Məhkəmə qərarları › İş №2-2(121)-12/2024

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-12/2024

11.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-12/2024 11.06.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Balayeva Sevinc Natiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh X5 qarşı – torpaq sahəsindən çıxarılma və s. tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər X23, X17, X18, X19 və Cavabdeh qarşı “icarəyə götürülmüş torpaq sahəsindən cavabdehlərin çıxarılması, vurulmuş maddi ziyanın ödənilməsi, cavabdehlərin hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 aprel 2018-ci ildə verilmiş RX seriyalı, ******* saylı, **********05 reyestr nömrəli çıxarış, "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən, icarə hüququ əsasınlda istifadəsində olan 1000 ha əkin ehtiyat fondu torpaqlarından cavabdehlərin çıxarılmaları, cavabdehlərin torpağı zəbt etdikləri dövrdə əldə etdikləri gəlirlər və cavabdehlər tərəfindən iddiaçının torpağının zəbt edilməsi ilə bağlı iddiaçıya yetirilmiş ziyana görə X14 184500 manat, X7 30936 manat, X8 55520 manat, X9 55520 manat və Cavabdeh 39700 manat məbləğində pulun xeyrinə tutulması, cavabdehlər X23 və X11 vəsaiti hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi barədə iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan dövlət mülkiyyətindəki "Haramı düzü" adlanan qış otlaq sahəsinin 1000 hektarının təyinatı əkin dövriyyəsinə cəlb olunmaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncama əsasən dəyişdirilmiş, həmin sahə əkin torpaqları kategoriyasına daxil edilmişdir. Həmin sahə o vaxtdan etibarən ^kin təyinatlı sahədir. Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2017 tarixli 97 saylı Sərəncamı ilə həmin torpaq sahəsi Maqro MMC-yə əkin məqsədləri üçün 49 il müddətinə icarəyə verilmişdir. Ağcabədi rayonu İcra Hakimiyyəti ilə Maqro MMC arasında xx.xx.2017 tarixli 08 saylı torpaq icarəsi müqaviləsi (İddia ərizəsinə əlavə edilir) imzalanmış və yuxarıda göstərilən sərəncam ilə təsdiq edilmişdir. Eyni sərəncamla həmin sahədə müxtəlif ölçülərdə torpaq üzərində icarə hüquqlarına malik olan sabiq icarədarların icarə müqavilələrinə və hüquqlarına xitam verilmiş, "xxxx" MMC-yə həvalə edilmişdir ki, "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfinden hesablanmış kompensasiya məbləğləri icarəçilərə ödənilsin. Həmin sahə Maqro MMC-nin adına 49 il müddətinə icarə hüququ ilə qeydiyyata alınmış və Maqro MMC-yə onun göstərilən torpaq sahəsinə hüquqlarını rəsmiləşdirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarış (İddia ərizəsinə əlavə edilir) verilmişdir. lorpaq sahəsi Ağcabədi rayonu ətazisində Aran kəndi yaxınlığında yerləşir. Sahənin koordinatları bu iddia ərizəsinə qoşulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış Yerquruluşu Planında (İddia ərizəsinə əlavə edilir) gösətrilir. Həmin torpaq sahəsi Maqro MMC tərəfindən 2017-ci ildən etibarən əkilməkdədir. Maqro MMC həmin sahəyə 5,5 milyon (beş milyon beş yüz min) manat investisiya yatırmişdır, o cümlədən, torpaqların əvvəlki icarədarlarına icarə müqavilələrinin vaxtından əvvəl xitamı ilə əlaqədar olaraq təzminat ödəmişdir. Baxmayaraq ki, Maqro MMC Ağcabədi rayonunun Aran kəndi yaxınlığında yerləşən həmin torpaqlara Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə təsdiq olunan qanuni hüquqlara malikdir, Ağcabədi rayonunun Avşar kəndi sakinlərindən olan sabiq icarədarların bəziləri torpaq sahəsinin bir hissəsini zorakılıqla zəbt edərək Maqro MMC tərəfindən həmin sahənin tam və qanunla nəzərdə tutulduğu kimi sərbəst istifadəsinə daim maneçilik törətmiş, Maqro MMC-yə həmin torpaq sahəsində planlaşdırdığı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, habelə, digər əlaqədar qurumlarla razılaşdırılmış fəaliyyət planlarının həyata keçirilməsinə imkan verməmişlər. Həmin şəxslərin özbaşınalığı indiyədək davam etməkdədir, baxmayaraq ki, Ağcabədi rayonunun Polis şöbəsinə və İcra hakimiyyətinə Maqro MMC tərəfindən dəfərlərlə müraciətlər edilmiş və torpaqların zəbt olunması ilə əlaqədar həm polis əməkdaşları, həm də icra hakimiyyətininn nümayəndələri tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində torpaqları zəbt etmiş şəxslərin bir qismi qeyri-qanuni əməllərindən vaz keçərək torpaqlar üzərində Maqro MMC-nin nəzarətinin bərpa edilməsinə imkan vermiş və həmin torpaqlar Maqro MMC-nin nəzarəti altına və istifadəsinə qaytarılmışdır. Lakin, Cavabdehlərə keçirilmiş tədbirlər uzun müddətli və dayanıqlı təsir gösətərməmişdir və onlar Maqgro MMC-yə frıəxsus torpaqlar üzərində qeyri-qanuni sahibliyi və istifadəni davam etdirirlər və zəbt etdikləri torpaqları Maqro MMCnin nəzarəti alıtına və sahibliyinə qaytarmaq istəmirlər. Maqro MMC tərəfindən onların zəbt etdiyi torpaqlarda aqro-texniki tədbirlərin keirilməsinə cəhd edildiyi zaman Cavabdehlər tərəfindən Maqro MMC-nin əməkdaşları təhqirlərə və fiziki təsirlərə məruz qalmış və Cavabdehlərin zəbt etdikləri sahələrdən fiziki qüvvə tətbiqi təhdidi altında qovulmuşlar. beləliklə, Maqro MMC, Cavabdehlər tərəfindən torpaqların zəbt edilməsi səbəbilə istifadə edə bilmədiyi 1000 hektar torpaq sahəsi üçün torpaq icarəsi haqqı və torpaq vergisi ödəyir, lakin bəhər və gəlir götürə bilmir, torpağın faydasını cavabdehlər mənimsəyirlər. Nəticədə Maqro MMC əhəmiyyətli dərəcədə ziyan çəkir. Cavabdehlərin torpaqları zəbt etməkləri nəticsində əldə etdikləri fayda və Maqro MMC-nin çəkdiyi ziyan aşağıdakılarla səçiyyələnir: X12 - 25 ha torpaq sahəsi - Xərclər: ŞUM 25 ha x 35 man = 875.00 man • Mala 25 ha x 15 man =375.00 man • Toxum buğda 25ha x 0.230 =5.75 tn x 600.0 man = 3450.00 man • Səpin 25 ha x 15 man =375.00 man • Dərmanlama 25 ha x 10 man =250.00 man • Suvarma 25 ha x 30 man =750.00 man • BİÇİN 25 ha x 40 man =1000.00 man • Maşın xərci—1000.00 man Cəmi xərc -—7075.00 man gəlir. 25 ha x 2 ton = 50 ton x 340 man = 17 000.00 man Mənfəət 17 000.0 man - 7 075.00 man = 9 925.00 man Maqro MMC-nin 1 ilə zərəri (150 ha üçün) —9925.00 man Maqro MMC-nin 4 ilə zərəri- 9925 x 4 = 39 700.00 manat. Maqro MMC-yə yetirilmiş cəmi ziyan - 366 176.00 manat. İ012 ci ildə zəbt edilmiş cımi 47 ha torpaq sahələri üzrə məhsul götürülmədiyi səbəbilə həmin loıp.ıq sahələri üzrə dəqiq hesablama aparmaq mümkün deyil amma orta hesabla götürülsə, 1 hektara minimum 1000 manat məbləğində mənfəət hesabı ilə İddiaçıya torpaqların zəbt edilməsi İtnbəbilə yetirilməsi gözlənilən ziyan məbləği 47 000 manat məbləğində (X15 əlindən - 9000 AZN (1000 AZN *9 ha), X19 tərəfindən - 30 000 AZN (1000 AZN*30 ha), X12 tərəfindən - 8000 AZN (1000 AZN*8) təxmin edilir. Lakin, bu ziyan gözlənilən ziyan olduğu üçün iddia tələbinə daxil edilmir. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər X24, X17, X18, X19 və Cavabdeh iddiaçı "xxxx" MMC-nin istifadəsində olan, icarəyə götürülmüş torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən **********05 reyestr nömrəli torpaq sahəsindən) çıxarılmaları, cavabdehlər X23 və X18 tərəfindən torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və torpaq sahəsinin söküntü işləri ilə əlaqədar yaranmış tullantılardan (zibillərdən) təmizlənməsi, söküntü və təmizləmə işlərinin müvafiq olaraq cavabdehlər X23 və X11 vəsaitləri hesabına həyata keçirilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 144/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər X23, X17, X18, X13 aid hissədə apellyasiya şikayətindən imtinasının qəbul edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə cavabdehlər X23, X17, X18, X13 aid hissədə xitam verilməsi, cavabdeh X20 apellyasiya şikayətindən imtinasının qəbul edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən cavabdeh X23 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilməsi, İddiaçı MMC-nin apellyasiya şikayəti Cavabdeh aid hissədə, həmçinin Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi Cavabdeh aid hissədə ləğv edilməsi və iş materialları ona aid hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X12 məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdeh X3 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və icraatın dayandırılması barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamından çıxarışdan görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə 15 (on beş) il müddətinə icarəyə verilmiş 50.0 (əlli) hektar qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək X5 verilmiş, Ağcabədi rayonu Avşar kənd sakini X12 ilə torpaq icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 s saylı, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2014cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Ağcabədi rayonunun inzibati ərazisində bitkiçiliyin inkişafı ilə bağlı aqroparkın yaradılması üçün 5000,0 hektar və yemçiliyin inkişafı ilə əlaqədar 800,0 hektar olmaqla, təqdim olunmuş yerquruluşu planına əsasən ümumilikdə 5800,0 hektar torpaq (qış otlağı) sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə kateqoriyasının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir (İİ cild, s. 65). İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən icarədarlar arasında bağlanmış icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi haqqında” 12 may 2017-ci il tarixli, 54 nömrəli sərəncamının surətindən görünür ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyini və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarların rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələrini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisində yerləşən və təyinatı dəyişdirilmiş dövlət ehtiyat fondu torpağından 1000 ha torpaq sahəsinin yemçiliyin inkişafı ilə əlaqədar İddiaçı MMC-yə icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 97 nömrəli sərəncamından verilmiş çıxarışın surətindən görünür ki, həmin sərəncamla Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından yemçiliyin inkişafı məqsədilə İddiaçı MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1000 ha torpaq sahəsinə dair icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsinin təmin edilməsi, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararh 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə İddiaçı MMC-yə icarəyə verilməsi və cəmiyyətlə bağlanmış torpaq icarə müqaviləsinin təsdiq edilməsi, torpaq icarə müqavilələrinə vaxtından əvvəl xilam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesablanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın ödənilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. İşdə olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 08 nömrəli müqavilənin surətindən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən 1000 ha torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən ehtiyat fond torpaqlarından (əkin) 1000 ha torpaq sahəsi "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-2280/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-601/2023 nömrəli mülki iş üzrə İddiaçı MMC-nin icarəsində olan mübahisə olunan 25 ha sahə üzrə 2017- 2021-ci illərdə X16 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmamışdır. Bu səbəbdən həmin sahədə aparılmış əkin, məhsuldarlıq və əldə edilmiş mənfəət barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/995-9/5218 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X25 X6 sektorunun baş məsləhətçisi X21 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı MMC-in icarəsində olan mübahisə olunan 25 hektar sahə üzrə 2017-2021-ci illərdə X16 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmadığından həmin sahədə aparılmış əkin, məhsuladrlıq və əldə edilmiş mənfəət barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən qərardadda qoyulmuş “2017-2021-ci illər ərzində Cavabdeh tərəfindən mübahisə olunan 25 hektar torpaq sahəsində taxıl və sair kənd təsərrüfatı bitkiləri əkilib-becərilmişdirmi? Əgər əkilib-becərilmişdirsə, sualları üzrə tədqiqat işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-7952/2023 saylı mütəxəssis rəyindən görünür ki, 1) Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə "Maqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, cehtiyat fondu torpaqlar kateqoriyasına aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən, qeyd olunan 1000.0 ha torpaq sahəsinin hüdudlarının döngə nöqtələrinin koordinatları, müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür. 2) 1-ci sualda qeyd olunan 1000.0 ha torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-nin istifadəsindədir.3) Ağcabədi Rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə X3 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, ehtiyat fondu torpaqlar kateqoriyasına (qış otlaq sahəsi),aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən, qeyd olunan 50.0 ha torpaq sahəsinin hüdudlarının döngə nöqtələrinin koordinatları müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür. 4) 3-cü sualda qeyd olunan 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi faktiki olaraq İddiaçı MMC-nin və 23.92 ha hissəsi isə ’’Azərşəkər” MMC-nin istifadəsindədir. 5) Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə ’’Maqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə X3 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi üst-üstə düşür. 6) Mübahisə olunan 25.0 ha torpaq sahəsi Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə ’’Maqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1000.0 hektar torpöq sahəsinin ərazisində yerləşir. 7) 1-ci və 3-cü sualda qeyd olunan torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən, koordinatları dəqiqləşdirilən zamanı başqa şəxslərə məxsus torpaq sahələri ilə üst- üstə düşüb-düşməsi müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı olundu ki, X3 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 23.92 ha hissəsi ” Azərşəkər” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. 8) 1-ci və 3-cü sualda qeyd olunan torpaq sahələri bir-biri ilə qonşu sahələrdir. Ekspertiza keçirilməsi zamanı 207-2021-ci illər ərzində cavabdeh Kazımova Mirələm qızı tərəfindən mübahisə olunan 25.0 ha torpaq sahəsində taxıl və c. kənd təsərrüfatı bitkiləri əkib becərilməsinin və həmin torpaq sahəsinin məhsuldarlığı və əldə edilmiş mənfəətin nə qədər olmasının müəyyən edilməsi səlahiyyətlərimizə aid olmadığı üçün rəy vermək mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8146-7/1564 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə :Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin idmətin -Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli, 97 saylı sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 1000 hektar torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, ehtiyat fondu torpaqlar kateqoriyasına aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən, qeyd olunan 10000 ha torpaq sahəsinin hüdudlarının döngə nöqtələrinin koordinatları, müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür. Qərardadın ikinci sualı üzrə: 1-ci sualda qeyd olunan 1000.0 ha torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-nin istifadəsindədir. Qərardadın üçüncü sualı üzrə: Ağcabədi rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə X3 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, ehtiyat fondu torpaqlar kateqoriyasına (qış otlaq sahəsi) aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən, qeyd olunan 50.0 ha torpaq sahəsi hüdudlarının döngə nöqtələrinin koordinatları müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür. Qərardadın dördüncü sualı üzrə: 3-cü sualda qeyd olunan 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi faktiki olaraq İddiaçı MMC-nin və 23.92 ha hissəsi isə "xxxx" MMC-nin istifadəsindədir. Qərardadın beşinci sualı üzrə: Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə Ağcabədi RİH-nin 13 yanvar 2012-ci tarixli, 05 saylı sərəncamı ilə X3 istifadəsinə verilmiş 50.0 torpaq sahəsinin 24.46 ha hissəsi üst-üstə düşür. Qərardadın altıncı sualı üzrə: Mübahisə olunan 25.0 ha torpaq sahəsi Ağcabədi RİH-nin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 1000.0 hektar torpaq sahəsinin ərazisində yerləşir. Qərardadın yeddinci sualı üzrə: X3 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 23.92 ha hissəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qərardadın səkkizinci sualı üzrə: 1-ci və 3-cü sualda qeyd olunan torpaq sahələri bir-biri ilə qonşu sahələrdir. 2017-2021-ci illər ərzində cavabdeh X12 tərəfindən mübahisə olunar, 25 hektar torpaq sahəsində taxıl və sair kənd təsərrüfatı bitkiləri əkilib-becərilmişdirmi sualı üzrə 26 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 7/995 №-li ekspert rəyi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə 15 (on beş) il müddətinə icarəyə verilmiş 50 hektar qış otlaq sahəsi üzərində icarə hüququ həmin müddətədək X5 verilmiş, Ağcabədi rayonu Avşar kənd sakini X12 ilə torpaq icarə müqaviləsi bağlanmışdır. Sonradan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 s saylı, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Ağcabədi rayonunun inzibati ərazisində bitkiçiliyin inkişafı ilə bağlı aqroparkın yaradılması üçün 5000,0 hektar və yemçiliyin inkişafı ilə əlaqədar 800,0 hektar olmaqla, təqdim olunmuş yerquruluşu planına əsasən ümumilikdə 5800,0 hektar torpaq (qış otlağı) sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə kateqoriyasının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisində yerləşən və təyinatı dəyişdirilmiş dövlət ehtiyat fondu torpağından 1000 ha torpaq sahəsinin yemçiliyin inkişafı ilə əlaqədar İddiaçı MMC-yə icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 97 nömrəli sərəncamına əsasən, həmin sərəncamla Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından yemçiliyin inkişafı məqsədilə İddiaçı MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1000 ha torpaq sahəsinə dair icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsinin təmin edilməsi, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə İddiaçı MMC-yə icarəyə verilməsi və cəmiyyətlə bağlanmış torpaq icarə müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 08 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 1000 ha torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 1000 ha torpaq sahəsi "xxxx" MMCnin xeyrinə yüklü edilmişdir. Cavabdehə isə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə 15 illik 50,0 ha torpaq sahəsi ayrılmış, onunla həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmış olsa da, icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8146-7/1564 saylı ekspert rəyində Ağcabədi rayon İcra hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 1000 ha torpaq sahəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə Cavabdeh istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin 24.46 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/8146-7/1564 saylı saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Eyni zamanda, araşdırma zamanı müəyyən edildi ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə Ağcabədi RİH-nin 13 yanvar 2012-ci tarixli, 05 saylı sərəncamı ilə X3 istifadəsinə verilmiş 50.0 torpaq sahəsinin 24.46 ha hissəsi üst-üstə düşür. Hal-hazırda cavabdeh həmin torpaq sahəsindən istifadə edir. Bundan əlavə, cavabdehə kompensasiya təklif olunsa da cavabdeh həmin kompensasiyanı almaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən icarəyə torpaq sahəsi götürməklə və qanunverilcilikdə nəzərdə tutulmuş digər qaydalarla əldə edilir. Torpaq sahələri icarəyə icarə müqaviləsi bağlamaqla götürülür, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. İş materiallarından da göründüyü kimi, cavabdehlə 50 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi bağlansa da, həmin müqavilə dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Cavabdehdən fərqli olaraq iddiaçı tərəfə icarəyə verilmiş torpaq sahəsinin koordinatları məlum olmaqla, icarə müqaviləsi dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bu isə iddiaçı tərəfə icarəyə verilmiş torpaq sahəsinin hüdudlarının yerində müəyyən edilməsinə imkan verir. İddiaçı cavabdehin mübahisəli ünvanda yerləşən 25 ha torpaq sahəsindən çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8146-7/1564 saylı ekspert rəyinə əsasən İddiaçı MMC-nin istifadəsinə verilmiş 1000 ha torpaq sahəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə Cavabdeh istifadəsinə verilmiş 50 ha torpaq sahəsinin 24.46 ha hissəsinin üst-üstə düşdüyündən cavabdehin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin 25 ha hissəsindən yox, 24.46 ha hissəsindən istifadə etdiyi müəyyən olunduğuna və iddiaçının icarə hüququnun müvafiq çıxarışla dövlət tərəfindən tanınmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 24.46 ha torpağa dair hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Qeyd olunan Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 706.2-ci maddəsinə görə torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 706.3-cü maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəsinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Qeyd olunan Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qeyd olunan Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin istifadəsində olan Ağcabədi rayonunun inzibati ərazisində yerləşən 24.46 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə həmçinin, iddiaçının cavabdeh tərəfindən torpağın zəbt edilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını əsassız hesab edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının zərərin ödənilməsi ilə bağlı tələbində cavabdehin təqsirinin mövcud olub-olması əsas şərtlərdən biridir. Yəni, ilkin olaraq qanunsuz hərəkət və ya hərəkətsizliklə zərərin yaranması arasında səbəbli əlaqə mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Araşdırma zamanı, İddiaçı MMC-in icarəsində olan mübahisə olunan 25 hektar sahə üzrə 2017-2021-ci illərdə X16 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, həmçinin bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, iddiaçı cavabdeh tərəfindən 39.700 manat dəyərində vurulmuş maddi ziyanın əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə bioloji və məhkəmə tikintitexniki ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manatın 75 manatı cavabdeh X2, qalan 75 manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli, 97 saylı sərəncamı ilə İddiaçı istifadəsində olan 24.46 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə bioloji və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manatın 75 manatı cavabdeh X2, qalan 75 manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar