Məhkəmə qərarları › İş №2-2(121)-91/2021

Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-91/2021

23.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(121)-91/2021 23.08.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi ilə İddiaçı cavabdeh “X1” MMC-yə və qeyrisinə qarşı torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılması barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı – Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 05 nömrəli, 14.01.2008-ci il tarixli sərəncamına əsasən ona icarəyə verilmiş torpaq sahəsinin zəbt edilmiş 30 hektar hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-896/2020 saylı, 01.09.2020-ci il taixli qərardadı ilə qeyd edilən iddia əsasında iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı sonradan tələbini dəqiləşdirərək, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 05 nömrəli, 14.01.2008-ci il tarixli sərəncamına əsasən ona icarəyə verilmiş torpaq sahəsinin zəbt edilmiş 30 hektar hissəsindən "xxxx" MMC-nin və “X1” MMC-nin çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olaraq 171 manat məbləğində pul vəsaiti isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “X1” MMC və "xxxx" MMC-yə qarşı – Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 05 nömrəli, 14.01.2008-ci il tarixli sərəncamına əsasən ona icarəyə verilmiş torpaq sahəsinin zəbt edilmiş 30 hektar hissəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə iddia ərizəsi baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olaraq 171 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Qərardaddan 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar