Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-134/2026 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, qanunun analogiya üzrə tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8407/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, NBA-9278-001 saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən, icraçı (iddiaçı) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtıvaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi (cavabdeh) isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin tam siyahısı bu müqavlənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmişdir. 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçiriləcək. 2.2-ci bəndinə əsasən, ödəniş həyata keçirildikdən sona icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər sifarişçiyə təqdim edilməlidir: 2.3.1. xidmətlərin göstərilməsi barədə akt; 2.3.2. elektron qaiməfaktura.
2. Texniki Xidmət müqaviləsi üçün 1 saylı X1 ilə tərəflər 1 vahidin qiyməti 60 manat olmaqla ƏDV daxil 70,8 manat dəyərində “kassa qeydiyyatı + token” növündə xidmətin göstərilməsini; 2 saylı X1 ilə 1 vahidin qiyməti 8 manat olmaqla ƏDV daxil 9,44 manat dəyərində “NKA göstərilən aylıq servis” növündə xidmətin göstərilməsi razılaşdırmış, X2 hər iki tərəfdən imzalanmış və iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı MMC tərəfindən Cavabdeh cəmi 192,37 manat dəyərində elektron qaimə göndərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı cavabdehdən 121,37 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-9278- 001saylı 29 iyul 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 192.37 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 71 manat hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdehin hazırki tarixədək İddiaçıya ümumilikdə 121.37 manat borcu qalmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3706/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi yerinə yetirilmiş xidmətlərə görə xidmət haqqının ödənilməsi ilə bağlıdır və iddiaçı bu tələbinin hüquqi əsası kimi Xidmət müqaviləsinə əsaslanır. Məhkəmə qeyd edib ki, tərəflər arasında Xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır və həmin müqavilədə iddiaçı tərəfindən göstəriləcək xidmətlərin nədən ibarət olması, xidmətin hansı qaydada və necə təhvil verilməsi, təhvil verilmiş xidmətlərə görə haqqın ödənilməsi qaydası və şərtləri konkret göstərilmişdir. Məhkəmə hesab edib ki, iddiaçının pul tələbinin əsaslı olması birbaşa həmin şərtlərə əvvəlcə iddiaçı tərəfindən necə əməl edilməsindən asılıdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NBA-9278-001 saylı xidmət müqaviləsinə əsasən iddiaçı razılaşdırılmış xidmətlər göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçirilməli, ödəniş həyata keçirildikdən sona icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə-fakturanı sifarişçiyə təqdim edilməlidir. Lakin iddiaçı yerinə yetirdiyi xidmətin cavabdehə təhvil verməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, yalnız elektron qaimə-fakturalara əsaslanmışdır. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edib ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində gösrərilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünür ki, elektron qaimə-faktura alqısatqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, busahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini fiziki olaraq təsdiq etmir. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edib ki, MM-nin 389.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa bir qayda olaraq onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlərlə bərabər tərəflər arasında yaranmış münasibətlərin xarakterindən asılı olaraq elə spesifik şərtlər da daxil edilə bilər ki, bu müqavilə tərəflərinin hüquq və öhdəliklərinin icrasına bir başa təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, Xidmət müqaviləsinin yerinə yetirilmiş işlərin təhvil verilməsini nəzərdə tutan 2.2-ci bəndinə əsasən icraçı göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə-fakturanı sifarişçiyə təqdim edilməlidir. Lakin işin faktiki hallarından görünür ki, xidmətlərin göstərildiyini təsdiq edəcək aktlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə hesab edib ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 425.1, 442, 462.1, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.
9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, o cümlədən 121.37 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Vergi Məcəlləsinin 71- 1.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Birinci instansiyaməhkəməsi iddiaçının təqdim etdiyi elektron qaimə-fakturaları sübut kimi qəbul etməmiş və bunu AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin məzmunu,eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarındaifadə olunmuş hüquqi mövqe ilə əsaslandırmışdır. Lakin məhkəmənin bu mövqeyi qeyd olunan aktların mahiyyətinə və hüquqi məzmununa uyğun olmayan, formal və birtərəfli şərhdir. Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində açıq şəkildə göstərilir ki, elektron qaimə-faktura malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məcburi sənəddir. Bu norma elektron qaiməfakturanın yalnız vergi uçotu üçün deyil, eyni zamanda tərəflər arasında baş vermiş təsərrüfat əməliyyatının mövcudluğunu təsdiqləyən rəsmi sənəd xarakteri daşıdığını göstərir. Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında da elektron vergi-hesab fakturalarının hüquqi əhəmiyyəti inkar edilməmiş, əksinə qeyd olunmuşdur ki, belə sənədlər özözlüyündə xidmətin göstərilməsini birbaşa təsdiq etməsə də, mütləq şəkildə digər sübutlarla əlaqəli formada qiymətləndirilməlidir. Həmin hüquqi mövqenin məqsədielektron qaimə-fakturaların sübut kimi tamamilə rədd edilməsi deyil, onların məhkəmə tərəfindən təcrid olunmuş deyil, kompleks sübut sistemi daxilində qiymətləndirilməsi zərurətini vurğulamaqdır. Birinci instansiya məhkəməsi isə elektron qaiməfakturaları iş üzrə digər sübutlarıəldə edərək əlaqəli şəkildə qiymətləndirməmiş, müqavilənin mövcudluğunu vətərəflər arasında davamlı hüquqimünasibətlərin olmasını nəzərəalmamış, cavabdeh tərəfindən elektron qaimə-fakturaların mübahisələndirilməməsi və ya ləğv etdirilməməsi faktına hüquqi qiymət verməmişdir. Bu halda elektron qaiməfakturalar təkbaşına deyil, müqavilə münasibətləri, tərəflər arasında mövcud olan işgüzar münasibətlər və cavabdehin passiv mövqeyi ilə birlikdə qiymətləndirilməli idi. Məhkəmənin bunu etməməsi Konstitusiya Məhkəməsiningöstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyin mahiyyətinin düzgün tətbiq edilməməsi deməkdir. Beləliklə, məhkəmənin elektron qaimə-fakturaları faktiki olaraq hüquqi əhəmiyyətsiz sübut kimi qəbul etməsi AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin məqsədinə, Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqimövqeyə, habelə sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi prinsipinə ziddir və bu səbəbdən qətnamə qanunsuz hesab edilməlidir. MM, maddə 404.1 və 404.2 MM-nin 404.1 və 404.2-ci bəndlərində qeyd olunur: Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradəifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafi q hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsinin şərtlərini təfsir edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin tələblərinəəməl etməmişdir. Məhkəmə müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş “xidmətlərin göstərilməsi barədə aktın təqdim edilməsi” ifadəsini yalnız hərfi mənada qəbul etmiş, lakin həmin şərtin müqavilənin digər müddəaları ilə qarşılıqlı əlaqəsini, eləcə də müqavilənin ümumi məqsədini və tərəflərin iradə ifadəsinin həqiqi məzmununu araşdırmamışdır. İş materiallarından aydın görünüb ki, tərəflər arasında müqavilə münasibətləri faktiki olaraq icra edilmiş, iddiaçı tərəfindən xidmətlərin göstərilməsinə uyğun olaraq elektron qaimə-fakturalar tərtib edilərək cavabdehə təqdim olunmuş, cavabdeh isə həmin qaimə-fakturaları nə ləğv etdirmiş, nə də mübahisələndirmiş, habelə xidmətlərin göstərilməməsi ilə bağlı hər hansı etiraz irəli sürməmişdir. Bu hallar tərəflərin faktiki davranışları ilə xidmətlərin göstərildiyini və qəbul edildiyini təsdiq edən mühüm hüquqi əlamətlərdir və məhkəmətərəfindən nəzərəalınmalıidi. Beləliklə, məhkəmənin müqavilə şərtlərini yalnızformal və birtərəfli yanaşma ilə şərh etməsi, tərəflərin real iradəsini, qarşılıqlı münasibətlərdə yaranmış praktikaıi və sonrakı hərəkətlərini qiymətləndirməməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. MPM sadələşdirilmiş icraatın yalnız mübahisənin mahiyyətinin mövcud sübutlar əsasında tam və obyektiv həllinə imkan verdiyi hallarda tətbiq oluna biləcəyini, əks halda isə iş üzrə daha geniş araşdırmanın aparılmasının zəruri olduğunu nəzərdətutur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qətnaməsində açıq şəkildə göstərmişdir ki, iddiaçı tərəfindən xidmətlərin göstərilməsini təsdiq edən aktların təqdim edilməməsi səbəbindən iş üzrə mövcud sübutlar iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. Belə bir nəticəyə gəlməklə, məhkəmə faktiki olaraq özü də iş materiallarının yekun qərarın çıxarılması üçün yetərli olmadığını etiraf etmişdir. Bu halda məhkəmənin prosessual vəzifəsi ondan ibarət idi ki, ya iddiaçıya əlavə sübutların təqdim edilməsi üçün real və effektiv imkan yaratsın, ya da MPM-nin 394-1.4-cü maddəsinin tələbinə uyğun olaraq işə sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılması barədə əsaslandırılmış qərardad qəbul etsin, lakin məhkəmə göstərilən prosessual mexanizmlərdən heç birini tətbiq etməmiş, tərəfləri məhkəməiclasına çağırmamış, iddiaçıdan izahat almamış, sübutların kifayət etmədiyi qənaətinə gəldiyi halda belə, əlavə sübutların təqdim olunmasının zəruriliyi barədəiddiaçıya hər hansı bildiriş göndərməmişdir. Bununla da məhkəmə MPMnin 394-1.4- cü maddəsində nəzərdə tutulmuş təminatları faktiki olaraq aradan qaldırmış və iddiaçının sübut təqdim etmək hüququnu məhdudlaşdırmışdır. Əgər məhkəmə iddiaçıya əlavə sübutların təqdim edilməsi üçün imkan yaratmış olsaydı, xidmətlərin faktiki göstərilməsini təsdiq edən aktlar (hazırda apellyasiya şikayətinə əlavə edilmişdir), tərəflər arasında aparılmış yazışmalar, habelə xidmətlərin cavabdeh tərəfindən qəbul edildiyini təsdiq edən digər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilə bilərdi və işin faktiki halları tam şəkildə aydınlaşdırılmış olardı. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, MPM-nin 14.1cimaddəsində təsbit olunmuş tələblərə zidd olaraq iş üzrə bütün hallar tam, hərtərəflivə obyektiv araşdırılmamışdırMPM, maddə 47.2, 77.3, 87.1 və 87.4 Birinciinstansiya məhkəməsi işi araşdırarkən yalnız maddi hüquq normalarını deyil, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işdəiştirak edən şəxslərin prosessual hüquqlarını və məhkəmənin fəal rolunu müəyyən edən normalarını da düzgün tətbiq etməmişdir. Qətnamənin məzmunundan göründüyü kimi, məhkəmə iddia tələbinin təmin edilməməsini xidmətlərin göstərilməsinitəsdiq edən aktların təqdimolunmaması iləəlaqələndirmiş, lakin bu nəticəyə gələrkən iş üzrə sübut bazasının yetərli olubolmamasını və sübutların tam araşdırılması imkanlarını prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər sübutlar təqdim etmək, əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, habeləişin gedişi zamanı ortaya çıxan bütün məsələlər üzrə dəlillər gətirmək hüququna malikdirlər. İddiaçı bu hüquqlardan istifadə edərək müqavilə münasibətlərini və xidmətlərin göstərilməsini təsdiq edən sənədləri, o cümlədən elektron qaimə-fakturalarıməhkəməyə təqdim etmişdir. Məhkəmə isə təqdim olunmuş sübutların kifayət etmədiyi qənaətinə gəldiyi halda, MPM-nin 77.3-cü maddəsinin tələbinə uyğun olaraq tərəflərəzəruriəlavəsübutların təqdimolunmasını təklifetməmiş, bununla daiddiaçının prosessual hüquqlarının faktiki həyata keçirilməsi imkanını məhdudlaşdırmışdır. Eynizamanda, MPMnin 87.1 və 87.2-cimaddələrinəəsasən sübutların təmin edilməsi və onların hərtərəfli tədqiqiməhkəmənin bilavasitə vəzifəsidir və bu, şahidlərin dindirilməsi, yazılısübutların tələb edilməsi, zərurət olduqda ekspertiza təyin edilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisəliiş üzrə xidmətlərin göstərilibgöstərilməməsiməsələsi əsas hüquqi fakt olmaqla, məhkəmə bu faktın aydınlaşdırılması üçün öz prosessual səlahiyyətlərindən istifadə etməmiş, nə əlavə sübutların tələb edilməsi, nə də digər sübutetmə vasitələrinin tətbiqi imkanlarını araşdırmamışdır. Halbuki, məhkəmə sübutların təmin edilməsi barədə qərardad çıxarmaqla iş üzrə obyektiv həqiqətinmüəyyən olunmasına nail ola bilərdi. Beləliklə, məhkəməninyalnız aktların təqdim edilməməsini əsas götürərək iddianı təmin etməməsi, işdə iştirak edən şəxslərin MPM-nin 47.2-ci maddəsi ilə təmin edilmişprosessual hüquqlarını, eləcə də məhkəmənin MPM-nin 77.3 və 87-ci maddələrindən irəli gələn vəzifələrini nəzərə almadan qətnamə qəbuletməsi prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Bu pozuntular isə işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmuş, nəticədə qəbuledilmiş qətnamənin qanunsuz vəəsassız olmasınasəbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının onlarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
14. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin bütövlükdə mübahisələndirilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, NBA-9278-001 saylı xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı (iddiaçı) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi xidmətlərinin göstərilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçı göstərilmiş xidmətlərə görə muzdun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir və göstərilmiş xidmətlərə görə 121,37 manat məbləğində pulun tutulmasını tələb edir.
21. Kollegiya ilk növbədə qeyd edir ki, AR Mülki Məcəlləsində xidmət müqaviləsini tənzimləyən normaları nəzərdə tutan xüsusi fəsil yer almadığından xidmət müqaviləsindən irəli gələn hazırkı mübahisəyə oxşar hüquq münasibətləri tənzimləyən podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir.
22. İddianın mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, iddiaçının iddia tələblərini əsaslandırmaq üçün birinci instansiya məhkəməsində təqdim etdiyi elektron qaiməfakturalar özü-özlüyündə xidmətlərin göstərilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmədiyindən birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə qənaətə gəlməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi sənədlərə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı həmin sübutların iddia ərizəsinə və ya işə birinci instansiya məhkəməsində baxılarkən iş materiallarına əlavə edilməklə birinci instansiya məhkəməsinə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərdən təqdim edilməməsinin mümkün olmamasını əsaslandıra bilməmişdir. Belə ki, işə sadələşdirilmiş qaydada baxıldığından sübutların təqdim edilməsi imkanlarından istifadə edə bilməməsi barədə iddiaçının dəlillərinə münasibətdə kolegiya qeyd edir ki, iddiaçı özü kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etməklə işə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan təqdim edilmiş sübutlar əsasında baxılması ilə bağlı seçim etmiş və belə olan halda iddia tələbinin əsaslılığına dair bütün zəruri sübutların iddia ərizəsinə əlavə edilməsi vəzifəsini də daşımışdır. Odur ki, MPM-in 372.2-ci maddəsinin tələbləri baxımından apellyasiya şikayətinə əlavə edilmiş sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsi mümkün deyildir.
23. Beləliklə, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya icraatı ilə bağlı məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət e t d i :
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-8407/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov