Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-62/2026 09.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Qətnamə Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 MMC-yə və “X2” MMC-yə qarşı (açar sözlər: ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X7 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Iddiaçı – İddiaçı və onun nümayəndəsi və vəkili X12 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. Işin halları
1. Iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- ****/**** saylı hökmündən görünür ki, Ələsgərov Namiq Imran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.2.2, 179.2.3, 179.2.4-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1(bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 1(biri) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
2. Iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı hökmündən görünür ki, Ələsgərov Namiq Imran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmişdir.
3. Iş materiallarında olan “X2” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının ** nömrəli ##.##.2025-ci il tarixli protokolundan görünür ki, “X2” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağı baş tutmuş, yığıncaqda “X2” MMC-də 70 % paya sahib olan təsisçi cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirak etmiş, digər təsisçilər 20 % paya sahib olan İddiaçı və 10 % paya sahib olan X4 iştirak etməmişdir. İddiaçı iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Həmin iclasın gündəlik məsələsində Ələsgərov Namiq Imran oğlunun “X2” MMC-yə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi məsələsi müzakirə edilmişdir. Ələsgərov Namiq Imran oğlunun 70 % səs çoxluğu ilə “X2” MMCyə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Həmin protokol cavabdeh2 MMC-yə və “X2” MMC-yə məxsus möhürlə təsdiq edilmiş və iclas iştirakçıları tərəfindən imzalanmışdır.
4. Iş materiallarında olan “X2” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağında qəbul edilmiş “X2” MMC-nin təsisçilərinin TQ-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, Ələsgərov Namiq Imran oğlu cavabdeh1 MMC-yə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir.
5. Iş materiallarında olan cavabdeh2 MMC tərəfindən cavabdeh1 MMC-nin təsisçiləri 20 % paya sahib olan İddiaçı və 10 % paya sahib olan X4 göndərilmiş ##.##.2025-ci il tarixli bildirişlərdən görünür ki, qeyd olunan təsisçilərə ##.##.2025-ci il tarixdə cavabdeh1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyi bildirilmiş və iclasda iştirak etməkləri tələb edilmişdir. Əks halda həmin təsisçilərə nizamnaməyə uyğun iştirakları olmadan qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmçinin bildirişdə iclasın gündəlikdəki məsələsinin cavabdeh1 MMC-yə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi olduğu qeyd edilmişdir. Həmin bildiriş cavabdeh2 MMC-nin direktoru tərəfindən imzalanmaqla, möhürlə təsdiq edilmişdir.
6. Iş materiallarında olan “X2” MMC-nin təsisçiləri İddiaçı və X4 göndərilmiş bildirişin alınmasını təsdiq edən xəbərnamələrdən görünür ki, qeyd olunan şəxslər cavabdeh2 MMC tərəfindən göndərilmiş bildirişləri ##.##.2025-ci il tarixdə almış və xəbərnamələr onların şəxsi imzaları ilə təsdiq edilmişdir.
7. Iş materiallarında olan elektron poçt ünvanından çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixli “X2” MMC-nin təsisçilərinin qərarı və növbədənkənar yığıncağın protokolu İddiaçı məxsus elektron poçt ünvanına göndərilmişdir.
8. cavabdeh1 MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən cəmiyyətin təsisçisi İddiaçı 20 %, X4 10 %, cavabdeh2 MMC 70 % paya sahibdir. 4.1-ci bəndinə əsasən cəmiyyətin ali orqanı iştiraçkıların ümumi yığıncaqıdır. 4.2-ci bəndinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən direktorun təyin edilməsi və geri çağırılması cəmiyyətin iştiraçkıların ümumi yığıncağının müstəsna səlahiyyətidir. 4.4-cü bəndinə əsasən ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncağı səlahiyyətlidir. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Qeyd olunan nizamnamə müvafiq vergi orqanında qeydiyyata alınmaqla “X2” MMC-nin təsisçiləri İddiaçı, X4 və cavabdeh2 MMC tərəfindən təsdiq edilmişdir.
9. Iş materiallarında olan Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli çıxarışdan görünür ki, “X2” MMC-nin nizamnamə kapitalında təsisçilər İddiaçı 20 %, X4 10 %, cavabdeh2 MMC 70 % paya sahibdir. “X2” MMC-nin qanuni təmsilçisi Ələsgərov Namiq Imran oğludur.
10. Iş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatası “xxxx” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli EPeHcLJn** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, “X2” MMC-nin təsisçilərin cavabdeh2 MMC tərəfindən qəbul olunmuş, Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi barədə ##.##.2025-ci il tarixli, TQ**/**** nömrəli qərarı müəssisənin nizamnaməsinə və mülki qanunvericiliyin tələbinə uyğundur. “X2” MMC-nin təsisçilərin cavabdeh2 MMC tərəfindən qəbul olunmuş, Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi barədə ##.##.2025-ci il tarixli, TQ- **/**** nömrəli qərarın etibarsız hesab edilməsi üçün əsaslar aşkar edilmədi.
II. Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 MMC-yə və “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X2” MMC və onun təsisçisi cavabdeh2 MMC tərəfindən qəbul olunmuş, “X2” MMC təsisçilərinin ümumi yığıncağının Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi barədə ##.##.2025-ci il tarixli TQ-**/**** nömrəli qərarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi Ələsgərov Namiq Imran oğlunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilərək ona 7 il azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Bundan əlavə, həmin hökmlə Ələsgərov Namiq Imran oğluna 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası da müəyyən olunmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq, ona təyin olunmuş cəza şərti hesab edilmiş və 2 il sınaq müddəti müəyyən edilmişdir. Bu hökm Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən icrası məcburi olan məhkəmə aktıdır və bütün dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən icra edilməlidir. Əldə olunan iş materiallarından görünür ki, Ələsgərov Namiq Imran oğlu əvvəllər də müxtəlif vəzifələrdə çalışmış və etimaddan sui-istifadə etmişdir. Belə ki, ##.##.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış cavabdeh2 MMC-də ##.##.2019-cu ildən ##.##.2019-cu ilədək direktor, ##.##.2019-cu ildən ##.##.2019-cu ilədək isə direktor müavini vəzifəsində çalışmışdır. Həmin müddətdə cəmiyyətin təsisçisi, Yaponya Krallığı vətəndaşı Takuya Yamaşige tərəfindən verilmiş ##.##.2018-ci il tarixli etibarnamə əsasında təmsilçi kimi xidməti vəzifələrin icrası zamanı Ələsgərov Namiq Imran oğlu öz maraqları üçün qanunsuz üstünlüklər əldə etmişdir. O, cavabdeh2 MMC-nin tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olan Oğuz Agro MMC-də 70 faiz payını ələ keçirmək məqsədilə saxtakarlığa, etibardan sui-istifadəyə və aldatmaya yol vermişdir. O, cəmiyyətin 220340 (iki yüz iyirmi min üç yüz qırx) manat məbləğində vəsaitini müxtəlif bank hesabları üzərindən yönləndirməklə “X2” MMC-nin xxxx ASC-dəki hesabına köçürmüş, həmin vəsaiti Italiya və Belarusiyadan avadanlıq alınmasına və Oğuz rayonu, Sincan kəndində istehsalat üçün əlavə tikinti işlərinə sərf etdirmişdir. Lakin daha sonra həmin investisiya imkanından sui-istifadə edərək təsisçiləri aldatmış, saxta qərar tərtib etmişdir. Ələsgərov Namiq Imran oğlu ##.##.2019-cu il tarixli saxta qərar hazırlayaraq, cavabdeh2 MMC-nin təsisçiləri Koyama Taşiyuki və Hotto Hisaşinin adından bilə-bilə yalan məlumatlar daxil etmiş, səlahiyyətlərinə aid olmayan məsələdə saxta təsisçi qərarı hazırlamış, həmin qərarı imzası ilə təsdiqləmişdir. Bu yolla o, cavabdeh2 MMC-nin 70 faiz payını təmsil etdiyi “xxxx” MMC-yə keçirməkdə bilavasitə iştirak etmişdir. Bu hərəkətlər nəticəsində cavabdeh2 MMC-yə külli miqdarda zərər vurulmuş, 220340 manatlıq investisiya qoyuluşu üzrə əmlak hüquqları qanunsuzələ keçirilmişdir. Hazırda bir vaxtlar tapşırığı ilə cinayət törətmiş xxxx MMC digər təsisçilərin xəbərsiz yoxa çıxmasından istifadə edərək həmin payları Tanyo Muneçekanın adından əldə etsələr də, yenə də idarə edici xxxx MMC-dir. Bunu ## ###### 2025-ci il tarixdə e-*-*(***)***/**** saylı iş üzrə hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən iclasda Connect Azərbaycan MMC-nin nümayəndəsi və eyni zamanda direktoru olan Emin bəy şəxsən etiraf etmiş “yenə də bizik yəni TET” demişdir və bu barədə videoqeyd mövcuddur. Bütün bunlarla yanaşı, Ələsgərov Namiq Imran oğlu barəsində ##.##.2025-ci il tarixdə yeni cinayət işi başlanmışdır. Ərizənin qoşmasına əlavə edilmiş qərara əsasən qeyd olunur ki, Ələsgərov Namiq şirkətin fəaliyyəti ilə bağlı proseslərdə aldatma, dələduzluq, külli miqdarda vəsaitlərin mənimsənilməsi ilə şirkətə 300000 manatdan çox zərər vurmuşdur. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Ələsgərov Namiq Imran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına əvvəkli hökmlə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Ələsgərov Namiq Imran oğluna qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Ələsgərov Namiq Imran oğluna təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Bu da onun ictimai təhlükəli, etibarsız və saxtakarlığa meylli bir şəxs olduğunu bir daha sübut edir. MMC-nin digər təsisçisi cavabdeh2 MMC tərəfindən Ələsgərov Namiq Imran oğlunun rəhbər vəzifəyə gətirilməsi özü-özlüyündə absurddur və hüquqi baxımdan yolverilməzdir. Belə ki, barəsində məhkəmə hökmü ilə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxs etimad edilə biləcək, ədalətli qərarlar qəbul edəcək və şirkətin maliyyətəsərrüfat fəaliyyətinə şəffaf rəhbərlik edə biləcək kadr sayıla bilməz. Onun keçmiş fəaliyyəti açıq şəkildə göstərir ki, o, müxtəlif saxtakarlıq üsullarına əlatmış, etibar olunmuş vəsaitlərdən şəxsi mənafeləri üçün istifadə etmiş və hətta saxta sənədlər hazırlamaqla təsisçilərin hüquqlarını tapdalayaraq özünə qanunsuz üstünlüklər əldə etmişdir. Belə bir şəxsin rəhbər təyin olunması, faktiki olaraq, şirkətin idarəçiliyini risk altına atmaq, tərəfdaş və investorların maraqlarını təhlükəyə məruz qoymaq deməkdir. Həmçinin nəzərə çatdırmaq istəyir ki, məsələ ilə bağlı daha öncə ##.##.2025-ci il tarixində cavabdeh2 MMC-yə tərəfimdən rəsmi qaydada müraciət edilmiş, lakin heç bir cavab alınmamışdır. Etimadsız, saxtakarlıq təcrübəsinə malik, iqtisadi fəaliyyət sahəsində dəfələrlə dələduzluq cinayəti törətmiş, barəsində yeni cinayət işləri açılmış bir şəxsin strateji əhəmiyyət daşıyan müəssisəyə rəhbər kimi gətirilməsi yalnız hüquqi ziddiyyət deyil, həm də etik baxımdan qəbul edilməzdir. Belə bir şəxs şirkətə rəhbərlik etməklə həm mövcud investisiyaların taleyini sual altında qoyacaq, həm də gələcək inkişaf imkanlarını məhdudlaşdıracaqdır. Şirkətin sağlam fəaliyyəti üçün rəhbər şəxsin dürüst, etibarlı, məsuliyyətli olması əsas şərtdir, lakin Ələsgərov Namiq Imran oğlu bütün bu meyarlardan kənarda qalmışdır. Belə bir şəxsin MMC kimi böyük investisiya və strateji əhəmiyyətli layihələr həyata keçirən bir müəssisəyə direktor təyin edilməsi həm qanunsuzdur, həm də şirkətin gələcək fəaliyyəti üçün ciddi təhlükədir. Məhkəmə hökmü ilə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, həmçinin etibardan sui-istifadə və saxtakarlıqla bağlı çoxsaylı cinayət əməlləri törətmiş bir şəxs təsisçilərin, işçilərin, tərəfdaşların və ümumiyyətlə cəmiyyətin qanuni maraqlarına ziddir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edərən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsini məhkmədən xahiş etmişdir.
14. Cavabdehlərin nümayəndələri birinci instansiya məhkəməsinin iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməməişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmışdır.
15. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1, 45.2, 46, 47.1, 47.2, 47.3, 91.1, 91.1-1, 91.1-2, 91.1-3, 91.1-4, 91.1-5, 91.1-6, 91.1-7, 91.2, 91.3, 91.3.1, 91.3.2, 91.3.3, 91.3.4, 91.3.5, 91.3.6, 91.4, 91.5, 107-1.1, 107-1.2, 107-1.3, 107-1.4, 107-1.6, 107-1.7, 107-1.8, 107-1.8.1, 107-1.8.2, 107-1.8.3, 107-5.1, 107-5.2, 107-5.3, 107-5.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X12 Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ..qətnamə belə əsalandırılmışdır ki, cavabdeh1 MMC-nin təsisçilərinin TQ-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. cavabdeh1 MMC tərəfindən ümumi yığıncağının keçirilməsi Azərbaycan Respublikası Mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və cavabdeh1 MMC-nin təsisçiləri tərəfindən təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsinin tələblərinə uyğun olduğunu göstərmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmırlar. Belə ki, iclas protokollarına diqqət edilərsə aydın olunacaqdır ki, iddiaçı tərəf olaraq ilk başdan Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsinin qanunverciliyin normaları çərçivəsində həyata keçirildiyini bildirmişik. Qanunun tələbinə əsasən nizamnamə kapitalmdakı payçıların əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə cəmiyyətin ümumi yığıncaq səlahiyyətlidir. Işdən göründüyü kimi, cəmiyyətin 70 % paya sahib olan təsisçi "xxxx” MMC-nin nümayəndəsi X5 iştirak etmişdir. Həmin şəxs qanuna uyğun şəkildə ümumi yığıncaq keçirməklə istənilən şəxsi direktor təyin etməkdə səlahiyyətli olmuşdur. Lakin bu o demək deyil ki, səlahiyyətli şəxs digər təsisçilərinin hüquqlarını pozmaqla, şəxsiyyətcə cəmiyətin qarşısında mənfi xarakterizə olunan, cəmiyyətə qarşı cinayət əməli törətmiş şəxsi direktor təyin etsin. Məhz bu iş üzrə cavabdeh2 MMC-nin nümayəndəsi X3 şəxs digər təsisçilərinin hüquqlarını pozmaqla, şəxsiyyətcə cəmiyətin qarşısında mənfi xarakterizə olunan, cəmiyyətə qarşı cinayət əməli törətmiş şəxsi direktor təyin etmişdir. Yeni dirketor təyin edilmiş şəxsin şəxsiyyəti barədə və nə üçün cəmiyətin qarşısında mənfi xarakterizə olunan şəxs sayılmasının izahı barədə aşağıdakıları qeyd edirlər. Ələsgərov Namiq Imran oğlu cavabdeh2 Məhdud Məsulivvətli Cəmiyyətinin ##.##.2019cu ildən ##.##.2019-cu ilədək direktoru, ##.##.2019-cu ildən ##.##.2019-cu ilədək direktor müavini vəzifəsində işləmişdir. Həmin müddətdə, Cəmiyyətin təsisçisi Yaponiya Krallığı vətəndaşı Takuya Yamaşige tərəfindən verilmiş ##.##.2018- ci il tarixli etibarnamə əsasında cavabdeh2 MMC-nin tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olan cavabdeh1 MMCdə olan 70 faiz hissələrini ələ keçirmişdir. Belə ki, 2019-cu ilin iyun ayında Cəmiyyətin təsisçisi Koyama Taşiyuki və Cəmiyyətin direktoru vəzifəsində işləyən Hotto Hisaşiyə "X6" MMC-yə əlavə investisiya yatırılmayacağı təqdirdə 70 faiz hissələrinin dövlət tərəfindən müsadirə edilməklə əllərindən alınacaqlarını yalandan bildirərək, vəzifə saxtakarlığı törədərək qeyd edilən payları özünün təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasını həyata keçirmişdir. (Qeyd: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi cavabdeh2 MMC-nin hal-hazırkı, nümayəndəsi X3r). "X6" MMC-nin 70% payının vəzifə saxtakarlığı ilə "xxxx" MMC-yə satdığına görə Ələsgərov Namiq Imran oğluna cinayət işi başlanmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı hökmü ilə Ələsgərov Namiq Imran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməkdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilir ki, ##.##.2019-cu il tarixli cavabdeh2 MMC-nin pay alqı-satqısı müqaviləsi əsasında cavabdeh2 MMC cavabdeh1 MMC-nin nizamnamə kapitalında ona məxsus 700 manat, 70 pay, 70% pul şəklində payını 700 manata "xxxx" MMC-yə satdı, "xxxx" MMC cavabdeh1 MMC-nin nizamnamə kapitalında cavabdeh2 MMC yə məxsus 700 manat, 70 pay, 70% pul şəklində payını 700 manata aldı. Payın alqı-satqı müqaviləsini hər 2 tərəfi nümayəndə qismində təmsil edən (cavabdeh2 MMC-ni Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2018-ci il tarixdə verilmiş ***** reyestr nömrəli, "xxxx" MMC-ni isə Bakı şəhəri * saylı notariat ofisində ##.##.2019-cu il tarixdə verilmiş ***** reyestr nömrəli etibarnamə əsasında) Ələsgərov Namiq Imran oğlu imzalamışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə, iddiaçı İddiaçı ** saylı Notariat Ofisində təsdiqlənmiş ##.##.2019-cu il tarixdə 8I-3499 nömrəsi ilə reyestrdə qeydə alınmış cavabdeh2 MMC-nin cavabdeh1 MMC-dəki 70 faiz payının "xxxx" MMC-yə satılmasına etiraz etməməsi barədə ərizəsi, 'cavabdeh2 MMC və "xxxx" MMC arasında ## #### 2019-cu il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış cavabdeh2 MMC-nin pay alqı-satqı müqaviləsi, cavabdeh1 MMC-nin təsisçilərinin ## #### 2019-cu il tarixli qərarı və ## ###### 2020-ci il tarixli qərar etibarsız hesab edilmiş və həmin qərarlar əsasında kommersiya hüquqi şəxslərinin dövlət reyestrində aparılmış müvafiq qeydlər etibarsız hesab edilmiş, həmçinin "xxxx" MMC-nin cavabdeh1 MMC-nin təsisçisi olması barədə kommersiya hüquqi şəxslərinin dövlət reystrində aparılmış qeyd etibarsız hesab edilmiş və cavabdeh2 MMC-nin cavabdeh1 MMC-nin təsisçisi (70 faiz payın sahibi) olmasına dair kommersiya hüquqi şəxslərinin dövlət reyestrində mövcud olmuş qeyd bərpa edilmişdir. Bütün bu yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, Ələsgərov Namiq Imran oğlu ilə cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin hal-hazırda direktoru X3 əlbirdir. Ələsgərov Namiq Imran oğlu "X6" MMC-nin 70% payını kimə satırdı? - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, qanuni təmsilçisi ilk əvvəl Yaponiya Krallığı vətəndaşları olmuşdur. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçis X3 təyin edilmişdir. Onu bu vəzifələrə etibarnamə əsasında Ələsgərov Namiq Imran oğlu təyin etmişdir. Bütün bu qeyd etdiklərimizdən bir daha aydın olur ki, Ələsgərov Namiq Imran oğlu cavabdeh1 MMC-nin direktoru olmağa layiq bir şəxs deyildir. Digər təsisçilərin payı az olsa da cəmiyyətin sahibləri sayılırlar. Heç kim istəməz ki, sahibi olduğu şirkət iflasa uğrasın və ya şirkətində mənimsəmə faktları baş versin. Ələsgərov Namiq Imran oğlu ilk əvvəlki dövrlərdə işlədiyi müddətdə şirkətə qarşı cinayət əməli törətmiş törətmiş şəxsdir. Barəsində həmin faktı təsdiq edəcək qanuni qüvvəyə minmiş hökm mövcuddur. Bundan başqa hal-hazırda onun barəsində başqa cinayət əməlləri üzrə məhkəmə işi davam etdirilir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Ələsgərov Namiq Imran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrind nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM- in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1, 67.5 və 66.4-cü maddələrinə əsasən hazır ki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına əvvəkli hökmlə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə və əlavə cəzanı əsas cəzaya birləşdirməklə Ələsgərov Namiq Imran oğluna qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Ələsgərov Namiq Imran oğluna təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Göründüyü kimi, Ələsgərov Namiq Imran oğlu cəmiyyət qarşısında mənfi xarakterterizə olunan şəxsdir. Buna görə də onun yenidən direktor təyin edilməsi digər təsisçilərin hüquqlarının və maraqlarının kobud pozulmasına gətirib çıxarır. Iddiaçı tərəf olaraq ilk başdan Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsinin qanunverciliyin normaları çərçivəsində həyata keçirildiyini bildirmişlər. Qanunun tələbinə əsasən nizamnamə kapitalındakı payçıların əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə cəmiyyətin ümumi yığıncaq səlahiyyətli sayılır. Buna baxmayaraq birinci instansiya məhkəməsi bu məsələnin müəyyənləşdirmək üçün məhkəmə mühasibatlıq ekspertizasına müraciət etmiş və həmin şəxsin direktor təyin edilməsinin qanunvericiliyə, nizamnaməyə uyğun olub-olmamasını müəyyənləşdirməyə çalışmışdır. Nəticədə Azərbaycan Respublikası Auditorlar Palatası "xxxx" MMC tərəfindən ##.##.2026-cı il tarixli EPeHcLJn** nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydə elə biz dediklərimiz qeyd etmişdir. Lakin yüksək məbləğdə ekspert xərci hesablanmışdır. Buda yekunda tərəflərdən tutulmalı olan məbləğdir. Əgər bir sualın cavabı qanunda öz əksini tapırsa onda nə zərurət varki ekspertə müraciət edilsin və xərcidə tərəflərdən tutulsun. Məncə bu prosessual pozuntu kimi qiymətləndirilməldir. Qeyd olunanlara əsasən, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili X12 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnаməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər.
21. Işə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. Iş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə 142. Yerlərdə özünüidarənin təşkili İ. Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. II. Bələdiyyələr seçkilər əsasında yaradılır. III. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 45. Hüquqi şəxsin yaradılması - 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. - 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
28. Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti - Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.
29. Maddə 47. Hüquqi şəxsin nizamnaməsi - 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “Investisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. - 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. - 47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.
30. Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə - 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. - 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. Iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. - 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. - 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. - 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. - 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. - 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. - 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. - 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. - 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: - 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; - 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; - 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; - 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; - 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; - 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. - 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. - 91.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 220.4. ... Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
V. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməlidir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26cı maddəsi və 60-cı maddəsinin İ hissəsi).
45. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir.
46. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Müəyyən edilmişdir ki, “X2” MMC-nin təsisçiləri olan İddiaçı, X4 rəsmi qaydada məlumat verilməklə, digər təsisçi “xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə Cəmiyyətin növbədənkənar ümumi yığıncağı keçirilmişdir. X17 Imran oğlunun 70 % səs çoxluğu ilə “X2” MMC-yə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Daha sonra “X2” MMC-nin təsisçilərinin ##.##.2025-ci il tarixli, TQ-**/**** nömrəli qərarı qəbul edilmiş və Ələsgərov Namiq Imran oğlu “X2” MMC-yə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin növbədənkənar ümumi yığıncağında başqa məsələ müzakirə edilməmişdir. Hazırkı iddia tələbində iddiaçı, “X2” MMCnin təsisçilərindən olan İddiaçı, yuxarıda qeyd olunan TQ-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərarın etibarsız hesab edilməsini xahiş etmişdir. Işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Iş üzrə iddiaçının nümayəndəsi və vəkili qətnamədən narazı qalaraq apellyasiya vermişdir.
49. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X2" MMC-nin təsisçilərinin TQ-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. “X2" MMC tərəfindən ümumi yığıncağının keçirilməsi Azərbaycan Respublikası Mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və “X2" MMCnin təsisçiləri tərəfindən təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsinin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünüyü kimi MMC-nin yığıncağı çağırılmamışdan əvvəl bütün təsisçilərə rəsmi qaydada bildiriş göndərilmiş və həmin bildirişlər onlar tərəfindən qəbul edilmişdir. Cəmiyyətin yığıncağında keçirilən səvermə qanuni olmuş və həmçinin protokol tərtib edilmişdir. Protokolda İddiaçı özünün müraciəti əsasında iclasda iştirak edə bilməyəcəyi qeyd edilmişdir.
50. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz iddiasında Ələsgərov Namiq Imran oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini qeyd etmiş və bu da onun ictimai təhlükəli, etibarsız və saxtakarlığa meylli bir şəxs olduğunu bir daha sübut etdiyini, MMC-nin digər təsisçisi cavabdeh2 MMC tərəfindən Ələsgərov Namiq Imran oğlunun rəhbər vəzifəyə gətirilməsi özü-özlüyündə absurd və hüquqi baxımdan yolverilməz olduğunu və barəsində məhkəmə hökmü ilə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxs etimad edilə biləcək, ədalətli qərarlar qəbul edəcək və şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə şəffaf rəhbərlik edə biləcək kadr sayıla bilməyəcəyini qeyd etmiş, bu qeyd olunanlara əsasən də iddia tələbinin əsaslı oduğunu qeyd etmişdir.
51. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Ələsgərov Namiq Imran oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir. Göründüyü kimi “X2" dövlət və ya yerli özünüidarə (bələdiyyə) orqanı deyildir. Bundan başqa cavabdehə öz əməlinə görə cəza təyin edilmişdir. Onun eyni əməlinə görə məhkəmə tərəfindən barəsində yenidən başqa tədbir görülməsi qanunçuluq və humanizm prinsiplərinə ziddir. Nəticə etibarı ilə qeyd olunan hökmə əsasən Ələsgərov Namiq Imran oğlunun “X2" MMC-də rəhbər və maddi-məsul vəzifə tutmaq hüququnun məhdudlaşdırılması qanuni deyildir.
52. Beləliklə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 MMC-yə və “X2” MMC-yə qarşı “ümumi yığıncağın qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
53. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətini əsaslı saymır.
54. Kollegiiya ilk növbədə qeyd edir ki, Ələsgərov Namiq Imran oğlu məhkəmə hökmü ilə məhkum olunmuşdur ona görə ki, o, qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakına hüquqları külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir.
55. Belə ki, o, ##.##.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2019-cu ildən ##.##.2019-cu ilədək direktoru, ##.##.2019-cu ildən ##.##.2019-cu ilədək direktor müavini vəzifəsində işlədiyi müddətdə, həmçinin Cəmiyyətin təsisçisi Yaponiya Krallığı vətəndaşı Takuya Yamaşige tərəfindən verilmiş ##.##.2018-ci il tarixli etibarnamə əsasında cəmiyyətin təmsilçisi kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni cavabdeh2 MMC-nin tütün məmulatlarının istehsalı fəaliyyəti ilə məşğul olan “X2” MMC-də olan 70 faiz hissələrini ələ keçirmək, habelə qulluq mövqeyindən istifadə edərək saxta sənəd əsasında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakına olan hüquqları ələ keçirmək məqsədilə cavabdeh2 MMC tərəfindən ## #### 2018-ci il tarixdə “X2” MMC-yə məxsus 70 faiz payların alınmasını, tütünçülüyün inkişafı üçün cavabdeh2 MMC tərəfindən investisiya təyinatı ilə ##.##.2018-ci il tarixdə 16.780 manat, ##.##.2018-ci il tarixdə 33.560 manat, ##.##.2018-ci il tarixdə 100.000 manat və 70.000 manat olmaqla, ümumilikdə 220.340 (iki yüz iyirmi min üç yüz qırx) manat məbləğində pul vəsaitinin “X2” MMC-nin “xxxx” ASC-də olan hesablaşma hesabına köçürülməklə həmin vəsaitin Italiya və Belorusiya Respublikasından tütün istehsalı avadanlıqlarının alınmasına və Oğuz rayonu, Sincan kəndi ərazisində quraşdırılaraq əlavə tikinti işlərinin aparılmasına sərf edilməklə investisiya yatırıldığını bilməklə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə 2019-cu ilin iyun ayında Cəmiyyətin təsisçisi Koyama Taşiyuki və Cəmiyyətin direktoru vəzifəsində işləyən Hotto Hisaşiyə “X6” MMC-yə əlavə investisiya yatırılmayacağı təqdirdə 70 faiz hissələrinin dövlət tərəfindən müsadirə edilməklə əllərindən alınacaqlarını yalandan bildirərək törədəcəyi cinayət əməli üçün əlverişli zəmin yaradıb, həmin niyyətlə qeyd edilən payları özünün təmsilçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasını həyata keçirmək üçün Cəmiyyətin ## ###### 2018-ci il tarixli nizamnaməsinin 4.3-cü bəndinə əsasən, Cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğvi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu halda, payların satılmasına razılıq verilməsi ilə bağlı məzmununa görə hüquq verən rəsmi sənəd hesab olunan cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2019-cu il tarixli qərarını Cəmiyyətin ünvan 2 ünvanında yerləşən ofisində kompüterdə hazırlayıb Cəmiyyətin təsisçisi Koyama Taşiyuki və direktoru olan Hotto Hisaşinin adından tamah niyyətilə məzmununa cavabdeh2 MMC-nin “X6” MMC-də olan 70% payını və Nizamnamə kapitalında pul şəklində qoyulmuş 700 (yeddi yüz) manat məbləği “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasının qərara alınması və satışda cavabdeh2 MMC-ni etibarnamə ilə Ələsgərov Namiq Imran oğlunun, yəni özünün təmsil edəcəyinə dair bilə-bilə yalan məlumatları daxil edib, həmin qərarı imzası ilə təsdiq etməklə vəzifə saxtakarlığı törədib, həmin sənədi cinayətdən xəbərsiz olan “X2” MMC-nin digər təsisçiləri İddiaçı və X1 göstərməklə həmin şəxslərə cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan yapon vətəndaşlarının guya artıq müflis olduğunu, buna görə də, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı məbləğdə investisiya qoya bilməyəcəklərini, bu səbəbdən də paylarını digər Yapon investisiyalı hüquqi şəxs olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə satmaq istədiklərini yalandan bildirib inandıraraq özü barəsində formalaşdırdığı inam və etibardan istifadə edərək payların satılmasına onların razılıqlarını aldıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlərin bağlanmasına yol verilmədiyi halda cavabdeh2 MMC-ni ##.##.2018-ci il tarixli, “xxxx” MMC-ni isə ## #### 2019-cu il tarixli etibarnamələr əsasında hər iki tərəfin nümayəndəsi kimi təmsil edərək ## #### 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən ** saylı Notariat ofisində cavabdeh2 MMC-nin “X2” MMC-də olan 700 manat 70 faiz təşkil edən 70 faiz payını 700 manat ödəməklə həmin payların “xxxx” MMC-yə satışına nail olmaqla qulluq mövqeyindən istifadə edərək cavabdeh2 MMC-nin 220.340 (iki yüz iyirmi min üç yüz qırx) manat investisiya qoyuluşu üzrə əmlaka olan hüquqlarını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, həmin hərəkətləri ilə cavabdeh2 MMC-nin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması, rentabelli və qarşıya qoyulmuş məqsədlərinə uyğun normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
56. Həmin əməllərinə görə Ələsgərov Namiq Imran oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilmişdir.
57. Özü də Ələsgərov Namiq Imran oğlu barəsində həmin cinayət işi "X6" MMC-nin təsisçisi, hazırkı iş üzrə iddiaçı İddiaçı şikayəti əsasında başlamışdır.
58. Yəni qanuni qüvvəsini almış məhkəmə hökmü ilə Ələsgərov Namiq Imran oğlunun vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar “X6" MMC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurması sübuta yetirilmişdir.
59. Buna baxmayaraq öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək “X6" MMC-nin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş Ələsgərov Namiq Imran oğlunun yenidən həmin cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin olunması qanunsuz və əsassız olmaqla yolverilməzdir, həm də MMC-nin gələcək fəaliyyəti üçün ciddi təhlükə yaradan haldır.
60. Ələsgərov Namiq Imran oğlunun “X6" MMC-nin direktoru təyin edilməsi eyni zamanda, hal-hazırda MMC-nin təsisçilərindən biri kimi İddiaçı birbaşa hüquqlarına və qanunla qorunan maraqlarına ziddir.
61. Əvvəllər hüquqi şəxsə qarşı cinayət törətmiş və eyni zamanda hüquqi şəxsin təsisçilərinə qarşı da qanunsuzluğa yol vermiş şəxsin hüquqi şəxsin idarəetmə orqanında yenidən maddi məsul vəzifəyə təyin olunması doğru olmamışdır.
62. Kollegiya iddiaçının narahat və narazılıqlarını haqlı sayaraq qeyd edir ki, Namiq Ələsgərovun qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsində çalışdığı təqdirdə yenidən iddiaçının da təsisçisi olduğu “X6" MMC-nin qanuni mənafeyinə zidd hərəkət etməyəcəyinin heç bir təminatı yoxdur. Belə bir təminatı heç kim verə bilməz.
63. Kollegiyanın bu qənaətini Namiq Ələsgərovun məhkəmə hökmü ilə ona təyin edilmiş sınaq müddətində yenidən eyni xarakterli cinayət əməllərini törətməsi də təsdiq edir.
64. Belə ki, iş materiallarından görünür ki, Namiq Ələsgərov əvvəllər törətdiyi külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətlərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 179.2.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il şərti sınaq müddəti tətbiq edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə, 2 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzalarına məhkum edilməsinə baxmayaraq sınaq müddəti başa çatmadan təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə yenidən cinayət törətmiş və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Ələsgərov Namiq Imran oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.
65. cavabdeh1 MMC-nin Nizamnaməsinin 5.2-ci bəndinə əsasən icracı direktorun səlahiyyətlərinə öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə- təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək hüququ göstərilmişdir.
66. Göstərilənlərə əsasən, hüquqi şəxsə (cavabdeh1 MMC) qarşı cinayət törətmiş şəxsin həmin hüquqi şəxsin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin olunması barədə MMC -nin ümumi yığıncağın qərarı qanunsuz və əsassız olmuşdur.
67. Kollegiya əlavə olaraq qeyd edir ki, İddiaçı və 10 % paya sahib olan X4 göndərilmiş ##.##.2025-ci il tarixli bildirişdə ##.##.2025-ci il tarixdə cavabdeh1 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının keçiriləcəyi və gündəlikdəki məsələnin cavabdeh1 MMCyə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi olduğu qeyd edilsə də, həmin vəzifəyə məhz kimin namizədliyinin müzakirə ediləcəyi göstərilməmişdir ki, bu da kobud pozuntu sayılmalıdır. Belə ki, MMC-nin digər payçıları həmin hüquqi şəxsə qarşı cinayət törətmiş Namiq Ələsgərovun yenidən direktor təyin ediləcəyini bilsəydilər, onlar buna qarşı qəti şəkildə etiraz edərdilər. Kollegiya hesab edir ki, bu səbəbdən kimin direktor təyin ediləcəyi bildirişdə gizlədilmişdir.
68. Digər tərəfdən, iş materiallarında olan Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Idarəsi tərəfindən verilmiş ##.##.2024-ci il tarixli çıxarışdan görünür ki, “X2” MMC-nin nizamnamə kapitalında təsisçilər cavabdeh2 MMC 70 %, İddiaçı 20 %, X4 10 % paya sahibdir. “X2” MMC-nin qanuni təmsilçisi İddiaçıdır.
69. “X2” MMC-nin təsisçilərinin TQ-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə Ələsgərov Namiq Imran oğlu cavabdeh1 MMC-yə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilmişdir.
70. Buradan bu nəticə hasil olur ki, “X2” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağın keçirildiyi ##.##.2025-ci il tarixədək MMC-nin qanuni təmsilçisi İddiaçı olmuşdur və iş materiallarından onun həmin vəzifədən azad olunması görünmür.
71. Işin qeyd olunan halı bu anlama gəlir ki, “X2” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağında MMC-nin qanuni təmsilçisi öz vəzifəsindən azad edilmədən, onun yerinə başqa şəxs (əvvəllər cəmiyyətin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş) təyin edilmişdir.
72. Bütün bunlar “X2” MMC təsisçilərinin ümumi yığıncağının Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi barədə ##.##.2025-ci il tarixli TQ-**/**** nömrəli qərarının etibarsızlığına dəlalət edir.
73. Eyni zamanda, işin qeyd edilən halları mübahisə predmeti olan qərarı qəbul edən “X2” MMC-nin təsisçisi cavabdeh2 MMC-nin qərəzsizliyinə əsaslı şübhələr yaradır.
74. Kollegiya işdə olan Azərbaycan Respublikası Auditorlar Palatası “xxxx” MMC tərəfindən verilmiş “X2” MMC-nin təsisçilərin cavabdeh2 MMC tərəfindən qəbul olunmuş, Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi barədə ##.##.2025-ci il tarixli, TQ**/**** nömrəli qərarı müəsisənin nizamnamə və mülki qanunvericiliyin tələbinə uyğun olması barədə ##.##.2026-cı il tarixli EPeHcLJn** nömrəli ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, sözü gedən qərarın qanuni və əsaslılığına (etibarlı olub-olmamasına) qiymət verilməsi sırf məhkəmənin səlahiyyətinə aid olan məsələdir.
75. Kollegiya qəbul edir ki, 70 % paya sahib olan cavabdeh2 MMC “X2” MMC—nin təsisçilərinin növbədənkənar ümumi yığıncağını keçirə bilər. Lakin həmin yığıncaqda “X2” MMC-yə qarşı cinayət törətmiş Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi qəbul edilməzdir.
76. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
78. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
79. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
80. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun təsisçisi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul olunmuş, “X2” MMC təsisçilərinin ümumi yığıncağının Ələsgərov Namiq Imran oğlunun direktor vəzifəsinə təyin edilməsi barədə ##.##.2025-ci il tarixli, TQ-**/**** nömrəli qərarı etibarsız hesab edilsin. Iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov