Məhkəmə qərarları › İş №2-2(3-10)-33/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-10)-33/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə İş № 2-2(3-10)-33/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müqavilə münasibətlərindən əmələ gələn öhdəliklər) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları ##.##.2022-ci il tarixli aktdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan müqavilə əsasında tikintisi başa çatdırılmalı olan tikililərin tikintisinin davam etdirilməsi Cavabdeh MMC-dən asılı olan səbəblərə görə davam etdirilə bilmir. Bu səbəbdən həmin aktla tərəflər tikintinin dayandırılmasını və “xxxx” Mənzil Tikinti Kooperativinin həmin tikintiyə qoyduğu vəsaitin dəqiləşdirilməsinin aparılması barədə tərəflər razılığa gəlirlər. Həmin akt qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürlə təsdiq edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan ##.##.2023-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında razılığa gəldilər. Həmin razılaşmaya əsasən müqaviləyə uyğun 2-ci tərəfdən (“xxxx” Mənzil Tikinti Kooperativi) ümumilikdə qoyulan vəsaiti 491975 manat 3 ay müddətinə 1-ci tərəf (Cavabdeh MMC) 2-ci tərəfə geri qaytarır və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda 1-ci tərəf 2-ci tərəfə hər kv.m üçün 400 manat olmaqla hal-hazırda mövcud 1-ci tərəfin mülkiyyətində olan 15.200 kv.m sahəsindən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış (mağaza) sahələrini 2-ci tərəfə sənədləşdirib təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf aktla 1-ci tərəfdən qəbul etdiyi tikintiyə aid olan bütün sənədləri 1-ci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşma qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmişdir. ##.##.2023-cü il tarixli arayışdan görünür ki, ##.##.2022-ci il tarixli Cavabdeh MMC-nin direktoru X4 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bağlanmış Birgə fəaliyyətə dair müqaviləyə əsasən tikintisi ünvan 1 ünvanda inşa edilən Cavabdeh MMC-nə ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək şərikli birgə fəaliyyət göstərilməsi üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ümumilikdə 459975 manat vəsait yatırılmışdır. Həmin arayışda qeyd olunan vəsaitin qoyulma tarixləri və məbləğləri qeyd olunmuşdur. Həmçinin arayışda Cavabdeh MMC tərəfindən göstərilən ünvanda tikintiyə çəkilmiş xərclərin içində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən yatırılmış 459975 manat vəsaitin olmasının inkar edilmədiyi qeyd olunmuşdur. Arayış Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmaqla möhürü ilə təsdiq edilmişdir. ##.##.2023-cü il tarilxi aktdan görünür ki, Cavabdeh MMC-nin rəhbəri vəzifəsində olan X8, həmin vəzifədən azad edilməsi səbəbindən şirkətə məxsus möhür və sənədləri X4 təhvil verilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativinin nizamnaməsindən görünür ki, X10, X11, Qanuni nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və X6 “xxxx” Mənzil Tikinti Kooperativinin üzvləridir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(004)- ***/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia qaldırmış, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında məhkəməyə təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, “Bank VTB”-nin ##.##.2026-cı il tarixli, “xxxx” ASC-nin ##.##.2025-cı il tarixli, “xxxx” QSC BOKT-nın ##.##.2026-cı il tarixli, “xxxx” ASCnin ##.##.2025-ci il tarixli, “xxxx” ASC-nin ##.##.2025-cı il tarixli məlumatlarda Cavabdeh MMCnin qeyd olunan banklarda hesabının olmadığı qeyd olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında məhkəməyə “xxxx” QSC tərəfindən daxil olmuş məlumatda bankda Cavabdeh MMC-nin adına 2 bank hesabının olması qeyd olunmuş və bununla bağlı hesabdan çıxarış məlumatı təqdim edilmişdir. “Yapı Kredi Azərbaycan” tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məlumatda Cavabdeh MMC-nin adına bankda ##.##.2009-cu il tarixində AZN, ABŞ, Avro hesablarının açıldığı və 2018ci ildə həmin hesabların bağlandığı qeyd olunmuşdur. Bank “BTB” tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabından çıxarış məlumatları daxil olmuşdur. Qeyd olunan bank hesabından çıxarış məlumatlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul köçürülməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 459975 manat pulun tutularaq “xxxx” MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-nin “xxxx” MTK-nə olan borcu əslində 459975 manat deyil 491975 manatdır. Belə ki, ##.##.2023-cü il tarixli arayışdan əvvəlki tarixdə yəni ##.##.2023-cü il tarixdə Cavabdeh MMC və “xxxx” MTK-nın səlahiyyətli şəxsləri tərəfindən razılaşma müqaviləsi bağlanmış və ##.##.2023-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, 491975 manat pulu Cavabdeh MMC “xxxx” MTK-nə 3 ay ərzində hissə-hissə geri qaytarmağı və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda İ tərəf (xxxx MMC) II tərəfə (xxxx MTK-nə) hər kv.metr üçün 400 manat olmaqla hal-hazırda mövcud İ tərəfin mülkiyyətində olan 15.200 kv.metr sahədən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış sahələrini II tərəfə sənədləşdirib (notarial təsdiqlə) verməyi öz öhdəsinə götürüb. Bu günədək “xxxx” MMC tərəfindən “xxxx” MTK-nə hər hansı məbləğdə geri ödəniş edilməmişdir. Hər dəfə Cavabdeh MMC-dən geri ödəniş edilməsi tələb edilməsinə baxmayaraq yaxın vaxtda ödəniş edəcəkləri barədə yalnız vədlər verilmişdir. Hal-hazırda isə həmin sənədləri kommersiya işinə əlavə edildiyi üçün iddia tələbinin həcminin artırılması zərurəti yaranıb. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh Cavabdeh MMC-dən 491975 manat pulun tutularaq “xxxx” MTK-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə “xxxx” MTK arasında bağlanmış müvafiq müqaviləyə əsasən, “xxxx” MTK tərəfindən Cavabdeh MMC-nin bank hesabına pul vəsaitləri köçürülmüşdür. ##.##.2023-cü il tarixli son razılaşmaya əsasən, Cavabdeh MMC-nin “xxxx” MTK-nə 459975 manat borcunun olması etiraf olunaraq qəbul edilmişdir. Hal-hazırda “xxxx” MTK-nın maddi vəziyyətinin çətinləşməsi səbəbi ilə Cavabdeh MMC-nə köçürülmüş pul vəsaitinin geri qaytarılması zərurəti yaranmışdır. “xxxx” MTK tərəfindən Cavabdeh MMCnə ödənilmiş 459975 manat pul vəsaitinin geri qaytarılması ilə bağlı pretenziya göndərilməsinə baxmayaraq,cavabdeh tərəfindən borclu olduğu pul vəsaiti geri ödənilməmişdir. Ona görədə, məhkəməyə müraciət etmək zərurəti yaranıb. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, “xxxx” MTK ilə “xxxx” MMC arasında bağlanmış müvafiq müqaviləyə əsasən, “xxxx” MTK tərəfindən Cavabdeh MMC-nin bank hesabına pul vəsaitləri köçürülmüşdür. ##.##.2023-cü il tarixli son razılaşmaya əsasən, Cavabdeh MMC-nin “xxxx” MTK-ya 459975 manat borcunun olması etiraf olunaraq qəbul edilmişdir. Hal-hazırda “xxxx” MTK maddi vəziyyətinin çətinləşməsi səbəbi ilə Cavabdeh MMCyə köçürülmüş pul vəsaitinin geri qaytarılması zərurəti yaranmışdır. “xxxx” MTK ilə Cavabdeh MMC arasında razılaşmalar olduğu doğrudur. Lakin bu razılaşmalar borc vermək, layihənin maliyələşdirilməsinə və ya başqa formada pul qoyulması deyil, tikinti işlərinin aparılması ilə bağlı olmuş və mahiyyət etibarı ilə podrat münasibətləri olmuşdur. Bu da Cavabdeh MMC-nin əvvəlki təsisçinin mülkiyyətində olduğu və ən azından 5 il bundan əvvəlki müddətlərdə olmuşdur. Razılaşmalar bir-neçə dəfə olmuşdur. Iddia ərizəsindən müvafiq müqavilə qeyd edərək, müqavilənin tarixi göstərmədiyindən hansı müqavilədən söz getdiyi bəlli deyildir. Iddia ərizəsində ##.##.2023-cü il tarixli son razılaşma kimi qeyd edilən və həmin razılaşma ilə tərəflər arasında 459975 manat borcunun olması etiraf olunaraq qəbul edilməsinə gəlincə, bu tərəflər arasında razılaşma və ya borcun etirafı deyil, Cavabdeh MMC ilə ilə “xxxx” MTK arasında tərtib edilməmişdir. “xxxx” MMC-nin direktoru Tağıyev E.Q. tərəfindən tərtib və təsdiq edilmiş arayışdır. Həmin arayışda “xxxx” MTK-nin Cavabdehxxxx“xxxxS MMC-nin direktoru X1 arasında ##.##.2022-ci il tarixdə bağlanmış birgə fəaliyyətə dair müqavilə əsasında X2 tərəfindən 2021- 2023-cü illər ərzində ümumilikdə 459975 manat vəsaitin inşaat işlərinə yatırılması qeyd edilmişdir. Həmin vəsaitlər “xxxx” MTK tərəfindən görülmüş işlərə çəkilmiş xərclərə aid edildiyi göstərilmişdir. Lakin sonradan məlum olmuşdur ki, “xxxx” MTK tərəfindən tikinti sahəsində heç bir işlər görülməmişdir. Qeyd olunan məbləğin X2 tərəfindən ödənildiyi də təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, eyni məbləğlə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldırmış və bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi mövcuddur. Qanuni qüvvəsində olan həmin qətnamə ilə müəyyən edilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Cavabdeh MMC-yə hər hansı bir məbləğdə yatırım edilməmiş, “xxxx” MTK tərəfindən də tikinti sahəsində işlər aparılmamışdır. Iddiaçı tələbin əsası kimi tərəflər arasında bağlanmış müqavilə əsasdan pul qoyduğu və pulu cavabdehin hesabına ödədiyini qeyd edir. Lakin pul məbləğin ödənilməsinin təsdiqinə dair dəlilə istinad etmir. Çünki belə bir sərmayə qoyuluşu və pul ödənilməsi halı mövcud deyildir. Göründüyü kimi, hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Məhkəmənin iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və eyni zamanda təqdim edilmiş sənədlərdən də görünür ki, Cavabdeh MMC ilə “xxxx” MTK arasında müqavilələr bağlanılmış və bunun əsasında Cavabdeh MMC-nin hesabına 459975 manat pul köçürülmüşdür. Daha sonradan məlum olmuşdur ki, bu rəqəm 491975 manat məbləğində təşkil edir və nəticədə 491975 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Lakin cavabdeh tərəfindən borclu olduğu pul vəsaiti geri ödənilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yarandı. Cavabdeh MMC-dən 491975 maant məbləğində pulun tutularaq “xxxx” MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ysamal Rayon Məhkəməsinə verilmiş iddiada sübut kimi əlavə olunmuş bu arayışa istinad olunmuşdur. Bundan sonra akt və razılaşma müqaviləsi məhkəmənin elektron sisteminə yüklənmiş və həmin sənədləri araşdırmağa başlayıb. Ümumiyyətlə indiyədək bütün araşdırmalarda belə sənəd mövcud olmamışdır. Razılaşmanı və aktı imzalayan Mirbala Əiyevdir və o şirkətdə əvvəllər direktor vəzifəsində işləmişdir. Mirbala Əliyev 2023-cü ilin fevral ayında şirkətdən çıxarkən bütün sənədlərin hamısını təhvil vermişdir.Təhvil verilən həmin sənədlərin içində belə sənəd olmayıb. Şirkəti 11000000 manata onun əvvəlki sahibindən 2022-ci ildə satın alıblar. ## ### 2023-cü il tarixli arayışın yazılma səbəbi var. Ona görə ki, Premiumum adından Kamil bəyin oğlu Rza bəy gəlib deyir ki, əvvələr yəni əvvəlki təsisçiylə müqaviləsi olanda müəyyən işlər görüb və işlərin haqqı təxmini 40000 manat məbləğindədir. Əvvəlki sahiblə iddiaçının razılaşması olan 11000 öz hesabına azaldacaq və onlarla davam edəcək. Ona görə də Yasamal Rayon Məhkəməsi Rza üçün bunu hər hansı sübut kimi qəbul etməyib. Məhkəmə araşdırması zamanı bu müddət ərzində orada ümumiyyətlə hər hansı bir iş görülməyib. Bu aktda da qeyd edilib ki, sənədlər təqdim edilməyib, orada iş görə bilməyiblər. Ortada həm akt, həm də razılaşma var. Lakin pulun cavabdehin bank hesabına köçürülməsi barədə sübut yoxdur. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 491975 manat məbləğində borc pul və 781,48 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuş, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında ## ###### 2023-cü il tarixli müqavilə bağlamaqla razılığa gəlmişlər. Həmin razılaşmaya əsasən müqaviləyə uyğun 2-ci tərəfdən (“xxxx” Mənzil Tikinti Kooperativi) ümumilikdə qoyulan vəsaiti 491975 manat 3 ay müddətinə 1-ci tərəf (Cavabdeh MMC) 2- ci tərəfə geri qaytarır və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda 1-ci tərəf 2-ci tərəfə hər kv.m üçün 400 manat olmaqla hal-hazırda mövcud 1-ci tərəfin mülkiyyətində olan 15.200 kv.m sahəsindən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış (mağaza) sahələrini 2-ci tərəfə sənədləşdirib təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf aktla 1-ci tərəfdən qəbul etdiyi tikintiyə aid olan bütün sənədləri 1-ci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşma qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslandığı əqdin, yəni tərəflər arasında bağlanmış ## ###### 2023-cü il tarixli Razılaşmanın etibarsız olmasına dəlalət edən sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada lazımınca icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh öz etirazında “xxxx” MTK tərəfindən podrat müqaviləsi üzrə hər-hansı tikinti işlərinin görülmədiyini və iddiaçı tərəfindən cavabdehə ödəniş edilmədiyini bildirsə də, cavabdehin etirazı əsassızdır. Belə ki, tərəflər arasında podrat münasibətlərinin olması və tikinti işlərinin aparılması iş materiallarında olan razılaşma ilə öz təsdiqini tapmışdır. Cavabdeh bu halı təkzib edəcək sübutu öz etirazına əlavə etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi bildirir ki, tərəflər arasında bağlanmış Razılaşma müqaviləsi Cavabdeh MMC-nin əvvəlki direktoru Əliyev Mirbala tərəfindən imzalanmış, şirkətin indiki rəhbərliyinə aid deyildir. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin direktorunun dəyişməsi məhdud məsuliyyətli cəmiyyətin mövcud öhdəlikdən azad olunmasının əsası deyildir. Məhkəmə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə münasibətdə isə qeyd edir k, həmin qətnaməyə əsasən iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədə müəyyən edilir ki, iş üzrə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hazırki iş üzrə iddiaçı ilə eyni şəxs deyil, həmçinin işin halları da hazırki işlə eynilik təşkil etmir. Bu səbəbdən cavabdehin həmin qətnaməyə əsaslanaraq iddianı qəbul etməməsi əsassızdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 109.2, 109-2, 110-3, 739, 742 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 119.1, 217.3 və 217.4 -ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2022-ci il tarixli Akt və ##.##.2023-cü il tarixli razılaşma müqaviləsi əvvəllər heç rast gəlinməmiş, bundan əvvəlki mübahisələr zamanı təqdim edilməmiş, pul tələbi ilə bağlı verilmiş prenteziyalarda adı çəkilməmiş, iddia veriləndə əlavə edilməmişdir. Çünki həmin sənədin hər ikisi, iddiaya məhkəmədə baxılanda cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə daxil olandan sonrahazırlanmışdır. Iddia tələbinin təsdiqinə sübut üçün məqsədli şəkildə hazırlanmış və mənbəyi məlum qeydildir. Belə bir sənədinin əvvəllər mövcud olmadığının sübutu kimi həmin sənədlərə imza atmış keçmiş direktorun, işdən azad edilən zaman təhvil –təslim aktı məhkəməyə təqdim edilmişdir. Ona görə ki, işdən çıxan direktor tərəfindən təhvil verilmiş bütün sənədlər təhviltəslim aktında sıralama ilə qeyd olunmuşdur. Lakin sənədlərin sırasında hazırda məhkəməyə təqdim edilmiş ##.##.2022-ci il tarixli Akt və ##.##.2023-cü il tarixli razılaşma müqaviləsi yeralmamışdır. Məhkəmədə tərəflər arasında hər hansı bir işin görülməsi, xidmət göstərilməsi, mal mübadiləsi, borca pul vəsaitin verilməsi və s. kimi podrad, xidmət, alqı-satqı,borc və s. müqavilə münasibətləri üzrə borcun yarandığı müəyyən edilməmişdir. Daha sonra iddiaçı tərəf iddianın əsası kimi cavabdehə pul vəsaitini köçürməklə verildiyini qeyd edir. Lakin məhkəmədəiddia tələbində qeyd olunan məbləğin və ya onun hər hansı bir hissəsinin iddiaçı tərəfindən və ya onun adından üçüncü şəxs tərəfindən borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına mədaxil edildiyinə dair hal müəyyən etməmişdir. Göründüyü kimi məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halaları tam aydınlaşdırmamış, faktiki müəyyən edilmiş hallara nisbətdə maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Ona görə də qətnamə işdə müəyyən edilən dəlillərə və mübahisənin həllini tənzinləyən maddi hüquq normaların tələbləri baxımından əsasızdır, ləğv edilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki təsisçi şirkəti sonradan almışdır. Iddiaçı ilə müqaviləni (2021-ci ildə) əvvəli təsisçi (şirkət sahibi) bağamışdır. 2022-ci il tarixli Akt və ##.##.2023-cü il tarixli razılaşma müqaviləsi isə hazırki təsisçinin təyin etdiyi drektor tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin direktor hal-hazırda işdən çıxmışdır. O, işdən çıxan zaman qeyd edilən Aktı və Müqaviləni onlara təhvil verməmişdir, bu səbəbdən həmin müqaviləni qəbul etmirlər. Aktı və Müqaviləni imzalayan drektorla bağlı hər hansı orqana müraciət etməmişlər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən tikintiyə vəsait qoyulmuşdur. Cavabdeh şirkətin başqa şəxsə satılmasının heç bir əhəmiyyəti yoxdur. Bundan başqa, ##.##.2023-cü il tarixli razılaşma müqaviləsidə hazırki təsisçinin təyin etdiyi drektor tərəfindən təsdiq edilmişdir. Hal-hazırda puluda məhz ##.##.2023cü il tarixli razılaşma müqaviləsi üzrə tələb edirlər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Iddiaçı tərəf isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Investisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə müqavilə münasibətlərindən yaranmış öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədardır. Belə ki, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 459975 manat pulun tutularaq “xxxx” MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən 491975 manat pulun tutularaq “xxxx” MTK-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixdə, GK/** nömrəli “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında müqavilə Razılıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC başa çatmamış natamam inşa edilmiş binaların bütün hüquqlarını o cümlədən: binaların tikintisi, dövlət orqanlarından sənədlərin alınması, mənzillərin satışı və gələcəkdə idarə olunması üzrə bütün sənədləri “xxxx” MTK-ya verir. Bundan başqa, tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli Aktdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan müqavilə əsasında tikintisi başa çatdırılmalı olan tikililərin tikintisinin davam etdirilməsi Cavabdeh MMC-dən asılı olan səbəblərə görə davam etdirilə bilmir. Bu səbəbdən həmin aktla tərəflər tikintinin dayandırılmasını və “xxxx” Mənzil Tikinti Kooperativinin həmin tikintiyə qoyduğu vəsaitin dəqiləşdirilməsinin aparılması barədə tərəflər razılığa gəlirlər. Həmin akt qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürlə təsdiq edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan ##.##.2023-cü il tarixli razılaşma müqaviləsindən isə görünür ki, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında razılığa gəldilər. Həmin razılaşmaya əsasən müqaviləyə uyğun 2-ci tərəfdən (“xxxx” Mənzil Tikinti Kooperativi) ümumilikdə qoyulan vəsaiti 491975 manat 3 ay müddətinə 1-ci tərəf (Cavabdeh MMC) 2-ci tərəfə geri qaytarır və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda 1-ci tərəf 2-ci tərəfə hər kv.m üçün 400 manat olmaqla hal-hazırda mövcud 1-ci tərəfin mülkiyyətində olan 15.200 kv.m sahəsindən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış (mağaza) sahələrini 2-ci tərəfə sənədləşdirib təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf aktla 1-ci tərəfdən qəbul etdiyi tikintiyə aid olan bütün sənədləri 1-ci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşma qeyd olunan hüquqi şəxlərin rəhbərləri tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmişdir. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün əlavə olaraq qeyd edir ki, qanunvericiliyə əsasən podratla birgə digər müqavilələrin əlamətlərini ehtiva edən qarışıq tipli müqavilələr (podrat-xidmət-alqı-satqı, podrat-xidmət-icarə və s.) bağlanıla bilər. Belə növ müqavilələrin bağlanması Mülki Məcəllənin 390.4-cü maddəsi ilə müəyyən edilmiş və həmin maddədə təsbit edilmişdir ki, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Belə ki, hazırki işdən göründüyü kimi, tərəflərin Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından biznes fəaliyyəti ilə bağlı qanunvericilikdə qadağan olmayan müqavilə münasibətlərində olmaları mübahisə doğurmur. Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Kollegiya qeyd edir ki, ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsində razılaşmanın məhz tikilən binalarla bağlı olduğu bildirilsədə, müqavilədən iddiaçı “xxxx” MTK-nın da işlərin görülməsi üçün 491975 manat vəsait qoyduğu müəyyən edilmişdir. Belə ki, tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli aktdan görünür ki, cavabdeh Cavabdeh MMC ##.##.2021-ci il tarixdə bağlanmış müqavilə üzrə öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyindən iddiaçı “xxxx” MTK tikintini dayandırmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən tərəflərlər razılaşdırmışlar ki, bağlanılacaq müqavilə ilə iddiaçı “xxxx” MTK-nın tikintiyə qoyduğu vəsait və çəkdiyi xərclər dəqiqləşdiriləcəkdir. Yuxarıdada qeyd edildiyi kimi, ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsi ilə iddiaçı “xxxx” MTK-nında işlərin görülməsi üçün 491975 manat vəsait qoyduğu müəyyən edilmişdir. Kollegiya xüsusilə bir məqamıda qeyd etməyi vacib hesab edir ki, işlərin görülübgörülməməsindən asılı olmayaraq tərəflərin iradə ifadəsini əks etdirən müqavilədən görünür ki, iddiaçı “xxxx” MTK-nında işlərin görülməsi üçün 491975 manat vəsait qoymuşdur. Belə ki, hətta cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cavabdeh Cavabdeh MMC-nin təsçisi A.A.Ismayılovun Cavabdeh MMC-nin keçmiş təsisçisi Ə.F.Fətullayevə və keçmiş direktoru N.H.Ibrahimova ünvanlamış ##.##.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəf iddiaçı “xxxx” MTK tərəfindən tikintiyə vəsaitin yatırıldığını qəbul edir. Kollegiya hesab edir ki, cavabdeh Cavabdeh MMC ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsi ilə iddiaçı “xxxx” MTK tərəfindən 491975 manat vəsaitin qoyulduğunu qəbul etmişdir. Göründüyü kimi, həm ##.##.2022-ci il tarixli akt ilə, həmdə ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsi ilə cavabdeh Cavabdeh MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi müəyyən edilmişdir (bu halı tərəf aktı və müqaviləni imzalamaqla faktiki olaraq etiraf etmişdir). Yəni, iddiaçı “xxxx” MTK üzərinə düşən öhdəliyi cavabdehin təqsiri nəticəsində icra edə bilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, öhdəliyin icrasının həmin tərəfdən qaynaqlanan səbəblərə görə mümkün olmadığı hallarda o, bundan irəli gələn mənfi hüquqi nəticələr üçün tərəf qarşısında tam şəkildə məsul tutulur. Mülki qanunvericiliyimizə görə borclu, bir qayda olaraq onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Kollegiya daha sonra qeyd edir ki, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Öhdəliyin yerinə yetirilməsinin özünün cavabdeh olmadığı hallardan irəli gəldiyini sübut etmək vəzifəsi borclunun üzərinə düşür. Məhz borclu sübut etməlidir ki, öhdəliyin icrası obyektiv səbəbdən mümkün deyil. Hazırki işdən isə görünür ki, cavabdeh tərəf ümumiyyətlə məhkəmyə belə bir sübut təqdim etməmiş əksinə, ##.##.2022-ci il tarixli tarixli aktda cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyini qeyd etmişdir (etiraf etmişdir). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” MTK tikintiyə qoyduğu vəsaiti tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehin öhdəliyi yerinə yetirməməsi səbəbindən tikintini dayandırmaq məcburiyyətində qalmışdır (bu hal ##.##.2022-ci il tarixli aktda da öz əksini tapmışdır). Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh Cavabdeh MMC həmin müqavilə ilə üzərinə götürdüyü digər öhdəliyi (pulun 3 ay müddətində qarşı tərəfə ödənilməsi ilə bağlı) də yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Kollegiya əlavə olaraq bildirir ki, ola bilsinki tərəflər arasında əvvəllər başqa münasibətlərdə olmuşdur. Hazırki iş üzrə tələbdən isə görünüdüyü kimi, tərəf məhz qoyulmuş vəsaiti tələb edir. Bundan başqa, işdən iddiaçının cavabdehə hər hansı borc verməsidə görünmür. Tələb edilən pul məhz qoyulmuş vəsaitin geri qaytarılması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2023-cü il tarixli Razılaşma Müqavilə ilə Cavabdeh MMC faktiki olaraq iddiaçı “xxxx” MTK tərəfindən qoyulan vəsaitin 491975 manat olduğunu etiraf etmiş və həmin vəsaiti 3 ay müddətinə qaytarmaq öhdəliyi götürmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan, imzalarla və möhürlərlə təsdiq edilmiş müqavilədir. Kollegiya daha sonra qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin iddiaçı “xxxx” MTK-ya ödəməli pulun məbləği tərəflər arasında bağlanmış razılaşma müqaviləsinə əsasən 491975 manat olması və cavabdehin 3 ay müddətində həmin pulu ödəməyi öz üzərinə götürməsi görünür. Işdən və tərəflərin izahatlarından eyni zamanda görünür ki, həmin pul bugünədək ödənilməmişdir. Odur ki, iddiaçı tərəf hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin ##.##.2022-ci il tarixli Aktın və ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsinin mənbəyinin bilinməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq bildirir ki, Mülki Məcəllənin 324.1ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllə 324.4). Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllə 389.1). Əqdin arzu olunan hüquqi nəticəni yaratması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarsızlığı, əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: - əqdin subyektiv tərkibinə aid edilən şərt; - əqdin məzmununa aid edilən şərt; - əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; - əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Iş materiallarına əlavə edilmiş ##.##.2022-ci il tarixli aktdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan müqavilə əsasında tikintisi başa çatdırılmalı olan tikililərin tikintisinin davam etdirilməsi Cavabdeh MMC-dən asılı olan səbəblərə görə davam etdirilə bilmir. Bu səbəbdən həmin aktla tərəflər tikintinin dayandırılmasını və “xxxx” Mənzil Tikinti Kooperativinin həmin tikintiyə qoyduğu vəsaitin dəqiləşdirilməsinin aparılması barədə tərəflər razılığa gəlirlər. Həmçinin, “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsindən görünür ki, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında razılığa gəldilər. Həmin razılaşmaya əsasən müqaviləyə uyğun 2-ci tərəfdən (“xxxx” Mənzil Tikinti Kooperativi) ümumilikdə qoyulan vəsaiti 491975 manat 3 ay müddətinə 1-ci tərəf (Cavabdeh MMC) 2-ci tərəfə geri qaytarır və ya bu müddət ərzində həmin vəsait geri qaytarılmadığı halda 1-ci tərəf 2-ci tərəfə hər kv.m üçün 400 manat olmaqla hal-hazırda mövcud 1-ci tərəfin mülkiyyətində olan 15.200 kv.m sahəsindən 50/50 faiz nisbətində mənzillər və qeyri-yaşayış (mağaza) sahələrini 2-ci tərəfə sənədləşdirib təhvil verməyi öhdəsinə götürür. 2-ci tərəf aktla 1-ci tərəfdən qəbul etdiyi tikintiyə aid olan bütün sənədləri 1-ci tərəfə geri qaytarmağı öz öhdəsinə götürür. Məhkəmə kollegiyası həmin sənədlərlə bağlı eyni zamanda qeyd edir ki, həm akt həmdə razılaşma müqaviləsi hüquqi şəxlərin rəhbərləri (və drektor) tərəfindən imzalanmaqla, möhürləri ilə təsdiq edilmişdir. Bundan başqa, cavabdeh tərəf həmin sənədlərdə olan imzanı və möhürü heç vaxt mübahisələndirməmiş, sadəcə əvvəlki drektor tərəfindən edildiyini bildirmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddia tələbinin əsaslandığı həmin sənədlərin etibarsız olmasına dəlalət edən hər hansı sübut və ya dəlili məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhəkəm kollegiyası qeyd edir ki, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüququ nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf etirazda və apellyasiya şikayətində qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. Iş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, etibarsızlıq ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Kollegiya əlavə olaraq qeyd edir ki, həmin aktın tərtib olunaraq təsdiq edilməsində kiminsə təzyiq və təhdidlərə məruz qalması iş materiallarından müəyyən edilmir. Belə olan halda kollegiya hesab edir ki, həmin sənədlərin həqiqi olmaması və mənbəyinin bilinməməsi iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, şikayət həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin keçmiş direktorun işdən çıxan zaman Aktı və Razılaşma Müqaviləsini cavabdehə təqdim etməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, apellyator şikayətində keçmiş direktorun işdən çıxan zaman sənədlərin və möhürlərin təhvil təslimi ilə bağlı akt tərtib edildiyini, lakin həmin aktda hazırki iş üzrə müqavilənin və aktın onlara verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, aktı və müqaviləni imzalamış direktor hazırki cavabdeh olan hüquqi şəxsin özü tərəfindən MMC satın alındıqdan sonra təyin edilmişdir. Yəni, aktı və müqaviləni imzalayan direktor cavabdeh tərəfindən həmin vəzifəyə təyin edilmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyektidir. Onun işçi işə qəbul etmək, icra və nəzarət orqanları yaratmaq, hüquq münasibətlərinə rəsmi forma verən möhür və rekvizitlərə malik olmaq imkanları var. Reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək səlahiyyətinə malik olan şəxs olur. Bundan başqa, cavabdeh tərəf həmin direktorun qanunsuz hərəkətləri ilə bağlı hər hansı orqana müraciət etməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir (izahatında da hələlik müraciət edilmədiyini bildirmişdir). Həmçinin yuxarıda da qeyd edildiyi kimi, tərəf sənədlərdə olan imza və möhürü mübahisələndirməməkdədir. Kollegiya məhkəməyə təqdim edilmiş sənədlərin qeydiyyat kitabçası ilə bağlıda qeyd edir ki, həmin kitabça cavabdehin özü tərəfindən tərtib edilmişdir və bu səbəbdən sübut kimi qəbul edilə bilməz. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, keçmiş direktorun işdən çıxan zaman tərtib edilmiş təhvil-təslim aktın hər hansı bir sənədin qeyd edilməməsi üçüncü şəxsə münasibətdə hər hansı öhdəlik yaratmamaqla, həmin sənədlərin mövcudluğuna və ya onların etibarsızlığına dəlalət etməməkdədir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış Razılaşma Müqaviləsinin Cavabdeh MMC-nin əvvəlki direktoru Əliyev Mirbala tərəfindən imzalandığını və bu səbəbdən şirkətin indiki rəhbərliyinə aid olmaması fikrinədə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyə əsasən direktorunun dəyişməsi məhdud məsuliyyətli cəmiyyətin mövcud öhdəlikdən azad olunmasına əsası deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin hesabına hər hansı köçürmənin olmaması və maddi hüquq normasının pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, doğrudan da hüquqi şəxslər arasında olan bütün hesablaşmalar köçürmə qaydasında aparılmalıdır. Lakin, köçürmənin olmaması cavabdehin birmənalı olaraq iddiaçıya heç bir ödəməsinin olmaması mənasını verə bilməz. Belə ki, idda tələbi hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Iş materiallarına əlavə edilmiş iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsindən görünür ki, xxxx” MMC tərəfindən iddiaçı “xxxx” MTK-ya ödəməli olduğu pulun 491975 manat olduğu və cavabdeh tərəfindən həmin pulun 3 ay müddətində ödəniləcəyi bildirilmişdir. Eyni zamanda həmin razılaşmaya əsasən cavabdeh Cavabdeh MMC 3 ay müddətində 491975 manat pulu geri qaytarmasa digər hərəkətlərin edilməsi (əmlakın addan ada keçirilməsi və s.) qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı “xxxx” MTK tərəfindən 491975 manat qoyulmuş vəsaitin müqavilə bağlanılan tarixə geri qaytarılmadığı müəyyən edilir. Beləliklə iş materialları ilə, cavabdeh Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsinə görə iddiaçı “xxxx” MTK-ya 491975 manat pulu ödəməli olduğu öz təsdiqini tapmışdır. Belə olan halda kollegiya hesab edir ki, hər hansı köçürmənin edilib-edilməməsindən asılı olmayaraq, tərəflər arasında imza və möhürlə təsdiqlənmiş müqavilə olduğundan tələb edildiyi halda və müqavilə üzrə ödəmə öhdəliyini üzərinə götürdüyündən cavabdeh tərəfindən həmin pul ödənilməlidir. Kollegiya xüsusilə bir məqamı qeyd edir ki, cavabdeh Cavabdeh MMC-nin təsçisi A.A.Ismayılovun Cavabdeh MMC-nin keçmiş təsisçisi Ə.F.Fətullayevə və keçmiş direktoru N.H.Ibrahimova ünvanlamış ##.##.2023-cü il tarixli məktubundan da görünür ki, cavabdeh tərəf iddiaçı “xxxx” MTK tərəfindən tikintiyə vəsaitin yatırıldığını qəbul etmişdir. Həmin məktubda eyni zamanda qeyd edilmişdir ki, həmin məbləğ alğı-satqı zamanı qiymətləndirmədə nəzərə alınmamışdır. Ona görə də, qeyd edilən məbləğə dair üzləşmə aktının verilməsini və Cavabdeh MMC-nin bina tikililərinə görə aralarında razılaşdırılmış məbləğin azaldılmasını təklif etmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh Cavabdeh MMC şirkətin keçmiş təsisçi və drektoruna məktub ünvanlayaraq iddiaçı “xxxx” MTK tərəfindən tikintiyə vəsait qoyulduğunu qəbul (məbləğ tam olmasada) etmişdir. Kollegiya əlavə olaraq bildirir ki, cavabdeh Cavabdeh MMC şirkətinin indiki sahiblərinin keçmiş sahibləri ilə alğı-satqı zamanı hər hansı anlaşmazlıq (hansısa öhdəliyin nəzərə alınmaması ilə bağlı) varsa onlar öz aralarında və ya məhkəmə qaydasında mübahisələrini həll edə bilərlər. Lakin, həmin anlaşılmazlığın hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyası ##.##.2023-cü il tarixli arayışa münasibətdə isə qeyd edir ki, həmin arayış cavabdeh Cavabdeh MMC-nin direktoru E.Q.Tağıyev tərəfindən birtərəfli tərtib edilərək imzalanmışdır. Yəni, həmin arayışda hazırki iş üzrə iddiaçının heç bir iradə bəyanı olmamaqdadır. Bundan baqa, iddiaçı tərəf bildirmişdir ki, cavabdeh tərəf həmin arayışı çaşqınlıq yaratmaq üçün tərtib etmişdir. Həmçinin arayışdan görünür ki, təhvil verən yerində iddiaçının adı qeyd edilsədə həmin arayış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh arasında bağlanmış birgə fəaliyyətə dair müqaviləyə əsasən (##.##.2022 tarixli) tərtib edilmişdir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, məhkəmə ##.##.2023-cü il tarixli arayışı yuxarıda sadalanan səbəblərdən qəbul etməsədə, həmin arayışda belə “təhvil verən” qarafasına nəzər yetirdikdə iddiaçının cavabdehə 459975 manat vəsait yatırması qeyd edilmişdir. Yəni, həmin arayış məhkəmələr tərəfindən sübut kimi qəbul edilməsədə, cavabdeh tərəf həmin arayışda belə iddiaçı tərəfindən 459975 manat (iddia tələbindən azda olsa) vəsaitin yatırılmasını etiraf etmişdir. Vəsaitin isə iddiaçıya qaytarılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin hansı tarixdə bağlanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, ##.##.2023-cü il tarixdə iddiaçı “xxxx” MTK ilə cavabdeh Cavabdeh MMC arasında Razılaşma Müqaviləsi bağlanmış və hazırki iddianın əsasını təşkil edilməkdədir. Lakin, işdən eyni zamanda müəyyən edilir ki, tərəflər arasında əvvəllərdə müqavilə münasibətləri olmuşdur. Bundan başqa, cavabdeh tərəf özüdə apellyasiya şikayətində tərəflər arasında müqavilə münasibətlərinin olduğunu bildirmişdir. Kollegiya bir məqamıda qeyd edir ki, tərəflər arasında əvvəllər hansı formada müqavilənin olmasında asılı olmayaraq ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsi ilə, cavabdeh iddiaçıya 491975 manat pulu geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, tərəflər arasında ünvan 1ndən hündür mərtəbəli yaşayış binalarında tikintisi ilə bağlı münasibətlər olmuş, lakin iş materiallarından və tərtib edilmiş aktdan da göründüyü kimi, tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) hazırda tələb edilən pulun geri qaytarılması ilə bağlı razılığa gəlmişlər. ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında razılığa gəlmişlər. Kollegiya tərəflər arasında ##.##.2021-ci il tarixli müqavilənin olmasına münasibət bildirərək qeyd edir ki, tərəflər arasında ##.##.2021-ci il tarixli razılaşma müqaviləsinin bağlanması müəyyən edilir. Kollegiya bildirir ki, həmin müqavilə üzrə hansı işlərin görülüb-görülməməsi və ya ödənişin olub-olmaması hazırki mübahisənin predmeti deyildir. Lakin, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı hal-hazırda ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsində razılaşdırılmış məbləği tələb etməkdədir. Odur ki, iddiaçı tələbində haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında olan müqaviləyə əsasən cavabdehin iddiaçıya pul verməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində cavabdehin iddiaçıya pul verdiyini bildirsə də, ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəmə etməsi öz təsdiqini tapmır. Həmçinin, cavabdeh tərəfin özüdə həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən hər hansı tikinti işlərinin aparılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş üzrə tərəflər görülmüş işlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Lakin, ##.##.2022-ci il tarixli aktdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan müqavilə əsasında tikintisi başa çatdırılmalı olan tikililərin tikintisinin davam etdirilməsi Cavabdeh MMC-dən asılı olan səbəblərə görə davam etdirilə bilmir. Bu səbəbdən həmin aktla tərəflər tikintinin dayandırılmasını və “xxxx” Mənzil Tikinti Kooperativinin həmin tikintiyə qoyduğu vəsaitin dəqiqləşdirilməsinin aparılması barədə tərəflər razılığa gəlirlər. Bundan başqa, “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh Cavabdeh MMC arasında bağlanan ##.##.2023-cü il tarixli razılaşma müqaviləsindən görünür ki, tərəflər ünvan 1ndən tikintisi yarımçıq qalmış hündür mərtəbəli yaşayış binalarında tikinti dayandığı üçün (1-ci tərəf tikintiyə icazə sənədləri ala bilmədiyi üçün) öz aralarında razılığa gəldilər. Göründüyü kimi, həm ##.##.2022-ci il tarixli aktda həmdə ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsində tikintinin cavabdeh Cavabdeh MMC-dən asılı olan səbəblərə görə davam etdirilə (başa çatdırıla) bilinmədiyi qeyd edilmişdir. Ən əsası isə, ##.##.2023-cü il tarixli Razılaşma Müqaviləsində yuxarıda göstərilmiş hallar nəzərə alınmaqla cavabdeh Cavabdeh MMC-nin 491975 manat pulu iddiaçıya geri qaytarılmalı olduğu qeyd edilmişdir. Kollegiya xüsusilə bir məqamıda qeyd edir ki, hazırki tələbində iddiaçı hər hansı görülmüş işlərin deyil, məhz qoyulmuş vəsaiti geri tələb edir. Belə olan halda kollegiya şikayətin dəlillərini həmin hissədə də əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, həmin qətnaməyə əsasən iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edildiyi cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən müəyyən edilir ki, iş üzrə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hazırki iş üzrə iddiaçı ilə eyni şəxs deyil, həmçinin işin halları da hazırki işlə eynilik təşkil etmir. Eyni zamanda, həmin işə baxılan zaman müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi (hazırki iş üzrə iddiaçı) izahatında bildirmişdir ki, həmin iddia “xxxx” MTK ilə cavabdeh arasında olan münasibətlərdən fərqlidir və heç bir aidiyyəti yoxdur. Belə olan halda kollegiya hesab edir ki, həmin iş üzrə heç bir preyudisiallıq daşımamaqdadır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar