Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2-2(121)-299/2023 28.03.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, maneələrin aradan qaldırılması və s. tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Kürdəmir rayonu Qarabucaq kəndində yerləşən mülkiyyətində və qanuni istifadəsində olan əkin sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Kürdəmir rayon Qarabucaq kəndi ərazisində 35.21 ha torpaq sahəsi alaraq xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və bu barədə ona çıxarış təqdim olunmuşdur. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olsa da torpaq sahəsi ilə ona qonşu olan Cavabdeh tərəfindən bir neçə ildir ki, istifadə olunur. Belə ki, cavabdeh həmin torpaq sahəsini zəbt edərək öz mülkiyyətində istədiyi kimi istifadə etməyə imkan vermir.Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etməklə ona 2000 manat maddi ziyan vurmuşdur. Belə ki, o, hər il həmin torpaq sahəsindən hər sota 25-30 sentner buğda götürür. Onun zəbt etdiyi torpaq sahəsinə görə o, bu gün buğdanın bazar qiyməti 0.25 qəpik olmaqla 2 ilə görə 2000 manat edir. Cavabdehə dəfələrlə xəbərdarlıq edərək icarəsində olan torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, lakin cavabdeh onun torpaq sahəsindən çıxmamışdır. Ona görə də məcbur olun məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-214/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı icarəsində olan Kürdəmir rayonu Qarabucaq kəndində yerləşən 35.21 ha torpaq sahəsinin 7.95 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinə görə 500 (beç yüz) manat İddiaçı, ekspertiza xərcinə görə 40 (qırx) manat Məhkəmə ekspertiza mərkəzinin hesabına və dövlət rüsumuna görə 60 (altmış) manat dövlət büdcəsinə Cavabdeh tutularaq ödənilməsi, ekspertiza xərcinə görə 10 (on) manat məhkəmə ekspertiza mərkəzinin hesabına və dövlət rüsumuna görə 30 (otuz) manat dövlət büdcəsinə İddiaçı tutularaq ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2(106)-2161/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Kürdəmir rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(041)214/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reystirindən çıxarışdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyə başçısının xx.xx.2010-cu il tarixli 53 nömrəli sərəncamı ilə verilmiş 35.21 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reystirindən çıxarışdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 53 nömrəli sərnacamı ilə verilmiş 4.17 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri xidrrə tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reystirindən çıxarışdan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 53 nömrəli Sərəncamı ilə verilmiş 33.11 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 19 may 2008-ci il tarixli 110 nömrəli sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh müraciəti əsasında “Qarabucaq yeri” adlanan qış otlaq sahəsindən 170 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3257 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən Kürdəmir rayon Qarabucaq kəndi ərazisində iddiaçı X2 Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 35.21 ha torpaq sahəsinə hazırlanmış A 370455 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 7.95 ha hissəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 31595 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMCnin hesabına 770 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli 53 nömrəli sərəncamı ilə İddiaçı Kürdəmir rayon Qarabucaq kəndi ərazisindən 35.21 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 110 nömrəli sərəncamı ilə Cavabdeh icarəsinə Kürdəmir rayon Qarabucaq kəndi ərazisindən 170 ha torpaq sahəsi verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3257 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Ağsu Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən Kürdəmir rayon Qarabucaq kəndi ərazisində iddiaçı X2 Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 35.21 ha torpaq sahəsinə hazırlanmış A 370455 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 7.95 ha hissəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə daxil olmasına və onun həmin torpaqdan istifadə etməsinə maneəçilik törədir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3257 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Bundan başqa, iddia tələbində cavabdehin Kürdəmir rayonu Qarabucaq kəndində yerləşən əkin sahəsindən məcburi qaydada çıxarılması və qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılması xahiş edilsə də, cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması nəticə etibarilə cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulması hissəsini də əhatə etdiyindən, qətnamədə qeyd edilən tələblərə yenidən münasibət bildirilməsinə zərurət qalmır. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının icarə (istifadə) hüquqlarına qəsd etmiş və iddiaçının icarəyə götürdüyü torpaq sahəsindən sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi Cavabdeh İddiaçı istifadəsində olan Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən 35.21 ha torpaq sahəsinin 7.95 ha hissəsindən məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması hissələrində nəsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətşi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətşi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Qeyd olunan Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin maddənin 3-cü hissəsinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Qeyd olunan Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qeyd olunan Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı istifadəsində olan Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən 35.21 ha torpaq sahəsinin 7.95 ha hissəsindən məcburi qaydada çıxarılmalı və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı istifadəsində olan Kürdəmir rayonu, Qarabucaq kəndində yerləşən 35.21 ha torpaq sahəsinin 7.95 ha hissəsindən məcburi qaydada çıxarılsın və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qaldırılsın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №2-2(121)-299/2023
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-299/2023
28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver