Məhkəmə qərarları › İş №2-2(121)-623/2020

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-623/2020

20.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-623/2020 20.04.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx xxxxx 2019-cu il tarixli, 018742 saylı protokolun etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxx 2019-cu il tarixli, 018742 saylı protokolun etibarsız hesab edilməsi və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-306/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Beyləqan Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-306/2020 saylı saylı Qərardadı onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna və hazırki mübahisənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı vəfat etmiş atası X2 adına tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli, 018742 saylı aktın etibarsız hesab edilməsini və akt əsasında hesablanmış cərimənin silinməsini xahiş edir. İş materiallarından da göründüyü kimi xx xxxxx 2019-cu il tarixli, 018742 saylı akt X2 adına tərtib olunmuşdur. Lakin hazırki iş üzrə iddiaçı X3 deyil, İddiaçıdur və o, məhz yuxarıda qeyd olunan akt əsasında hesablanmış borcun silinməsini məhkəmədən tələb edir. Həmçinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışla X2 vergi ödəyicisi olmadığı müəyyən olunmuşdır. Həmçinin iddiaçının da iddia ərizəsində qeyd etdiyi və iş materiallarından göründüyü kimi, onun atası X3 vəfat etmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı X3 deyil (vəfat etmişdir), onun oğlu İddiaçıdur. Beyləqan Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(020)-306/2020 saylı Qərardadında İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslanaraq mübahisənin kommersiya mübahisəsi olması qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı sahibkarlıq fəaliyyətli ilə məşğul olsa belə hazırki mübahisə onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmamışdır. Belə ki, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi xx xxxxx 2019-cu il tarixli, 018742 saylı akt onun atası X3 barəsində tərtib olunmuşdur və həmin şəxs artıq vəfat etmişdir. Yəni, mübahisə hazırki iş üzrə məhz iddiaçının sahibkarlıq fəaliyyətli ilə məşğul olması ilə əlaqədar deyil, onun atası X3 barəsində tərtib olunmuş aktla əlaqədar yaranmışdır. Məhkəmə qeyd edir ki, nəzəri cəhətdən, hazırki iddanı X1 fəaliyyətli ilə məşğul olmayan vərəsəsi tərəfindən də qaldırıla bilərdi. Yalnız iddianın sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən qaldırılmasına əsasən (halbuki mübahisə məhz iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır) mübahisənin kommersiya məhkəməsinə aid edilməli olması qənaəti ilə məhkəmə razılaşmır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin təkcə subyektiv tərkibi ilə deyil, həm də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəfər arasında yaranan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması iş materialları ilə müəyyən edilmədiyindən, kommersiya mübahisəsi kimi Şirvan Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx xxxxx 2019-cu il tarixli, 018742 saylı protokolun etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx xxxxx 2019-cu il tarixli, 018742 saylı protokolun etibarsız hesab edilməsi və cərimənin silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar