Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-126/2026 06.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə “protokolun ləğv edilməsi və sairə” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 5329/2025 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə “protokolun ləğv edilməsi və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MTK-nın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi, Protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Şixəli oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, "xxxx" MTK və üzvləri X6, X4 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi,protokol əsasında MTK-ya vurulmuş ziyanın, eyni zamanda iddiaçıların payının naturada müəyyən edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Şixəli oğlu, X6 və X3 alınması, bu mümkün olmadıqda kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 05 may 2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi, protokol əsasında MTK-ya cavabdehlər tərəfindən vurulmuş ziyanın ödənilməsi, "xxxx" Mənzil Tikinti Kooperativində 19.8% payı olan' iddiaçı Ayhan Çalbaya ünvan 1 ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok Ä) 17124.9 kv.m ümumi sahəsindən (19.8%)'- 3390.73 kv.m; 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12558.2 okv.m ümumi sahəsindən (19.8%) 2486.52 kv.m, “LİDER F" Mənzil Tikinti Kooperativində 4.95% payı olan İddiaçı1 ünvan 2 ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok A) 17124.9 kv.m ümumi sahəsindən (4.95%) - 847.68 kv.m, 19 mərtəbəli, zirzəmili yaşayış binasının (Blok B) 12558.2 kv.m ümumi sahəsindən (4.95%) 621.63 kv.m sahənin ayrılaraq verilməsi,iddiaçılara ünvan 2 ünvanında tikilmiş və istismara verilmiş 20 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok A) və 19 mərtəbəli, zirzəmili yaşayış binasından (Blok B) payın naturada ayrılması mümkün olmadığı təqdirdə, verilməli olan sahənin iddia verilən tarixə bazar qiyməti hesablanaraq kompensasiyanın cavabdehlər "xxxx" MTK-dan, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Şixəli oğlu, X6 və X3 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8, e-2-2(113)- 5329/2025 saylı qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə “protokolun ləğv edilməsi və sairə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5329/2025 sayl, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnərək baxılması barədə qərardadın qəbul edilməsin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla qeyd olunmalıdır ki, iddia tələbinin birinci hissəsi konkret və dəqiqdir: Cavabdeh4 MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli 16 saylı Protokolunun ləğv edilməsi”. Bu tələbdə aydın olmayan hal aşkar olunmur. Tələbinin ikinci hissəsi – “Protokol əsasında MTK-ya vurulmuş ziyanın müəyyən edilərək cavabdehlərdən tutulması” – ilk baxışdan qeyri-dəqiq görsənsə də, iddiaçının istəyi xx.xx.2019-cu il tarixli 16 saylı Protokol əsasında vurulmuş zərərin tutulmasına yönəlib, həmin zərəri isə müvafiq tədqiqat (ekspertiza, audit) aparmadan müəyyən etmək mümkün deyildir ki, bu da məhkəmə araşdırmasının predmetinə aiddir. Həmçinin iddiaçılar bildirirlər ki, cavabdehlər MTK-nın fəaliyyəti ilə bağlı onlara heç bir sənəd təqdim etmirlər. Həqiqətən də bununla bağlı işdə məhkəmə aktları vardır. Lakin məhkəmə bu halları diqqətə almamışdır. Birinci növbədə bildirmək istəyir ki, Bakı Kommersiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2-2(113)-5329/2025 nömrəli 03 iyul 2025-ci il tarixli qərardadında göstərişlərinin ziddinə olaraq hazırki qərardadında sanki öz mövqeyini bir daha təsdiqləmək qərarına gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi qərardadında açıq şəkildə Bakı Kommersiya Məhkəməsinin prosessual pozuntularını qeyd etsə də, Bakı Kommersiya Məhkəməsi pozuntularını qəbul etmək istəmir və son nəticədə iddiaçıların məhkəmə müdafiə hüququnu pozmaqdadır. İş materiallarında olan sübutlar tam imkan verir ki, hazırki mübahisəyə baxılaraq ədalətli qərar qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-5329/2025 saylı, e-2-2(113)- 5329/2025 saylı xx.xx.2025-ci il tarixli və e-2-2(113)-5329/2025 sayl; xx.xx.2025-ci il tarixli qərardadları iddiaçıların məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüquqlarını pozmuşdur. Ən əsası da ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2-2(113)-5329/2025 nömrəli 03 iyul 2025-ci il tarixli qərardadında göstərişlərini nəzərə almamışdır. Bakı Kommersiya Məhkəməsi ilk dəfə xx.xx.2025-ci il tarixdə gəldiyi nəticəni sanki iddiaçıların prosessual hüquqlarını pozmaqla sübut etməyə çalışır. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə işə baxması üçün sübutlar təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5329/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.2-ci maddəsin görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 9.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddia ərizəsində iddiaçının tələbi konkret ifadə edilməmiş, iddia qiyməti müəyyən edilməmişdir. Belə ki, iddiaçılar MTK-ya vurulmuş ziyanın ödənilməsi barədə ümumi tələb irəli sürmüş, lakin tələb edilən ziyanın məbləğini göstərməmişlər. Eləcə də iddiaçılara vaxt verilməsinə baxmayaraq göstərilən nöqsan aradan qaldırmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlamaqda haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5329/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(3-6)-126/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-126/2026
06.02.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver