Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-3/2023 01.08.2023 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı Lənkəran Regional X3 nümayəndəsi X2, Cavabdeh MMC-nin nümayədəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Lənkəran Regional X3 Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiasına dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Lənkəran Regional X5 cavabdeh "xxxx" İstirahət Mərkəzinə qarşı 189267 manat maddi ziyanın ödənilməsi, 4,77 ha meşə fondu torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lerik Rayon Məkəməsinin 2-2(048)-129/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, tərəflərin hər ikisi hüquqi şəxslərdir. Sonradan iddiaçı Lənkəran Regional X3 ərizəsinə əsasən, cavabdeh "xxxx" İstirahət Mərkəzi əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə yerquruluşu, tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2534, 9/2854, 7/390 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində (qərardadın yeddinci və səkkizinci sualları üzrə) təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, həmçinin torpağın üst münbit qatının götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın miqdarı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş həmin akt (həcm-qiymət cədvəlləri) ekspertiza tədqiqatına təqdim edildikdən sonra müəyyən ediləcəyi qeyd olunmuşdur (ekspertlər: Pərvanə Rüstəmova və Kamran Dünyamalıyev). Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X3 27/41276 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə maddi zərərin vurulması ilə əlaqədar zəruri sənədlər məhkəməyə təqdim edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2534, 9/2854, 7/390 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 2-2(121)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 10:20-yə təyin edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2-2(102)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ki, iddiaçı Mərkəzin kommersiya fəaliyyəti ilə məşğul olub-olmamasının və ya mübahisənin onun dövlət qurumu kimi səlahiyyətlərinin icrasından irəli gəlib-gəlməməsi məsələsinin aydınlaşdırılma üçün iş Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Lənkəran Regional X3 Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyriyaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası əsasında iş üzrə icraata xitam verilməsi; iddiaçıya onun hazırki mübahisəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həll edə bilməsinin izah olunması; ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaitinin 50 manatının Lənkəran Regional X5ndən, 100 manatının Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı Lənkəran Regional X5 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı X6 X1 Kommersiya Məhkəməsinin 2-2(121)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kolllegiyasının 2-2(106)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Lənkəran Regional X5 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi; Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)- 3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi; iddiaçı Lənkəran Regional X3 cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair hissədə işin icraatına xitam verilməsi; iddiaçı Lənkəran Regional X3 cavabdeh "xxxx" MMC-yə qarşı cavabdeh "xxxx" MMC-nin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçı Lənkəran Regional X5nə təhvil verilməsi hissədə hazırkı qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılaraq hüquqi qiymət verilməsi üçün iş yenidən Şirvan Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı Lənkəran Regional X3 nümayəndəsi X4 məhkəmə iclasında məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirdi. Cavabdeh MMC-nin nümayədəsi və vəkili Vəkil məhkəmə iclasında məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə dair mülahizələrini məhkəmənin öhdəsinə verdiyini bildirdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində aidiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin materiallarından aydın olur ki, Lənkəran Regional X5 – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan bir Mərkəzdir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələri və hüquqları Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir. Həmin əsasnamənin 2.0.6-cı bəndinə əsasən, meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindəndir. Qeyd edilən əsasnamənin 3.0.28-ci bənidinə əsasən, meşə istifadəçiləri meşə qanunvericiliyinin tələblərini pozduqda, istifadə hüququnun dayandırılması və ya məhdudlaşdırılması, habelə istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olmuş vəziyyət və şərtlər aradan qaldırıldıqda, bu hüququn tam həcmdə bərpa edilməsinə dair qərar qəbul etmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti dövlət orqanıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X5 özü də dövlət orqanıdır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin Lənkəran Regional X5 haqqında əsasnamənin 1.1-ci bəndinə əsasən, Lənkəran Regional X5 (bundan sonra “Mərkəz”) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra “Nazirlik”) 2018ci il 13 iyul tarixli 374/ü nömrəli əmri ilə yaradılmışdır. Əsasnamənin 1.3-cü bəndinə əsasən, Mərkəz öz xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik odun, şax və çırpı) həmçinin ikinci dərəcəli meşə ehtiyyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirən dövlət qurumudur. Həmin əsasnamənin 1.6-cı bəndinə əsasən, Mərkəz müstəqil balansa, Nazirlik tərəfindən onun operativ idarəçiliyinə verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, nazirliyin departamentin və öz adı əks olunmuş möhürə, muvafiq ştamplara və blanklara malikdir. Qeyd edilən əsasnamənin 1.7-ci bəndinə əsasən, Mərkəzin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi, fond, büdcədənkənar xüsusi vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir. Göstərilən əsasnamənin 2.1.2, 2.1.9-cu və 2.1.10-cu bəndindlərinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını almaq, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə mütəmadi və operativ nəzarəti təşkil etmək və həyata keçirmək; Meşə istifadəçiləri tərəfindən köküstə oduncaq buraxılışı qaydalarının yerinə yetirilməsinə, ot çalınmasına, mefə fondu torpaqlarında digər istifadə növlərinə dair normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək; Mərkəzin fəaliyyəti barədə Nazirliyin müvafiq struktur bölmələrinə müəyyən olunmuş qaydada, hesabatlar təqdim etmək Mərkəzin əsas vəzifələrindəndir. Əsasnamənin 3.1-ci bəndinə əsasən, meşə qanunvericiliyinin pozulması hallarının qarşısını alır, meşə qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarəti təşkil edir və həyata keçirir. Həmin əsasnamənin 5.1-ci bəndinə əsasən, Mərkəzə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan direktor rəhbərlik edir. Qeyd edilən əsasnamənin 5.3.4-cü bəndinə əsasən, Direktor Mərkəzin xidməti ərazisində meşə qanunvericiliyinin tələbləri pozulduqda inzibati xətalar haqqında işlər üzrə icraata başlayır, inzibati araşdırma aparır və inzibati xətalar haqqında işlərə baxır, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərir. Göstərilən əsasnamənin 5.14-cü bəndinə əsasən, Mərkəzin ştat cədvəli müəyyən olunmuş qaydada hazırlanır və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X5 dövlət orqanıdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Mövcud iddia ərizəsi üzrə iddiaçı Lənkəran Regional X5 dövlət orqanıdır. Həmçinin, tərəflər arasında olan mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisədir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırki iddia ərizəsi üzrə iddiaçı Lənkəran Regional X5 dövlət orqanı olduğundan, tərəflər arasında olan mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, məhkəmə hesab edir ki, iş “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində aidiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Göstərilən Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırki işin halları isə ondan ibarətdir ki, iddiaçı dövlət orqanıdır və mübahisə iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Ona görə ki, Lənkəran Regional X3 iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsindən ibarətdir ki, iddia tələbində göstərilənlərə uyğun olaraq cavabdeh tərəfindən mübahisəli (meşə fondunun) torpaq sahəsindən istifadə və digər hallar hazırkı mübahisənin xarakterinin cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqələndirilməsi anlamına gəlməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Habelə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə hesab edir ki, qeyd edilən norma geniş anlamda sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi dedikdə, onun fəaliyyət göstərərək gəlir əldə etməsi ilə yanaşı, həm də onun həmin gəlirin əldə edilməsinin birbaşa bağlı və ayrılmaz olduğu mübahisəli (qanunsuz və zəbt edilməsi iddia edilən) torpaq sahəsinin də müdafiəsini əhatə edir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyriyaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində işə ümumi məhkəmədə baxılmalıdır. Odur ki, iş “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində baxılması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iş “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində baxılması üçün məhkəmə aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyriyaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 25, 32, 35, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Lənkəran Regional X3 Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası əsasında iş “cavabdehin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin və üzərində yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə
Məhkəmə qərarları › İş №2-2(121)-3/2023
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-3/2023
01.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver