Məhkəmə qərarları › İş №2-2(121)-2647/2024

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-2647/2024

20.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-2647/2024 20.08.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi Abbasov Zaur Vahid oğlu, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Sabirabad rayon Cavad kənd sakini Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 1 saylı meşə dolayında yerləşən 0.22 ha torpaq sahəsində qeyri-qanuni olaraq tikilmiş 1 ədəd 8 metrin 2 metrə ölçüdə vaqon yeməkxananın, 1 ədəd 3 metrin 4 metrə vaqon mətbəxin, 3 ədəd 3 metr 2 metrə ölçüdə besetkanın, 1 ədəd 1.5 metr 2 metrə ölçüdə tualetin cavabdehin öz vəsaiti hesabına sökülərək torpaq sahəsinin İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə Sabirabad meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Sabirabad rayon Cavad kənd sakini Cavabdeh Sabirabad meşəbəyliyinin 1 saylı dolayında yerləşən 0.22 ha torpaq sahəsində qeyriqanuni olaraq 1 ədəd vaqon 8 metrin 2 metrə ölçüdə vaqon yeməkxana, 1 ədəd 3 metrin 4 metrə vaqon mətbəx, 3 ədəd 3 metr 2 metrə ölçüdə besetka, 1 ədəd 1.5 metr 2 metrə ölçüdə tualet tikdiyi müəyyən olunmuşdur. Həmin fakt əsasında Seidağa Rəhimzadənin, Əhəd Möbalıyevin və Zahid Məmmədovun iştirakları ilə xx.xx.2023-cü il tarixində müvafiq akt tərtib edilmiş, ərazinin kordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahənin könüllü boşaldılması barədə cavabdehin ünvanına xx.xx.2023-cü il tarixli 3-14/2-3/2023 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1309/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunundan görünür ki, boşaldılması tələb olunan torpaq sahəsi üzərində Cavabdeh tərəfindən qeyriqanuni olaraq inşa etdiyi 1 ədəd 8 metrin 2 metrə ölçüdə vaqon yeməkxana fəaliyyət göstərir. Həmçinin Cavabdeh mülki işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatətində boşaldılması tələb olunan torpaq sahəsi üzərində yerləşdirdiyi ticarət obyektində VÖEN (**********) əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “Elektron məhkəmə” informasiya sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh VÖEN (**********) əsasında fərdi sahibkar statusundadır. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə göründüyü kimi hazırkı mülki iş üzrə hüquqi şəxs olan İddiaçı cavabdehi fiziki şəxs kimi göstərsə də, lakin Cavabdeh fərdi sahibkar statusunda olmaqla, fəaliyyətini VÖEN (**********) əsasında boşaldılması tələb olunan torpaq sahəsi üzərində təşkil etdiyi yeməkxana işlətməklə göstərir Məhkəmə işin aidiyyət məsələsinin araşdırılan hallarına, istinad olunan prosessual hüquq normalarına əsaslanıb və hazırkı iş üzrə mübahisə tərəflərinin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisə tərəflərindən iddiaçı hüquqi şəxs və cavabdeh isə fərdi sahibkar olan fiziki şəxs olduğundan, həmçinin onların arasındakı araşdırma predmeti kommersiya mübahisəsi olaraq cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yarandığından hazırkı iddia tələbinə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mübahisənin və tərəflər arasında olan hüquq münasibətinin mülki (kommersiya) xarakteri daşımaması və buna görə də iddia tələbinə mülki (kommersiya) mübahisələrinə dair iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2018-ci il 13 iyun tarixli 374/Ü nömrəli əmri ilə yaradılmışdır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyindəki qurumdur. Beləliklə müəyyən olunur ki, İddiaçı dövlət orqanı olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeçiliyindəki dövlət qurumudur. Məhkəmə həmçinin qeyd edir ki, İddia ərizəsinin məzmunundan göründüyü kimi, hazırki tələb əşya hüquqi tələbidir. Belə ki, İddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin boşaldılaraq İddiaçınə təhvil verilməsini tələb edir və öz tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələri ilə əsaslandırır. İddiaçı göstərilən məzmunda iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun, yəni hazırki tələblə çıxış etməsi üçün subyektiv hüququnun mövcud olmasını isə özünün tabeçiliyində olduğu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamə” ilə müəyyən edildiyini qeyd edir. Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, hazırki mübahisənin tərəflərinin biri dövlət (inzibati) orqanı, digəri isə sahibkarlıq subyektidir, mübahisənin predmeti dövlət mülkiyyətində olan torpaqlar üzərində dövlətin müstəsna mülkiyyət hüququnun həmin torpaqların qanunsuz zəbt edilməsi yolu ilə pozulmasının aradan qaldırılması barədədir. Qeyd edilən predmet üzrə cavabdehə qarşı iddia tələbi ilə çıxış etməsini iddiaçı, müşə fondu torpaqlarından istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsinə dair müvafiq normativ aktla (əsasnamə ilə) müəyyən edilmiş vəzifəsinə və bu vəzifəni yerinə yetirmək üçün nəzərdə tutulmuş məhkəmədə iddia qaldırmaq hüququna istinad etməklə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətlərinin xarakterinin müəyyən edilməsində yuxarıda sonuncu göstərilən xüsusat əsas götürülməlidir. Belə ki, hazırki mübahisə üzrə tərəflər arasında münasibətin yaranmasına səbəb iddiaçının normativ hüquqi aktlarla müəyyən edilmiş nəzarət funksiyasını yerinə yetirməsi, cavabdehin isə iddia ərizəsində göstərildiyi kimi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi olmuşdur. Bu münasibətlərin xarakteri nəzərə alındıqda isə onun iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəldiyini söyləməyə əsas vermir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət (inzibati) orqanı olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırki tələbini heç bir halda iddiaçının mülki hüquq subyekti olaraq həyata keçirdiyi fəaliyyətindən, o cümlədən sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə mülki, o cümlədən kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. Məhkəmə gəldiyi nəticənin maddi və prosessual hüquqi əsaslandırılması ilə bağlı qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 4 nömrəli qərarında göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır (1-ci bənd). Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2-ci bənd). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1-ci bənd). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır 3.2-ci bənd). İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2 və 153.21-ci maddələrinin birgə tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmadığını nəzərə alaraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçıya aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 403- 1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 26, 32, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Kommersiya Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Zaur Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar