Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-102/2026 30.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6904/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025 il tarixli, XM 16-25 saylı xidmət müqaviləsi üzrə cavabdehdən 32680 manat borcun və hüquqi yardıma görə ödənilən 325 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6904/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və Cavabdeh MMC arasında bağlanan xx.xx.2025-ci il tarixli XM 16-25 saylı xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən 32680 manat borc və hüquqi yardıma görə ödənilmiş 325 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən 188 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. 19 dekabr 2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti təqdim etmiş və apellyasiya şikayətinə həmin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6904/2025 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi buraxılmış müddətinin bərpa edilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət təqdim edərək, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6904/2025 saylı qərardadının ləğv edilməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki: -məhkəmə qətnaməsindən apellyasiya şikayəti tərəfindən vaxtında yazılıb hazırlansa da, mülki prosessual qanunvericilikdə mülki və kommersiya mübahisələri üzrə apellyasiya şikayətlərinin yalnız elektron qaydada verilməsi tələbi olduğundan Cavabdeh MMC-nin qanuni təmsilçisinin səhhətində yaranmış problemlərə görə müalicə aldığı üçün EMİS-ə daxil olmaq üçün "xxxx" Şirkətin qanuni təmsilçisi tərəfindən üzrlü səbəblərə görə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində elektron məhkəmə sisteminə giriş üçün təsdiq verilməsi faktiki olaraq mümkün olmamış, buna görə qeyd olunan üzrlü səbəblərə görə sözügedən məhkəmə qətnaməsindən vaxtında apellyasiya şikayətinin verilməsi mümkün olmamış və apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət təxminən 10 gün ötürülmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərinə əməl edilməmiş, müvafiq mübahisəyə dair qərardad qəbul edərkən ərizədə qeyd olunan üzrlü səbəbləri əsassız olaraq nəzərə alınmamış, bununla bağlı düzgün və ətraflı araşdırılmamış, qüvvədə olan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və qərardadda qeyd olunanlar düzgün və ədalətli qərar qəbul etmək üçün yetərli olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh MMC-nin apellyasiya şikayətinin prosessual müddətin ötürülməklə verilməsi “Elektron Məhkəmə Sistemi”nə aid olan faktiki və texniki səbəblərdən asılı olduğundan ərizədə qeyd olunanların sübutu kimi bağlı hər hansı sənəd təqdim etmək mümkün olmamışdır. Belə ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərdən ötürülməsi Cavabdeh MMC-nin ziyanına olduğunu nəzərə alsaq belə məntiqi nəticəyə gəlmək olar ki, prosessual müddətin qısa müddətli ötürülməsi Cavabdeh MMC-dən asılı olmayan, obyektiv və üzrlü səbəblərdən baş vermişdir ki, bu da həmin səbəblərin məhkəmə tərəfindən üzrlü hesab edilməsinə əsas verə bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2-2(113)-6904/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6904/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.8-ci maddəsinə görə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verildiyi halda Cavabdeh MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmış (1 aylıq prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il qeyri-iş günü olduğundan xx.xx.2025-ci il tarixdə başa çatmışdır). O da qeyd edilməlidir ki, müddətin bərpa edilməsinə əsas kimi ərizədə istiad edilən hallar apellyasiya şikayətinin vaxtında verilməsi üçün obyektiv maneələr yaradan hallar olmamaqla müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6904/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(3-6)-102/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-102/2026
30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver