Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-487/2020 30.07.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, Xaçmaz Rayon Məhkəməsindən aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinə dair 2(067)-100/2020 nömrəli mülki işin materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-100/2020 saylı qərardadına əsasən həmin iddia ərizəsi üzrə olan 2(067)-100/2020 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə, 2(067)-100/2020 nömrəli mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəli olduğundan, həmin mülki iş məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsi (iş vərəqi: 2-4) ilə xx xxxx 2019-cu ildə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmiş olsa da, həmin iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2357/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1, 152.1.2 və 152.1.6-cı maddələrinə əsasən iddiaçıya geri qaytarılmışdır (iş vərəqi: 52-54). İddiaçı ASC tərəfindən həmin qərardaddan verilmiş şikayət Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir (iş vərəqi: 63-64). Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(105)- 3923/2019 saylı qərardadı ilə İddiaçı ASC-nin şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxxxx 2019-cu il tarixli qərardadları ləğv edilmiş və mülki iş sonrakı prossesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır (iş vərəqi: 71-73). Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2357/2019 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və məhkəmə tərəfindən həmin qərardadla icraata götürülən mülki iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir (iş vərəqi: 77). Lakin, xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında qəbul edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-100/2020 saylı qərardadı ilə həmin iddia ərizəsinə dair 2(067)-100/2020 nömrəli mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş vərəqi: 88-91). Həmin qərardaddan İddiaçı ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixli şikayət verilmiş və şikayətdə “Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-100/2020 saylı qərardadının ləğv edilməsi və mülki işə Xaçmaz Rayon Məhkəməsində baxılması” xahiş edilmişdir (iş vərəqi: 95-96). Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-100/2020 saylı qərardadı ilə İddiaçı ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin edilməməsi və həmin şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş vərəqi: 103-105). Lakin, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(105)- 1167/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-100/2020 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və həmin Qərardadda şikayətin apelyasiya instansiyasında baxılmasının qeyri-mümkünlüyü məhkəmə aidiyyəti barədə qərardadlardan verilmiş şikayəti təmin etmədikdə, birinci instansiya məhkəməsi tərəfindən şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməli olması ilə əsaslandırılmışdır (iş vərəqi: 112-113). 2(067)-100/2020 nömrəli mülki iş Sumqayıt Apelyasiya Məhkəməsindən qaytarıldıqdan sonra Xaçmaz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadla “xx xxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli şikayət” geri qaytarılmış və bundan sonra həmin mülki iş xx xxxxxx 2020-ci il tarixli qərardada əsasən baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Yəni, İddiaçı ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərardaddan verilmiş şikayət Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməsə də, həmin qərardad ləğv olunmadan və təmin olunmayan şikayətə səlahiyyətli yuxarı instansiya məhkəməsi tərəfindən baxılmadan - Xaçmaz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli digər bir qərardadla məlum şikayət geri qaytarılmışdır (iş vərəqi: 122-124). Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinin Xaçmaz Rayon Məhkəməsində məhkəmə icraatı mümkün hesab edilərək, həmin qərardadla icraata götürülən həmin mülki iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş olsa da, həmin iclasda qəbul edilmiş qərardadla mülki işin məhkəmə aidiyyətinə görə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə - tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Lakin, “bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyətini müəyyən edən” həmin 30-cu maddənin xx xxxxxx 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasında isə “bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır” kimi təsbit olunduğundan - Xaçmaz Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli qərardadla məlum iddia ərizəsi icraata götürülərkən məhkəmə aidiyyəti pozulmamışdır. Yəni, hazırki iş xx xxxxxx 2019-cu ildə Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin xx xxxxxx 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq Xaçmaz Rayon Məhkəməsində icraata qəbul edildiyinə görə, məhkəmə aidiyyəti pozulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsi tərəfindən məlum iddia ərizəsi icraata qəbul edilərkən qüvvədə olan mülki-prosessual qanunda nəzərdə tutulan aidiyyət qaydalarına riayət edilmiş olduğundan - sonradan qanunvericilikdə edilmiş dəyişikliyə görə məhkəmə aidiyyəti dəyişmiş olsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.2-ci maddəsi bu cür hallarda həmin işlərin mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olduğunu imperativ qaydada müəyyən etmişdir. Buna görə də, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə öz icraatına götürmüş olduğu (Qanunun xx xxxxxx 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-nə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinə dair 2(067)-100/2020 nömrəli mülki iş üzrə mübahisəyə Xaçmaz Rayon Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə də, məhkəmələr arasında məhkəmə aidiyyətlə bağlı fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara görə hazırkı iş üzrə məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia ərizəsinə dair 2(067)-100/2020 nömrəli mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-487/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-487/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver