Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-2(121)-96/2021 30.09.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit X1, Üçüncü şəxs X17, onun nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə, İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 08.04.2008-ci il tarixli 3/1, 3/2 saylı ipoteka müqavilələrinə əsasən və 09.07.2008-ci il tarixli 4/1, 4/2, 4/3, 4/4, 4/5, 4/6 saylı ipoteka müqavilələrinə əsasən girov qoyulmuş əmlaklara və cavabdehin digər əmlakları üzərinə həbs qoyulmasını, cavabdehin "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatına olan cəmi 60.263,76 manat əsas, ona hesablanmış 4.699,29 manat faiz borcu və 922.56 manat məbləğində borcun 08.04.2008-ci il tarixli 3/1, 3/2 saylı ipoteka müqavilələrinə əsasən və 09.07.2008-ci il tarixli 4/1, 4/2, 4/3, 4/4, 4/5, 4/6 saylı ipoteka müqavilələrinə əsasən girov qoyulmuş əmlaklara yönəldilərək borc məbləğinin həmin əmlaklar hesabına iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (həcmin azaldılması) barədə ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MMC-dən 38.447,21 manat əsas kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın 08.04.2008-ci il tarixli, 3 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş X7 məxsus olan 17.03.2008 tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, ünvan 4ində, 0,38 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m. yaşayış, 60,2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X13 məxsus olan 29.01.2008 tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, ünvan 4ində, 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46,8 kv.m yaşayış, 30,96 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X19 məxsus olan 29.02.2008-ci il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Beyləqan rayonu, Yuxan Çəmənli kəndində yerləşən 7,703001 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X22 məxsus olan 29.02.2008-ci il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Beyləqan rayonu, Tatallar kəndində yerləşən 0,3187 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X23 məxsus olan 29.02.2008-ci il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Beyləqan rayonu, Tatallar kəndində yerləşən 0,735292 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X23 məxsus olan 29.02.2008-ci il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Beyləqan rayonu, Tatallar kəndində yerləşən 0,885745 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, həmçinin, 09.07.2008-ci il tarixli 4 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş X29 məxsus olan 12.03.2008 tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, ünvan 7ində, 0,37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72 kv.m yaşayış, 86,12 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X23 məxsus olan 12.06.2008 tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Beyləqan rayonu, Tatallar kəndində 0.17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64,72 kv.m yaşayış, 39,73 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X5 məxsus olan 03.04.2008 tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən, Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35,34 kv.m yaşayış, 59,02 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə, X11 məxsus olan 16.04.2008-ci il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 11ində yerləşən 1,3719 ha kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilsin və evlər satıldıqdan sonra həmin evlərdə yaşayanların 1 ay müddətində evlərdən çıxarılaraq evlərin boşaldılması və torpaqlardan istifadə hüququnun məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddianın dəyişdirilməsi (həcmin azaldılması) barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 08.04.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 45.000 manat və 09.07.2008-ci il tarixli 4 saylı kredit müqaviləsinə əsasən isə 33.000 manat məbləğində qısa müddətli kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" MMC onunla bağlanmış 08.04.2008-ci il tarixli 3 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, müqavilə üzrə öhdəliklərin təminatı kimi, X14 məxsus ünvan 2ndə, 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 63,01 kv.m yaşayış, 61,79 kv.m. köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi, X2 məxsus olan ünvan 3ndə, 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43,2 kv.m yaşayış, 42,5 kv.m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi, X7 məxsus olan ünvan 4ində, 0,38 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m yaşayış, 60,2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi, X13 məxsus olan ünvan 4ində, 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46,8 kv.m yaşayış, 30,96 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi, X19 məxsus olan ünvan 5ində yerləşən 7,703001 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, X22 məxsus olan Beyləqan rayonu, Tatallar kəndində yerləşən 0,3187 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, X22 məxsus olan Beyləqan rayonu, Tatallar kəndində yerləşən 1,215984 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, X23 məxsus olan Beyləqan rayonu, Tatallar kəndində yerləşən 0,735292 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, Beyləqan rayonu, Tatallar kəndində yerləşən 0,885745 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, Beyləqan rayonu, Tatallar kəndində ünvanında yerləşən 0,425 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, həmçinin, 09.07.2008-ci il tarixli 4 saylı kredit müqaviləsinin şərtlərinə əsasən, X29 məxsus olan ünvan 7ində, 0.37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72 kv.m yaşayış, 86,12 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi, X23 məxsus olan Beyləqan rayonu, Tatallar kəndində, 0,17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64,72 kv.m yaşayış, 39,73 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi, X5 məxsus olan Beyləqan şəhəri, Vaqif İsmayılov küçəsində, 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 35,34 kv.m yaşayış, 59,02 kv.m. köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi, X15 məxsus olan ünvan 10ində yerləşən 6,5394 ha kənd təsərrüfatı təyinatlı torpaqlar, X20ma məxsus olan ünvan 11ində yerləşən 1,3719 ha kənd təsərrüfatı təyinatlı torpaqları İKA-nın xeyrinə 08.04.2008-ci il tarixli 3/1,3/2 saylı və 09.07.2008-ci il tarixli 4/1, 4/2, 4/3, 4/4, 4/5, 4/6 saylı ipoteka müqavilələri üzrə ipoteka ilə yükliü edilmiş və ipotekalar Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və onun vurduğu zərər nəticəsində kreditoru müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onun tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. "xxxx" MMC-nin hazırda "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına ödənilməmiş qalan əsas kredit borcunun məbləği 38.447,21 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət olunmuşdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X16 məhkəmə iclasında iddia ərizəsinin və iddianın dəyişdirilməsi (həcmin azaldılması) barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin Beyləqan Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli, 2(020)-754/2015 saylı Qiyabi Qətnaməsinin ləğv olunub-olunmaması barədə məlumatının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X30, onun nümayəndəsi və vəkili Quliyev Vəkil Yelmar oğlu iddia tələbini əsassız hesab etdiyini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(020)-754/2015 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair iddiası təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 08.04.2008-ci il tarixli 3/1, 3/2 saylı ipoteka müqavilələrinə əsasən və 09.07.2008-ci il tarixli 4/1, 4/2, 4/3, 4/4, 4/5, 4/6 saylı ipoteka müqvilələrinə əsasən girov qoyulmuş əmlaklara və cavabdehin digər əmlakları üzərinə həbsin qoyulması, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına olan cəmi 60.263,76 manat əsas borcunu və ona hesablanmış cəmi 4.699,29 manat faiz borcu və 922,56 manat məbləğində cəriməni 08.04.2008-ci il tarixli 3/1, 3/2 saylı və 09.07.2008-ci il 4/1, 4/2, 4/3, 4/4, 4/5, 4/6 saylı ipotka müqavilələri üzrə girov qoyulmuş X12 məxsus olan 12.03.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq 1 mərtəbəli, 3 otaqlı, 63.01 kv.m yaşayış, 61.79 kv.m. köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evinə, X3 məxsus olan 12.03.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 3 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.2 kv.m yaşayış, 42.5 kv.m. köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evinə, X8 məxsus olan 17.03.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 4i ünvanda yerləşən 0.38 ha torpaq sahəsində evinə, X18 məxsus olan 29.01.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 4i ünvanda yerləşən 0.19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 46.8 kv.m yaşayış, 30.96 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X19 məxsus olan 29.02.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 5i ünvanında yerləşən 7.703001 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X24 məxsus olan 29.02.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.3187 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X25 məxsus olan 29.02.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 1.215984 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X26 məxsus olan 29.02.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.885745 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X26 məxsus olan 29.02.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanında yerləşən 0.425 ha kənd təsərrüfatı təyinatlı torpaqlara həmçinin, 09.07.2008-ci il tarixli 4 saylı kredit müqaviləsinin şərtlərinə əsasən X31 məxsus olan 12.03.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 7i ünvanda yerləşən 0.37 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 72 kv.m yaşayış, 86.12 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X9 məxsus olan 16.04 2008 tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Beyləqan şəhəri, SMD-4 qəsəbəsi ünvanda 0.0126 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 74.55 kv.m ümumi. 36.34 kv.m yəşəyış sahədən ibarət 2 otaqlı mənzilə, X27 məxsus olan 12.06.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 6i ünvanda yerləşən 0.17 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.72 kv.m yaşayış. 39.73 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə, X6 məxsus olan 03.04.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 9 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 35.34 kv.m yaşayış, 59.02 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinə, X15 məxsus olan 29.02.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ünvan 10i ünvanında yerləşən 6.5394 ha kənd təsərrüfatı təyinatlı torpaqlara, X11 məxsus olan 16.04.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə ünvan 11 ünvanında yerləşən 1.3719 ha kənd təsərrüfatı təyinatlı torpağına yönəldilərək borc məbləğinin həmin əmlaklar hesabına “İcraçı Kredit Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan DƏDRX-in 6 saylı Beyləqan Ərazi İdarəsinin 06.11.2020-ci il tarixli, **********81 saylı məktubundan və ona əlavə olunmuş çıxarışların təsdiq edilmiş surətlərindən görünür ki, iddianın dəyişdirilməsi (həcmin azaldılması) barədə ərizədə qeyd olunan və tutmanın yönəldilməsi xahiş olunan əmlaklar (cəmi 10 əmlak) 2011-ci ildən "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Beləliklə məhkəmə müəyyən etdi ki, hazırki iddia tələbinə eyni tərəflər arasında daha əvvəl yaranmış mübahisə üzrə baxılmış və Beyləqan Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli, 2(020)-754/2015 saylı qiyabi qətnaməsi qəbul edilmişdir. Həmin qiyabi qətnamənin ləğv olunması, yəni qanuni qüvvəsini almaması ilə bağlı iş materiallarında hər-hansı sübut yoxdur. Bundan başqa, tutmanın yönəldilməsi xahiş edilən əmlaklar artıq 2011-ci ildən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264-cü, 266-cı, 267-ci və 268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №2-2(121)-96/2021
Şirvan Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(121)-96/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver