Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-509/2021 22.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "pul tələbi" barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı "pul tələbi" barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “cavabdeh X7 Alı-dən 100000 (yüz min) ABŞ dolları pulun və MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği ödənilən günədək MM-nin 445.7-ci maddəsinə əsasən əsas borc məbləği qətnamə çıxan günədək 5% faiz ABŞ dolları məbləğində pulu hesablanmaqla (qaytaran gün Azərbaycan Respublikasının məzənnəsi ilə) iddiaçıya ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmiş (iddia tələbi ərizədə yazıldığı kimi qeyd olunur) və həmin iddia tələbi – tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 5 saylı Sərmayə Müqaviləsi ilə əsaslandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(012)-768/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin iddia tələbinə dair kommersiya işi üzrə xx xxxxx 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına İddiaçı nümayəndəsi X2 gəlmiş olsa da, Cavabdeh gəlməmişdir (ona göndərilmiş məhkəmə bildirişi poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi aparılaraq, geri qaytarılmışdır). Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh X7 Alıdan 100000 ABŞ dolları məbləğində pulun, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca 5% faiz ABŞ dolları məbləğində hesablanmış pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş "pul tələbi" barədə iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərlə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin cavabdehlə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsi təsdiq olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək tərəflər arasında yaranmış mübahisə üzrə cavabdehə ünvanlanmış “pretenziya” məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir. Halbuki, hazırkı mübahisənin xarakterinə və eləcə də, iddia tələbinin əsaslandırıldığı xx xxxxxx 2019-cu il tarixli 5 saylı Sərmayə Müqaviləsinin şərtlərinə əsasən, tərəflər arasında məlum Müqavilə üzrə yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir və əgər danışıqlar baş tutmazsa, mübahisələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinə üyğun həll olunmalıdır (Müqavilənin 6.3-cü bəndi). Hətta, iddiaçı tərəfindən cavabdehin mövcud daimi, müvəqqəti və ya hal-hazırda yaşadığı ünvan düzgün müəyyən edilmədiyi üçün cavabdehə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli “Pretenziya” məktubu (həmin məktubda da cavabdehin ünvanı göstərilməmişdir) ona çatdırılmamış və eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehə aid ünvan kimi göstərilən ünvana göndərilmiş məhkəmə bildirişləri də ünvana çatdırılmadan məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunan həmin hallar hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.3-cü, 149.2.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Halbuki, həmin tələblər kommersiya mübahisləri ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının yerinə yetirməli olduğu zəruri hərəkətlərdir ki, məlum mübahisə ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəf həmin mübahisədən xəbər tutub, mübahisənin məhkəməyə qədər nizama salınması imkanlarından istifadə edə bilməlidir. Bu tələblər isə - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən poçt göndərişlərinin göndərilməsi ilə əlaqədar sənədin məhkəməyə təqdim olunmasını deyil, məlum poçt göndərişlərini cavabdehin almasını təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - ərizə baxılmamış saxlanılır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi tələblərinə müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyni və əsaslılığını şübhə altına ala biləcəyindən, həmin tələbin yerinə yetirilməsi məqsədi ilə hazırkı mərhələdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №2-2(119)-509/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-509/2021
22.04.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver