vaxtı uzadılacaq. Həmin Müqavilənin 2.1-ci bəndində əsasən, bu Müqavilə 15 (on beş) il müddətinə bağlanır. Həmin Müqavilənin 2.3-cü bəndində əsasən, icarəyə verilmiş torpaq sahəsinə görə icarə haqqı 01 fevral 2006-cı il tarixdən hesablanır. Həmin Müqavilənin 6-cı bəndinin tələblərinə görə, icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra İcarə Müqaviləsi qüvvəyə minir. İş materiallarında olan “Torpaqdan müvəqqəti istifadə hüququna” dair 10 aprel 2006cı il tarixli “JN-9184 KOD 3080001” saylı Şəhadətnamədə qeyd edilmiş məlumatlara əsasən müəyyən olunur ki, Abşeron rayonuna təhkim edilmiş “Babacan” adlanan qış otlaq ərazisində Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 mart 2006-cı il tarixli 060 saylı Sərəncamı və 15 mart 2006-cı il tarixli İcarə Müqaviləsi ilə kənd təsərrüfatı məhsullarının istehsal etmək üçün 200 ha torpaq sahəsi 15 il müddətinə icarəçi İddiaçı istifadəyə verilmiş və bu hüquq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10 aprel 2006-cı ildə müvafiq qaydada qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 16 mart 2021-ci il tarixli 558 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılması barədə “icarəçi” İddiaçı ərizəsinə razılıq verilməmiş və “icarəyəverən” Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılmasından imtina edilmişdir (iş vərəqi: - 127). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli Mütəxəssis Rəyində göstərilir ki, Abşeron Rayon Məhkəməsiniin 06 oktyabr 2020-ci il tarixli qərardadında Mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsi ilə Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, iddiaçı və cavabdehin iştirakı ilə çöl-ölçmə işləri aparılmış və araşdırmanın nəticəsi olaraq Abşeron rayonu “Babacan” adlanan qış otlaq ərazisində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 10 aprel 2006-cı il tarixli “JN 9184, kod 30800001” №-li şəhadətnaməyə əsasən İddiaçı icarəsinə verilmiş 200 ha torpaq sahəsinin koordinatları göstərilməmiş, elektron kadastr məlumat bazasında həmin torpaq sahəsinin yerləşməsi qismən uyğunlaşdırılmışdır. İddiaçı JN-9184 №-li Şəhadətnaməyə əsasən icarəyə verilmiş 200 ha torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluqlar mövcud olduğundan, həmin torpaq sahəsinin naturada mövcud olan (yəni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlibgəlməməyinin aydınlaşdırılması mümkün olmamışdır. Elektron kadastr məlumat bazasında qismən uyğunlaşdırılmış Abşeron rayonu “Babacan” adlanan qış otlaq ərazisində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 10 aprel 2006-cı il tarixli, JN 9184, Kod 30800001 №-li şəhadətnaməyə əsasən İddiaçı ayrılmış 200 ha torpaq sahəsinin hüdudlarında yerləşən tikililərin (çoban evi və tövlələrin) kimə məxsus olması barədə hər hansı (tikiliyə aid hüquqi və texniki) sənəd təqdim edilmədiyindən, həmin tikililərin (çoban evi və tövlələrin) kimə məxsus olmasının araşdırılması mümkün olmamışdır. İş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2021-ci il tarixli 49 nömrəli rəyindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış tədqiqat zamanı Abşeron rayonunun “Babacan” adlanan ərazisində ayrılmış 200 (iki yüz) ha torpaq sahəsinin naturadakı sərhədlərinin (hüdudları) Torpaqdan müvəqqəti istifadə hüququna dair “JN- 9184, Kod 3080001” saylı Şəhadətnaməyə uyğun olduğu və həmin torpaq sahəsinin şimal-qərb tərəfdən olan 310 kvadratmetr hissəsinin Cavabdeh tərəfindən zəbt olunaraq orada sahəsi 121 kvadratmetr olan çoban evinin və üç hissədən ibarət olan 189 kvadratmetrlik mal-qara tövləsinin inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin tələblərinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin tələblərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 15 mart 2006-cı il tarixli 060 nömrəli Sərəncam və həmin Sərəncam əsasında “icarəyəverən” Abşeron rayon İcra Hakimiyyəti ilə “icarəçi” İddiaçı arasında bağlanmış 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqaviləyə əsasən Abşeron rayonuna təhkim olunmuş “Babacan” adlanan qış otlaq ərazisində X4 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədilə icarəçi İddiaçı 200 (iki yüz) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmiş və X2 müddəti 10 aprel 2021-ci ildə bitmişdir (15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin 6-cı bəndi və “Torpaqdan müvəqqəti istifadə hüququna” dair 10 aprel 2006-cı il tarixli “JN-9184 KOD 3080001” saylı Şəhadətnamə). X2 müddətinin uzadılması üçün “icarəçi” İddiaçı tərəfindən “icarəyəverən” Abşeron rayon İcra Hakimiyyətinə müraciət olunsa da, “icarəyəverən” Abşeron rayon İcra Hakimiyyətinin 16 mart 2021-ci il tarixli 558 nömrəli məktubu ilə 15 mart 2006-cı il tarixli 060 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi (Torpaq icarəsi)” haqqında Müqavilənin müddətinin uzadılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbinin, yəni “Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184, kod 30800001 №-li 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin özünün istifadəsinə qaytarılması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi, yəni “Abşeron rayonunun “Babacan” adlanan qış otlaq sahəsində DTXK-nın JN 9184, kod 30800001 №-li 10 aprel 2006-cı il tarixli şəhadətnaməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** №-li daşınmaz əmlakın plan və ölçüsünə əsasən icarəsində (istifadəsində) olan 200 ha torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin özünün istifadəsinə qaytarılması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “torpaq sahəsindən çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-1608/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-1608/2021
30.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver