Məhkəmə qərarları › İş №2-2(3-10)-31/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-31/2026

06.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-31/2026 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə “qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: torpaqdan çıxarılma, tikilinin sökülməsi, vicdanlılıq, hüquqdan sui-istifadə) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh; Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızının iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Ucar rayon X6 Icraiyyə Komitəsinin ## ###### 1989-cu il tarixli, 57 A nömrəli sərəncamı iə şəhərin 18-ci məhəlləsindən 80x60 metr (0.48 ha) torpaq sahəsində pambıqtəmizləmə zavodunun işçiləri üçün nəzərdə tutumuş 48 mənzilli yaşayış evinin yarımçıq qalmış tikilisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Müəssisələrin (obyektlərin) alqı-satqısına dair ## ###### 2010- cu il tarixli **** saylı müqavilə ilə X2. Özəlləşdirilən müəsisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısına dair müqavilə ilə həmin tikili üçün ayrılmış torpaq sahəsinin 0.3923 ha hissəsi X2. X2 mülkiyyətində olan 0.3923 ha torpaq sahəsi və orada yerləşən çoxmənzilli yaşayış binasının yarımçıq qalmış tikilisini ## ###### 2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında iddiaçı İddiaçı satmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin üzərindəki çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində 904013001189-05301 reyestr nömrəsi ilə ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 2002-ci il tarixli baxış aktından görünür ki, Ucar Bələdiyəsinin sədr müavini İ.Ismayılovun, Ucar rayon IH-nin tikinti və memarlıq şöbəsinin müdiri N.Adıyevin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar Rayon Şöbəsinin mütəxəssisi Ş.Ibrahimovun, Ucar Rayon Elektrik Şəbəkəsinin rəisi A.Məmmədovun, Ucar Rayon Qaz Idarəsinin rəisi A.Əhədovun, Ucar Rayon Yanğından Mühafizə Dəstəsinin rəisi N.Mehdiyevin, Ucar Rayon Sanitar-Epidemoloji stansiyasının baş həkimi F.Kərimovun, Ucar Telekommunukasiya Idarəsinin rəisi Ə.Zeynalovun, Ucar Su-kanalizasiya Idarəsinin müdiri S.Əliyevin və Ucar şəhər sakini Cavabdeh iştirakları ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq barədə Ucar Bələdiyyəsinə müraciəti ilə əlaqədar Ucar şəhəri, Azərbaycan küçəsi ərazisinə baxış keçirilmiş və həmin ərazidə mağaza tikintisi altında 30 kv.m torpaq sahəsinin sonuncuya verilməsi məqsədə müvafiq hesab edilmişdir. Ucar Bələdiyyəsinin ## ###### 2002-ci il tarixli iclasının ** saylı protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altında 30 kv.m torpaq sahəsi satılmışdır. ## ####### 2006-cı il tarixli notarial qaydada təsdiqlənmiş müqavilədən görünür ki, Məmmədov Yusif Izzət oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi Idarəsinin ## ###### 2006-cı il tarixli MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışa və ## ######## 2006-cı il tarixli, **/*** nömrəli arayışa əsasən ona məxsus olan Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0025 ha torpaq sahəsini 300 manat müqabilində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Ucar Rayonu Icra Hakimiyyəti Başçısının ## ### 2011-ci il tarixli ** saylı sərəncamından çıxarışdan görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, * saylı evin sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızına Ucar rayon X12 bağlanmış ## ####### 2006-cı il tarixli YƏ-** saylı reyestrlə qeydə alınmış müqavilə əsasında şəhərin Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin ## ###### 2002-ci il tarixli ** saylı iclasının protokoluna əsasən ona satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 30 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, ## ####### 2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında Məmmədov Izzət Yusif oğlu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 25 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) sonuncunun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal RPI-nin Istintaq şöbəsinin ## #### 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış **-C-** saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Ucar Rayon Dövlət Arxivindən verilən ##.##.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Ucar Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2011-ci il tarixli ** nömrəli Sərəncamına əsasən Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, * saylı evin sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızına Ucar rayon Dövlət Notariat Konturunda bağlanmış ##.##.2006-cı ilə tarixli YƏ-** saylı reyestrlə qeydə alınmış müqavilə əsasında şəhərin Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ##### 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 4 x 12 m hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncunun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ucar rayon X6 Icraiyyə Komitəsinin ## ###### 1989-cu il tarixli, 57 A nömrəli sərəncamı iə şəhərin 18-ci məhəlləsindən 80x60 metr (0.48 ha) torpaq sahəsində pambıqtəmizləmə zavodunun işçiləri üçün nəzərdə tutumuş 48 mənzilli yaşayış evinin yarımçıq qalmış tikilisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Müəssisələrin (obyektlərin) alqı-satqısına dair ## ###### 2010- cu il tarixli **** saylı müqavilə ilə X2. Bundan sonra isə özəlləşdirilən müəsisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair müqavilə ilə həmin tikili üçün ayrılmış torpaq sahəsinin 0.3923 ha hissəsi X2. X2 əmlak ve torpaq sahəsi ## ##### 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi Idarəsi tərəfindən MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X2 mülkiyyətində olan 0.3923 ha torpaq sahəsini və orada yerləşən çoxmənzilli yaşayış binasının yarımçıq qalmış tikilisini ## ###### 2014-cü il tarixli alqı-satqı müüqaviləsi əsasında ona satmışdır. Bundan sonra həmin torpaq sahəsi və yaşayış binasının yarımçıq qalmış tikilisi ## ##### 2014-cü il tarixdə mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi Idarəsi tərəfindən onun adına qeydiyyata alınmış bə bununla bağlı RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun tərəfindən həmin torpaq sahəsi və yarımçıq tikili alındıqdan sonra mütəxəssislərlə məsləhətləşdirilərkən yarımçıq tikilinin binasının (özülünün) korroziyaya uğradığından həmin tikili başa çatdırılsa belə orada insanların məskunlaşdırılmasının təhlükəli olması qənatinə gəlinmiş və tikilinin davam etdirilməməsi qərarı alınmışdır. Hazırda həmin ərazidə ona məxsus heç bir yaşayış və ya qeyri-yaşayış sahəsi yoxdur. Lakin, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahesini girişində qanunsuz olaraq 4 x12 metr ölçüdə qeyri yaşayış obyekti inşa oInmuşdur. O, cavabdehə şifahi müraciət edərək qeyri-yaşayış obyektinin özləri tərəfindən sökülməsini təklif etdikdə sonuncu qanunsuz tikdirdiyi obyekti sökdürəcəyinə dair şifahi söz versə də bu günə kimi sözünə əməl etməmişdir. Bununla da, o, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində hazırda öz əmlakının çox hissəsindən faktiki olaraq məhrum olmuş, habelə torpağının zəbt edilmiş hissəsindən istifadə etmək və ona dair sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı 0.3923 hektar torpaq sahəsini alıb. Hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsində yəni bununla bağlı əvvəlki Rayon Məhkəməsində keçirilən araşdırmalar zamanı kifayət qədər sübutlar toplanılmışdır. Ekspertiza mütəxəssisi və ekspertiza rəyləri alınmış və müəyyən olunumuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsi məhz iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu əsasla da iddiaçı həmin torpaq sahəsində özünə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı hazırkı vəziyyətdə iddia qaldırmışdır. Həmçinin qeyd etmək istəyir ki,cavabdehin təqdim etdiyi etiraz ərizəsində də cavabdeh etiraf edir ki, həqiqətəndə torpaq sahəsi iddiaçıya məxsusdur. Hesab edir ki, iddia tələbi əsaslıdır. Iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, o, torpaq sahəsini 2002-ci ildə Bələdiyyədən alıb, illik bələdiyyə torpağından istifadəyə görə ödəniş edir. Torpağının qarşı tərəfə heç bir aidiyyəti yoxdur. X4 Ucar Rayon Icra Hakimiyyətinin başçısına müraciət etmiş və ona torpaq sahəsi verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsi pambıq zavodun balansında idi. Daha sonra torpaq satışa çıxarılmış və anası həmin ərazini Məmmədov Yusif Izzət oğlundan notarial qaydada təsdiq edilmiş müqavilə əsasında satın almışdır. Yəni mübahisəli torpaq sahəsi aidiyyəti dövlət qurumları tərəfindən ona və X4na müvafiq olaraq 2002-ci və 2006-cı ilərdə satılmışdır. Mağazanın tikildiyi torpaq sahəsinin 30 kv.m torpaq sahəsi ona, 25 kv.m torpaq sahəsi isə X4na məxsusdur. Iddiaçı İddiaçı torpaq sahəsini əldə edərkən, ona məxsus həmin mübahisəli tikili orada mövcud olmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/***** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən ## ##### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən naturada istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Həmçinin, ## ##### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh tərəfindən 11.1 x 4.8 m ölçüdə tikili inşa edilməsi mütəxəssis tərəfindən müəyyən edilmiş və sxemdə göstərilmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsi ##.##.2014-cü il tarixdə iddiaçı İddiaçı mülkiyyətinə keçdikdə həmin torpaq sahəsində tikintisinə icazə verilmiş mübahisə predmeti olan tikili (mağaza) artıq mövcud olmuşdur. Iddiaçıya qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair çıxarış verildikdə orada tikilmiş tikilinin (mağaza) olmasından xəbərsiz olması qeyri-mümkündür Məhkəmə daha sonra qeyd etmişdir ki, hətta iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranığı 2014-ci ildən 2025-ci ilədək 11 il ərzində cavabdeh həmin əmlakdan fasiləsiz istifadə etmiş və ona qarşı iddiaçı tərəfindən hər hansı irad və etiraz bildirilməsi ilə bağlı məhkəməyə mötəbər sənəd təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia predmeti olan tikilinin bir hissəsi 30 kv.m torpaq sahəsində cavabdeh Cavabdeh, digər hissəsi isə 25 kv.m torpaq sahəsində cavabdehin anası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tikilmişdir. Qeyd olunan tikilinin 25 kv.m torpaq sahəsində yerləşən hissəsi Cavabdeh tərəfindən tikilməsə də hazırda naturada onun istifadəsində olması ekspert rəyində öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə ümumi olararaq 53.3 kv.m torpaq sahəsində tikilmiş tikilinin sökülməsi tələbinə hüquqi qiymət verərkən vahid mövqe tətbiq edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikdiyi qeyri-yaşayış obyekti müvafiq icra hakimiyyəti orqanında razılaşdırılmaqla tikildiyindən, onun tikilməsi ilə bağlı aidiyyəti dövlət orqanları, eləcə də iddiaçı tərəfindən həmin şəxsə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, bununla da tikili qanunsuz və özbaşına tikinti sayılmadığından həmin qeyri-yaşayış obyektinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 16, 139, 152, 157, 180, 238, 239, 240, 241, 328, 560, 269, 572, Torpaq Məcəlləsi, 49, 55, 66, 82, 111, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti tətbiq edilmədiyi halda, birinci instansiya məhkəməsi əsassız olaraq cavabdeh tərəfindən 11 il ərzində iddiaçının xüsusi mükiyyət hüququnun pozulmasına haqq qazandırmış və hesab etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətlərinə bu müddətdə dözmüşsə, onda ömrünün axırına kimi dözmək öhdəliyi də daşımalıdır. Bu absurd halla bağlı məhkəmənin hansı normaya istinad etməsini qətnamədən müəyyən etmək mümkün olmamışdır. Hazırki vəziyyətdə də, iddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi özbaşına tikilinin sökülməklə, zəbt etdiyi torpaq sahəsindən çıxarılmasını məhkəmə vasitəsilə tələb etməsinə, bu pozuntu halının məhkəmənin keçirdiyi ekspertiza və mütəxəssis rəyləri ilə tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi sonda iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız cavabdehin mövqeyini nəzərə almaqla qətnamə qəbul edilmiş, bu zaman iddiaçının təqdim etdiyi sübutları, habelə ekspert və mütəxəssis rəylərini araşdırmamış, eyni zamanda məhkəmənin özü tərəfindən verilmiş məhkəmə sorğusunun cavabını gözləmədən qətnamə qəbul etmişdir. Məhkəmə bir qədər də səbr edib Ucar rayon Dövlət arxivinin ##.##.2026-cı il tarixli, 5-80-27/2- **/**** saylı cavab məktubunun və ona əlavə edilmiş sənədlərin daxil olmasını gözləsəydi, ona məlum olardı ki, cavabdehin istinad etdiyi Ucar rayon Icra Hakimiyyəti başçısının ## ### 2011-ci il tarixli, ** saylı sərəncamı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızına dövlət notariat kontorunda bağlanılmış ##.##.2006-cı il tarixli, YƏ-** saylı müqavilə əsasında Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidən qurma işlərinin aparılmasına icazə verilmiş və həmin arxiv sənədlərinə əsasən yeni tikilinin ölçüsü 4,20 m x 4,20 m ölçüdə 17,64 kv.m ölçüdədir. Yəni, 25 kv.m ölçüdə torpaq sahəsində 17,64 kv.m ölçüdə yenidən qurma işlərinin aparılmasına icazə verilmişdir ki, bu sərəncamın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Sadəcə, cavabdeh məhkəməni yanıltmaqla və digər tikiliyə aid sənədləri təqdim etməklə, yekunda əsassız qətnamənin qəbul edilməsinə nail olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd edilən tikililərin yerləşdiyi torpaq sahəsi qanuni sənədlə iddiaçıya məxsusdur. Uzun müddət cavabdeh tərəflə razılığa gəlmək istədiklərindən onlara qarşı iddia qaldırmamışlar. Hüquqlarını müdafiə etdiyi şəxs bələdiyyə qərarının ləğvi ilə bağlı hər hansı iddia qaldırmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, mübahisəli tikili təxminən 2005-2007-ci illərdə cavabdeh və onun anası tərəfindən inşa edilmişdir. Tikili olan torpağın bir hissəsi onlara bələdiyyə qərarı ilə digər hissəsi isə müqavilə ilə verilmişdir. Lakin, bugünədək sənəd almamışlar. Iddiaçı həmin əraziləri almamışdan əvvəl onlar həmin tikilidən istifadə etmişlər. Iddiaçı tərəf hazırki iddia ərizəsi məhkəməyə verilənədək onlara qarşı hər hansı tələbləri olmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş mütəxəssis X10 izahat verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Ucar Ərazi Idarəsində baş mühəndis vəzifəsində işləyir. Hazırki iş üzrə rəy onun tərəfindən verilmişdir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi çıxarışla iddiaçı İddiaçı məxsusdur. Cavabdehlərdə onların tikilisinə sənəd verilməsi üçün müraciət etmiş lakin, həmin yerə artıq İddiaçı hüquqmüəyyənedici sənədi olduğundan onlara sənəd verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızının istifadə etdiyi tikilidə mübahisəli torpaq sahəsində olması müəyyən edilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

323. Daşınmaz əşya elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı öhdəliklər icra edilməli olar. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziyaistinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 47.4.5. Tikinti obyektinin sifarişçisi müvafiq icra hakimiyyəti orqanından (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

“xxxx”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmaması və həmin torpaqda qanunsuz tikililərin tikilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "qanunsuz tikilinin məcburi sökülməsi və torpaq sahəsindən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ##### 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 4 x 12 m hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncunun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Insan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun Isveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Avropa Məhkəməsinin qərarlarına görə, mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” işində “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən İ saylı Protokolun 1ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. Ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Iddia tələbindən görünür ki, İddiaçı ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülərək torpaq sahəsinin boşaldılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə torpaq sahəsini əldə edilməsinin müxtəlif əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biridə alğı-satqıdır. Hazırki işdən müəyyən edilir ki, X2 mülkiyyətində olan 0.3923 ha torpaq sahəsi və orada yerləşən çoxmənzilli yaşayış binasının yarımçıq qalmış tikilisini ## ###### 2014-cü il tarixli alğısatqı müqaviləsi əsasında iddiaçı İddiaçı satmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin üzərindəki çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində 904013001189-05301 reyestr nömrəsi ilə ##.##.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsini və onun üzərində yerləşən çoxmərtəbəli yaşayış binası alğı-satqı nəticəsində əldə etmişdir. Kollegiyası daha sonra qeyd edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması (cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli); c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Kollegiya bildirir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olarsa və həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilə və təmin edilə bilər. Yəni, iddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Hazırki işdən görünür ki, cavabdeh tərəf məhkəmə iclasları zamanı iddiaçının mübahisələndiriyi tikilinin (qeyriyaşayış sahəsinin) məhz iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsində yerləşdiyini etiraf etmişdir. Lakin əlavə olaraq bildirmişlər ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə ona və başqa şəxsdən isə anasına satılmışdır (kollegiya qeyd edir ki, bələdiyyə qərarı əsasında cavabdehə torpaq satılması məsələsinə daha sonra qiymət verəcəkdir). Kollegiya hazırki məqamda bir halıda qeyd edir ki, bələdiyyə qərarı ilə cavabdehə və alğısatqı qaydasında isə üçüncü şəxsə satılmış torpaq sahələrinin məhz tikili inşa edilmiş torpaq sahələri olması ilə bağlıda qeyd edir ki, həmin hal iş materialları və bələdiyyənin aktı ilə müəyyən edilir. Ən əsası isə, Ucar Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-***/**** saylı və Ucar Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnamələr ilə, torpaq sahələrinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktları müəyyən edilmişdir. Həmçinin, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin tikdiyi tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlərlə yanaşı birinci instansiya məhkəməsi tərəfindən mübahisəli tikili ilə bağlı mütəxəssis və ekspertiza rəyləri alınmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/***** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən ## ##### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən naturada istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Həmçinin, ## ##### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh tərəfindən 11.1 x 4.8 m ölçüdə tikili inşa edilməsi mütəxəssis tərəfindən müəyyən edilmiş və sxemdə göstərilmişdir. Beləliklə işdən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən inşa edilmiş tikili ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus 0,3923 ha torpaq sahəsində inşa edilmişdir. Kollegiya 0,3923 ha torpaq sahəsin iddiaçıya məxsusluğunu bildirdikdə məhz, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından çıxış edir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin isə torpaq sahələri ilə bağlı hüquqları hələlik qanunvericilikdə nəzərdə tutulan qaydada qeydə alınmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin (obyektin) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsində yerləşməsi (hansı ölçüdə olması) ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspert və mütəxəssis rəyi alınmışdır. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025ci il tarixli, **/***** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən ## ##### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən naturada istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Həmçinin, ## ##### 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh Cavabdeh tərəfindən 11.1 x 4.8 m ölçüdə tikili inşa edilməsi mütəxəssis tərəfindən müəyyən edilmiş və sxemdə göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəy hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X11rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, hazırda iddiaçı İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsi vahid əmlakdır (yəni, bir obyektdir). Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də obyektin vahid əmlak olması müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan və müvafiq hüquqi qiymət verilmiş ekspert rəyinə əsasən, 53.3 kv.m torpaq sahəsinin üzərində olan tikili Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçı İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Lakin yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə mübahisəli tikili sökülə bilməz. Belə ki, 2002-ci il tarixli baxış aktından görünür ki, Ucar Bələdiyəsinin sədr müavini İ.Ismayılovun, Ucar rayon IH-nin tikinti və memarlıq şöbəsinin müdiri N.Adıyevin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar Rayon Şöbəsinin mütəxəssisi Ş.Ibrahimovun, Ucar Rayon Elektrik Şəbəkəsinin rəisi A.Məmmədovun, Ucar Rayon Qaz Idarəsinin rəisi A.Əhədovun, Ucar Rayon Yanğından Mühafizə Dəstəsinin rəisi N.Mehdiyevin, Ucar Rayon Sanitar-Epidemoloji stansiyasının baş həkimi F.Kərimovun, Ucar Telekommunukasiya Idarəsinin rəisi Ə.Zeynalovun, Ucar Su-kanalizasiya Idarəsinin müdiri S.Əliyevin və Ucar şəhər sakini Cavabdeh iştirakları ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq barədə Ucar Bələdiyyəsinə müraciəti ilə əlaqədar Ucar şəhəri, Azərbaycan küçəsi ərazisinə baxış keçirilmiş və həmin ərazidə mağaza tikintisi altında 30 kv.m torpaq sahəsinin sonuncuya verilməsi məqsədə müvafiq hesab edilmişdir. Ucar Bələdiyyəsinin ## ###### 2002-ci il tarixli iclasının ** saylı protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altında 30 kv.m torpaq sahəsi satılmışdır. Həmçinin, ## ####### 2006-cı il tarixli notarial qaydada təsdiqlənmiş müqavilədən görünür ki, Məmmədov Yusif Izzət oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi Idarəsinin ## ###### 2006-cı il tarixli MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışa və ## ######## 2006-cı il tarixli, **/*** nömrəli arayışa əsasən ona məxsus olan Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0025 ha torpaq sahəsini 300 manat müqabilində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Bundan başqa, Ucar Rayonu Icra Hakimiyyəti Başçısının ## ### 2011-ci il tarixli ** saylı sərəncamından çıxarışdan görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, * saylı evin sakini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhyəddin qızına Ucar rayon X12 bağlanmış ## ####### 2006-cı il tarixli YƏ-** saylı reyestrlə qeydə alınmış müqavilə əsasında şəhərin Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Kollegiya hesab edir ki, torpaq sahələri hal-hazıradək dövlət reyestrdə qeydiyyata alımasalarda qeyd edilən torpaqlar faktiki olaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə satılmışdır. Həmin sənədlər hal-hazırda da qüvvədədirlər. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, Ucar Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə, Cavabdeh Ucar Bələdiyyəsinin ## ###### 2002-ci il tarixli ** saylı iclasının protokoluna əsasən ona satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 30 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı, eyni zamanda da Ucar Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə, ## ####### 2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında Məmmədov Izzət Yusif oğlu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 25 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) sonuncunun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı İddiaçı isə, 0.3923 ha torpaq sahəsi və orada yerləşən çoxmənzilli yaşayış binasının yarımçıq qalmış tikilisini ## ###### 2014-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı 0.3923 ha torpaq sahəsini alan zaman mübahisəli tikili artıq inşa (iddiaçı tərəfdə bu halı mübahisələndirməmişdir) edilmiş, hətta məhkəmə qətnaməsi ilə tikiliyə (qeyri-yaşayış sahəsinə) sonuncunun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilmişdir. Kollegiya iddia tələbinin torpaq sahəsindən məcburi çıxarılmasına aid hissəsinə münasibətdə isə qeyd edir ki, mütəxəssis və ekspert rəyləri ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsində istifadə etməsi və həmin sahənində tikilinin altında yerləşməsi müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehin istifadə etdiyi torpaq sahəsində yerləşən tikilinin sökülməsi tələbini təmin etmədiyindən haqlı olaraq onun yerləşdiyi torpaq sahəsinin boşaldılması məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, inşa edilmiş tikili 0,3923 ha torpaq torpaq sahəsinin kənarında yerləşdiyindən və yola birbaşa çıxışı olduğundan cavabdeh tərəfə zəruri keçidin verilməsi ilə bağlıda araşdırma aparılmamış və hazırki nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin iddiaçının mülkiyyət hüququnun pozulması, tikilinin reyestrdə qeydiyyatdan keçməməsi və bu səbəbdən tikilinin sökülməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kollegiya bildirir ki, doğrudan da inşa edilmiş mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin, bu hal mübahisəli tikilinin hazırki vəziyyətdə birmənalı sökülməli olması anlamına gələ bilməz. Belə ki, 2002-ci il tarixli baxış aktına əsasən Ucar Bələdiyəsinin sədr müavini İ.Ismayılovun, Ucar rayon IH-nin tikinti və memarlıq şöbəsinin müdiri N.Adıyevin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar Rayon Şöbəsinin mütəxəssisi Ş.Ibrahimovun, Ucar Rayon Elektrik Şəbəkəsinin rəisi A.Məmmədovun, Ucar Rayon Qaz Idarəsinin rəisi A.Əhədovun, Ucar Rayon Yanğından Mühafizə Dəstəsinin rəisi N.Mehdiyevin, Ucar Rayon Sanitar-Epidemoloji stansiyasının baş həkimi F.Kərimovun, Ucar Telekommunukasiya Idarəsinin rəisi Ə.Zeynalovun, Ucar Su-kanalizasiya Idarəsinin müdiri S.Əliyevin və Ucar şəhər sakini Cavabdeh iştirakları ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq barədə Ucar Bələdiyyəsinə müraciəti ilə əlaqədar Ucar şəhəri, Azərbaycan küçəsi ərazisinə baxış keçirilmiş və həmin ərazidə mağaza tikintisi altında 30 kv.m torpaq sahəsinin sonuncuya verilməsi məqsədə müvafiq hesab edilmişdir. Ucar Bələdiyyəsinin ## ###### 2002-ci il tarixli iclasının ** saylı protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktdan isə görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altında 30 kv.m torpaq sahəsi satılmışdır. Ucar Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin ## ###### 2002-ci il tarixli ** saylı iclasının protokoluna əsasən ona satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 30 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, ## ####### 2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında Məmmədov Izzət Yusif oğlu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 25 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) sonuncunun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, mübahisəli tikili iddiaçı İddiaçı 0.3923 ha torpaq sahəsini almamışdan əvvəl inşa etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qeyd edilən torpaq sahəsinin mülkiyyətinə dair çıxarış verildikdə orada tikilmiş tikilinin (mağaza) olmasından xəbərsiz olması qeyri-mümkündür. Belə ki, hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin ərizəyə torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsində tikilmiş mübahisə predmeti olan 11.1 x 4.8 m ölçüdə olan tikili barədə riskin olduğunu bilmiş və ya bilməli olmuşdur. Kollegiya əlavə olaraq qeyd edir ki, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin (Mülki Məcəllə 572.1.). Iş materiallarından isə iddiaçının alğı-satqı zamanı qeyd edilən hüquqdan istifadə etməsi görünmür. Bundan başqa, iddiaçı tərəf özüdə əmlakı aldıqdan sonra təxminən 10 il müddətində cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və onun mübahisəli əmlakdan istifadəsinə etiraz etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı mübahisəli əmlakı yüklü olaraq qəbul etdiyindən, həmin tikili kompensasiya verilmədən sökülə bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, qanunverici satıcı tərəfindən alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya vermədiyi halla müəyən hüquqlar vermişdir. Odur ki, iddiaçı tərəfdə həmin hüquqlarının pozulduğunu hesab edirsə bununla bağlı satıcıya qarşıda iddia irəli sürə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin icra hakimiyyəti tərəfindən cavabdehə tikilinin yenidənqurmasına görə icazə verilməməsi ilə bağlı dəlilinədə münasibətdə qeyd edir ki, Ucar rayon Icra Hakimiyyəti Başçısının ## ### 2011-ci il tarixli, ** nömrəli sərəncamı ilə, hazırki iş üzrə müstəqil tələb irəli sürməyəm üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir (II cild, iş v. 74). Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, 25 kv.m torpaq sahəsi 2002-ci ildə bələdiyyə tərəfindən cavabdeh Cavabdeh məhz mağaza tikintisi üçün satılmışdır. Eyni zamanda, iş materilları ilə iddiaçı İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin (mağaza) vahid əmlak olması müəyyən edilmişdir. Belə olan halda, cavabdeh Cavabdeh düşən 30 kv.m münasibətdə ayrıca yenidənqurma ilə bağlı icazə olmasada faktiki olaraq müstəqil tələb irəli sürməyəm üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Kollegiya bildirir ki, qeyd edilən hallar iddiaçı İddiaçı tərəfindən mübahisəli tikilinində yerləşdiyi torpaq sahəsi alınana qədər baş vermişdir. Iddiaçı İddiaçı isə həmin əmlakı alan zaman və bundan sonrada (iddia qaldırılanadək) qeyd edilənlərə etiraz etməmişdir. Işdən eyni zamanda müəyyən edilir ki, keçən dövr ərzində nə iddiaçının nədəki başqa bir qurumun cavabdehə hər hansı bir etiraz etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehin hərəkətlərinə ömürlük dözməsinin düzgün olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki vəziyyətə ömürlük dözməli olduğunu bildirməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf müvafiq kompensasiya ödəməklə tikilinin sökülməsini tələb edə bilər. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, hətta iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranığı 2014ci ildən (hərçən mübahisəli tikili bundan əvvəl tikilmiş) 2025-ci ilədək 11 il ərzində cavabdeh həmin əmlakdan fasiləsiz istifadə etmiş və ona qarşı iddiaçı tərəfindən hər hansı irad və etiraz bildirilməsi ilə bağlı məhkəməyə mötəbər sənəd təqdim edilməmişdir. Belə olan halda, hər iki mənafe arasında ədalətli tarazlıq baxımından cavabdehin mağaza tikintisi üçün ayrılmış torpaq sahəsində öz hüququndan istifadə edərək müvafiq vəsait qoymaqla tikinti inşa etdiyindən həmin şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi də torpaq sahəsində cavabdeh tərəfindən öz vəsaiti hesabına tikinti işlərinin aparılması və inşa etdikləri tikililərdən uzun müddət istifadə etmələrini nəzərə alınaraq cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsinin vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağı nəticəsinə gəlməklə doğru mövqedən çıxış etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Bundan başqa, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Kollegiya eyni zamanda vurğulayır ki, torpaq mülkiyyətçisinin üzərinə bu cür yükün qoyulması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Ona görə ki, əvvəla, mülkiyyət hüququ sahibinə təmin etdiyi imkanlarla yanaşı, qanundan irəli gələn öhdəlikləri də özündə ehtiva edir. Bu səbəbdən Mülki Məcəllənin 152.5-ci maddəsi mülkiyyətçinin qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərlə, habelə qonşuların və ya üçüncü şəxslərin hüquqlarınının pozulmaması, yaxud hüquqdan sui-istifadə olmaması nəzərə alınmaqla öz əşyasına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu tanımışdır. Ikincisi, mülkiyyət hüququ zəruri olduqda, qanunda nəzərdə tutulan əsaslarla, qanuni məqsədlərlə (o cümlədən başqa şəxslərin hüquq və mənafelərinin qorunması üçün) mütənasib şəkildə məhdudlaşdırıla bilər. Bu imkan Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V və VI hissələrində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.4, 3.5-ci maddələrində, habelə Avropa Insan Hüquqları Konvensiyası və Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir. Sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hüquqlarının balanslı qorunması baxımından tərəflər arasında torpaqdan istifadəyə dair münasibətlərin (kompensasiya, servitut və ya digər qaydalarla) müəyyən olunması zəruridir. Əks halda, cavabdeh daha əvvəl qanuni əsasla əldə etdiyi torpaq sahəsində müvafiq icazə ilə tikdiyi tikintinin sökülməsi, cavabdehin (və digər şəxsin) qanuni müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, kollegiya tərəfindən iddiaçıya cavabdehə məxsus bələdiyyə qərarının mübahisələndirməsi, cavabdehə isə iddiaçıya məxsus çıxarışın mübahisələndirmələri ilə bağlı vaxt verilməsi üçün təklif edilmiş lakin, iş üzrə heç bir tərəf qarşı tərəfin sənədlərini mübahisələndirmək istəməmişdir. Belə olan halda kollegiya iş materiallarında olan sənədlərə əsasən işə baxmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar