Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(3-10)-12/2026 19.03.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X4 iştirakı ilə, iddiaçı İddiaçı (VÖEN: 2701317572) cavabdeh Cavabdeh (VÖEN: 2700308472) qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:
1. Işin halları
Iddiaçı İddiaçı (VÖEN: 2701317572) ## ####### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh (VÖEN: 2700308472) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 117500 (yüz on yeddi min beş yüz) manat məbləğində pulun və ödədiyi 407,5 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh 2022-ci ilin oktyabr ayında ondan hissə-hissə ümumilikdə 200.000 manat pul borc almışdır ki, iş görür. Razılaşmalarına əsasən həmin qazancından ona da pul verməli idi. Müxtəlif vaxtlarda Cavabdeh hissə-hissə ona 82500 manat borcunu qaytarsa da, 117500 manat pul borcu qalmışdır. Bununla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma getmişdir. Qarşı tərəfin ona olan borcunu qaytarması üçün kifayət qədər imkanı vardır. O, dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu sona çatdırmaqdan yayınmışdır. Hətta pulları ondan alarkən qaytarmayacağını bildiyindən, evini arvadının adına keçirmiş və formal olaraq arvadından boşanmışdır (bundan sonra iddia ərizəsində Azərbacan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 445.1 və 445.7-ci maddələrinin məzmunu qeyd olunmuşdur).
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi qismən təmin edilərək, həmin Qətnamədə cavabdeh Cavabdeh 115850 manat borc və 401,78 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Mingəçevir Şəhər X6 Bölməsinin R X3 tərəfindən ##.##.2025-ci il tarixli HK-*/** nömrəli müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı tanıyır, o, 2022ci ilin oktyabr ayında birlikdə gəlir əldə etmək məqsədi ilə şərik qismində Qazax rayonu 2ci Şıxlı kəndində yol çəkirmişlər. Həmin vaxtı İddiaçı ona həmin yolun çəkilişi üçün maya olaraq, hissə-hissə ümumilikdə 200.000 manat pul vermişdir. Lakin, həmin vaxtı İddiaçı ona maya olaraq, vermiş olduğu ümumilikdə 200.000 manat pulu yola xərclədiyi üçün o, heç bir gəlir əldə edə bilməmişdir. Bu səbəbə görə də ziyan etdiyi üçün onun İddiaçı 200.000 manat pul borcu yaranmışdır. Həmin vaxtdan bu günə kimi o, hissə-hissə İddiaçı 82500 manat pul vermişdir. Hazırda isə onun İddiaçı 117500 manat pul borcu qalmışdır. Eyni zamanda, aparılmış təhqiqat zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh tanıyır, 2022-ci ilin oktyabr ayında birlikdə gəlir əldə etmək məqsədi ilə şərik qismində Qazax rayonu 2-ci Şıxli kəndində yol çəkirmişlər. Həmin vaxtı o, Cavabdeh həmin yolun çəkilişi üçün maya olaraq, hissə-hissə ümumilikdə 200.000 manat vermişdir. Lakin, Cavabdeh həmin vaxtı onun Cavabdeh maya olaraq vermiş olduğu ümumilikda 200.000 manat pulu yola xərclədiyi üçün onlar heç bir gəlir əldə edə bilməmişlər. Bu səbəbə görədə Aril Vəliyevin ona 200.000 manat pul borcu yaranmışdır. Həmin vaxtdan bu günə kimi Cavabdeh hissə-hissə ona 82500 manat pul versə də, hazırda Cavabdeh ona 117500 manat pul borcu qalmışdır. Cavabdeh tərəfindən təqdim edilən cavabdehin rəhbəri olduğu “xxxx” MMC və digər şəxslər arasında bağlanmış çoxsaylı xidmət müqavilələri və maliyyə sənədlərinin hazırkı tərəflər arasında yaranmış mübahisəyə aidiyyəti olmadığından məhkəmə tərəfindən həmin sənədlər sadalanmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin qanuni, obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Işin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin oktyabr ayından başlayaraq qısa fasilələrlə hissəhissə olmaqla, cəmi 200 000 manat pul verilmiş, cavabdeh həmin puldan ##.##.2025-ci il tarixdə sonuncu dəfə 250 manat ödəməklə, cəmi 84150 manat məbləğində vəsait qaytarmışdır. Tərəflər qeyd edilən halları mübahisələndirməmiş və təsdiq etmişdir. Işin mübahisələndirilən halı: - cavabdeh bildirir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti üçün 200000 manat məbləğində vəsaiti iddiaçıdan qəbul etmiş, işləri alınmadığından gəlir əldə edə bilməmiş, ziyana düşmüşdür. Cavabdehin polis orqanlarında verdiyi izahatında şərikli biznes fəaliyyəti üçün 200000 manat məbləğində vəsaiti cavabdehə verdiyini bildirmişdir. Məhkəmə iclaslarında iddiaçı tərəf qeyd edilən şərikli sahibkarlıq fəaliyyəti ilə bağlı cavabdehə hər hansı bir məbləği verdiyini inkar etmişdir. Məhkəmə, mülki qanunvericiliyin normalarını nəzərdən keçirib hesab edir ki, tərəflər şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da, bağlanmış müqaviləyə əsaslanmalı, həmçinin cavabdeh tərəfindən qeyd edilən faktlar gəlir və ziyana şərik olma məsələsi razılaşdırılmalı idi. Hazırkı mübahisədə razılaşmanın mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisə doğuran məsələ ondan ibarətdir ki, tərəflər şərikli biznes üçün razılaşmışlarmı, gəliri və ziyanı bərabər formada qarşılayacaqları ilə bağlı iradə ifadəsi mövcuddurmu. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi şərikli payın qoyulması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və nəticədə gəlirin və ya xərcin bölüşdürülməsi əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarının yaradılması zamanı mümkündür. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Qanunvericilikdə qeyd edilən hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxslərin yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Cavabdeh bildirir ki, iddiaçıdan aldığı məbləğdən müvafiq hüquqi şəxsi almış və müvafiq subpodrat və xidmət müqavilləri bağlamaqla sahibkarlıq fəaliyyəti göstərmiş, lakin iddiaçı qeyd edilən münasibətlərdə rəsmi olaraq iştirak etməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında şərikli biznes fəaliyyəti, gəlir və xərcin bölüşdürmə həcmi, qayda və müddəti və digər hallarla bağlı hər hansı bir razılaşma müəyyən edilmədiyindən mübahisəyə şərikli biznes fəaliyyəti nəticəsində yaranmış mübahisə olaraq qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsindən yaranmış, 200000 manat məbləğində pulu iddiaçı cavabdehə borc vermiş, borcdan 84150 manat məbləğində vəsait qaytarılmış, 115850 manat məbləğində borc qalmışdır. Iddiaçı tələbində 82500 manat məbləğin qaytarıldığını bildirsə də, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili borcdan ümumilikdə 84 150 manat məbləğində vəsaitin qaytarılmasını mübahisələndirməmişdir. Cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsi 2022-ci ilin oktyabr ayında bağlanmış, iddiaçı cavabdehə hissə-hissə 200000 manat borc vermişdir. Cavabdeh 2023, 2024 və 2025-ci illərdə borcdan hissə-hissə qaytarmaqla, iddia müddətinin axımını kəsmiş və iddia müddəti ötürülməmişdir. Bu səbəbdən cavabdehin bu tələbi qanunsuz və əsassızdır. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, 200000 manat borc məbləğindən 84150 manat qaytarılan məbləğ çıxılaraq, cavabdehdən iddiaçının xeyrinə 115850 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 407,50 manat dövlət rüsumunun 5,72 manatı iddiaçıya aid edilməli, 401,78 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 353, 372.1, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 385.1, 386.1, 425.1, 739.1 və 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1 və 218.3cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Şəki Komersiya Məhkəməsi tərəfindən çıxarılmış ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməni əsassız sayır. Qətnamə qəbul olunarkən Mülki- Prosessual Məcəllənin və Mülki Məcəllənin tələbləri pozulmuş və məhkəmə qanuna əsaslanmayan qətnamə qəbul etmişdir. Ilk öncə o, məhkəməyə vəsatət verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş edərək bildirmişdi ki, printenziya məktubu ona çatmamışdır. Məhkəməyəqədər pritenziya qaydalarına riayət olunmaması səbəbindən iddia ərizəsi geri qaytarılmalıdır. Bundan əlavə, qanunvericiliyə əsasən pritenziya elektron qaydada, yəni məhkəmənin elektron sistemində olan sistemlə əlavə olunmalı idi. Lakin məhkəmə vəsatətə qiymət verməmiş və vəsatəti nəzərə almamışdır. Bundan əlavə, o, iddianı məhkəmə iclsında da etiraf etməmişdir. Dəfələrlə bildirmişdir ki, sözügedən pul ona borc kimi verilməmişdir. O, hər zaman öz izahatlarında bildirmişdir ki, o, iddiaçıİddiaçılə əvvəldən razılaşmışdı ki, onlar şərikli qaydada yol təmiri ilə əlaqədar işə daxil olurlar. O, mərhələli qaydada işin gedişi barədə hesabatlar vermiş və xərcləri müzakirə etmişlər. Lakin sözügedən işlə bağlı ona əlavə iş gördürüldüyü və həmin işlərin pulu ödənilmədiyi üçün o, külli miqdarda ziyan çəkmişdir. Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, İddiaçı ortaq iş üçün verdiyi pulu borca çevirmişdir. İddiaçı 200 min pul itirmişdisə, o, ən azı bir milyon ziyana düşmüşdür. Bununla bağlı Bakı Komersiya Məhkəməsində onun iddiası üzrə iş gedir və bununla bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. Bundan əlavə, o, məhkəməyə ünvanladığı vəsatətində də qeyd etmişdir ki, o, iddiaçının iddia ərizəsində və istinad etdiyi “cinayət işinin rədd edilməsi” barədə qərarında da göstərdiyi kimi işə ortaq girmiş və borc kimi bir manat da olsun iddaçıdan pul almamışdır. Ortaq girilən işdə o, xərci barədə sənədlərini məhkəməyə təqdim etmişdir və bu barədə sübutlar iş materiallarındadır. Məhkəmə sözügedən sənədlərin araşdırılması zamanı görməli idi ki, ortaq girilən işdə həm xeyir, həm ziyan bərabər bölünür. İddiaçı ziyanı onun ziyanının 1/10-i belə etmir. İddiaçı ona borc vermişdisə, hansı səbəbdən onlar xərclər və gəlirlər barəsində hesabat aparırdılar ?. İddiaçı belə olan halda borcunu tələb edərdi, hesabatı tələb etməzdi ki ?. İddiaçı özü heç bir məhkəmə iclasında iştirak etməmiş və düşünmüşdür ki, əgər məhkəmə iclasında iştirak edərsə, sözün düzünü danışar və bununla da iddiası rədd oluna bilər. Şərik işdə xeyirin və ziyanın nə olmasını ali təhsilli iddiaçı yaxşı bilirdi. Lakin bunu indi öz vəkili ilə sözün əsl mənasında başqa səmtə yönəldir. Bu isə qanunsuz və əsassızdır. Bundan əlavə o, işdə iddia müddətinin keçməsi barədə vəsatət versə də, hakim həmin vəsatətinə yalnız məhkəmə qətnaməsində qiymət vermişdir. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsində pul tələbi yazılsa da, tələb ziyan tələbinin üzərində qurulmuşdur. Pul və ya ziyan tələbi tam fərqli tələblərdir. Hazırkı iddia əsassız varlanma ilə bağlı müddəalara uyğun gəlir ki, burada da xüsusi iddia müddəti 1 il müddət tətbiq edilir. Odur ki, iddianın rədd olunması üçün əsas var. Hakim qətnamə çıxararkən sübutlara deyil, qanunla nəzərdə tutulmayan öz daxili inamına əsaslanmışdır. MPM-nin və Mülki Məcəllənin tələblərini pozmaqla çıxarılmış qətnamənin ləğv olunacağı mütləq və labüddür. Belə ki, qanunvericiliyin tələbindən də bilindiyi kimi, iş üzrə tərəfin pul tələb etməsi üçün ya öhdəliyin olması və ya deliktlərdən əmələ gələn hüquq pozuntusu olmalıdır. Hazırki iş üzrə deliktdən söhbət gedə bilməz. Öhdəliyin olması üçün isə müqavilə olmalı və tərəflər sözügedən müqaviləni imzalamalıdırlar. Yuxarıda da qeyd etdiyi kimi, onların arasında müqavilə olmamış, onun tərəfindən heç bir borc götürülməmiş və onlar ortaq işə girmişlər. Bu ortaq işin nəticəsi olaraq xeyirə ortaq olacaq iddiaçı, hazırda ziyana da ortaq olmaq əvəzinə, ondan pul tələb edir. Ona görə də, hazırkı iddia tələbi və onun əsasında çıxarılmış qətnamə tam əsassız və qanunsuzdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, məhkəmə heç bir sübuta qiymət verməmiş, əsası olmayan və ona aid olmayan sübutlara istinad etməklə qətnamə çıxarmışdır.
- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. Iş üzrə apellyasiya icraatı:
- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə ## ###### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına gəlmiş iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X4, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü nümayəndə1 iştirakı ilə keçirilən məhkəmə iclasında həmin proses iştirakçılarının apellyasiya şikayətinə münasibətləri öyrənildikdən və izahatları dinlənildikdən sonra yaranmış zərurətlə əlaqədar iş üzrə məhkəmə iclasının davamı ## #### 2026-cı il tarixinə təxirə salınmışdır. Lakin, iş üzrə ## #### 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı nümayəndəsi X4 gəlsə də, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi nümayəndə1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, həmin məhkəmə iclasına gəlmiş proses iştirakçının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini, eləcə də ## ###### 2026-ci ildə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayəti ilə əlaqədar izahat vermələrini nəzərə alaraq, apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi nümayəndə1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə ## ###### 2026-cı ildə keçirilən məhkəmə iclasında iştirak edən apellyasiya şikayəti vermiş cavabdeh Cavabdeh və onun nümayəndəsi nümayəndə1 Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsini ləğv edilməsi və iddiaçı İddiaçı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclaslarında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi X4 verdiyi izahatlarında apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
- 4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
- 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi - hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan pulun verildiyi dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması (hazırkı iş üzrə mübahisə predmeti olan pulun verildiyi dövrdə qüvvədə olan redaksiyada): 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 374.2. Iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh (VÖEN: 2700308472) iddiaçıdan aldığı pulun qaytarılmamış hissəsi kimi 115850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 401,78 manat olmaqla, cəmi 116251,78 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı (VÖEN: 2701317572) verilməlidir. Iddia qalan hissələrdə isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə, tərəflərin izahatları və işin digər konkret halları ilə müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı İddiaçı tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh Cavabdeh 2022-ci ilin oktyabr ayından başlayaraq qısa fasilələrlə hissə-hissə olmaqla, cəmi 200000 manat məbləğində pul verilmişdir. Cavabdeh Cavabdeh özü tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş və iddiaçı tərəfin isə mübahisələndirmədiyi ## ###### 2025-ci il tarixli “İddiaçı ödənilən pul” adlanan siyahıdan görünür ki, cavabdeh almış olduğu 200000 manat məbləğində pula görə birinci dəfə 2023cü ildə 10000 manat olmaqla və hazırkı iddia ərizəsi ilə ## ####### 2025-ci ildə məhkəməyə müraciət olunmamışdan əvvəl ## #### 2025-ci ildə isə 14-cü dəfədə isə 200 manat olmaqla, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra, yəni ##.##.2025-ci il tarixdə isə sonuncu dəfə 250 manat olmaqla, ümumilikdə 15 dəfəyə cəmi 84150 manat məbləğində pul vəsaitini iddiaçı İddiaçı ödəmiş və verilmiş 200000 manat məbləğində həmin pulun 115850 manat hissəsini isə qaytarmamışdır (iş vərəqi: 2-ci cild, səhifə 56). Beləliklə, hazırkı abzasda bu qeyd olunan xüsusatları tərəflər mübahisələndirməmişlər və bu hallar hazırkı işin mübahisəsiz hallarıdır. Lakin, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı tərəf mübahisə predmeti olan 200000 manat məbləğində pul vəsaitini borc qismində verdiyini iddia etsə də, cavabdeh tərəf bu pulun borc kimi deyil, yol tikintisi ilə məşğul olmaq üçün, yəni “şərikli”, “ortaq biznes” fəaliyyəti üçün iddiaçı tərəfdən qəbul etdiyini, ortaq biznesdə isə tərəflərin həm xeyirə, həm də zərərə şərik olmalarını, həmin pulun sərf edildiyi ortaq işdə isə gəlir əldə olunmadığını və zərərə düşdüyünü bildirmişdir. Iddiaçı tərəf isə iddia ərizəsində pulun verilməsini “cavabdeh Cavabdeh 2022-ci ilin oktyabr ayında ondan hissə-hissə ümumilikdə 200.000 manat pul borc almışdır ki, iş görür. Razılaşmalarına əsasən həmin qazancından ona da pul verməli idi” kimi əsaslandırmış və eləcə də, məhkəmə iclaslarında isə iddiaçı tərəf qeyd edilən pul vəsaitini cavabdehə şərikli sahibkarlıq fəaliyyəti ilə əlaqədar vermədiyini və onların arasında heç bir şərikli biznes fəaliyyətinin olmadığını bildirmişdir. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində tərəflərin arasında şərikli, yəni ortaq (birgə) biznes fəaliyyətinin olmasının müəyyən edilmədiyi birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmışdır. Eyni zamanda, apellyasiya şikayətinin “tərəflərin arasında şərikli, yəni ortaq biznes fəaliyyətinin olması” ilə bağlı cavabdeh tərəfin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi lazım bilir ki, hər hansı bir məqsədlə, o cümlədən də borc kimi, kredit kimi, ianə kimi, əvəzsiz istifadə, investisiya və yaxud, digər hər hansı bir məqsədlə pul verən şəxsin pul alan şəxsin maliyyə imkanları, fəaliyyəti və digər bu kimi hallarla maraqlanmasının - birmənalı olaraq “ortaq iş” və yaxud, “şərikli biznes” kimi qəbul edilməsi mümkün deyildir. Çünki, “şərikli biznes” və bu kimi birgə fəaliyyətlə məşğul olunması üçün tərəflər arasında bu birgə fəaliyyətin şərtlərini müəyyən edən sənədləşmə və yaxud hər hansı bir formada razılaşmanın təsbit olunması lazımdır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfin iddia ərizəsində pulun verilməsinin “cavabdeh Cavabdeh 2022-ci ilin oktyabr ayında ondan hissə-hissə ümumilikdə 200.000 manat pul borc almışdır ki, iş görür. Razılaşmalarına əsasən həmin qazancından ona da pul verməli idi” kimi əsaslandırması da, onların arasında “ortaq iş” və yaxud, “şərikli biznes” əlaqələrinin olmasını təsdiq edən hal deyildir. Təbii ki, pulu alan şəxsin pulu hansı məqsədlə almasını bilmək və bu pulu verərkən özünün də əldə edəcəyi mənfəəti əvvəlcədən müəyyən etmək - pulu verən adamın marağındadır. Bunu bilmək və bununla maraqlanmaq isə pul verən adamın pulu alan adamın sahibkarlıq işinə, yəni biznes fəaliyyətinə ortaq olması demək deyildir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi 2022-ci ilin oktyabr ayında hissə-hissə verilmiş 200000 manat məbləğində pul vəsaitinin 2023-cü ildən başlayaraq hissə-hissə olmaqla, cəmi 84150 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılmasının özü də - bu pulun şərikli biznes üçün deyil, qaytarılmalı olan vəsait kimi verildiyini təsdiq edən hallardan biridir. Göründüyü kimi, mübahisə predmeti olan 200000 manat məbləğində pulun verilməsinin tərəflərin arasında şərikli, yəni ortaq (birgə) biznes fəaliyyəti ilə bağlı olması - iş üzrə birinci instansiya və eləcə də, apellyasiya instansiyasında aparılan araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. Lakin, birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsində həmin pulun verilməsini borc münasibətləri kimi qiymətləndirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə istinad etməklə, qeyd etmişdir ki, “29. Məhkəmə müəyyən edir ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsindən yaranmış, 200 000 manat məbləğində pulu iddiaçı cavabdehə borc vermiş, borcdan 84150 manat məbləğində vəsait qaytarılmış, 115 850 manat məbləğində borc qalmışdır. Iddiaçı tələbində 82 500 manat məbləğin qaytarıldığını bildirsə də, iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili borcdan ümumilikdə 84150 manat məbləğində vəsaitin qaytarılmasını mübahisələndirməmişdir. 30. Cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında borc müqaviləsi 2022-ci ilin oktyabr ayında bağlanmış, iddiaçı cavabdehə hissəhissə 200 000 manat borc vermişdir.Cavabdeh 2023, 2024 və 2025-ci ildə borcdan hissə-hissə qaytarmaqla iddia müddətinin axımını kəsmiş və iddia müddəti ötürülməmişdir. Bu səbəbdən cavabdehin bu tələbi qanunsuz və əsassızdır. 31. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, 200000 manat borc məbləğindən 84150 manat qaytarılan məbləğ çıxılaraq cavabdehdən iddiaçının xeyrinə 115850 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.” Halbuki, işin halları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı müəyyən etdiyi qanuni tələblər nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 2022-ci ilin oktyabr ayında hissə-hissə olmaqla qaytarılmaq şərtilə cəmi 200000 manat məbləğində pulun verilməsi - qanunvericilik baxımından, yəni Mülki Məcəllənin tələbləri baxımından qanuni əsaslarla yaranmış borc münasibətləri kimi qəbul edilə bilməzdi. Çünki, hazırkı iş üzrə mübahisə predmeti olan pulun verildiyi dövrdə qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1), borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1) və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2). Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsində borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, həmin müqavilənin yazılı formada bağlanması imperativ qaydada təsbit olunduğundan, iddiaçı tərəfindən cavabdeh tərəfə yazılı müqavilə bağlanmadan hər hansı bir məqsədlə qaytarılmaq şərtilə 200000 manat məbləğində pulun verilməsi - Mülki Qanunvericilik baxımından borc müqaviləsi kimi qiymətləndirilə bilməz. Ona görə də, bu mübahisə Mülki Məcəllənin “əsassız varlanma” institutu tətbiq edilməklə həll edilməlidir. Bu halda isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1). Qeyd etmək lazımdır ki, cavabdeh tərəfin hazırkı apellyasiya şikayətinin əsaslandırdığı dəlillərdən biri də ondan ibarətdir ki, “Hazırkı iddia əsassız varlanma ilə bağlı müddəalara uyğun gəlir ki, burada da xüsusi iddia müddəti 1 il müddət tətbiq edilir. Odur ki, iddianın rədd olunması üçün əsas var.” Lakin, işin yuxarıda qeyd olunan halları və aşağıda göstərilənlərə əsasən müəyyən olunur ki, hazırkı mübahisəyə Mülki Məcəllənin “əsassız varlanma” institutunun müddəaları tətbiq olunduğu halda da, cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdiyi həmin dəlillər əsassızdır. Çünki, cavabdeh tərəf 2022-ci ilin oktyabır ayında hissəhissə almış olduğu və qaytarılması müddəti müəyyən olunmayan 200000 manat puldan 2023-cü ildən etibarən hissə-hissə olmaqla qaytarmağa başlamış və cavabdeh tərəfin özünün məhkəməyə təqdim etdiyi ## ###### 2025-ci il tarixli “İddiaçı ödənilən pul” adlanan siyahıdan (iş vərəqi: 2-ci cild, səhifə 56) görünür ki, hazırkı iddia ərizəsi ilə ## ####### 2025-ci ildə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh tərəfindən iddiaçıya 14-cü pul ödənişi ## #### 2025-ci ildə olmuşdur. Yəni, hazırkı iddia ərizəsi ilə ## ####### 2025-ci ildə məhkəməyə müraciət olunanadək cavabdeh tərəf 2023-cü, 2024cü və 2025-ci illər ərzində qaytarılması müddəti əvvəlcədən müəyyən olunmayan 200000 manat məbləğində pul vəsaitinin hissə-hissə və müxtəlif məbləğlərdə olmaqla ## ####### 2025-ci il tarixinədək iddiaçıya 83900 manat məbləğində hissəsini ödəmiş və bu ödənişlərdən sonuncusu da hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunmamışdan təxminən 2 ay əvvəl icra olunmuşdur. Bundan əlavə, bu mübahisə ilə əlaqədar qəbul edilmiş və hazırkı işin materiallarına əlavə edilmiş Mingəçevir şəhər X6 Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar da ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir ki, həmin tarixdən hesablandığı haldada ## ####### 2025-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən iddia müddəti ötürülməmişdir. Çünki, Mülki Məcəllənin tələbləri baxımından da icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3) və əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (maddə 1095). Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmalı və iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh iddiaçıdan aldığı pulun qaytarılmamış hissəsi kimi 115850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 401,78 manat olmaqla, cəmi 116251,78 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN: 2700308472) aldığı pulun qaytarılmamış hissəsi kimi 115850 (yüz on beş min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 401,78 (dörd yüz bir manat 78 qəpik) manat olmaqla, cəmi 116251,78 (yüz on altı min iki yüz əlli bir manat 78 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı İddiaçı (VÖEN: 2701317572) verilsin. Iddia qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.