Məhkəmə qərarları › İş №2-2(121)-231/2023

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-231/2023

22.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-231/2023 22.02.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qurbanov Cəlal Əli oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun vəkili X5, İlkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh Beyləqan rayon Qarallar Bələdiyyəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı çıxarışın ləğv edilməsi, torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması barəsində ilkin iddiasına; Cavabdeh İddiaçı qarşı hərracın nəticələrinin, hərracın protokolunun, şahadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barəsində qarşılıqlı iddiasına dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi və Beyləqan rayon Qarallar Bələdiyyəsinə qarşı – qanunsuz verilən sənədlərin ləğv edilməsi və onun mülkiyyətində olan 100 kv.metr torpaq sahəsində maneyəsiz istifadə etməsi barədə ilkin iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarallar Bələdiyyəsi fəaliyyət göstərən obyektlərdə icarə pulunun verilmə vəziyyətini yoxlayarkən qazdoldurma məntəqəsinin sahibi Cavabdeh istifadəsində olan torpaq sahəsinin sənədlərini tələb etmişlər. xx.xx.2007-ci il tarixdə Qarallar Bələdiyyəsi ilə 300 kv.metr torpaq sahəsinin 15 illiyə bağlanmış icarə müqaviləsini təqdim etmişdir. Bələdiyyə ondan icarə pulunun ödənilməsini tələb etmiş, araşdırma aparılan vaxtlarda Cavabdeh obyektinin yanında istifadə olunmayan 200 kv.metr torpaq sahəsinin olduğunu müəyyən etmişlər. Həmin istifadə olunmayan torpaq sahəsindən 100 kv.metr hərraca çıxarmışlar. Torpaqla bağlı xx.xx.2013-cü il tarixdə keçirilən hərracın qalibi olmuş, aidiyyəti orqan tərəfindən həmin torpaq sahəsi sənədləşdirilərək adına çıxarış verilmişdir. Xeyli vaxt bələdiyyə tələb etməsinə baxmayaraq Cavabdeh icarə haqqını ödəməmişdir. Belə olduğu halda bələdiyyə Şirvan İnzibati-İqtisad Məhkəməsində icarə pulunun ödənilməsi tələbi ilə Cavabdeh qarşı iddia qaldırmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-53/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə 3 il üçün hər il 210 manat olmaqla 630 manat Qarallar Bələdiyyəsinin büdcəsinə Cavabdeh tərəfindən pul ödənilməsi haqda qərar qəbul olunmuşdur. Həmin puldan Cavabdeh xx.xx.2014-cü ildə 400 manat ödəmiş yerdə qalan pulu ödəməkdən imtina etmişdir. Cavabdeh eyni yer üçün yeni bir sənəd qaz doldurma məntəqəsi adı altında Dövlər Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Cavabdeh adına verilən AN234547 nömrəli torpaq sahəsinin plan ölçüsü sənədini təqdim edərək həmin yerdən 450 kv.metr torpaq sahəsinin hərrac yolu ilə ona satıldığını və onun xüsusi mülküyyəti olduğunu bildirmişdir. Həmin vaxtdan da torpaqlar üstüstə düşmüşdür. Həmin sənəddə Beyləqan rayon Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 450,28 kv.metr torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətinə verildiyi göstərilmişdir. X2 protokol kitabında həmin tarixli iclas protokolunun qeydiyyata düşmədiyi müəyyən olunmuşdur. Bununla bağlı Şirvan İnzibati-İqtisad Məhkəməsində cavabdehlər Beyləqan rayon Torpaq Komitəsinə, Beyləqan rayon Qarallar Bələdiyyəsinə və 3-cü şəxs Cavabdeh qarşı Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının ləğv olunması, həmin sənədlər əsasında verilmiş torpaq sahəsinin plan ölçüsü sənədinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Məhkəmə xx.xx.2014-cü il tarixli, İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Cavabdeh icarəsində olan 300 kv.metr torpağın son üç il üçün müəyyənləşmiş 630 manat icarə haqqını Qarallar Bələdiyyəsinin ödənilməsinə dair qərar verdiyi halda, eyni torpaq sahəsi üçün xx.xx.2015-ci il tarixli məhkəmə qərarı ilə (2-1(86)-575/2015 nömrəli) onun Beyləqan rayon Torpaq Komitəsinə, Beyləqan rayon Qarallar Bələdiyyəsinə və 3-cü şəxs Cavabdeh qarşı iddiası əsasız olduğundan rədd edilmişdir. Məhkəmə qərarında iddiasının rədd edilməsinə əsas olaraq Beyləqan rayon Qarallar Bələdiyyəsinə məxsus olan 450.28 kv.metr torpaq sahəsinin Cavabdeh satıldığı göstərilmişdir. Həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinə, apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şirvan İnzibali-İqtisadi Məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. Həmçinin ərazisində qaz doldurma məntəqəsi bələdiyyəyə aid olan torpağa dair Cavabdeh verilən AN234547 plan ölçü ilə əlaqədar Şirvan İnzibati-İqtisadi Məhkəməsində bələdiyyə tərəfindən məhkəmənin xx.xx.2015-ci il tarixli, AN 234547 saylı torpağın planı olmuşdur. Qərardan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin 2- 1(106)-284/2015 saylı, xx.xx.2015-cı il tarixi qərarı ilə Şirvan İnzibati-İqtisad Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Beyləqan Rayon Məhkəməsində həmin torpaq sahəsinin boşaldılması tələbi ilə X15 Əliyevə qarşı iddia qaldırmışdır. Beyləqan Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsinə əsasən qaz doldurma məntəqəsi avadanlıqlarının torpaqdan çıxarılması haqda qətnamə çıxarılmışdır. Həmin qətnamədən Cavabdeh Şirvan Apelyasiya Məhkəməsində Beyləqan Rayon Məhkəməsinin qərarının ləğv olunması barədə idda qaldırmış və əlavə olaraq 3-cü saxta bir sənəd xx.xx.2007-ci il tarixdə X9 Əliyev ilə 15 illiyə bağlanmış 450 kv.metr torpaq üçün müqavilə sənədi təqdim edilmiş, qaz doldurma məntəqəsi adı altında Qarallar Bələdiyyəsi xx.xx.2007-ci il tarixli qərarla 300 kv.metr torpaq sahəsini 15 illik müqavilə ilə Cavabdeh icarəyə vermişdir. Qaz doldurma məntəqəsi adı altında eyni yeri xx.xx.2007-ci il tarixli qərarla Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Qaz doldurma məntəqəsi adı altında eyni yeri, yeni satılmış yeri yenidən xx.xx.2007-ci il tarixli qərarla X15 Əliyevə icarəyə verilmiş, Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarı ilə Cavabdeh icarəyə verilən torpağın ilkin yer qurluşu sənədləri hazırlanıb DTXK-nə verilməli idi. Hazırlanan plan-ölçü sənədi Dövlət Kadastrı kitabında qeydiyata alınmalı əsası DTXK-da saxlanılmaqla bir nüsxəsi icarəçiyə verilməli idi. Həmin sənəd qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyata alınmalı, Dövlət Reystrindən çıxarışla rəsmiləşdirilməli və yalnız bundan sonra torpaq üzərində istifadə hüququ yaranmalı idi. Beləliklə, üzərində istifadə hüqüqu yaranmamış torpaqdan Cavabdeh neçə illərdi istifadə edir. Bağlanan icarə müqaviləsi aydiyyəti orqan DTXK tərəfindən təsdiq olunmamışdır. Müqavilə haqqında Azərbaycan Respublikasının Qanunun 12-ci bəndinə görə aydiyyəti orqan tərəfindən təsdiq olunmamış müqavilə etibarsız sənəd sayılır. Müqavilənin axırıncı səhifəsində müqavilənin əsas şərtləri bölümündə qeyd olunur ki, bu müqavilə açıqlana bilər və icarəyə götürülmüş torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə almandan sonra qüvvəyə minir. Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixə bağlanan icarə müqaviləsinin etibarsız sənəd olmasını həmin müqavilədə göstərilən torpaq sahəsi üçün şəhadətnamə olmadığından həmin müqavilənin qüvvəyə minmədiyi nəzərə almayaraq Əmlak Komitəsinin Beyləqandakı 6 saylı Reyestr İdarəsi Cavabdeh adına yalnız həmin müqaviləni əldə əsas tutaraq dövlət reysterindən çıxarış vermişdir. Qanunla icarə pulunu 1 il müddətdə üzürsüz səbəbə ödənilmədikdə həmin müqavilə ləğv olunur. Torpağın icarəyə verildiyi gündən məhkəməyə qədər icarə pulu ödəməmişdir. Bütün bunları nəzərə alaraq Qarallar Bələdiyyəsi 2019-cu ilin mart ayında xx.xx.2007-ci il tarixdə 450 kv.metr yerin icarəyə verilməsi ilə əlaqədar Cavabdeh Qarallar Bələdiyyəsi arasında bağlanan müqavilənin ləğv etməsi ilə əlaqədar verdiyi iddia ərizəsində xx.xx.2013-cü ildə baxış iclası keçirilmiş, xx.xx.2019-cu ildə Cavabdeh 200 manat icarə pulu ödəmişdir. xx.xx.2019-cu ildə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanan icarə müqaviləsi (xx.xx.2007-ci il tarixli) ləğv olunmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş, məhkəmənin ikinci iclasında xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən yeni Qarallar Bələdiyyəsinə sədri seçilmiş Abışov Mehman iddiaçı tərəfindən çıxış edərək iddianın keçmiş bələdiyyə tərəfindən qaldırıldığını bildirmiş və bu gün bələdiyyənin sədri kimi o, həmin iddianı geri götürmüşdür. İlkin iddia ərizəsi üzrə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh adına verilmiş qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan və reyestr nömrəsi **********32-06301 olan DƏDRX-nin hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh xüsusi onun mülkiyyətində olan 0,010 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan 0,010 ha torpaq sahəsindən istifadə etməsinə dair yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, hazırda iddia tələbinin nəticəvi hissəsini dəqiqləşdirir. Belə ki, iddia ərizəsində Cavabdeh adına verilmiş qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan və reyestr nömrəsi **********32-06301 olan DƏDRX-nin hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsini, Cavabdeh onun xüsusi mülkiyyətində olan 0,010 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmasını və Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan 0,010 ha torpaq sahəsindən istifadə etməsinə dair yaradılan maneənin aradan qaldırılmasın tələb edir. Cavabdeh İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə və Beyləqan rayon Qarallar Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi, hərracın 03 saylı xx.xx.2013-cü il tarixli Protokolunun, xx.xx.2013-cü il tarixli “X30, Müsabiqə Müqaviləsi” nin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş, seriya RX, 026832 nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********1) ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı iddia tələbi “mülkiyyətində olan 100 kv.metr torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılmasından ibarətdir. Lakin məhkəmənin ünvanına göndərmiş olduğu “Məhkəmə bildirişi”ndə iddia tələbi “torpaqdan çıxartma və çıxarışın ləğv edilməsi” kimi qeyd edilmişdir. Bunu yazmaqda məqsədi əslində iddia tələbini dəqiq olaraq anlamaq və həmin tələbə qarşı qarşılıqlı tələblə çıxış etməkdir. İddiaçı iddia ərizəsini tamamilə başqa tələblə başlayıb əsaslandırsa da, sonda iddia tələbini başqa cür formalaşdırmışdır. MPM-nin tələbinə görə iddia tələbi konkret olmalıdır. Hesab edir ki, iddiaçının “torpaqdan çıxartma və çıxarışın ləğv edilməsi” tələbi qanunsuzdur və istinad edəcəyi səbəblərə görə rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2003-cü ildə Beyləqan rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, müraciətində göstərmişdir ki, Qarallar kəndinin inzibati ərazisinə daxil olan “Üç yol” adlanan ərazidə, Ələt-Culfa şosse yolunun sol tərəfində, İmişli rayonu istiqamətində “Maye-qaz” doldurma məntəqəsinin tikintisi üçün tikili altına 450 kv.metr torpaq sahəsinin ayrılması təmin edilsin. Müraciətinə Beyləqan rayon İcra Hakimiyyətində baxılaraq ərizəsi təmin edilmişdir. Beyləqan rayon İcra Hakimiyyəti başçısının 31 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə “Maye-qaz” doldurma məntəqəsinin tikintisi üçün 450 kv.metr torpaq sahəsi tikinti altına ayrılmışdır. Tikinti altına torpaq sahəsi ayrılmasına dair sərəncam aldıqdan dərhal sonra tikinti işlərinə başlamış və qısa müddətdə “Maye-qaz” doldurma məntəqəsini hazır vəziyyətə gətirmişdir. Tikinti altına torpaq ayrılması barədə xx.xx.2003-cü il tarixli akt üzrə sərəncamla ayrılmış torpaq sahəsi komissiya üzvülərinin iştirakı ilə ona təhvil verilmişdir. “Maye-qaz” doldurma məntəqəsi bir tikili olaraq 47 nömrəli, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi ilə dövlət qeydiyyatına alınmış, (reyestr kitabında 77-ci səhifə; inventar nömrəsi: 287) sənədlərdən göründüyü kimi Qarallar Bələdiyyəsinin torpaq sahələri xx.xx.2005-ci il tarixdən Bələdiyyəyə təhvil verilmişdir. Göründüyü kimi ona torpaq sahəsi Beyləqan rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə dövlət torpaq fondundan ayrılmışdır. Lakin 2007-ci il tarixdə Qarallar Bələdiyyəsi həmin torpaq sahəsinin Bələdiyyədən icarəyə götürülməsi və bu barədə onunla icarə müqaviləsi bağlanmasını tələb etdi. Bu əsasla Qarallar Bələdiyyəsi ilə həmin 450 kv.metr torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi barədə xx.xx.2007-ci il tarixdə müqavilə imzalamışdırlar. 2010-cu ildə növbəti Bələdiyyə seçkilərində yeni Bələdiyyə sədri seçilmiş və həmin tarixdən də göstərilən torpaq sahəsinindən 0,010 ha hazırkı İddiaçı verməyini ondan tələb etmişdir. Bələdiyyə sədrini inandırmağa çalışmışdır ki, icarəsində olan bütün torpaq sahəsi üzərində 2003-cü ildən tikintilər tikilmiş və bu tikililər dövlət qeydiyyatına alınmışdır. Bu əsasla hər hansı torpaq sahəsini kiməsə verə bilmir. Elə bu məsələyə görə həmin vaxtdan Bələdiyyə sədri İddiaçıla birlikdə ona qarşı saysız hesabsız məhkəmə mübahisələri açmağa başladılar. X7 sədr seçilən Maarif Səfərov İcra Hakimiyyətinin bu Sərəncamını məhkəmə qaydasında mübahisələndirmiş, məhkəmə sərəncamın qüvvədə saxlanması barədə qətnamə çıxarmışdır. Bələdiyyə tərəfindən qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də, bu şikayətlər təmin edilməmişdir. İcra Hakimiyyətinin sərəncamı bu gün də qüvvədədir. İddiaçının iddia ərizəsində göstərdiklərinin əksinə olaraq Bələdiyyə ilə aralarında xx.xx.2007ci il tarixdə bağlanmış icarə müqaviləsi bir ay sonra, xx.xx.2007-ci il tarixdə DƏDRX-nin 6 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. Bundan başqa, Bələdiyyə sədrinin icarə müqaviləsinin ləğvi və buna oxşar çoxsaylı predmetlərlə məhkəmədə qaldırdığı mübahisələr uğursuz nəticələndiyinə görə eyni ssenari ilə sonradan hazırkı İddiaçı eyni tələblərlə həmin məhkəmədə iddia qaldırmış, bu iddialar da məhkəmə tərəfindən rədd edilmişdir. Abışov X6 rayon İcra Hakimiyyətinin 31 nömrəli, xx.xx.2003-cü il tarixli qərarının ləğv edilməsi, Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının (onunla bağlanmış icarə müqaviləsinin) və xx.xx.2009-cu il tarixli torpaq sahəsinin plan ölçüsünün etibarsız hesab edilməsi barədə iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-185/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmişdir. Göründüyü kimi iddiaçının hazırkı tələbi ilə bağlı qüvvədə olan məhkəmə qərarı mövcuddur. Hesab edir ki, göstərdiyi əsaslara görə iddiaçının iddia tələbinə xitam verilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Göstərilənlərlə bağlı bir daha təkrar olaraq bildirir ki, icarəsində olan torpaq sahəsi Qarallar Bələdiyyəsinin keçmiş sədri tərəfindən məqsədli şəkildə mübahisələndirilmiş, iddiaçıya satılan 100 kv.metr torpaq sahəsi qanunsuz olaraq iddiaçıya qəsdən satılmışdır ki, gələcəkdə icarəsində olan 450 kv.metr torpaq sahəsinə dair məhkəmə mübahisələri açmaq olsun. Yoxsa rayon yerində, xüsusən də ucqar bir kənddə 100 kv.metr torpaq sahəsi kimin marağında ola bilər. Bu mübahisə artıq 6 ildir ki, davam edir. Hesab edir ki, keçmiş bələdiyyə sədri qanuni əsaslarla icarəsində olan torpaq sahəsini hərraca çıxara bilməzdi. Onunla icarə münasibətlərində olduğu halda başqa bir şəxsə icarəsində olan torpaq sahəsindən necə torpaq sata bilərdi. Torpağın hərracda satılmasına dair tərtib edilmiş protokollardan da görünür ki, bu hərrac formal xarakter daşımış, hərracın keçirilməsindən xəbərsiz olmuş, hərrac keçirilərkən ona formal da olsa təklif olunmamışdır. Hərracda guya alıcı qismində iştirak edən digər iki şəxsi tanımır. Bütövlükdə hərrac prosesi hər kəsdən xəbərsiz, nəticəyə əvvəlcədən hesablanmış qaydada keçirilmişdir. Bələdiyyənin mülkiyyətində kifayət qədər torpaq sahələri olduğu halda nə üçün onun icarəsində olan sahədən 100 kv.metr torpaq hərraca çıxarılır. Bu hərrac kimin marağına xidmət edirdi. Qeyd etdiyi kimi icarə müqaviləsi Qarallar Bələdiyyəsinin 02 nömrəli, xx.xx.2007-ci il tarixli məktubu Daşınmaz Əmlakın Reyestri Xidmətinin Beyləqan rayon Ərazi İdarəsində həmin tarixdə qeydiyyata alınmışdır. Bu barədə bələdiyyə kifayət qədər məlumatlı idi. Beyləqan Rayon Məhkəməsinin 2(020)-23/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsinin 55,52 hissəsindən çıxarılması, Cavabdeh tərəfindən Abışov Şiraslan Sədrəddin oğlunun həmin torpaq sahəsindən istifadə etməsinə dair yaradılan maneələrin aradan qaldırılması, ilk iddianın qalan hissədə və Cavabdeh İddiaçı qarşı 100 kv.metr torpaq sahəsinin satılmasına dair 03 saylı xx.xx.2013-cü il tarixli Protokol, xx.xx.2013cü il tarixli, “X30, Müsabiqə Müqaviləsi”nin, ********* nömrəli» Şəhadətnamənin etibarsız hesab edilməsi və Seriya RX, 026832 nömrəli “Çıxarışın” (qeydiyyat nömrəsi: **********1) ləğv edilməsi barədə qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pulun 25 manatı Cavabdeh, 25 manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, həmçinin mütəxəssis rəyinin dəyirini təşkil edən 311 manat məbləğində pulun 155,5 manatının Cavabdeh, 155.5 manatının isə İddiaçı alınaraq Kadastr və Yerquruluşu Layihə Tadqiqat Mərkəzi MM-nin (VÖEN **********. SWİET A1İBAZ2X, müxbir hesabı AZ37NABZ********************. Benefisiar hesabı AZ23 A11B********************7) hesabına ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-295/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)-23/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2980/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-295/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1951/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 23/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı Cavabdeh adına verilmiş qeydiyyat nömrəsi ********* olan, qeydiyyat tarixi xx.xx.2007-ci il olan və Reyestr nömrəsi **********32-06301 olan DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Cavabdeh xüsusi mülkiyyətində olan 0.010 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan 0.010 ha torpaq sahəsindən istifadə etməsinə yaradılan maneənin aradan qaldırılması və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 100 kv. metr torpaq sahəsinin satılmasına dair 03 saylı 18 oktyabr 2013-cü il tarixli Protokol, 18 oktyabr 2013-cü il tarixli, “X26, Müsabiqə Müqaviləsi"nin, ********* nömrəli Şəhadətnamənin etibarsız hesab edilməsi və Seriya RX, 026832 nömrəli “Çıxarışın”(qeydiyyat nömrəsi: **********1) ləğv edilməsi tələblərinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı (bundan sonra “iddiaçı”), onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdilər. Məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdilər. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh (bundan sonra “cavabdeh”) və onun vəkili X8 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddiaya etiraz etdilər. Məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdilər. İlkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh Beyləqan rayon Qarallar Bələdiyyəsinin nümayəndəsi X18 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə ilkin və qarşılıqlı iddia ərizələri üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin (nümayəndələrin və vəkillərin) izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsasızdır. Buna görə də, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)- 531/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X11 630 manat icarə haqqı alınıb iddiaçı Beyləqan rayon Qaralılar Bələdiyyəsinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdehdən 15 manat dövlət rüsumu dövlət gəlirlərinə tutulması qət edilmişdir. İşdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-575/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Beyləqan rayon Qaralılar Bələdiyyəsinə qarşı Bünyadlı kənd sakini Cavabdeh 450 kv.m torpaq sahəsinin satılmasına dair xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının ləğv edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-185/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-2(086)-575/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-983/2015 saylı, xx.xx.2015-cü il tarixli qərarı ilə iddianın təmin olunması, ləğv olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin Beyləqan rayon Qaralılar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı əsasında Cavabdeh verilmiş və X21 kitabında xx.xx.2009-cu il tarixdə, 481 nömrə ilə qeydə alınmış A seriyalı, 234547 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, məhkəmə iddiaçının dəlillərini əsaslı hesab edərək belə nəticəyə gəlirmişdir ki, Cavabdeh iddiaçının mübahisələndirildiyi torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin verilməsi üçün əsas olmuş Beyləqan rayonu Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı həmin Bələdiyyənin xx.xx.2014-cü il tarixli qərarı ilə artıq ləğv edildiyindən Cavabdeh verilmiş və X21 kitabında xx.xx.2009-cu il tarixdə 481 nömrə ilə qeydə alınmış A seriyalı 234547 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğvinin qanuni əsası vardır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-284/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-983/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki, məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq müəyyən etmişdir ki, üçüncü şəxs Cavabdeh adına Beyləqan rayon Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən xüsusi mülkiyyətinə sahibkarlıq məqsədi ilə 450.28 kv.metr torpaq sahəsi verilmiş, bununla əlaqədar üçüncü şəxsin adına torpaq sahəsinə dair plan və ölçü tərtib edilmiş, X21 kitabında xx.xx.2014-cü il tarixli, 481 nömrə ilə uçota alınmışdır. İddiaçı olan Bələdiyyə xx.xx.2014-cü il tarixli 08 saylı qərarı üçüncü şəxsin adına torpaq sahəsinin qərarını ləğv etmiş və hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qərardan görünür ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin adına olan torpaq sahəsinin plan və ölçüsü torpaq sahəsinin ayrılması haqqında qərar əsasında tərtib edilmişdir. Həmin qərar isə bələdiyyənin müvafiq qərarı ilə ləğv edilmişdir. Belə olan halda isə torpaq sahəsindən ötrü tərtib edilmiş plan və ölçünün verilməsinə əsas olan hal aradan qalxmış olar. Göstərilən qərardan eyni zamanda görünür ki, məhkəmə kollegiyası xüsusi ilə qeyd etmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olan bələdiyyə qərarı, bələdiyyə tərəfindən qanunsuz hesab edilərək digər bir qərarı ilə ləğv edildiyindən və həmin qərarın ləğv edilməsinə dair bələdiyyənin qərarı mübahisə predmeti kimi mübahisələndirilərək ləğv edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 8(86)-172/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Beyləqan rayon icra şöbəsinin icra məmuru Mahir Əsgərovun təqdimatının təmin olunması, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)- 983/2015 saylı, xx.xx.2015-cü il tarixli qərarının icrasını təmin etmək məqsədi ilə verilmiş xx.xx.2016-cı il tarixli tarixli, 2-1(86)-983/2015 nömrəli icra vərəqəsi üzrə icraata icra sənədi tam icra olunduğu üçün xitam verilməsi qərara alınmışdır. İşdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2659/2017 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi və sair tələbi barədə iddia ərizəsi üzrə iddiaçı olduğu kimi saxlanılmaqla, cavabdeh qismindən Beyləqan Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsi və Cavabdeh cəlb edilməsi, iddia tələbi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 31 saylı sərəncamının qanunsuz, hesab edilməsi kimi baxılmasının davam etdirilməsi, iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2017-ci il tarixə, saat 14:00-a təxirə salınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-492/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-2659/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-613/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-492/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-16/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Beyləqan rayon Qaralılar Bələdiyyəsinin sədri X23 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-323/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin iddiaçı Beyləqan rayon Qaralılar Bələdiyyəsinin sədri X23 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxılanılması qət edilmişdir. İşdən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-198/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və bələdiyyə torpağının boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(086)-198/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Beyləqan rayon Qaralılar Bələdiyyəsi ilə X20 arasında 450 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Beyləqan rayon Qaralılar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 nömrəli qərarı əsasında bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş torpaq sahəsindən Cavabdeh məxsus əmlakların boşaldılması, cavabadeh Cavabdeh 10 manat məbləğində dövlət rüsumu vəsatiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Beyləqan rayon Qaralılar Bələdiyyəsinin iddiadan imtinasının qəbul edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(086)-198/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilən Beyləqan rayon İcra Hakimiyyət başçısının 31 saylı, xx.xx.2003-cü il tarixli sərəncamından çıxarışın surətindən görünür ki, rayonun Bünyadlı kənd sakini Cavabdeh Qarallar kəndinin inzibati ərazisinə daxil olan “Üç yol” adlanan ərazidə Ələt- Culfa şosse yolunun sol tərəfində, İmişli rayonu istiqamətində, yeməkxananın 25 metrliyində “Maye-qaz” doldurma məntəqəsinin tikintisi üçün tikinti altına 450 kv.metr torpaq sahəsi ayrılması barədə xx.xx.2003-cü il tarixli, Ə-194 saylı ərizəsinin nəzərə alınması; Bünyadlı kənd sakini Cavabdeh Qarallar kəndinin inzibati ərazisinə daxil olan “Üç yol” adlanan ərazidə Ələt-Culfa şosse yolunun sol tərəfində, İmişli rayonu istiqamətində, yeməkxananın 25 metrliyində “Maye-qaz” doldurma məntəqəsinin tikintisi üçün tikinti altına 450 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşə əlavə edilmiş Beyləqan rayonu Qarallar Bələdiyyəsinin 02 saylı, xx.xx.2007-ci il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, Bünyadlı kənd sakini Cavabdeh mülkiyyətinə Qaralılar Bələdiyyəsinin ehtiyat fondunun yararsız torpaqlarından Bəhrəmtəpə- Həkəri-Mincivan yolunun sol kənarında maye-qaz doldurma məntəqəsi altında 450 kv.metr torpaq sahəsinin satılması barədə ərizəsinin nəzərə alınması; Cavabdeh mülkiyyətinə Qaralılar Bələdiyyəsinin ehtiyat fondunun yararsız torpaqlarından Bəhrəmtəpə-Həkəri- Mincivan yolunun sol kənarında maye-qaz doldurma məntəqəsi altında 450 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli torpaq hərrac və müsabiqələrinin təşkilatçısı ilə torpaq sahələrinin satıcıları arasında X30, müsabiqə müqaviləsinin surətindən görünür ki, Beyləqan ərazisində yerləşən Qarallar bələdiyyə, dövlət mülkiyyətinə aid olan 100 kv.metr və ya 0,01 ha torpaq sahəsinin “Təşkilatçı” tərəfindən xx.xx.2013-cü il tarixdə hərraca çıxarılmışdır. İşdə olan Beyləqan rayonu Qarallar Bələdiyyəsinin 02 nömrəli, xx.xx.2013-cü il tarixli protokolunun surətindən görünür ki, Beyləqan rayonu Qarallar Bələdiyyəsinin 03 nömrəli, xx.xx.2013-cü il tarixli protokolu ilə “Komissiya tərəfindən Beyləqan ərazisində yerləşən Qarallar Bələdiyyəsinin mülkiyyətinə aid 100 kv.metr və ya 0,01 ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədilə xx.xx.2013-cü il tarixdə keçirilən hərracda, müsabiqədə 3 şəxsin- X24ku, İddiaçı, X3 təsdiq olunmuşdur. Hərraca, müsabiqəyə çıxarılan torpaq sahəsinin hərracda ilkin qiymət 330 manat və hərrac addımı 33 manat olmaqla hərrac keçirildiyi və hərrac baş tutmaqla 462 manat ən yüksək qiymət təklif etmiş İddiaçı hərracın qalibi hesab edilmişdir. İş materiallarına əlavə edilən AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Beyləqan rayonu, Qarallar kəndində yerləşən Beyləqan rayon Qarallar Bələdiyyəsi mülkiyyətində olan 0,01 ha torpaq sahəsini 462 manata İddiaçı satmışdır. İşə əlavə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Beyləqan rayonu, Qarallar kəndində yerləşən 0,010 ha torpaq sahəsi sahibkarlıq məqsədilə, tam pay hüququ ilə, İddiaçı xüsusi mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, Qarallar kəndi, “Üç yol” adlanan ərazi, Ələt-Culfa yolunun sol tərəfində icarəsində olan 0,045 ha torpaq sahəsində yerləşən 3 girişli, 110 kv.m ümumi, 45.78 kv.m əsas, 64.22 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (MQD) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqavilənin surətindən görünür ki, Beyləqan rayon Qarallar Bələdiyyəsinin 05 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı əsasında 450 kv.m olan torpaq sahəsini, xx.xx.2007-ci il tarixdən, hər il 100 manat icarə haqqı ödənilməklə sahibkarlıq məqsədilə uzun müddətli (15 il) Beyləqan rayonu, Bünyətli kənd sakini Cavabdeh istifadəsinə vermişdir. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, bu müqavilə Beyləqan rayon (şəhər) torpaq şöbəsində qeydiyyata alınan gündən etibarlı sayılır. Müqavilənin sonuncu səhifəsindən görünür ki, “Müqavilə Beyləqan rayon (şəhər) torpaq şöbəsində qeydiyyata alınmışdır. “_”_ 200_ci il tarixli _ saylı qeydiyyat Beyləqan rayon (şəhər) torpaq şöbəsində torpaq sahələrinin istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabındadır. Beyləqan rayon (şəhər) torpaq şöbəsinin müdiri __” yazılmasına dair qeydiyyata alınma ilə bağlı qrafa imzalanmamış, möhürlə təsdiq edilməmişdir. İş materiallarında olan Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Ramil Şahmar oğlu arasında xx.xx.2007-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqavilənin surətindən görünür ki, Beyləqan rayon Qarallar Bələdiyyəsi 300 kv.m torpaq sahəsini bir ilə 210 manat icarə haqqı ödənilməklə maye qaz zapravkası üçün Ramil Şahmar oğluna icarəyə vermişdir. (“Müqavilənin sonunda “Rəşad Ş.oğ” yazılmaqla imza olunmuşdur). İşə əlavə edilən Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolunun surətindən görünür ki, Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolu ilə xx.xx.2003-cü il tarixdə qaz doldurma məntəqəsinin tikintisi üçün Beyləqan rayon İcra Hakimiyyətinin 31 saylı qərarına əsasən ayrılmış 450 kv.m torpaq sahəsi Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır. İşin materiallarına əlavə olunan Beyləqan rayon Qaralılar Bələdiyyəsinin 05 nömrəli, xx.xx.2007-ci il tarixli protokolunun surətindən görünür ki, Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin 05 nömrəli, xx.xx.2007-ci il tarixli protokolu ilə xx.xx.1998-ci il tarixdə dəyirman tikintisi üçün Beyləqan Rayon İcra Hakimiyyətinin 53 saylı qərarına əsasən ayrılmış torpaq sahəsi Cavabdeh adına Qarallar Bələdiyyəsi tərəfindən sənədləşdirilməsi və xx.xx.2003-cü il tarixdə qazdoldurma məntəqəsinin tikintisi üçün Beyləqan Rayon İcra Hakimiyyətinin 31 saylı qərarına əsasən ayrılmış torpaq sahəsi Cavabdeh adına Qarallar Bələdiyyəsi tərəfindən sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Beyləqan rayon Qaralılar Bələdiyyəsinin 08 nömrəli, xx.xx.2014cü il tarixli protokolunun surətindən görünür ki, Beyləqan rayonu Qaralılar Bələdiyyəsinin 08 nömrəli, xx.xx.2014-cü il tarixli protokolu ilə qaz doldurma məntəqəsi adı ilə Bünyadlı kənd sakini Cavabdeh Beyləqan rayon Qarallar Bələdiyəsinin vermiş olduğu torpaq sahəsinə dair, kitabda olmayan 2 nömrəli, xx.xx.2007-ci il tarixli və qeydiyyatda olan 05 nömrəli, xx.xx.2007-ci il tarixli protokol qərarları ləğv olunması, xx.xx.2007-ci il tarixdə Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış nömrəsiz müqavilənin və DTXK-nin X21 kitabında xx.xx.2009-cu il tarixdə 481 nömrə ilə uçota alınmış A seriyalı, 234547 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvi məhkəmə qarşısında qaldırılması və bu məsələyə nəzarət bütün bələdiyyə üzvlərinə həvalə edilməsi qərara alınmışdır. İşə əlavə edilən Məhkəmə Ekspertiza Mərkəzinin 497 nömrəli, xx.xx.2017-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Beyləqan rayonu, Qaralar kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (reyestr nömrəsi **********32-0631, qeydiyyat nömrəsi 170700506, qeydiyyat tarixi xx.xx.2007-ci il) əsasən, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğu və həmin çıxarışda göstərilən Cavabdeh icarəsində olan 0,045 ha torpaq sahəsinin sərhədi daxilində yerləşdiyi müəyyən olunur. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi cavabdehin icarəsində olmaqla Beyləqan rayon Qaralar Bələdiyyəsinin mülkiyyətinə aid edilən torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunur. Cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış binası X4 xüsusi mülkiyyətində olan (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il) 0,01 ha torpaq sahəsinin sərhədləri daxilinə düşmür. X1 mülkiyyətində olan 0,01 ha torpaq sahəsinin 68,52 kv.m hissəsi Cavabdeh xx.xx.2007-ci il tarixli, ******* saylı çıxarışa əsasən icarəsində olan 0,045 ha torpaq sahəsinin sərhədləri daxilinə düşdüyü müəyyən olunur. Cavabdehin mülkiyyətində olan qeyriyaşayış binası 7,4x3,7m ölçüdə distpecer otağında, qaz paylayıcı qurğudan ibarət olduğu müəyyən olunur. İşdən görünür ki, Beyləqan Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10/1279 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasındı Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********72 olan çıxarışla Beyləqan rayonu, Qarallar kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,010 ha torpaq sahəsinin naturada yerləşdiyi ərazimin hüdudları və koordinatları müəyyən edilmişdir. Beyləqan rayonu Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci tarixli icarə müqaviləsi əsasında Cavabdeh verilmiş 450 kv.m torpaq sahəsinin naturada yerləşdiyi ərazisinin hüdudları və koordinatları müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* saylı, reyetsr nömrəsi **********72 olan çıxarışla verilmiş 0.010 ha torpaq sahəsinin 55.52 kv.m hissəsinin ərazisi ilə, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Beyləqan rayonu Qarallar bələdiyyəsnin xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında verilmiş 450 kv.m torpaq sahəsinin ərazisi üst-üstə düşür. Cavabdeh Azerbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********* olan xx.xx.2007-ci ıl tarixdə qeydiyyata alınan çıxarışdakı qeyri-yaşayış binasının yerləşdiyi 0.045 ha torpaq sahəsinin koordinatları Cavabdeh Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən verilmiş torpaq sahəsinin koordinatları ilə üstüstə düşür. Cavabdeh məxsus qeyri-yaşayış binası və başqa tikillər İddiaçı oğlunun xüsusi mülkiyyətinə verilmiş 0.010 ha torpaq sahəsinin ərazisində yerləşmir. İşə əlavə edilən 10/1279 nömrəli, xx.xx.2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin 51 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********72 olan çıxarışla Beyləqan rayonu Qarallar kəndində yerləşən Şiraslan Sədrəddin oğlunun xüsusi mülkiyyətində olan 0,010 ha torpaq sahəsinin naturada yerləşdiyi ərazisinin hüdudları və koordinatları müəyyən edilmişdir. Beyləqan rayonu Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci tarixli icarə müqaviləsi əsasında Cavabdeh verilmiş 450 kv.m torpaq sahəsinin naturada yerləşdiyi ərazisinin hüdudları və koordinatları müəyyən edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* saylı, reyetsr nömrəsi **********72 olan çıxarışla verilmiş 0.010 ha torpaq sahəsinin 55.52 kv.m hissəsinin ərazisi ilə, Cavabdeh Beyləqan rayonu Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında verilmiş 450 kv.m torpaq sahəsinin ərazisi üst-üstə düşür. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********* olan xx.xx.2007-ci il tarixdə qeydiyyata alınan çıxarışdakı qeyri-yaşayış binasının yerləşdiyi 0.045 ha torpaq sahəsinin koordinatları Cavabdeh Qarallar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Cavabdeh məxsus qeyriyaşayış binası və başqa tikillər İddiaçı oğlunun xüsusi mülkiyyətinə verilmiş 0.010 ha torpaq sahəsinin ərazisində yerləşmir. Rəyə əlavə edilən 06/12/26 nömrəli smetadan aydın olur ki, aparılmış tədqiqatın dəyəri 311 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3-21-3-02/0-1368/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materillarına əsasən Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 5 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5 nömrəli və Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Əliyev Ramil (Rəşad) Şahmar oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında hüquqlar qeydiyyata alınmamışdır. İşə əlavə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3-45/2-784/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 5 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5 nömrəli və Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Əliyev Ramil (Rəşad) Şahmar oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında hüquqlar qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ərizəsindən görünür ki, iş üzrə cavabdehin qarşılıqlı tələbinə iddia müddətini tətbiq edilməsini, onun iddia tələbinin təmin edilməsi, cavabdehin qarşılıqlı tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, tərəflərin izahatları və işə əlavə edilmiş sənədlər məhkəmə iclasında müəyyən edilmişdir ki, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqavilə ilə Beyləqan rayon Qarallar Bələdiyyəsinin 05 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı əsasında 450 kv.m olan torpaq sahəsini, xx.xx.2007-ci il tarixdən, hər il 100 manat icarə haqqı ödənilməklə sahibkarlıq məqsədilə uzun müddətli (15 il) Beyləqan rayonu, Bünyətli kənd sakini Cavabdeh istifadəsinə vermişdir. Həmin Müqavilənin 6-cı bəndinə əsasən, bu müqavilənin Beyləqan rayon (şəhər) torpaq şöbəsində qeydiyyata alınan gündən etibarlı sayılmasına dair qeyd aparılmış olsa da, müqavilənin sonuncu səhifəsində buna dair hər hansı qeydiyyat aparılmamış, o cümlədən qeydiyyata alınma ilə bağlı qrafa imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Qeyd edilən müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə (xx.xx.2005-ci il tarixdən hesablandıqda isə, xx.xx.2020-ci il tarixdə) bitmişdir. Bundan başqa, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Ramil Şahmar oğlu arasında xx.xx.2007-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqavilə ilə Beyləqan rayon Qarallar Bələdiyyəsi 300 kv.m torpaq sahəsini bir ilə 210 manat icarə haqqı ödənilməklə maye qaz zapravkası üçün Ramil Şahmar oğluna icarəyə vermişdir. (“Müqavilənin sonunda “Rəşad Ş.oğ” yazılmaqla imza olunmuşdur). Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, onu kənddə hamı “Ramil” kimi tanıyır, ona görə də qeyd edilən müqavilədə onun adı “Ramil” kimi qeyd olunmuşdur. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 5 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmış, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 5 nömrəli və Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Əliyev Ramil (Rəşad) Şahmar oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr əsasında hüquqlar qeydiyyata alınmamışdır. Məhkəmə araşdırılması zaman eyni zamanda müəyyən edilmişdir ki, Beyləqan rayon Qarallar Bələdiyyəsinin 08 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə Cavabdeh adına sahibkarlıq məqsədi ilə 450 kv.metr torpaq sahəsinin ayrılmasına (sənədləşdirilməsinə) dair Beyləqan rayon Qarallar Bələdiyyəsinin 02 nömrəli, xx.xx.2007-ci il tarixli və 05 nömrəli, xx.xx.2007-ci il tarixli (Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında 05 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilənin bağlanmasına əsas olmuş qərar) qərarları (protokolları) ləğv edilmişdir. Lakin, həmin qərarların ləğv edilməsinə dair bələdiyyənin qərarı mübahisə predmeti kimi Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Göründüyü kimi, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqaviləyə əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, dövlət reyestrində Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqaviləyə əsasən hüquqlar qeydiyyata alınmışdır. Halbuki, müqavilənin Beyləqan rayon (şəhər) torpaq şöbəsində qeydiyyata alınan gündən etibarlı sayılmasına dair müqavilədə xüsusi şərt olmuşdur. Məhkəmə hesab edir ki, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqaviləyə əsasən hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığından, cavabdehin qeyd edilən torpaq sahəsinə dair icarə hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1 və 706.2-ci maddələrinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2007ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqavilənin bağlanmasına əsas olmuş Beyləqan rayon Qarallar Bələdiyyəsinin 05 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı həmin Bələdiyyənin 08 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə ləğv edildiyindən və həmin qərarın ləğv edilməsinə dair bələdiyyənin qərarı mübahisə predmeti kimi mübahisələndirilərək ləğv edilmədiyindən, torpaq sahəsinə dair qeyd edilən müqavilənin bağlanmasına əsas olan hal aradan qalxmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Beyləqan rayon Qarallar Bələdiyyəsi ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 05 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarəsi müqaviləsi) müqaviləyə əsasən hüquqlar dövlət reyestrində qeydiyyata alınmadığından, o cümlədən, həmin müqavilənin bağlanmasına əsas olmuş Beyləqan rayon Qarallar Bələdiyyəsinin 05 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı həmin Bələdiyyənin 08 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə ləğv edildiyindən və həmin qərarın ləğv edilməsinə dair bələdiyyənin qərarı mübahisə predmeti kimi mübahisələndirilərək ləğv edilmədiyindən, həmçinin torpaq sahəsinin plan və ölçüsü qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edildiyindən, torpaq icarəsi müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırılması zamanı qeyd edilən torpaq icarəsi müqaviləsinin qanunvericiliyin göstərişlərinə zidd olaraq bağlandığı müəyyən edildiyindən, həmin müqavilə əhəmiyyətsiz əqddir. Buna görə də, həmin müqavilə mübahisələndirilmədən, məhkəmə qərarından və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan əqddir. Belə olan halda, İddiaçı Qarallar Bələdiyyəsi tərəfindən 100 kv.metr torpaq sahəsi DTXK-nin Beyləqan rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən təşkil edilmiş müsabiqə yolu ilə satılan zaman həmin torpaq sahəsi hüquqi cəhətdən boş olmuş, yəni, hər hansı bir şəxsin hüquqları ilə yüklü edilməmişdir. Buna görə də, müsabiqənin keçirilməsi zamanı Cavabdeh üstünlük hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 4-cü hissəsinə əsasən, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh göstərilən torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada icarəçisi olmadığından, hərrac (müsabiqə) keçirlən zaman onun üstünlük hüquqları pozulmamış, ümumiyyətlə onun belə hüquqları olmamışdır. Buna görə də, qarşılıqlı iddia tələbi əsassızıdır və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, cavabdehin mübahisəli əmlaka hər hansı bir hüququ olmadığından onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Buna görə də qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd edilən Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qarşılıqlı iddiasında hərracın qanun pozuntusu ilə keçirilməsinə istinad etmiş olsa da, qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədi. Digər tərəfdən, qeyd edilən torpaq icarəsi müqaviləsinin müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin qeyd edilən torpaq sahəsinin icarəçisi və ya hər hansı bir üsulla həmin torpaq sahəsindən qanunla müəyyən edilmiş qaydada istifadə etməsi üçün hüququ olduğu öz təsdiqini tapmadı. Buna görə də onun hazırki qarşılıqlı iddia tələbi əsassızıdır və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisəli ərazidə mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsini qanunu əsaslarla hərrac yolu ilə satın almış və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Onun mülkiyyətində olan həmin 100 kv.metr torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 100 kv.metr ümumi, 45,78 kv.metr əsas, 64,22 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə üst-üstə düşmür. Buna görə də, qarşılıqlı iddia əsassızdır, rədd edilməlidir. Qarşılıqlı iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, cavabdeh (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) hüqununun pozulmasını bildiyi halda, mövcud qarşılqlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının mövcud qarşılqlı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mövcud qarşılıqlı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının mövcud qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, qarşılıqlı iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı) mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı mövcud qarşılıqlı iddia tələbi üzrə iddia müddətini buraxdığından qarşılıqlı iddia rədd edilməlidir. Eyniz zamanda, məhkəmə ilkin iddia tələbinin dəlillərini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarından da aydın olur ki, İddiaçı tərəfindən Beyləqan rayon Qarallar Bələdiyyəsinə məxsus 100 kv.metr torpaq sahəsi qanunun tələblərinə müvafiq olaraq hərrac yolu ilə dəyəri ödənilməklə alınmış və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində yalnız 110 kv.metr qeyriyaşayış binasına mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyindən aydın olur ki, İddiaçı mülkiyyətində olan 100 kv.metr torpaq sahəsinin 55,52 kv.metr hissəsi Cavabdeh icarəsinə verilmiş 450 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür. Lakin həmin hissədə Cavabdeh məxsus hər hansı bir tikili olması müəyyən edilməmişdir, yəni Cavabdeh mülkiyyətində olan 110 kv.metr qeyri-yaşayış binasının yerləşdiyi ərazidən kənarda yerləşir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə tikinti-texniki ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilkin iddiası qismən təmin edilərək, Əliyev X13 Abışovun mülkiyyətinə verilmiş 100 kv.metr torpaq sahəsinin 55,52 hissəsindən çıxarılmalı və Cavabdeh tərəfindən onun həmin torpaq sahəsindən istifadə etməsinə dair yaradılan maneələr aradan qaldırılmalıdır. Çünki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə torpaq sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin qeyd edilən torpaq sahəsini könüllü olaraq boşaltmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin torpaq sahəsindən (ona aid hissəsindən) cavabdehin çıxarılmasını və torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin bu torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan ilkin iddia qeyd edilən hissədə təmin edilməlidir. Lakin, Cavabdeh həmin ərazidə, yəni 110 kv.metr ümumi, 45,78 kv.metr əsas, 64,22 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ərazisində İddiaçı mülkiyyətində torpaq sahəsi olmadığına görə məhkəmə hesab edir ki, Cavabdeh həmin qeyriyaşayış binası üzərində mülkiyyət hüquqları qeydə alınmış xx.xx.2007-ci il tarixli MH ******* saylı dövlət reysrindən çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də, ilkin iddia “çıxarışın ləğv edilməsi” hissəsində rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, mütəxəssis rəyinin dəyəri də tərəflərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İlkin iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia isə rədd olunduğundan, məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar məsrəflər də – iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olaraq 311 manat məbləğində pul vəsaitindən 155,5 manatı İddiaçı, 155,5 manatı Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia isə rədd olunduğundan, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdır, Buna görə də, ilkin iddia qismən təmin edilməlidir. Qarşılıqlı iddia isə əsassız olduğundan və iş üzrə iddia müddəti buraxıldığından, qarşılıqlı iddia rədd olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Əliyev X14 rayonu Qarallar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 100 kv.metr (0,010 ha) torpaq sahəsinin 55,52 hissəsindən çıxarılsın. Cavabdeh tərəfindən Abışov Sədrəddin oğlunun həmin torpaq sahəsindən istifadə etməsinə dair yaradılan maneələr aradan qaldırılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı hərracın nəticələrinin, hərracın protokolunun, şahdətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barəsində qarşılıqlı iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin 25 manatı İddiaçı, 25 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin dəyərini təşkil edən 311 manat məbləğində pul vəsaitinin 155,5 manatı İddiaçı, 155,5 manatı isə Cavabdeh alınaraq "xxxx" MMC-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar