Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-37/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı (açar sözlər: Torpaq mübahisələri - torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması, cavabdehin torpaq sahəsindən çıxarılması və icarə haqqı) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə “torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin ləğv olunması, cavabdehin torpaq sahəsindən çıxarılması və icarə haqqı tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı İddiaçı ilə cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti arasında İddiaçı ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 25,17 ha torpaq sahəsini, plantasiya üsulu ilə tut bağı salmaq məqsədi ilə 40 il müddətinə “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verməyi, cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən qeyd olunan torpaq sahəsi üzrə illik icarə haqqı 3775500 manat müəyyən edilmişdir. 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
2. İddiaçı İddiaçı il cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə” müqaviləsinə ##.##.2012-ci il tarixli əlavə imzalanmışdır. Həmin əlavədə ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə” müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyə əsasən illik icarə haqqı 1258,5 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
3. İddiaçı İddiaçı il cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti arasında İddiaçı ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 40 ha torpaq sahəsini, plantasiya üsulu ilə tut bağı salmaq məqsədi ilə 40 il müddətinə “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verməyi, cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4cü bəndinə əsasən qeyd olunan torpaq sahəsi üzrə illik icarə haqqı 6000000 manat müəyyən edilmişdir. 2.8-ci bəndinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
4. İddiaçı İddiaçı ilə cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə” müqaviləsinə ##.##.2012-ci il tarixli əlavə imzalanmışdır. Həmin əlavədə ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə” müqaviləsinə dəyişiklik edilmiş və dəyişikliyə əsasən illik icarə haqqı 2000 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
5. İddiaçı ilə cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış icarə müqavilələri əsasında aparılmış qarşılıqlı hesablaşmalardan çıxarışda tərəflər arasında müqavilə bağlanan 2005-ci il tarixdən 2017-ci il tarixədək icarə haqqı üzrə hesablanan məbləğ və ödənişlər öz əksini tapmışdır. Həmin çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə ##.##.2015-ci il tarixdə 3258,50 manat icarə haqqı ödənilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli sərəncamdan görünür ki, “xxxx” ASC-nin tabeliyində olmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASCyə çevrilmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASCnin hüquqi ünvanı Şəki şəhəri, X1 küçəsi 1 müəyyən edilmişdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC vergi orqanı tərəfindən qeydiyyata alınmış və hüquqi ünvanı Şəki şəhəri, X1 küçəsi 1 müəyyən edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin səhmlərinin 100%nin Azərbaycan Respublikasına mənsub olması çıxarışda qeyd olunmuşdur.
8. İş materiallarında olan Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında ##.##.2000-ci il tarixli, Dövlət Yerqruluşu Layihə İnstitutunun, Rayon Torpaq şöbəsinin, İcra Hakimiyyətinin və bələdiyyənin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş protokoldan görünür ki, “Bələdiyyə ərazilərinin və torpaqları haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən torpaq islahatı zamanı müxtəlif kateqoriyalar üzrə, ümumilikdə cəmi 1677 hektar torpaq sahəsi İddiaçı təhvil verilmişdir. Həmin protokol Dövlət Yerqruluşu Layihə İnstitutunun, Rayon rorpaq şöbəsinin, İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.
9. İş materiallarında olan ##.##.2018-ci il tarixli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC-nin təsisçisinin qərarından görünür ki, nizamnamə kapitalı, hər birinin nominal dəyəri 10 manat olan 10 paydan ibarət, 100 manat müəyyən edilməklə, yeni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC yaradılmış və nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır.
10. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında verilən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Şəki Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə müqaviləsi” əsasında icarəyə verilən torpaq sahəsi naturada 20 ha olub yerləşmə vəziyyəti, döngə nöqtələri və kordinatları tərtib edilmiş yerqruluşu planında göstərilmişdir. İddia olunan 20 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Şəki Bələdiyyəsinin bildirdiyinə görə “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindədir. Sözü gedən ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə müqaviləsi” əsasında icarəyə verilən 40 ha torpaq sahəsi yerləşmə vəziyyəti döngə nöqtələri və koordinatları tərtib edilmiş yerqruluşu planında göstərilmişdir. Həmçinin qeyd olunan yerquruluşu planı və sxem həmin rəyə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan torpaq sahəsinin kordinatları öz əksini tapmışdır.
11. Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında verilən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Şəki Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi naturada 25,17 ha olub yerləşmə vəziyyəti, döngə nöqtələri və kordinatları tərtib edilmiş yerqruluşu planında göstərilmişdir.
12. İddia olunan 25,17 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Şəki Bələdiyyəsinin bildirdiyinə görə “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin istifadəsindədir. Həmçinin qeyd olunan yerquruluşu planı və sxem həmin rəyə əlavə edilmişdir. Həmin sxemdə qeyd olunan torpaq sahəsinin kordinatları öz əksini tapmışdır.
13. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il **** nömrəli Fərmanı: 2. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətindən “xxxx” QSCyə ötürülmüş X10 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “xxxx” müəssisəsinin maşın və avadanlıqları “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə (balansına) verilsin.
14. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 2021-ci il tarixli, **** nömrəli Sərəncamına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı özəlləşdirilməyə açıq elan edilmişdir.
15. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin rəsmi internet səhifəsindən əldə olunan məlumatda qeyd olunmuşdur ki, “Hal-hazırda fəaliyyət göstərən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC 1931ci ildə təməli qoyulmuş fabrikin nəzdində fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli № **** saylı fərmanına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin ## ##### 2018-ci il tarixli fərmanı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC yaradılmışdır.”
16. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsindən əldə olunan məlumatda qeyd olunmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı İddiaçı cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsi ilə “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında ## #### 2005-ci il tarixli ** nömrəli və 40 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında ## #### 2005-ci il tarixli ** nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin, ## #### 2005-ci il tarixli 38 və ## #### 2005-ci il tarixli ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə ## #### 2012-ci il tarixli “əlavə”lərin ləğv edilməsi, “Şəki-İpək” ASC-nin ## #### 2005-ci il tarixli ** nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və ## #### 2005-ci il tarixli ** nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin Şəki bələdiyyəsinə qaytarılması, ödənilməmiş 22809,50 manat icarə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Bələdiyyəsinin ## #### 2005-ci il tarixli ** saylı iclasının ** saylı qərarında göstərilir ki, tut tingi bağlarının salınması məqsəd ilə “Şəki- İpək” ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən “Finski” evlərin yanından 25,17 ha torpaq sahəsi uzun müddətli (40 il) icarə qaydasında icarəyə verilməsi məqsdə müvafiq hesab edilsin və bu haqda bağlanılan müqavilə təsdiq edilsin. Tut tingi bağlarının salınması məqsəd ilə “Şəki-İpək” ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən “salıncaq” adlanan sahədən 40 ha torpaq sahəsi uzun müddətli (40 il) icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilsin və bu haqda bağlanılan müqavilə təsdiq edilsin. Həmin qərarlar əsasında Şəki bələdiyyəsi ilə “Şəki-İpək” ASC arasında 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 3.775.500 manat icarə haqqı ödənilməklə ## #### 2005-ci il tarixdə “torpaq sahəsinin icarəyə veirlməsi haqqında” ** nömrəli, ## #### 2005-ci il tarixdə 40 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 6.000.000 manat (1200 manat, hər hektar üçün 30 manat) icarə haqqı ödənilməklə “torpaq sahəsinin icarəyə veirlməsi haqqında” 39 nöməli müqavilələr bağlanmışdır. Həmin müqavilələr qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5.-ci maddəsində göstərilir ki, bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən qısamüddətli istifadə 15 ilədək müəyyən edilir. Torpaqların icarəyə verilməsi haqqında yuxarıda qeyd olunan müqaviləlırin bağlandığı vaxtdan isə 19 il keçmişdir. Şəki bələdiyyəsi ilə “Şəki-İpək” ASC arasında bağlanmış müqavilələr həmin vaxt dövlət qeydiyyatına alınma funksiyasını həyata keçirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamış və icarə hüquqları dövlət qeydiyyatını həyata keçirən daşınmaz əmlakın dövlət reyestri orqanlarında qedydiyyatdan keçməmişdir. Halbuki, Azəryacan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12- ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Yuxarıda qeyd olunduğu kimi sözügedən müqavilələrin 2.4-cü maddələrinə əsasən icarə haqqı bir ildə hər bir hektar üçün 30 AZN müəyyən edilmişdir. Şəki bələdiyyəsinin və “Şəki-İpək” ASC-nin nümayəndələrinin imzaları və müvafiq möhürlərlə təsdiq edilmiş ## #### 2012-ci il tarixli “Əlavə”lərlə ## #### 2005-ci il tarixli 38 və ## #### 2005-ci il tarixli ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrin 2.4.-cü maddələrində düzəlişlər edilərək bir illik icarə haqqı ** nömrəli müqavilə üzrə 1258 (bir min iki yüz əlli səkkiz) manat, ** nömrəli müqavilə üzrə 2000 (iki min) manat (hər hektar üçün 50 manat) müəyyən edilmişdir. Müəyyən edilən icarə haqqı üzrə axırıncı dəfə ## #### 2015-ci il tarixdə 3258 manat ödənilmişdir. Həmin müddətdən sonra ödənilməmiş icarə haqqı 22809.50 manat təşkil edir ki, ödənilməmiş icarə haqqı Şəki bələdiyyəsinin bank hesabına “Şəki-İpək” ASC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinıə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması bələdiyyələrin səlahiyyətlərinə daxildir.
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlardan görünür ki, iddiaçı cavabdeh tərəfindən bağlanmış icarə müqavilələri üzrə sonuncu dəfə ## #### 2015-ci ildə ödənişin edildiyini, qeyd olunan tarixdən bugünədək icarə müqaviləsi qüvvədə olmasına baxmayaraq hər-hansı ödənişlərin edilmədiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.8-ci bəndinə görünür ki, icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməmildir. Bu isə o deməkdir ki, hər rübün sonuncu ayının 25-nə qədər cavabdeh icarə haqqı borcunu ödəməmişdirsə, həmin tarixdən etibarən iddia müddətinin axımı başlamışdır. Çünki icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddia ərizəsində qeyd olunanlara əsasən iddiaçının müqavilə üzrə sonuncu ödənişi marta ayında olması nəzərə alınarsa, iddiaçının müqavilənin 2.8-ci bəndinə uyğun olaraq tələb etmə hüququ 2015-ci ilin iyun ayının 25-dən yarandığından, qanunvericiliyə uyğun iddia müddətinin axımı 2015-ci ilin ## #### tarixindən hesablanmalıdır. Hazırki iş üzrə isə iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda qeyd olunur ki, iddiaçı tərəfindən iki müqavilə əsasında 22809,50 manat icarə haqqı borcunun ödənilməsi tələb olunsada qeyd olunana borcun mövcudluğunu təsdiq edən hərhansı sənəd (müvafiq maliyyə sənədi və.s) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən iddia müddətini tədbiq etməklə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili İbrahimov Xəyal Rahim oğlu izahatında bildirmişdir ki, Şəki Bələdiyyəsinin ## #### 2005-ci il tarixli ** saylı iclasının ** saylı qərarında göstərilir ki, tut tingi bağlarının salınması məqsəd ilə “Şəki- İpək” ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən “Finski” evlərin yanından 25,17 ha torpaq sahəsi uzun müddətli 40 il icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilmiş və bu haqda bağlanılan müqavilə təsdiq edilmişdir. Tut tingi bağlarının salınması məqsəd ilə “Şəki-İpək” ASC-nə bələdiyyənin şəhərin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaq sahəsindən salıncaq adlanan sahədən 40 ha torpaq sahəsi uzun müddətli 40 il icarə qaydasında icarəyə verilməsi məqsədə müvafiq hesab edilərək və bu haqda bağlanılan müqavilə təsdiq edilmişdir. Həmin qərarlar əsasında Şəki bələdiyyəsi ilə “Şəki-İpək” ASC arasında 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 3.775.500 manat yəni 755,1 manat, hər hektar üçün 30 manat olmaqla icarə haqqı ödənilməklə ## #### 2005-ci il tarixdə “torpaq sahəsinin icarəyə veirlməsi haqqında” ** nömrəli, ## #### 2005-ci il tarixdə 40 hektar torpaq sahəsinin 40 il müddətinə hər il üçün 6.000.000 manat yəni 1200 manat, hər hektar üçün isə 30 manat icarə haqqı ödənilməklə “torpaq sahəsinin icarəyə verilməsi haqqında” 39 nöməli müqavilələr bağlanmışdır. Həmin müqavilələr qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Şəki Bələdiyyəsi ilə “Şəki-İpək” ASC arasında bağlanmış müqavilələr həmin vaxt dövlət qeydiyyatına alınma funksiyasını həyata keçirən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamış və icarə hüquqları dövlət qeydiyyatını həyata keçirən daşınmaz əmlakın dövlət reyestri orqanlarında qedydiyyatdan keçməmişdir. Şəki Bələdiyyəsi ilə Şəki-İpək Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin 40 il müddtəinə icarəyə verilməsi haqqında 26 ilyul 2005-ci il tarixli ** nömrəli və 40 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında ## #### 2005-ci il tarixli ** nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin, ## #### 2005-ci il tarixli 38 və ## #### 2005-ci il tarixli ** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə ## #### 2012-ci il tarixli əlavələrin ləğv edilməsi, Şəkiİpək ASC-nin 26 ilyul 2005-ci il tarixli ** nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və ## #### 2005-ci il tarixli ** nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılması, torpaq sahələrinin Şəki Bələdiyyəsinə qaytarılması, ödənilməmiş 22809,50 manat iyirmi iki min səkkiz yüz doqquz manat 50 qəpik icarə haqqının ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin nümayəndəsi nümayəndə4 izahatında bildirmişdir ki, həqiqətən “Şəki İpək” ASC ilə Şəki Bələdiyyəsi arasında icarə müqaviləsi bağlanmış və “Şəki İpək” ASC-nin həmin müqavilədən irəli gələn ödənilməmiş borcu vardır. Lakin əvvəllər Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən “Şəki İpək” ASC-nin 37550000 manat dəyərində olan əmlakı siyahıya alınmış və həmin əmlakların Ararkredit BOKT QSC-yə verilməsi qərara alınmışdır. Çünki müəssisə Ararkredit BOKT QSC-dən müəyyən məbləğdə kredit götürmüş və borcu var idi. Bundan sonra “Şəki İpək” ASC Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xxxxnın tərkibinə verilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin əməkdaşları müəssisənin ərazisinə gələrək, bütün əmlakı yenidən siyahıya alaraq, həmçinin bələdiyyədən icarəyə götürülən torpaq sahəsinə də baxış keçirərək, oradakı tut ağaclarını siyahıya aldılar. Həmin icarəyə verilən torpaq sahəsinin kimə məxsus olmasına dair məlumatı yoxdur, icarə müqaviləsi bağlayan zamanda bu barədə məlumatı olmamışdır. Mübahisə predmeti olan torpaq sahələrində salınmış tut tinglərinin həmin müəssisənin balansında olmaqla, pulla qiymətləndirilən əmlak kimi cəmiyyətin nizamnamə kapitalının bir hissəsini təşkil etdiyini, həmin torpaq sahəsinə böyük miqdarda investisiya qoyulduğunu və hazırda qeyd olunan tut tinglərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin barama istehsalının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu, eləcə də iddia predmeti olan torpaq sahəsinin hazırda faktiki olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin istifadəsində olduğunu bildirmişdir. Hazırda “Şəki İpək” ASCnin heç bir əmlakı və müəyyən məbləğdə vəsaiti yoxdur. Bu səbəbdən qeyd edilən icarə borcunun ödəmə qabiliyyəti də olmayacaqdır. İddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi nümayəndə1 izahat verərək bildirmişdi ki, məhkəmə tərəfindən reyestr idarəsinə sorğu göndərilmişdir ki, həmin əraziyə baxış keçirilsin və rəy verilsin. Əminliklə deyə bilər ki, həmin əraziyə baxış keçirilməmişdir. Reyestr idarəsinə sorğu göndərilmiş və bələdiyyənin nümayəndəsini çağırmışlar ki, onlara həmin ərazini göstərsinlər birlikdə baxış keçirsinlər. Lakin bələdiyyənin nümayəndəsi isə həmin ərazini tanımadığını bildirmişdir. Birinci və ikinci dəfə ekspertiza keçirilən zaman həmin əraziyə bələdiyyə getməmişdir. Çünki iddaçının özü o ərazini tanımır. İş materiallarında olan rəy düzgün rəy deyildir və düzgün tərtib edilməmişdir.
23. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında ## #### 2005-ci il tarixli ** nömrəli və 40 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında ## #### 2005-ci il tarixli ** nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələr və həmin müqavilələrə ## #### 2012-ci il tarixli “Əlavə”lər ləğv edilməsi, “Şəki- İpək”ASC ## #### 2005-ci il tarixli ** nömrəli müqavilə ilə icarəsinə verilmiş 25,17 hektar və ## #### 2005-ci il tarixli ** nömrəli icarə müqaviləsi ilə icarəsinə verilmiş 40 hektar torpaq sahələrindən çıxarılsın, həmin torpaq sahələri İddiaçı qaytarılması, cavabdeh “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətindən 9774 manat məbləğində icarə haqqına görə pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdeh “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
24. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında olan mübahisə aralarında bağlanan icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında icarəyə verilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və həmin ərazidə törədilən maneələrin cavabdeh tərəfindən aradan qaldırılması və icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı tələbindən irəli gələn mübahisədir.
25. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehin iddiaçıya yaranmış icarə haqqı borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qeyd olunan icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını 2015-ci ildən ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
26. Məhkəmə gəldiyi nəticəni “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 4, 11-ci, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 377.1,377.2, 377.3, 376, 385.1, 386.1, 442, 448.2, 700.1, 700.2, 700.3, 706.1, 706.2, 706.3, 719.7, 719.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
28. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə qərar qəbul edərkən işin hallarını və qanunvericiliyinin tələblərini nəzərə almamış, hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Belə ki, iş üzrə izahatı alınmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında mübahisə predmeti olan torpaq sahələrində salınmış tut tinglərinin həmin müəssisənin balansında olmaqla, pulla qiymətləndirilən əmlak kimi cəmiyyətin nizamnamə kapitalının bir hissəsini təşkil etdiyi, həmin torpaq sahəsinə böyük miqdarda investisiya qoyulduğunu və hazırda qeyd olunan tut tinglərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin barama istehsalının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu, eləcə də iddia predmeti olan torpaq sahəsinin hazırda faktiki olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin istifadəsində olduğunu bildirmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sərəncamına əsasən “xxxx” ASC-nin tabeliyində olmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə çevrilmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin hüquqi ünvanı Şəki şəhəri, X1 küçəsi 1 müəyyən edilmişdir. Bununla bağlı bildirirlər ki, iş materiallarında olan Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Şəki İpək” ASC-yə təqdim edilmiş məktubdan görünür ki, “Şəki İpək” ASC-nin ##.##.2022-ci il tarixli ərizəsi əsasında fəaliyyəti vergi orqanı tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixədək dayandırılmışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin mahiyyətinə görə icarəçi tərəfindən ona verilmiş torpaqdan istifadəyə görə icarəyəverənə icarə haqqı ödənilməlidir. Hazırkı halda cavabdehin fəaliyyəti 2022-ci ildən 2027-ci il tarixədək dayandırıldığından və 2022-ci ildən bugünədək cavabdeh tərəfindən torpaq sahəsindən istifadə olunmadığından, həmin dövrlər arasında cavabdehdən icarə haqqı borcunun tutulması cavabdehi iqtisadi cəhətdən son dərəcə əlverişsiz vəziyyətə salır. Bu səbəbdən Şəki Kommersiya Məhkəməsinin formal olaraq icarə müqaviləsinə əsaslanmaqla cavabdehdən istifadə etmədiyi torpaq sahəsinə görə, 3 il üçün icarə haqqı borcunun tutulması barədə qəbul edilmiş qərar qanunsuz sayılmalıdır. Göründüyü kimi, işin araşdırılmış hallarına əsasən iddiaçı Şəki Bələdiyyəsi tərəfindən faktiki olaraq torpaq sahəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən istifadə olunmasına razılıq verildiyi təsdiq olunur. Nəzərə almaq lazımdır ki, son dövrlərdə həmin torpaq sahələrində salınmış tut tingləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin vəsaiti hesabına həyata keçirilmişdir və iddiaçı tərəfindən qeyd olunan işlərin həyata keçirilməsinə hər hansı maneə yaradılmamış, bununla bağlı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə hər hansı xəbərdarlıq edilməmişdir. Hazırkı iş üzrə cavabdeh “Şəki İpək” ASC və üçüncü şəxs “Azər İpək” ASC hər ikisi dövlətə məxsus müəssisələr olduğundan, hazırkı müqavilənin bir tərəfinin dövlət olması nəzərə alınmaqla, iddiaya münasibətdə dövlətin maraqlarının mövcudluğu nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, hazırkı halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən həmin torpaq sahəsinə qoyulmuş investisiyaların qorunub saxlanması müəssisə, eləcə də dövlət üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Bu səbəbdən müqavilənin ləğvinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin fəaliyyətinə ciddi ziyan vuracağını nəzərə alaraq, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən hazırkı müqavilə ləğv oluna bilməz. Qanunvericiliyin tələblərinə əsasən icarə müqavilələrinin ləğvi hazırkı məqamda qanunla qadağan olunduğundan, iddia predmeti olan icarə müqaviləsində “icarəçi qismində “Şəki İpək” ASC-nin “Azər İpək” ASC ilə əvəz olunmaqla icarə münasibətləri davam etdirilməlidir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, məhkəmə işin hallarını və mövcud münasibətlərə tətbiq olunmalı olan mülki və digər qanunvericilik aktlarının tələblərini nəzərə almadan, əsassız qərarla iddianı təmin etmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
30. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, hazırkı vaxtda da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC mübahisəli ərazidən istifadə edir və əsas gəlir mənbələrindən biri kimi təqdim edirlər. Lakin həmin ərazi istifadə olunacaq vəziyyətdə deyildir. Əlavə olaraq göstərir ki, icarə müqaviləsi 2005-ci ildə bağlanmış və 21 il ərzində əkilmiş ağaclar baxımsız vəziyyətdə qalmışdır, kol-kos basmışdır. Bağa baxılmaması nəticəsində Qəbələ Regional İşıq İdarəsindən ağacların enerji xətlərinə mane olması və bu səbəbdən budaqların kəsilməsində köməklik göstərilməsinə dair müraciət daxil olmuşdur. Ağaclar hər il budanmalıdır, tut ağacının yarpaqlarının qırılma mövsümü vardır, yəni tut bağına baxılma qaydası vardır. Bağ elə bir baxımsız vəziyyətdədir ki, bələdiyyənin əməkdaşları bağa heç girə bilməmişlər. Bundan başqa, cavabdeh “Şəki İpək” ASC fəaliyyətini dayandırmış olsa da, hüquqi şəxs kimi mövcuddur. Cavabdeh ağacları əksə də, baxımlığını təmin etmədiyini üçün özü bağı məhv etmişdir. Hazırda həmin torpaq sahəsi onlara qaytarıldıqdan sonra oranın bərpası üçün kifayət qədər vəsait tələb olunur. Cavabdeh “Şəki İpək” ASC-nin iddiasına görə torpaq sahəsi alındığı təqdirdə onlara iqtisadi cəhətdən zərər vurulacaqdır. Lakin nəzərə alınmalıdır ki, cavabdeh təşkilat ərazidən heç istifadə etmir. Torpaq sahəsi təyinatı üzrə istifadə olunmur. Apellyasiya şikayətində göstərilmiş sayda ağacların sayına münasibətdə bildirir ki, bizdə olan məlumata görə bələdiyyənin icazəsi olmadan torpaq sahəsinin 20-25 hektarı subicarə qaydasında digər şəxsə verilmiş və orada taxıl əkilir. Torpaq sahəsi Şəki bələdiyyəsinin razılığı alınmadan subicarəyə verilməklə təyinatı üzrə istifadə olunmamışdır. Bundan başqa, cavabdehin fəaliyyət istiqamətlərində barama istehsalı nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 göstərdi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yaradılmışdır. Belə ki, “Şəki İpək” ASC-nin Beynəlxalq Bank qarşısında olan kredit borclarının əvəzi olaraq həmin hüquqi şəxsdən alınmış əmlak əsasında dövlət müəssisəsi kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC yaradılmışdır. Beləliklə, bələdiyyənin mülkiyyətində olan mübahisəli 40 ha və 25 ha torpaq sahələrində əkilmiş müvafiq olaraq 128000 və 80500 ədəd tut ağacları, eyni zamanda həmin torpaq sahələrində qazılmış 3 ədəd su artezianları da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin balansındadır. Maraqlı olan məqam odur ki, sadalanan əmlak dövlət mülkiyyətindədirsə, gələcəkdə onların taleyi necə həll olunacaqdır? Hazırda cavabdehin yüksək məbləğdə dövlətə borcu vardır, əmlakı və pul vəsaitləri əlindən alınmış, barəsində müvafiq sərəncamlar qəbul edilmişdir. Əlavə olaraq bildirir ki, həmin ağacların bitişi barədə hazırda məlumat verə bilmirəm. Bunu monitorinq keçirmək yolu ilə müəyyən etmək olar.“Şəki İpək” ASC-nin fəaliyyəti dayandırılmış, lakin o ləğv olunmayıb. Onun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə heç bir aidiyyəti yoxdur, yəni birləşmə və ya qoşulma həyata keçirilməmiş və heç bir hüquqi varislikdən söhbət gedə bilməz. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin təsisçisi Əmlak Məsələləri Dövlət Xidmətidir. Ağac və artezianların inventarizasiyasına münasibətdə bildirir ki, cari ilin sonunda balansda olan əmlakın inventarizasiyası həyata keçiriləcəkdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC 2025-ci ilin fevral ayında yaradılmış və bugünədək inventarizasiyası həyata keçirilməmişdir. Hazırda mübahisəli torpaq sahəsi faktiki olaraq onların sahibliyində deyildir və oradan istifadə etmirlər. Ağac və artezianlar balanslarına keçsə də, mübahisəli torpaq sahəsi onlara verilməmişdir. Torpaq sahəsinə münasibətdə onların heç bir iddiamız yoxdur. Gələcəkdə belə hal ola bilər ki, ağaclardan istifadə etmək imkanı təmin etmək üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC olaraq Şəki bələdiyyəsi ilə danışıqlar aparılar və yeni əqd bağlanılar. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
33. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
36. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
37. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
38. Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: (...). - 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; - 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; (...).
39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
44. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
45. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
46. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
48. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
49. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
50. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
51. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
52. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.
53. Maddə 719.7. Bu məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur.
54. Maddə 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
55. Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
56. Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir.
57. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər.
58. Maddə 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
59. Maddə 33. Bələdiyyə mülkiyyəti (...). - 3. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özgəninkiləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. (...).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
66. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
67. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
68. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
69. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
72. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
73. Müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti arasında Şəki bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında 25,17 ha torpaq sahəsinə dair ##.##.2005-ci il tarixli ** nömrəli və 40 ha torpaq sahəsinə dair ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq icarə müqavilə”ləri bağlanmışdır. Müqavilərin şərtlərinə əsasən iddiaçı İddiaçı mülkiyyətində olan müvafiq olaraq 25,17 ha və 40 ha torpaq sahələrini plantasiya üsulu ilə tut bağı salmaq məqsədi ilə 40 il müddətinə “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin icarəsinə verməyi, cavabdeh “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti isə öz növbəsində həmin torpaq sahələrindən təyinatı üzrə istifadə edib, müəyyən edilmiş icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında torpaq sahələrindən istifadə və icarə haqqları ilə əlaqədar mübahisə yaranmış, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Biribnci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti vermişdir.
74. Tərəflər arasında olan mübahisə aralarında bağlanan icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında icarəyə verilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması və həmin ərazidə törədilən maneələrin cavabdeh tərəfindən aradan qaldırılması və icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı tələbindən irəli gələn mübahisədir.
75. Birinci instansiya məhkəməsi iddia tələbinin “iddiaçı Şəki Bələdiyyəsi ilə “Şəki- İpək”Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25,17 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında ##.##.2005-ci il tarixli ** nömrəli və 40 hektar torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsi haqqında ##.##.2005-ci il tarixli ** nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrin və həmin müqavilələrə ##.##.2012-ci il tarixli “əlavə”nin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
76. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsinə əsasən bu məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər.
77. İşin hallarından da göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı cavabdeh tərəfindən 3 aydan uzun bir müddət olmaqla ödənilməmiş və bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirmir. Belə olduğu halda iddiaçı tərəfindən Mülki Məcəllənin yuxarıda qeyd olunan normasının tələbinə əsasən müqaviləni ləğv etmək hüququ yaranmış və nəticədə iddiaçı icarə müqaviləsinin və ona imzalanmış əlavənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.
78. Bundan başqa iddia tələbinin “Şəki-İpək” ASC-nin ##.##.2005-ci il tarixli ** nömrəli və ##.##.2005-ci il tarixli ** nömrəli müqavilələr əsasında icarəsinə verilmiş 40 ha və 25,17 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin Şəki bələdiyyəsinə qaytarılması hissəsində birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.
79. Belə ki, hazırkı tələbdə mübahisə predmenti olan 40 ha və 25,17 ha torpaq sahələri tərəflər arasında bağlanmış ##.##.2005-ci il tarixli ** nömrəli və ##.##.2005-ci il tarixli ** nömrəli müqavilələr ilə cavabdehin icarəsinə verilmiş torpaq sahələridir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edildiyindən, həmin müqavilə əsasında yaranmış hüquqlar da ləğv edilməlidir. Yəni icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində, cavabdeh icarə predmenti olan torpaq sahəsindən müqavilə şərtləri çərçivəsində istifadə etmək hüququ vardırsa, lakin müqavilənin ləğvindən sonra cavabdeh tərəfindən bu hüquq itirilmiş olur. Belə olduğu halda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun icazəsi olmadan istifadə etmək və iddiaçıya həmin torpaq sahəsindən istifadəyə hərhansı maneə yaratmaq hüququ yoxdur.
80. Kollegiya onu da qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5.-ci maddəsində göstərilir ki, bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən qısamüddətli istifadə 15 ilədək müəyyən edilir. Torpaqların icarəyə verilməsi haqqında yuxarıda qeyd olunan müqaviləlırin bağlandığı vaxtdan isə 19 il keçmişdir.
81. Yəni tərəflər arasında müqavilələr bağlanarkən torpaq qanunvericiliyinin icarə müqaviləsinin müddətinə dair tələbləri də pozulmuşdur.
82. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin fəaliyyəti 2022-ci ildən 2027-ci il tarixədək dayandırıldığından və 2022-ci ildən bugünədək cavabdeh tərəfindən torpaq sahəsindən istifadə olunmadığından, həmin dövrlər arasında cavabdehdən icarə haqqı borcunun tutulması cavabdehi iqtisadi cəhətdən son dərəcə əlverişsiz vəziyyətə salır. Bu səbəbdən məhkəmənin formal olaraq icarə müqaviləsinə əsaslanmaqla cavabdehdən istifadə etmədiyi torpaq sahəsinə görə, 3 il üçün icarə haqqı borcunun tutulması barədə qəbul edilmiş qərar qanunsuz sayılmalıdır.
83. Göründüyü kimi, iş üzrə cavabdeh “Şəki-İpək” ASC ləğv olunmamış, yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) edilməmiş, onun hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə (o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə) keçməmişdir.
84. Cavabdeh “Şəki-İpək” ASC 2022-ci ildən mübahisə predmeti olan torpaq sahələrindən istifadə etmədiyini etiraf edir.
85. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin nümayəndəsi də bildirir ki, mübahisəli torpaq sahəsi faktiki olaraq onların sahibliyində deyildir və oradan istifadə etmirlər. Ağac və artezianlar balanslarına keçsə də, mübahisəli torpaq sahəsi onlara verilməmişdir. Torpaq sahəsinə münasibətdə onların heç bir iddiası yoxdur.
86. Bundan başqa məhkəmə tələbin “ödənilməmiş 22809,50 manat icarə haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə iddia müddətinin keçməsi səbəbindən qismən təmin edilməlidir.
87. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya yaranmış icarə haqqı borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış qeyd olunan icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsi üzrə göstərilən torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqını 2015-ci ildən ödəməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
88. Məhkəmə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunverciliyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında mübahisə predmeti olan torpaq sahələrində salınmış tut tinglərinin həmin müəssisənin balansında olmaqla, pulla qiymətləndirilən əmlak kimi cəmiyyətin nizamnamə kapitalının bir hissəsini təşkil etdiyini, həmin torpaq sahəsinə böyük miqdarda investisiya qoyulduğunu və hazırda qeyd olunan tut tinglərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin barama istehsalının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu, eləcə də iddia predmeti olan torpaq sahəsinin hazırda faktiki olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin istifadəsində olduğunu bildirmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sərəncamına əsasən “xxxx” ASC-nin tabeliyində olmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə çevrilmiş və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASCnin hüquqi ünvanı Şəki şəhəri, X1 küçəsi 1 müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2Açıq Səhmdar Cəmiyyətinin iddia müddətinin tətbiqi barədə ərizəsi ürzə araşdırma aparmışdır.
89. Tərəflər arasında bağlamış ##.##.2005-ci il tarixli ** nömrəli və ##.##.2005-ci il tarixli ** nömrəli icarə müqavilələrinin 2.8-ci bəndində qeyd olunmuşdur ki, icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir. Qeyd olunan müqavilələrin məzmunundan görünür ki, həmin müqavilələrdən irəli gələn öhdəlik icra müddəti müəyyənləşdirilmiş öhdəlik hesab olunur. Çünki icra müddəti müqavilələrdə konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəasından da göründüyü kimi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırkı müqavilələr üzrə iddia müddətinin axımı 2015-ci ildən başlamış, lakin hər il üzrə yeni icarə haqqı ödənilməli olduğundan və müqavilədə icra müddəti konkret göstərildiyindən ilin sonuncu ayının 25-dən etibarən yeni iddia müddətinin axımı başlamışdır. Nəticədə 2015-ci ildən başlayan iddia müddətinin axımı müqavilə öhdəlikləri üzrə nəzərdə tutulmuş 3 illik müddət nəzərə alınmaqla, hər ilin sonuncu ayının 25-dən başlamış, son 3 ilin iddia müddəti isə ötürülməmiş hesab olunur.
90. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, icarə müqavilələri üzrə hər ilin sonunda yenidən iddia müddətinin axımı başladığından son 3 ili əhatə edən icarə haqqı ödənişlərinin tələb edilməsi üzrə iddia müddəti ötürülmədiyindən həmin dövrü əhatə edən cəmi 9774 (3 il x 3258) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia müddəti keçdiyindən rədd edilməlidir.
91. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
92. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
93. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
94. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
95. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
96. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
97. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
98. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov