Məhkəmə qərarları › İş №2-2(3-10)-10/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-10/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(3-10)-10/2026 19.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı (VÖEN: 2201202232) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Iddiaçı İddiaçı (VÖEN: 2201202232) ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 2845 manat məbləğində pulun, habelə 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin təkidi ilə onların istəyinə uyğun olaraq 3 otaqdan ibarət mağazanı yenidən təmir etdirib işlək vəziyyətə gətirmiş, içərisini mebel avadanlıqları ilə təchiz etmiş və müasir reklam lövhələri ilə təmin etmişdir. Bundan başqa, təhlükəzislik baxımından o, pəncərələri və qapıları təmir örtüklərlə təmin etmiş, bütün elektrik sistemlərini yenidən qurmuş, otağa hər cür texniki avadanlıq, yəni televizor, kondisoner və kompyuter sistemi quraşdıraraq cavabdehin istismarına vermişdir. Cavabdehin satış üzrə nümayəndəsinin iştirakı ilə onun həmin işlərə ümumilikdə 9980 manat xərcləməsi barədə akt tərtib edilmişdir. Işə başlamamışdan əvvəl o, 6000 ABŞ dolları, yəni 10200 manat depozit pul qoymuşdur. Yəni, depozit olmasa cavabdeh onu işləməyə buraxmazdı. Bundan başqa 2021-ci il ## ######dan 30 may tarixinə kimi ona veriləcək, hər ay üçün icarə xərci kimi 400 manatdan hesablanan və cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manatı ona geri qaytarmayıblar. Onların arasında bağlanmış “Məhsulların alqı-satqı müqaviləsinin” 6.1-ci bəndində deyilir ki, satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə Alıcıya dəyən bütün zəruri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir, həmçinin əksinə. Bundan əlavə o, 8000 manat Cavabdeh MMC-yə pul köçürmüşdür. Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC tərəfindən ona qarşı verilmiş iddia təmin edilmiş, cavabdeh İddiaçı 12084,02 manat məbləğində borc və 126,26 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. Belə ki, həmin işdə onun sübutlarına əhəmiyyət verilməmiş, ödənilən, habelə depozitə qoyulmuş məbləği nəzərə alınmamış, işin mahiyyəti üzrə baxılıb obyektiv qərarın qəbul edilməsində önəmli addım atılmamış, obyektivlik pozulmuş, onun iştirakı, habelə məhkəmə prosesində sübutlarının tam və hərtərəfli ortaya qoyulması üçün zəruri hərəkətlər edilməmişdir. Onun bir vətəndaş olaraq bu proseslərdə başa düşmədiyi hal odur ki, məhkəmə ona sübutlarını təqdim etməyi üçün ona şərait yaratmaq istəməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmamış və yuxarıda araşdırılmamış hissə ilə bağlı öz mövqeyini qeyd etmişdir. O, depozitə pul qoymuş, Müqavilə üzrə bütün işləri görmüş, 10.000 manatlıq işlər görmüşdür. Lakin, bu günə kimi 5 aylıq icarə xərci və 840 manat ödədiyi sadələşmiş vergi ona ödənməmişdir. O, düşünür ki, bunların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdı. Ancaq ən əhəmiyyətli hallar, yəni ödənilən məbləğlər lazımınca qiymətləndirilmədiyindən, o, bu gün əsassız çıxarılmış yuxarıda qeyd olunan qətnamənin çətinliyini yaşayır. Qətnamədə təmin olunmuş məbləğ işin hallarına uyğun deyildir. Çünki, həmin işə baxan məhkəmə işin faktiki halını tam və hərtərəfli araşdırmamış, üzərinə əsassız olan bu məbləği salarkən onun heç bir borcunun olmadığını nəzərə almamışdır. Bütün bunlar da işin obyektivliyini pozan hallardır. O, da bu səbəbdən həmin qeyd etdiyi qətnamənin obyektiv olmadığını və reallığı əks etdirmədiyini məhkəmənin nəzərinə çatdırır. Məhkəmə tərəfindən qeyd edilən hallar tam araşdırılmadığından, mübahisə öz ədalətli həllini tapmamışdır. Bildirir ki, ən əvvəl cavabdehlə onun arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən Idarə yerinə yetirmədiyi öhdəliklərinin icra etməlidir. Belə ki, Idarənin vəzifəsindən biri də ondan ibarətdir ki, sadələşdirilmiş vergini ödəsin. O, 845 manat sadələşdirilmiş vergini ödəsə də, Idarə həmin məbləği ona qaytarmamışdır. Bundan başqa ## ###### 2021-ci ildən ## ### 2021-ci il tarixədək ödənilməli olan icra xərcləri, yəni hər ay üçün nəzərdə tutulmuş 400 manat olmaqla, ümumilikdə 5 ay ərzində ödənmədiyindən, bu məbləğin cəmi 2000 manatını ona ödəməmiş və o, nəticə etibarı ilə bu məbləği şəxsi vəsaitindən ödəməli olmuşdur. Beləliklə, cavabdeh həm 2000 manatı, həm də 845 manat məbləğində pulu ona ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirilsə də, cavabdeh tərəfindən bu kimi hallar öz həllini tapmamışdır. Hesab edir ki, məhkəmə bu kimi halları araşdırmaqla, cavabdehlə onun arasında olan pul münasibətlərini nizamlamalıdır və bu mübahisə öz həllini tapmalıdır. Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## ####### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, 2024-cü ildə Cavabdeh MMC tərəfindən İddiaçı qarşı Şəki Kommersiya Məhkəməsində 12084,02 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia qaldırılmış və Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə həmin iddia təmin edilmişdir (e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli Qətnamə əlavə edilib). Cavabdeh İddiaçı həmin Qətnamədən narazılığın bildirərək, Apellyasiya şikayəti vemişdir. Şəki Apellyasiya Məhkəməsi işi araşdıraraq, qəbul etdiyi ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı Qətnamə ilə həmin təmin edilmiş məbləğdən (12084,02 manatdan) 9890 manat hissəsini ləğv edərək, qətnaməni qalan hissədə dəyişdirilmədən saxlamışdır (*-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli Qətnamə əlavə edilib). Odur ki, araşdırlımış və baxılmış işin qarşı tərəfdən təkrarən mübahisələndirməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən "Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər." Bundan əlavə, Konstitusiya Məhkəməsinin ## ###### 2016-cı il Qərarında qeyd edilir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yenidən iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və həmin Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində "Bundan başqa, 2021-ci il ## ######dan 30 may tarixinə kimi ona veriləcək hər ay üçün 400 manat, icarə xərci cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manatı ona geri qaytarmayıblar" bildirərək, 2845 manat pul tələbi qaldırmışdır. Həmin tarix aralığı 2021-ci ilin yanvar - 2021-ci ilin may ayını əhatə edir. Iddiaçı ümumiyyələ bundan öncə pul tələbi ilə bağlı iddia qaldırmamışdır. Yalnız Cavabdeh MMC-nin iddiası əsasında Şəki Kommersiya Məhkəməsində baxılmış, daha sonra cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, xahiş edilir ki, iddia müddətinin ötürülməsini nəzərə alıb iddianı rədd edəsiniz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-cü maddəsinə əsasən "Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Eyni Məcəllənin 373.3cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Üzərindən 4 il keçəndən sonra yalnız Cavabdeh MMC-nin iddiasına cavab olaraq, iddia qaldırması qərəzlidir. Bundan əlavə, iddiaçı ona ödənilməsi olan həmin vəsaitin təsdiq olunması ilə bağlı heç bir sübut yerləşdirməmişdir. Müqavilənin öhdəlik bəndinə əsaslanaraq, iddia qaldırması şifahi olaraq səsləndirdiyi 2845 manat rəqəmlərin hardan aldığı, hansı sənədlə əsaslandırdığı əsaslı şübhələr yaradır. Cavabdeh Cavabdeh MMC tərəfindən əlavə edilmiş üzləşmə aktı, müştəri hərəkəti cədvəli və iddiaçı İddiaçı hesabına ödənilməsi ilə bağlı məktubda Cavabdeh MMC-nin İddiaçı yox, İddiaçı Cavabdeh MMC-yə borclu olduğu açıq aydın əksini tapmışdır. Odur ki, yuxarıda qeyd olunanları və iddia müddətini tətbiq edərək, iddianının rədd edilməsini məhkəmədən xahiş edir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan məhkəmə icraatı zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2- 2(117)-1090/2025 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi təmin edilməmişdir (hakim Elnarə Hüseynova). Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı “alıcı” İddiaçı ilə cavabdeh “satıcı” Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2017-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən satıcı istehsal, idxal və ya digər formada ticarət predmenti olan meyvə şirələrini və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini, ödəyib qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən satıcı bu müqavilədə və qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyinin və ya digər öhdəliklərinin icra etməməsinə və ya lazımınca icra etməməsinə görə alıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, alıcının işgüzar nüfuzuna zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Iş materiallarında olan ##.##.2021-ci il tarixli 737876337, ##.##.2021-ci il tarixli ********* nömrəli, ##.##.2025-ci i tarixli ********* nömrəli, ##.##.2025-ci il tarixli ********* nömrəli, ##.##.2021-ci il tarixli ********* nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsinin hesabına ümumilikdə 296,5 manat vergi ödənişi edilmişdir. Iş materiallarında olan İddiaçı məxsus şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə, ##.##.2021-ci il tarixdə ##.##.2021-ci il tarixdə, ##.##.2021-ci il tarixdə, ##.##.2021-ci il tarixdə, ##.##.2021-ci il tarixdə və ##.##.2021-ci il tarixdə cəmi 844,90 manat vergi ödənişi edilmişdir. Iş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e*- *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət etmiş və iddia təmin edilərək cavabdeh İddiaçı 12084,02 manat məbləğində borc və 126,26 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e*-*(***)-****/**** nömrəli qətnaməsi qismən “9890 manat məbləğində borcun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamə öz qanunu qüvvəsini alımışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2017-ci il tarixli ** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmentinə əsasən cavabdeh özünün istehsal etdiyi məhsulları iddiaçıya satmağı, iddiaçı öz növbəsində onu qəbul edib müəyyən edilmiş dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.2-ci maddəsinə əsasən müqavilə 1 il müddətinə bağlanmışdır. Göründüyü kimi, qeyd olunan müqavilənin müddəti 2018-ci il tarixdə bitmişdir. Hazırki iddiada iddiaçı cavabdehin həmin müqavilədən irəli gələn öhdəliyinin icra etməsini tələb edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı öz iddiasında cavabdehin təkidi ilə mağaza icarəyə götürdüyünü, həmin mağazanı şəxsi vəsaiti hesabına təmir etdiyini, içərisini avadanlıqlarla təmin etdiyini və bunlara ümumi olaraq 9980 manat pul xərclədiyini bildirmişdir. Həmçinin cavabdehlə aralarında icarə münasibətlərinin olduğunu və cavabdeh bu münasibət üzrə ona hər ay 400 manat icarə haqqı ödəməli olduğunu iddia etmişdir. Bundan başqa iddiaçı 845 manat ödədiyi vergi məbləğini də cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında icarə münasibətlərinin olduğunu və təmir xərclərini təsdiq edəcək hər-hansı bir sübutu (icarə müqaviləsi, akt və.s.) məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassızdır. Həmçinin iddiaçı vergi orqanına ödədiyi 845 manat vergi məbləğini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etdiyindən iddia həmin hissədə əsaslıdır. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilə üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətini tətbiq edilməsi və iddiadan rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Qanunvericiliyin tələbi baxımından tərəflər arasında müqavilədən irəli gələn hazırkı mübahisə icra müddəti müəyyənləşdirilməmiş öhdəliklə bağlı olduğundan iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Belə ki, tərəflər arasında müqavilə 2017-ci il tarixdə 1 il müddətinə bağlanmış, müqavilənin müddəti 2018-ci il tarixdə bitmişdir. Mülki qanunverciliyin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Bu baxımdan iddia müddətinin başlanğıcı üzrə 3 illik iddia müddəti müqavilənin bitdiyi yəni 2021-ci il tarixdən hesablanmalıdır. Nəticədə üç illik iddia müddəti 2024-cü il tarixdə bitmişdir. Iddiaçı isə hazırki iddia tələbi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə pul tələbinə dair iddiası “2000 manat pul tələbi” hissəsində əsassız olduğundan və “845 manat pul tələbi” hissəsində isə iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 377.1, 377.2, 377.3, 376, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567, 568.1, 568.2, 600.1, 600.3 və 600.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Iddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Idiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddiası rədd edilmişdir. Həmin qətnaməni qəbul edərkən məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, o, cavabdehin təklidi ilə onların istəyinə uyğun olaraq 3 otaqdan ibarət mağazanı yenidən təmir etdirib işlək vəziyyətə gətirmiş, içərisini mebel avadanlıqları ilə təchiz etmiş və müasir reklam lövhələri ilə təmin etmişdir. Bundan başqa, təhlükəsizlik baxımından o, pəncərələri və qapıları təmir örtüklərlə təmin etmiş, bütün elektrik sistemlərini yenidən qurmuş, otağa hər cür texniki avadanlıq, yəni televizor, kondisoner, kompyuter sistemi quraşdıraraq, cavabdehin istismarına vermişdir. Cavabdehin satış üzrə nümayəndəsinin iştirakı ilə onun həmin işlərə ümumilikdə 9980 manat xərcləməsi barədə akt tərtib edilmişdir. Işə başlamamışdan əvvəl o, 6000 ABŞ dolları, yəni 10200 manat depozit pul qoymuşdur. Yəni depozit olmasa, cavabdeh onu işləməyə buraxmazdı. Bundan başqa 2021-ci il ## ######dan 30 may tarixinə kimi ona veriləcək hər ay üçün 400 manat, icarə xərci cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manatı ona geri qaytarmayıblar. Onların arasında bağlanmış “məhsulların alqı-satqı müqaviləsinin” 6.1-ci bəndində deyilir ki, satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə Alıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir, həmçinin əksinə. Bundan əlavə o, 8000 manat Cavabdeh MMC-yə pul köçürmüşdür. Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC tərəfindən ona qarşı verilmiş iddia təmin edilmiş, həmin qətnamə ilə cavabdeh İddiaçı 12084,02 manat məbləğində borc və 126,26 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. Belə ki, həmin işdə onun sübutlarına əhəmiyyət verilməmiş, ödənilən, habelə depozitə qoyulmuş məbləği nəzərə alınmamış, işin mahiyyəti üzrə baxılıb obyektiv qərarın qəbul edilməsində önəmli addım atılmamış, obyektivlik pozulmuş, onun iştirakı, habelə məhkəmə prosesində sübutlarının tam və hərtərəfli ortaya qoyulması üçün zəruri hərəkətlər edilməmişdir. Onun bir vətəndaş olaraq bu proseslərdə başa düşmədiyi hal odur ki, məhkəmə ona sübutlarını təqdim etməyi üçün ona şərait yaratmaq istəməmişdir. O, depozitə pul qoymuş, Müqavilə üzrə bütün işləri görmüş, 10.000 manatlıq işlər görmüşdür. Lakin, bu günə kimi 5 aylıq icarə xərci və 840 manat ödədiyi sadələşmiş vergi ona ödənməmişdir. O, düşünür ki, bunların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdı. Ancaq ən əhəmiyyətli hallar, yəni ödənilən məbləğlər lazımınca qiymətləndirilmədiyindən, o, bu gün əsassız çıxarılmış yuxarıda qeyd olunan qətnamənin çətinliyini yaşayır. Qətnamədə təmin olunmuş məbləğ işin hallarına uyğun deyildir. Çünki, həmin işə baxan məhkəmə işin faktiki halını tam və hərtərəfli araşdırmamış, üzərinə əsassız olan bu məbləği salarkən onun heç bir borcunun olmadığını nəzərə almamışdır. Bütün bunlar da işin obyektivliyini pozan hallardır. O, da bu səbəbdən həmin qeyd etdiyi qətnamənin obyektiv olmadığını və reallığı əks etdirmədiyini məhkəmənin nəzərinə çatdırır. Məhkəmə tərəfindən qeyd edilən hallar tam araşdırılmadığından, mübahisə öz ədalətli həllini tapmamışdır. Bildirir ki, ən əvvəl cavabdehlə onun arasında bağlanmış icarə müqaviləsinin 6.1-ci bəndinə əsasən Idarə yerinə yetirmədiyi öhdəliklərinin icra etməlidir. Belə ki, Idarənin vəzifəsindən biri də ondan ibarətdir ki, sadələşdirilmiş vergini ödəsin. O, 845 manat sadələşdirilmiş vergini ödəsə də, Idarə həmin məbləği ona qaytarmamışdır. Bundan başqa ## ###### 2021-ci ildən ## ### 2021-ci il tarixədək ödənilməli olan icra xərcləri, yəni hər ay üçün nəzərdə tutulmuş 400 manat ümumilikdə 5 ay ərzində ödənmədiyindən, bu məbləğin cəmi 2000 manatını ona ödəməmiş və o, nəticə etibarı ilə bu məbləği şəxsi vəsaitindən ödəməli olmuşdur. Beləliklə, cavabdeh həm 2000 manatı, həm də 845 manat məbləğində pulu ona ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə bildirilsə də, cavabdeh tərəfindən bu kimi hallar öz həllini tapmamışdır. Hesab edir ki, məhkəmə bu kimi halları araşdırmaqla, cavabdehlə onun arasında olan pul münasibətlərini nizamlamalıdır və bu mübahisə öz həllini tapmalıdır. Məhkəmə Prosessual hüquq normalarını da pozmuşdur. Belə ki, onun kifayət qədər sübutlarının olmasına baxmayaraq, təqdim etdiyi sübutlara xüsusi qiymət verilməmişdir. Bu səbəbdən də, iddia təmin olunmalı olduğu halda, təmin edilməmişdir. O, bütün bunları prosessual pozuntu hesab edir. Düşünür ki, iddiası tam və hərtərəfli araşdırılmalı idi. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırsa idi, mövqe baxımından iddia müddətini tədbiq etməklə son nəticəni əsaslı olaraq qiymətləndirmədi. O, işin hallarındandan da göründüyü kimi hazırkı iddiasında ödədiyi vergi xərcini, habelə kirayə xərcini istəmişdir. Vergi məbləğini, yəni ödənilən və şəxsdə qalan sadələşdirilmiş vergi üçün nəzərdə tutulan ödəmənin qaytarılması üçün hansı iddia müddətindən söhbət gedə bilər. Düşünür ki, bu məbləğə iddia müddətinin tədbiqi qəbul oluna bilməzdi. Məhkəmə işdə kifayət qədər sübutların olmasına baxmayaraq, birmənalı olaraq bu günə qədər şəxsin hesabında olan ödəmə məbləğini icra etməmişdir. Bütün bunlar öz-özlüyündə müəyyən edir ki, onun ödəmə məbləğini cavabdeh orqan etiraf etdiyi halda, hansısa müddətin keçməsi ilə bu mübahisəni sonlamaq doğru deyil. Hazırkı qətnamədə nəticə işin hallarına uyğun deyil. Tam mənada müəyyən etmək mümkün idi ki, onun ödədiyi sadələşmiş vergi ilə bağlı məbləğ birmənalı olaraq təmin edilsin.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş maddətdə apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Iş üzrə apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələblərinin dəlillərinə və cavabdehin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və iddiaçı İddiaçı (VÖEN: 2201202232) apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi ödəyicisi olan iddiaçı İddiaçı (VÖEN: 2201202232) hazırkı iddia ərizəsində “2021-ci ilin ## ######ından 30 mayına kimi hər ay üçün icarə xərci kimi 400 manatdan hesablanan və cəmi 5 ay üzrə 2000 manat və sadələşdirilmiş vergiyə ödədiyi 845 manat olmaqla, cəmi 2845 manat məbləğində pul vəsaitini” cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb etməsini - onların arasında 2017-ci ildə bağlanmış ** nömrəli “Məhsulların alqı-satqı” müqaviləsinin 6.1-ci bəndinin tələbləri ilə əsaslandırmışdır. Halbuki, həmin Müqaviləyə əsasən, satıcı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və şərabları bu müqavilədə müəyyən olunmuş şərtlərlə alıcı İddiaçı satmağı, Alıcı isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyərini ödəyib, qəbul etməyi öz öhdəsinə götürmüşdür (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin iddia tələbinin əsaslandırıldığı 6.1-ci bəndində isə qeyd olunur ki, “Satıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyinə görə Alıcı qarşısında məsuliyyət daşıyır. Satıcı bu müqavilədə və ya qanunvericilikdə əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə Alıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilməli xərcləri və həmçinin Alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün xərcləri ödəməlidir, həmçinin əksinə”. Göründüyü kimi, iddiaçının istinad etdiyi Müqavilənin 6.1-ci bəndində tərəflər arasında bağlanmış həmin Müqavilədən, yəni 2017-ci ildə bağlanmış ** nömrəli “Məhsulların alqı-satqı” müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, həmin Müqavilədə vergi ödəyicisi olan Alıcının, yəni hazırkı iş üzrə iddiaçı İddiaçı ödədiyi vergilərin və yaxud icarə ödənişlərinin əvəzinin Satıcı, yəni hazırkı iş üzrə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəməli olması təsbit olunmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, hazırkı iddia tələbinin əsaslılığı da iddiaçı tərəfindən sübut olunmalı idi. Eyni zamanda, yuxarıda qeyd olunan işin hallarından görünür ki, tərəflər arasında mövcud olmuş və hazırkı iddia ərizəsində də sadalanan digər mübahisəli hallara, o cümlədən də hazırkı iddia ərizəsində qeyd olunan “9980 manat xərcləməsi” barədə Akta qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qətnaməsində qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, həmin apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Iddiaçı İddiaçı (VÖEN: 2201202232) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2-2(117)-1090/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar