Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-624/2020 20.04.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlu, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 024254 saylı, xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, 024254 saylı, xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-400/2020 saylı qərardadı ilə mülki iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırki işin kommersiya mübahisəsi olması ilə bağlı Şirvan Şəhər Məhkəməsinin mövqeyi ilə razılaşmadığından hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi tərəfindən məsələyə münasibət bildirilməsi zəruridir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-400/2020 saylı Qərardadı onunla əsaslandırılmışdır ki, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməyə əsasən ünvan 1 mənzil 558 ünvanında “X2 Təsərrüfatı” MMCnin qeydiyyata alındığı, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna və hazırki mübahisənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsidir. Həmçinin Qərardadda qeyd edilmişdir ki, iddiaçıya məxsus ünvanda “xxxx” ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman cücə, çörək sexi və yaşayış evinə birbaşa elektrik enerjisindən istifadə olunması müəyyən olunmuş, cücə və çörək sexi “X2 Təsərrüfatı” MMC-nin kommersiya fəaliyyəti növüdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışla İddiaçı vergi ödəyicisi olmadığı müəyyən olunmuşdur. Bundan başqa Şirvan şəhər Məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(032)-400/2020 saylı Qərardadında ünvan 1 mənzil 558 ünvanında “X2 Təsərrüfatı” MMC-nin qeydiyyata alınmasına, “xxxx” ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman elektrik enerjisindən cücə, çörək sexi və yaşayış evinə birbaşa elektrik enerjisindən istifadə olunduğu müəyyən olunmasına, cücə və çörək sexinin “X2 Təsərrüfatı” MMC-nin kommersiya fəaliyyəti növü olmasına əsaslanaraq, mübahisəyə Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olduğu qənaətinə gəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin rəsmi internet səhifəsindən edilmiş çıxarışla “X2 Təsərrüfatı” MMC-nin qanuni təmsilçisinin X1 olması müəyyən olunur. Belə olan halda, hazırki iş üzrə İddiaçı “X2 Təsərrüfatı” MMC ilə hər-hansı bağlılığı iş materiallarından görünmür. Bundan başqa, “X2 Təsərrüfatı” MMC ünvan 1 mənzil 558 ünvanında qeydiyyatda olsa da, mübahisəli akt həmin ünvan üzrə ünvan 2577 ünvanı üzrə İddiaçı aid tərtib edilmişdir. Yəni göründüyü kimi, ünvanlar fərqlidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli sayğacın təhvili aktının surətində də istifadə tipi kimi “fərdi abonent” qeyd edilmişdir. Göründüyü kimi, iş materiallarından İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxs olduğu və vergi ödəyicisi olmadığı, “X2 Təsərrüfatı” MMC ilə onun evinin ünvanlarının fərqli olduğu, MMC-nin fəaliyyəti ilə İddiaçı fəaliyyəti arasında hüquqi baxımdan bağlılığın olmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəfər arasında yaranan mübahisənin İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranması iş materialları ilə müəyyən edilmədiyindən, kommersiya mübahisəsi kimi Şirvan Kommersiya Məhkəməsi tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinin tələblərinə əsasən isə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 024254 saylı, xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37.2, 261, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 024254 saylı, xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-624/2020
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-624/2020
20.04.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver