Məhkəmə qərarları › İş №2-2(121)-4/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(121)-4/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(121)-4/2025 11.07.2025 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynli Əli Nizami oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və s. tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 18 iyul 2011-ci il tarixli, 107- 21608\SKMF-01 №-li Kredit müqaviləsinin müddəti bitdiyi tarixə banka əsas borcu üzrə 111846,62 manat, faiz borcu üzrə 9304,855 əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 4625,175 manat, banka vurulmuş zərər (əldə çıxmış fayda) 23381,34 manat, cəmi 149157,99 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirışın qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) ümumullikdə 149247,99 manat və 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-01\1 №li Kredit müqaviləsinin müddəti bitdiyi tarixə Banka əsas borcu üzrə 71352,97 manat, faiz borcu üzrə 986,91, əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 903,53 manat, Banka vurulmuş zərər (əldən çıxmış fayda) 16417,51 manat, cəmi 89633,08 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) ümumillikdə 89723,08 manat tutulması, cavabdehlər Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 116,9 kv\m olan mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" ASC-yə olan borcun ödənilməsi, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 116.9 kv\m olan mənzilə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(049)-122/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(106)-29/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(049)-122/2019 saylı qətnaməsi ləğv edilmiş, iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-dən 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit üzrə əsas borc 0 manat, faiz borcu 9.304,86 manat, cərimə 39.821.11 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5% olmaqla 47.969,57 manat, cəmi 97.095,54 manat kredit borcunun, "xxxx" MMC-dən 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit üzrə əsas borc 0 manat, faiz borcu 986,91 manat, cərimə 23.926.82 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5% olmaqla 29.900,37 manat olmaqla, cəmi 54.814,10 manat kredit borcunun, 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li və 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit müqavilələri üzrə ümumilikdə 151.909,64 manat kredit borcunun, gidər xərclər (ipoteka predmetinə tutmanın yönəldilməsi rusumu) 60 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbi”nə dair işə dair iş üzrə icraata Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 116,9 kv/m olan mənzilə tutmanın yönəldilməsinə dair hissədə iddiaçının imtina etməsi əsası ilə xitam verilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "AFB Bank MMC arasında bağlanmış 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsinə əsasən illik 6% dərəcəsi olmaqla 60 ay müddətə borcalana 300000 manat məbləğində, 03 avqust 2012-ci il tarixli, 107-21608\SKMF-01/1 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətə 200000 manat məbləğində kredit vermişdir. Kreditin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 116,9 kv/m olan mənzil xx.xx.2014-cü il tarixli, 21608-SKMF-İMM/6 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. "xxxx" MMC öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, nəticədə onun xx.xx.2018-ci il tarixə, 18 iyul 2011-ci il tarixli, 107-21608/SKMF-01 nömrəli kredit müqaviləsi üzrə Banka əsas borcu üzrə 111846,62 manat, faiz borcu üzrə 9304,855 manat, əsas kredit borcuna görə hesablanmış cərimə faziləri 4625,175 manat, Banka vurulmuş zərər (əldə çıxmış fayda) 23381,34 manat, cəmi 149157,99 manat və 03 avqust 2012-ci il tarixli, 107-21608/SKMF-01/1 №li Kredit müqaviləsi üzrə 71352,97 manat, faiz borcu üzrə 986,91 əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 903,53 manat, Banka vurulmuş zərər (əldən çıxmış fayda) 16417,51 manat, cəmi 89633,08 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq kredit müqaviləsi üzrə götürülmüş öhdəlik yerinə yetirməmiş və borc ödənilməmişdir.

7. “İddia ərizəsinin dəqiqləşməsinə” dair ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "AFB Bank” ASC-nin cavabdehlərlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı "əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi və ipotekaya tutma yönəldilməsi tələbinə dair"xxxx"ASC ilə "xxxx"MMC arasında bağlanmış 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsinə əsasən ona illik 6 faiz dərəcəsi ilə 300.000 manat məbləğində, İddiaçıASC ilə 2-ci tərəf "xxxx"MMC arasında bağlanmış 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit müqaviləsinə əsasən ona illik 6 (altı) faiz dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov Rayonu, Əliyar Əliyev küç, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzil 16 dekabr 2014-cü il tarixli, 21608- SKMF-İMN/6 saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. İpoteka qoyan Cavabdeh1 182.000 manat banka pul ödəyərək ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov Rayonu,Əliyar Əliyev küç, 1956/1989-cu məhəllə, ev 26, 1157 saylı mənzili yüklülükdən azad etmişdir. Kredit üzrə borc məbləğinin azaldığından və ipoteka predmeti girovdan azad edildiyindən MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbi aşağıdakı məzmunda dəqiqləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Tərəflərin izahatları:

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin, Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizə ilə müraciət edərək, bildirmişdir ki, hazırda mövcud iddia tələbi üzrə Cavabdeh1 qarşı hər hansı bir iddia tələbi mövcud deyildir və onun cavabdehlik daşıdığı hər hansı bir məqam qalmamışdır. Ona görə də o, işə baxılan müddətdə çəkilmiş və ya çəkiləcək məhkəmə xərəcləri üzrə də cavabdehlik daşımamalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alınmasını, Cavabdeh1 qarşı hər hansı bir iddia tələbinin olmadığını nəzərə almaqla iş üzrə yekun məhkəmə aktı qəbul edərkən Cavabdeh1 hər hansı bir məhkəmə xərci tutulmamasını, bundan başqa indiki və gələcək olacaq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xaiş etmişdir.

9. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

11. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

12. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

13. Cavabdehlərlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə: a) İş materialları və sübutların tədqiqi:

14. İddiaçı "AFB Bank MMC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borc alan) arasında bağlanmış 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsinin 1.1-ci, 4.1 və 5.3-cü bəndlərinə əsasən, bank hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana sahibkarlığa kömək milli fondunun vəsaiti hesabına illik 6% dərəcəsi olmaqla 60 ay müddətə borcalana 300000 manat məbləğində kredit verilmişdir.

15. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-01\1 saylı kredit müqaviləsi üzrə 30 avqust 2012-cı il tarixdən başlayaraq 15 iyul 2016-cı il tarixədək hər ay 5555,56 manat olmaqla, ümumilikdə 230419,44 manat məbləğində borcunu banka qaytarmalı idi.

16. İş materiallarında olan 29 iyun 2018-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 18 iyul 2011-cı il tarixli 107-21608\SKMF-01 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə kredit borcu 111846,62 manat, xx.xx.2016-cı il tarixə faiz borcu üzrə 9304,855 manat, xx.xx.2016-cı il tarixə əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 4625,175 manat, xx.xx.2016-cı il tarixdən sonra Banka vurulması zərər (əldə çıxmış fayda) 23381,34 manat, cəmi 149157,99 manat təşkil edir.

17. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “bildiriş-xəbərdarlıq”dan görünür ki, iddiaçı "AFB Bank” MMC cavabdeh "xxxx" MMC-dən 18 iyul 2011-cı il tarixli, 107- 21608\SKMF-01 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 111846,62 manat məbləğində əsas borcun, 9304,855 manat faiz borcunun, hesablanmış 4625,175 manat məbləğində cərimənin və 21032,61 banka vurulmuş zərərin (əldən çıxmış faydanın), cəmi 146809,26 manat borcun və digər xərclərin ödənilməsini tələb etmiş əks təqdirdə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

18. iddiaçı "AFB Bank MMC ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borc alan) arasında bağlanmış 03 avqust 2012-ci tarixli, 107-21608/SKMF-01/1 №-li kredit müqaviləsinin 1.1-ci, 4.1 və 5.3-cü bəndlərinə əsasən, bank hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana sahibkarlığa kömək milli fondunun vəsaiti hesabına illik 6% dərəcəsi olmaqla 48 ay müddətə borcalana 200000 manat məbləğində kredit verilmişdir.

19. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-01\1 saylı kredit müqaviləsi üzrə 30 avqust 2012-cı il tarixdən başlayaraq 15 iyul 2016-cı il tarixədək hər ay 5555,56 manat olmaqla, ümumilikdə 230419,44 manat məbləğində borcunu banka qaytarmalı idi.

20. İş materiallarında olan 29 iyun 2018-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-01\1 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə kredit borcu 71352,97 manat, xx.xx.2016-cı il tarixə faiz borcu üzrə 986,91 manat, xx.xx.2016-cı il tarixə əsas kredit borcuna görə hesablanmış cərimə faizləri 903,53 manat, xx.xx.2016-cı il tarixdən sonra Banka vurulması zərər (əldə çıxmış fayda) 16417,51 manat, cəmi 89633,08 manat təşkil edir.

21. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “bildiriş-xəbərdarlıq”dan görünür ki, iddiaçı "AFB Bank” MMC cavabdeh "xxxx" MMC-dən 03 avqust 2012-ci il tarixli 107- 21608\SKMF-01\1 kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə olan 71352,97 manat məbləğində əsas borcun, 986,91 manat faiz borcunun, hesablanmış 903,53 manat məbləğində cərimənin və 14863,55 manat banka vurulmuş zərərin (əldən çıxmış faydanın), cəmi 88106,96 manat borcun və digər xərclərin ödənilməsini tələb etmiş əks təqdirdə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

22. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi və 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF- 01\1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən 116,9 kv/m olan mənzil xx.xx.2014-cü il tarixli, 21608-SKMF- İMM/6 saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka hüquqları ilə yüklü edilmişdir.

23. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat dövlət üsumu ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 manat xərc çəkilmişdir.

24. İş materiallarında olan "xxxx" MMC-nin 15 oktyabr 2018-ci il tarixli 288/AFB/18 saylı ekspert rəyindən və hesab-fakturadan görünür ki, ünvan 4 ünvanında yerləşən 116,9 kv\m fərdi yaşayış evinin orta bazar dəyəri 240000 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirmə xidmətinin haqqı 300 (üç yüz) manat təşkil edir.

25. İş materiallarında olan "xxxx" MMC-nin 15 oktyabr 2018-ci il tarixli 288/AFB/18 saylı ekspert rəyindən və hesab-fakturadan görünür ki, ünvan 4 ünvanında yerləşən 116,9 kv\m fərdi yaşayış evinin orta bazar dəyəri 190 000, likvid dəyəri 15000 manat məbləğində qiymətləndirilmişdir. Qiymətləndirmə xidmətinin haqqı 300 (üç yüz) manat təşkil edir.

26. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 9/3081 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 18 iyul 2011-ci il tarixli 107-21608/SKMF-01 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin müqavilə müddətinin bitdiyi tarixə xx.xx.2016-cı il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 122.107,06 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 111.513,3 manat; faiz borcu 10.593,76 manat. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 10.996,45 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixinə “AFB Bank" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 130.350,6 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 111.513,3 manat, faiz borcu 7840,85 manat, faiz borcu 5% ilə 10.996,45 manat. xx.xx.2016-cı il tarixdən rəyin tərtib edildiyi xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 33.283,61 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 152.637,76 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 111.513,3 manat; faiz borcu 7840,85 manat. faiz borcu 5% ilə 33.283,61 manat. Dördüncü-altıncı suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 03 avqust 2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin müqavilə müddətinin bitdiyi tarixə xx.xx.2016-cı il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 70.347,08 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 70.183,32 manat; faiz borcu 163,76 manat. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 6920,85 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2018ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 77267,93 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 70183,32 manat, faiz borcu 163,76, Faiz borcu 5% ilə 6920,85 manat. xx.xx.2016-cı il tarixdən rəyin tərtib edildiyi xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 20787,51 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 89.860,83 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 68909,57 manat; faiz borcu 163,76 manat, faiz borcu 5% ilə 20.787,51 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı.

27. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 04 iyul 2022-ci il tarixli, 9/3081 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat təşkil edir.

28. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1252/2021 saylı qətnaməsindən görünür ki, iddisçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünə xitam verilməsi və əmlakın ipotekadan azad olunması tələbi”nə dair iddia tələbi təmin edilməmiş, həmin qətanamələrdən verilmiş verilmiş apellyasiya və kassasiya şikayətləri, müvafiq instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6308 saylı ekspert rəyindən görünür ki, Birinci sual üzrə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki ekspertiza tədqiqatı ilə, təqdim edilmiş iş materiallarında 18 iyul 2011-ci il tarixli 107-21608\SKMF-01 N№-li Kredit müqaviləsinə 1 Saylı Əlavə (ödəniş cədvəli) mövcud olmadığından, ekspert qarşısında qoyulmuş birinci suala cavab vermək mümkün olmadı. İkinci sual üzrə Təqdim edilmiş hesabdan çıxarış və ödəniş qəbzləri məlumatlarına əsasən, "xxxx" ASC ilə Cənub Aqro” MMC arasında bağlanmış 18 iyul 2011-ci il tarixli 107- 21608/SKMF- 01 saylı kredit müqaviləsi üzrə Borcalan tərəfindən xx.xx.2016-cı il tarixədək 247.580,4 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi. Həmin məbləğin 188.486,7 manatı əsas borca, 59.093,65 manatı isə faiz borcuna silinir. Üçüncü və beşinci suallar üzrə Hazırki ekspertiza tədqiqatı ilə, təqdim edilmiş iş materiallarında 18 iyul 2011-ci il tarixli 107-21608\SKMF-01 №-li Kredit müqaviləsinə 1 Saylı Əlavə (ödəniş cədvəli) mövcud olmadığından, ekspert qarşında qoyulmuş üçüncü və beşinci suallara cavab vermək mümkün olmadı. Dördüncü sual üzrə Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən, 18 iyul 2011-ci il tarixli 107- 21608\SKMF-01 №-li Kredit müqaviləsi üzrə faiz borcunun kapitallaşdınlaraq əsas borca əlavə edilməsi və həmin məbləğdən faiz hesablanması halı müəyyən edilmir. Altıncı sual üzrə Hazırki ekspertiza tədqiqatı zamanı, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 18 iyul 2011-ci il tarixli 107-21608\SKMF-01 №-li Kredit müqaviləsinin qeyd olunan Şərtləri nəzərə alınmaqla "Cənub Agro” MMC-nin müqavilə müddətinin bitdiyi tarixə xx.xx.2016-cı il tarixinə "AFB Bank ASC-nə olan borcu 122.107.06 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 111.513,3 manat,10.593,76 manat faiz borcu Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı Yeddinci sual üzrə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18 iyul 2011-ci il tarixli 107- 21608/SKMF-01 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il il tarixli Plenumunun Qərarına əsasən kredit müqaviləsi müddəti bitdikdən sonra xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 10.903,52 manat məbləğində müəyyən olunur. Səkkizinci sual üzrə Təqdim edilmiş 03 avqust 2012-ci il tarixli 107-21608/SKMF-01/1 saylı kredit müqaviləsinə Əlavə (ödəniş cədvəli) məlumatları ilə hesabdan çıxarış məlumatlarında əks olunan faktiki aparılmış ödəniş məlumatları əsasında müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdən etibarən kredit gecikməyə düşmüşdür. Doqquzuncu sual üzrə Təqdim edilmiş hesabdan çıxarış və ödəniş qəbzləri məlumatlarına əsasən Borcalan tərəfindən 28.01 2020-ci il tarixədək 162953,3 manat məbləğində ödənişin aparıldığı müəyyən edildi. Həmin məbləğin 131 090,4 manatı əsas borca, 31.862,91 manatı isə faiz borcuna silinir. Onuncu sual üzrə Ekspert qarşısında qoyulmuş, "03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-0111 №-li Kredit müqaviləsi üzrə edilmiş ödənişlər müqavilə şərtlərinə uyğun olaraq əsas, faiz və ya cəriməyə düzgün silinmişdirmi" sualına cavab olaraq bildirilir ki, bank tərəfindən silinmələrin hansı qaydada aparıldığı müəyyən edilmir. Hazırki ekspertiza tədqiqatı ilə borcalan tərəfindən aparılan ödənişlər AR Mülki Məcəlləsinin 432.4. bəndinin tələbinə əsasən silinir. On birinci sual üzrə Təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən, 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-0111 №-li Kredit müqaviləsi üzrə faiz borcunun kapitallaşdırılaraq əsas borca əlavə edilməsi və həmin məbləğdən faiz hesablanması halı müəyyən edilmir. On ikinci sual üzrə Hazırki espert tədqiqatı ilə, 03 avqust 2012-ci il tarixli 107-21608\SKMF-0111 №-li Kredit müqaviləsinə ödəniş cədvəli kredit müqaviləsinın şərtlərinə uyğun tərtib edildiyi müəyyən edilir. əsas borc 70.183,32, faiz borcu On üçüncü sual üzrə Təqdim edilmiş hesabdan çıxarış məlumatları 03 avqust 2012-ci il tarixli 107- 21608/SKMF-01/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin müqavilə müddətinin bitdiyi tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu 70.347,08 manat məbləğində müəyyən edilir, o, cümlədən: əsas borcu 70183,32 manat, faiz borcu 163,76 manat On dördüncü sual üzrə “AFB Bank" ASC ilə "xxxx" MMC arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 107- 21608/SKMF-01/1 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il il tarixli Plenumunun Qərarına əsasən kredit müqaviləsi müddəti bitdikdən sonra xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 6,862,37 manat məbləğində müəyyən olunur.

30. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 21 fevral 2024-cü il tarixli, 9/6308 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli )manat təşkil edir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4342 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 18 iyul 2011-ci il tarixli 107- 21608/SKMF-01 №-li kredit müqaviləsinin ödəniş cədvəli kredit müqaviləsinin şərtlərinə (1.1., 1,3,, 4.1., 5.3.) uyğun olaraq tərtib edilmişdir. Həmçinin 18 iyul 2011-ci il tarixli 107-21608/SKMF-01 №-li kredit müqaviləsinin şərtləri və ödəniş cədvəli nəzərə alınmaqla həmin müqavilə üzrə kredit 30,08.2013-cü il tarixdən gecikməyə düşmüş, xx.xx.2014-cü il tarixdə 50.293,00 manat məbləğində ödəniş etməklə qrafiki qabaqlamış, xx.xx.2015-ci il tarixdən yenidən gecikməyə düşmüşdür. Son ödənişi isə xx.xx.2016-cı il tarixdə aparılmışdır. Bundan başqa, xx.xx.2011-ci il tarixli, 107-21608/SKMF-01 nömrəli kredit müqaviləsi üzrə edilmiş ödənişlər tam olaraq ödəniş cədvəlinə uyğun olaraq aparılmadığından silinmələr də edilmiş ödənişlərə uyğun olaraq ilk növbədə faiz borcuna, sonra isə əsas borca yönəldimişdir.

32. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 9/4342 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyindən görünür ki, xx.xx.2011-ci il tarixli, 10721608/SKMF-01 №-li kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 18 iyul 2011ci il tarixli, 107- 21608/SKMF-01 №-li Kedit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2016-ci il tarixə (müqavilə müddətinin sonuna) 122.107,02 manat: əsas borc üzrə 111.513,26 AZN, faiz borcu (illik 6%-lə) üzrə 10.593,76 AZN. - xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə) 152.637,73 AZN: əsas borc üzrə 0,00 AZN, faiz borcu (illik 6%-lə) üzrə 7.507,49 AZN, faiz (illik 5%-lə) 30.433,83 AZN. - xx.xx.2012-ci il tarixli, 107-21608/SKMF-01/1 №-li kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03 avqust 2012-ci il tarixli, 107- 21608/SKMF-01/1 №-li Kedit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən "Cənub Agro MMC-nin banka olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2016-ci il tarixə (müqavilə müddətinin sonuna) 122.107,02 AZN: əsas borc üzrə 71.352,97 AZN, faiz borcu (illik 6%-lə) üzrə 0,00 AZN. - xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə 152.637,73 AZN: əsas borc üzrə 0,00 AZN, faiz borcu (illik 6%-lə) üzrə 0,00 AZN, faiz (illik 5%-lə) 18.382,77 AZN müəyyən olunmuşdur.

34. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 27 may 2025-ci il tarixli, 9/1664 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli )manat təşkil edir.

a) Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü tarixli qərarı:

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.

37. Məhkəmə baxışının hədləri:

Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

b) Məhkəmənin mövqeyi:

39. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

40. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

41. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında etibarlı şəkildə bağlanılmış kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə borc (kredit) verməyi, cavabdeh "xxxx" MMC isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

42. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

43. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddianın tam olaraq əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh "xxxx" MMC tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

44. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, kedit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin banka olan xx.xx.2011-ci il tarixli, 10721608/SKMF-01 №-li kredit müqaviləsi üzrə borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-ci il tarixə (müqavilə müddətinin sonuna) 122.107,02 manat, o cümlədən əsas borc üzrə 111.513,26 manat, faiz borcu (illik 6%-lə) üzrə 10.593,76 manat. xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə) 152.637,73 manat, o cümlədən əsas borc üzrə 0,00 manat, faiz borcu (illik 6%-lə) üzrə 7.507,49 manat, faiz (illik 5%-lə) 30.433,83 manat.

45. Qeyd olunan ekspert rəyi ilə "Cənub Agro MMC-nin banka olan xx.xx.2012-ci il tarixli, 107-21608/SKMF-01/1 №-li kredit müqaviləsi üzrə borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-ci il tarixə (müqavilə müddətinin sonuna) 122.107,02 AZN: əsas borc üzrə 71.352,97 AZN, faiz borcu (illik 6%-lə) üzrə, 0,00 AZN. xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə) 152.637,73 AZN: əsas borc üzrə 0,00 AZN, faiz borcu (illik 6%-lə) üzrə 0,00 AZN, faiz (illik 5%-lə) 18.382,77 AZN müəyyən olunmuşdur.

46. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, "xxxx" MMC kredit müqavilələri üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə cavabdeh "xxxx" MMC-nin iddiaçı ilə aralarında bağlanmış hər iki kredit müqaviləsi üzrə aşağıdakı məbləğlərdə borcunun olduğu müəyyən edilmişdir.

47. Məhkəmə qeyd olunan qənaətə gələrkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyini nəzərə alır və hesab edir ki, həmin ekspert rəyi işin faktiki hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

48. Məhkəmə iddia tələbinə ilk öncə 18 iyul 2011-ci il tarixli, 107-21608\SKMF-01 kredit müqaviləsi üzrə yaranmış borclara aid hissədə hüquqi qiymət verərək qeyd edir ki, hazırda iddiaçının cavabdeh "xxxx" MMC-dən 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №li kredit müqaviləsi üzrə əsas borca 0 manat, faiz borcuna 9.304,86 manat, hesablanmış cəriməyə görə 39.821.11 manat, Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5% olmaqla 47.969,57 manat olmaqla, cəmi 97.095,54 manat borcun ödənilməsini tələb etdiyi nəzərə alındıqda, iddiaçının həmin kredit müqaviləsi üzrə əsas borc üzrə tələbi cavabdeh tərəfindən artıq ödənildiyindən, əsas borca münasibətdə hüquqi qiymət verilməsinə lüzum yoxdur.

49. Məhkəmə, iddianı 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə tələb olunan 9.304,86 faiz borcuna aid hissədə qismən əsaslı hesab edir, çünki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyində xx.xx.2016-ci il tarixə (müqavilə müddətinin sonuna) faiz borcu 10.593,76 manat müəyyən edilsə də, həmin borc məbləği xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə) 7.507,49 manat müəyyən edilmişdir. Ona görə də,məhkəmə hesab edir ki, iddia 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə faiz borcuna münasibətdə 7.507,49 manat hissədə əsaslıdır.

50. Məhkəmə, iddianın 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə tələb olunan və hesablanmış 39.821.11 manat məbləğində cəriməyə aid hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin cərimənin məbləği qismən əsaslıdır. Ona görə ki, məhkəmə hesab edir ki, cərimə müqavilə ilə müəyyən edildiyindən, iddiaçı müqavilənin qüvvədə olduğu müddətdə öhdəliyin icra edilmədiyi hallarda cərimə hesablaya bilər. İş materiallarında olan maliyyə arayışından və bildiriş-xəbərdarlıq məktubundan görünür ki, 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcunun gecikdirilməsinə görə 4625,175 manat məbləğində cərimə hesablanmışdır. Ekspert rəyi ilə müəyyən olunur ki, həmin tarixə cavabdehin iddiaçıya olan əsas borcu 111.513,26 manat təşkil etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonraki dövr üçün borclunun icranın gecikdirməsinə görə AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq gecikdirmə faizi tələb edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə hesablanmış cəriməyə münasibətdə 4625,175 manat hissədə əsaslıdır və qeyd olunan məbləğ həmin dövr üçün cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc məbləği nəzərə alındıqda tənasübsüz yüksək deyil.

51. Məhkəmə, iddianın 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsinə AR MMnin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan 47.969,57 manat borcuna aid hissəsinə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyindən göründüyü kimi qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə) AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan gecikdirmə faizi üzrə borc 30.433,83 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsinə AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan 47.969,57 manat borcuna aid hissədə qismən, yəni 30.433,83 manat məbləğində əsaslıdır.

52. Məhkəmə, iddianın “Cənub Aqro" MMC-dən 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit üzrə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 986,91 manat, cərimə 23.926.82 manat və Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsinə görə AR MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında illik 5% ilə hesablanan 29.900,37 manat gecikdirmə faizi olmaqla, cəmi 54.814,10 manat kredit borcuna aid hissələrlə əlaqədar qeyd edir ki, əsas borc artıq ödənildiyi üçün ona hüquqi qiymət verilməsinə lüzum yoxdur.

53. Məhkəmə 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit müqaviləsi üzrə 986,91 manat faiz borcuna münasibətdə iddianı əsaslı hesab etmir, ona görə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyindən xx.xx.2021-ci il tarixə (əsas borcun tam ödənildiyi tarixə) faiz borcunun olmadığı müəyyən olunur.

54. Məhkəmə, iddianın 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit müqaviləsi üzrə hesablanmış və tələb olunan 23.926.82 manat məbləğində cəriməyə aid hissəsinə münasibətdə qeyd edir ki, məhkəmənin iddia tələbinin göstərilən hissəsi ilə əlaqədar mövqeyi, məhkəmənin 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə cərimə borcuna aid hissədə qeyd olunan mövqeyi ilə eynilik təşkil etdiyindən, təkrarçılığa yol verməmək üçün sadəcə fərqli xüsusatları qeyd etməyi kifayət hesab edir. Beləliklə, İş materiallarında olan maliyyə arayışından və bildiriş-xəbərdarlıq məktubundan görünür ki, 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit müqaviləsi kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcunun gecikdirilməsinə görə 903,53 manat məbləğində cərimə hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin kredit müqaviləsi üzrə 23.926.82 manat məbləğində cəriməyə aid hissədə 903,53 manat hissədə əsaslıdır və qeyd olunan məbləğ həmin dövr üçün cavabdehin iddiaçıya ödəməli olduğu əsas borc məbləği nəzərə alındıqda tənasübsüz yüksək deyil.

55. Məhkəmə, iddianın 03 avqust 2012-ci tarixli, 21608/SKMF-01/01 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsinə AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan 29.900,37 manat manat borcuna aid hissəsinə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1664 saylı ekspert rəyindən göründüyü kimi qeyd olunan kredit müqaviləsi (əsas borcun tam ödənildiyi tarixə AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan gecikdirmə faizi üzrə borc 18.382,77 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsinə AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan gecikdirmə faizinə aid hissədə qismən, yəni 18.382,77 manat hissədə əsaslıdır.

56. Məhkəmə iddianı 60 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı) tutulmasına aid hissədə də, əsaslı hesab edir, çünki iş materialları ilə iddiaçının həmin xərcləri çəkməsi sübut olunur.

Məhkəmə xərcləri:

57. Məhkəmə xərcləri əlaqədar məhkəmə qeyd edir ki, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilmədiyi üçün məhkəmə xərcləri ona aid edilməli deyil. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 550 (300+150+50+50) manat "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməli, həmçinin iş üzrə qiymətləndirmə xidmətinin keçirilməsinə görə 300 (üç yüz) manat xidmət haqqı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına (VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməlidir

Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18 iyul 2011-ci tarixli, 21608/SKMF-01 №-li kredit müqaviləsi üzrə 7.507,49 manat faiz borcu, 4625,17 manat cərimə və AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan 30.433,83 manat məbləğində gecikdirmə faizi, cəmi 42.566,49 (qırx iki min beş yüz altmış altı manat, qırx doqquz qəpik) manat borc və 03 avqust 2012-ci il tarixli 107- 21608\SKMF-01\1 müqavilə üzrə 903,53 manat cərimə və AR MM-nin 445.7-ci maddəsinə müvafiq olaraq illik 5% ilə hesablanan 18.382,77 manat gecikdirmə faizi, cəmi 19286,3 (on doqquz min iki yüz səksən altı manat, otuz qəpik) manat borc olmaqla, hər iki müqavilə üzrə ümumilikdə cəmi 61852,79 (altmış bir min səkkiz yüz əlli iki manat, yetmiş doqquz qəpik) manat məbləğində borc, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı olmaqla, cəmi 60 (altmış) manat məbləğində xərc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan cəmi 550 (beş yüz əlli) manat pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə qiymətləndirmə xidmətinin keçirilməsinə görə 300 (üç yüz) manat xidmət haqqı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına (VÖEN: ********** H/h: № AZ331BAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S.W.İ.F.T BİK: İBAZAZ2X) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar