Məhkəmə qərarları › İş №2-2(121)-18/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-18/2021

15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-18/2021 15.12.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsi hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Fərhad Böyükağa oğlunun katibliyi ilə, iddiaçı “X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X2 və qeyrilərinə qarşı Neftçala rayonu, Lapatin qışlağında yerləşən qoyun tövlələrinin, çoban evlərinin və qış otlaq sahəsinin ərazisinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya qaytarılması tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər X2 və qeyrilərinə qarşı Neftçala rayonu, Lapatin qışlağında yerləşən qoyun tövlələrinin, çoban evlərinin və qış otlaq sahəsinin ərazisinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 15.12.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci və 260.6-cı maddələrinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-cu, 260-cı, 264-cü, 265-ci, 267-ci, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X2 və qeyrilərinə qarşı Neftçala rayonu, Lapatin qışlağında yerləşən qoyun tövlələrinin, çoban evlərinin və qış otlaq sahəsinin ərazisinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar