Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-138/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X24 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Ilkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakları ilə, Ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMCyə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-nə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları
1. “.Iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə cavabdeh Cavabdeh MMC arasında ## ### 2024cü il tarixli M-***/**** saylı malların satınalınması üzrə müqavilə imzalanmışdır.
2. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən Mallar üzrə satınalma müqaviləsi (bundan sonra- müqavilə) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 38.15-ci maddəsinə uyğun olaraq Satmaları təşkilatlar tərəfindən malların və əlaqədar xidmətlərin (tətbiq olunduğu halda) Qanunla müəyyən edilmiş qaydada maliyyə vəsaiti hesabına satın alınmasının təmin edilməsi üçün tərtib olunur. 1.2.2-ci bəndinə əsasən təyinat məntəqəsi Bakı şəhəri,Səbail rayonu,Xanlar küçəsi 2B 1.2.6-cı bəndinə əsasən satınalan təşkilatın adı Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi. 13.1-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Müqavilənin xüsusi şərtlərinin 11-ci hissəsi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, Təchizatçının təqdim etdiyi sənədlər (elektron qaimə-fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) iş günündən gec olmayaraq aparılır. 23.2-ci bəndinə əsasən gecikdirilmiş ödənişə görə cərimənin gündəlik faizi 0.1%. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
3. Iddiaçı Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə cavabdeh Cavabdeh MMC arasında ## ###### 2022-ci il tarixli M-***/**** saylı malların satınalınması üzrə müqavilə imzalanmışdır.
4. Həmin Müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi mətbəə məhsullarının satınalınması üzrə icraçının 119998.92 manat məbləğində təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan mətbəə məhsullarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) Icraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Icraçı aşkar olunan qüsurların müqavilədə göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) Icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 7-ci bəndinə əsasən, göndərilən mallar və ya göstərilən xidmətlər müqavilədə nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. Icraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, Icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. 13.2-ci bəndinə əsasən Müqavilə üzrə ödəmələr Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə Icraçıya ödənilir. Müqavilənin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə Icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ Icraçıya ödənilir.
5. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
6. Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış M-***/**** nömrəli ##.##.2022-ci il tarixli “Malların (işlər və xidmətlər) satın alınması üzrə müqavilə”nin ** saylı Əlavə olan Xüsusi Şərtləri imzalanmışdır.
7. Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış M-***/**** nömrəli ##.##.2022-ci il tarixli Müqavilə əsasında alınacaq malların (işlər və xidmətlərin) miqdarı və qiymət cədvəli olan ** saylı Əlavə imzalanmışdır
Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ (bundan sonra– iddiaçı) cavabdeh “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə (bundan sonra– cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların əvəz edilməsinin mümkün olmadığını və tərəflər arasında 2018-ci ildən bu günədək davam edən münasibətləri nəzərə alaraq, Müqavilə şərtlərinə uyğun olmayan malların verilməsi nəticəsində Iddiaçıya vurulmuş zərərin əvəzi olaraq ümumi 190,000.00 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (“Iddiaçı”)ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında 2018-ci ildən davam edən işgüzar münasibətləri nəzərə alaraq, ## ###### 2022-ci il tarixli, M***/**** nömrəli və ## ### 2024-cü il tarixli, M-***/**** nömrəli malların satınalınması üzrə müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh malları təqdim etməli, Iddiaçı isə malların dəyərini ödəməli idi. Hər iki müqavilənin tərkib hissəsi olan əlavələrə əsasən “Mallara dair tələblər” müəyyən etmişdir və müqavilənin müddəalarına əsasən müqavilə üzrə göndərilmiş mallar “Mallara dair tələblər” bölməsində qeyd olunan tələblərə uyğun olmalıdır. Həmin müqavilələrin tələblərinə əsasən Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında), gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində, sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında“xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar” çap olunmalı idi. Qeyd olunan mallar Cavabdeh tərəfindən Iddiaçıya təhvil verildikdən sonra, Iddiaçı tərəfindən həmin mallara xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədlərdə ultrabənövşəyi boya ilə gizli yazılar çap olunmamış və təhvil verilmiş mallar müqavilə şərtlərinə uyğun hazırlanmamışdır. Buna baxmayaraq təhvil verilmiş mallara dair Cavabdeh tərəfindən hazırlanan təhvil-təslim aktları və elektron-qaimələrdə guya bu malların müqavilə şərtlərinə uyğun formada hazırlandığı və təhvil verildiyi qeyd edilmişdir. Bu məsələ ilə bağlı Iddiaçının əməkdaşları Cavabdehin nümayəndələrinə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların Cavabdeh tərəfindən dəyişdirilməsinin mümkün olmadığı bildirilərək, xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi boya ilə gizli yazıların çap olunmama səbəbinə aydınlıq gətirilməmiş və dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, müqavilə üzrə öhdəliyinə əməl etməyən Cavabdeh tərəfindən vergilər daxil olmaqla, 66,691.59 manat pulun ödənilməsi tələbi ilə bağlı Iddiaçıya məktublar yazılmışdır. Müqavilələrə əsasən, Iddiaçı sınaqdan və (və ya) yoxlamadan keçməyən və ya müqavilə razılaşmasının Mallara dair tələblər bölməsində müəyyən olunan tələblərə uyğun gəlməyən hər hansı maldan və ya onun hər hansı bir hissəsindən imtina edə bilər. Həmçinin, Cavabdeh Iddiaçıdan əlavə heç bir ödəniş tələb etmədən qüsurlu malları və ya onların hissələrini operativ şəkildə təmir etməli və ya dəyişdirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “Məcəllə”) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Müqavilənin müddəalarına əsasən müqavilə üzrə Cavabdeh öhdəlikləri yerinə yetirə bilmədiyi halda Iddiaçıya dəyən ziyanı ödəməlidir.
10. Cavabdeh iddia ərizəsinə etiraz edərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, “Dövlət Dəniz və Agentliyi” Publik hüquqi şəxsi bizə qarşı 190.000 manat ziyan tələbinə dair iddia qaldıraraq tələbini onunla əsaslandırmışdır Id, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (“Iddiaçı ”)ilə Cavabdeh MMC (“Cavabdeh”) arasında 2018-ci ildən davam edən işgüzar münasibətləri nəzərə alaraq, ## ###### 2022-ci il tarixli. M-***/**** nömrəli və ## ### 2024-cü il tarixli, M ***/**** nömrəli mallann satınalınması üzrə müqavilələr imzalanmışdır.Həmin müqavilələrə əsasən Cavabdeh malları təqdim etməli, Iddiaçı isə mallann dəyərini ödəməli idi.Hər iki müqavilənin tərkib hissəsi olan əlavələrə əsasən “Mallara dairtələblər” müəyyən etmişdir və müqavilənin müddəalanna əsasən müqavilə üzrə göndərilmiş mallar “Mallara dair tələblər” bölməsində qeyd olunan tələblərə uyğun olmalıdır.Həmin müqavilələrin tələblərinə əsasən Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisasşəhadətnamələrində (işçi diplomlarında), gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdiqnamələrində,sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar"’ çap olunmalı idi.Qeyd olunan mallar Cavabdeh tərəfindən Iddiaçıya təhvil verildikdən sonra, Iddiaçı tərəfindən həmin mallara xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədlərdə ultrabənövşəyi boya ilə gizli yazılar çap olunmamış və təhvil verilmiş mallar müqavilə şərtlərinə uyğun hazırlanmamışdır.Buna baxmayaraq təhvil verilmiş mallara dair Cavabdeh tərəfindən hazırlanan təhvil-təslim aktları və elektron-qaimələrdə guya bu malların müqavilə şərtlərinə uyğun formada hazırlandığı və təhvil verildiyi qeyd edilmişdir. Bu məsələ ilə bağlı Iddiaçının əməkdaşları Cavabdehin nümayəndələrinə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların Cavabdeh tərəfindən dəyişdirilməsinin mümkün olmadığı bildirilərək, xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi boya ilə gizli yazıların çap olunmama səbəbinə aydınlıq gətirilməmiş və dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Bundan əlavə, müqavilə üzrə öhdəliyinə əməl etməyən Cavabdeh tərəfindən vergilər daxil olmaqla, 66,691.59 manat pulunödənilməsi tələbi ilə bağlı Iddiaçıya məktublar yazılmışdır.Müqavilələrə əsasən, Iddiaçı sınaqdan və (və ya) yoxlamadan keçməyən və ya müqavilə razılaşmasının Mallara dair tələblər bölməsində müəyyən olunan tələblərə uyğun gəlməyən hər hansı maldan və ya onun hər hansı bir hissəsindən imtina edə bilər. Həmçinin,Cavabdeh Iddiaçıdan əlavə heç bir ödəniş tələb etmədən qüsurlu malları və ya onların hissələrini operativ şəkildə təmir etməli və ya dəyişdirməlidir.Iş materiallarından, tərəflər arasındakı yazışmalardan və yaranmış işgüzar münasibətlərdən göründüyü kimi agentliyinin sifarişinin təqqdim olunmaası spesifik bir yanaşma tələb etdiyinə görə tək tək hazırlanan gəmi komandir heyəti üzvləri və sıravi heyət üzvlərinə işçi diplomları,təsdiqnamələr,Gəmi heyəti üzvləri üçün hazırlıq kursları sertifikatları,Dənizçinin qeyd kitabçası,onların verilməsi və dəyişdirilməsi üçün istifadə olunan ərizə və ərizə-anket blanklan,A4 zərflər və vizitkartların təqdim olunması barədə Agentlikdə dənizçilərin həmin adları sadalanan diplomların və digər sənədlərin təhvil alınması barədə qeydiyyat kitablarında imzalayaraq Dövlət rüsüumu alıb təhvil almaları barədə qeydiyyatlar aparıldığım nəzərə alaraq,hər birinə ayn ayrılıqda elelktron qaimə göndərmək mümkünn olmadığına görə müəyəyn bir akt olduqdan sonra ümumiləşdirilmiş elelktron qaimə “xxxx’MMC tərəfindən Agentliyə təqdim edilmişdir.Yəni təqdim edilmiş elelktron qaimə və təhvil təslim aktlarında göstərilmiş sənədlər sifarişçi tərəfindən daxili qeydiyyat kitabçalarına və tərtib olunmuş qaimələrə əsasən artıq qəbul edilməklə isitifadə olunmuş sənədlərə dair yekun sənəd kimi təqdim olunur.Hansı ki həmin təhvil təslim formal tərtib olunmuş sənəd olmaqla artəq təhvil verilmiş və istifadə olunmuş sifariş sənədlərinin yekun olaraq bir daha təsdiqini göstərir,Agentlik tərəfindən verilmiş pretenziyada və iddia ərizəsində də iddiaçı malların təhvil verilməsini etiraf etməklə,təhvil verilmiş malların müqavilə şərtlərinə uyğun olmamasına əsaslanmışdır.Lakin standarlara uyğun olmayan malların geri qaytarılması,standarta uyğun yenidən hazırlanmasını tələb etməsinə dair hər hansı bir sübuta istinad etməmişdir.Əgər sifariş verilmiş mal qüsurlu hazırlanmışdısa nə üçün həmin mal geri qaytarılmamış və qüsurların aradan qaldınlması tələb olunmamışdır.
12. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə verərək Dövlət Dəniz və Liman Agentliyinin cavabdeh xxxx MMC-yə qarşı iddia tələbinin əsassız olmaqla yanaşı həmçinin iddia müddətinin də ötdüyü üçün iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd edilməsini xahiş etmişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, 2018-2024-cü illərdə ziyan vurulmasına istinad edən iddiaçı aralarında bağlanılmış podrat müqaviləsinin şərtlərinə və Mülki Məcəllənin 776-cı maddəsinə əsasən iddia müddətinin 1 il olmasını da nəzərə almamış, ehtimal olunan ziyan tələbinə dair iddia müddətini də ötürmüşdür
14. Iddiaçı Cavabdeh MMC cavabdeh “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-nə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-dən 66691 manat borcun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manat,300 manat ödənilmiş dövət rüsumunun,cəmi 67291 manat pulun tutularaq Cavabdeh MMC-y ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Dəniz və Agentliyi" Publik hüquqi şəxsi bizə qarşı 190.000 manat ziyan tələbinə dair iddia qaldıraraq tələbini onunla əsaslandırmışdır ki. Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi ("Iddiaçı lilə "xxxx” MMC ("Cavabdeh”) arasında 2018ci ildən davam edən işgüzar münasibətləri nəzərə alaraq. dekabr 2022-ci il tarixli. M-***/**** nömrəli və ## ### 2024-cü i/ tarixli. M-***/**** nömrəli malların satınalınması üzrə müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh malları təqdim etməli, Iddiaçı isə malların dəyərini ödəməli idi.Hər iki müqavilənin tərkib hissəsi alan əlavələrə əsasən "Mallara dair tələblər" müəyyən etmişdir və müqavilənin müddəalarına əsasən müqavilə üzrə göndərilmiş mallar Mallara dair tələblər bölməsində qeyd olunan tələblərə uyğun olmalıdır.Həmin müqavilələrin tələblərinə əsasən Cavabdeh tərəfindən hazırlanan 6 (altı) adda olan sənəd, yəni gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrində (işçi diplomlarında). gəmi komandir heyət üzvlərinin ixtisas şəhadətnamələrinin təsdıqnamə/ərində.sıravi heyət üzvlərinin ixtisas şəhadətnamələrində, gəmi heyət üzvləri üçün hazırlıq kursları (içliklə) sertifikatlarında, gəmi heyət üzvləri üçün digər dövlətlər tərəfindən verilən şəhadətnamələrin və sertifikatların tanınması haqqında təsdiqnamələrində və dənizçinin qeyd kitabçalarında ‘xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska itə gizli yazılar” çap olunmalı idi.Qeyd olunan mallar Cavabdeh tərəfindən Iddiaçıya təhvil verildikdən sonra, Iddiaçı tərəfindən həmin mallara xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki. sənədlərdə ultrabənövşəyi boya ilə gizli yazılar çap olunmamış və təhvil verilmiş mallar müqavilə şərtlərinə uyğun hazırlanmamışdır.Buna baxmay’araq təhvil verilmiş mallara dair Cavabdeh tərəfindən hazırlanan təhvil- təslim aktları və elektron-qaimələrdə guya bu malların müqavilə şərtlərinə uyğun formada hazırlandığı və təhvil verildiyi qeyd edilmişdir.Bu məsələ ilə bağlı Iddiaçının əməkdaşları Cavabdehin nümayəndələrinə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq, müqavilə şərtlərinə uyğun olmayan qüsurlu malların Cavabdeh tərəfindən dəyişdirilməsinin mümkün olmadığı bildirilərək. xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi boya ilə gizli yazıların çap olunmama səbəbinə aydınlıq gətirilməmiş və dəyən ziyanın ödənilməsindən imtina edilmişdir. Bundan əlavəmüqavilə üzrə öhdəliyinə əməl etməyən Cavabdeh tərəfindən vergilər daxil olmaqla. 66,691.59 manat pulunödənilməsi tələbi ilə bağlı Iddiaçıya məktublar yazılmışdır.Müqavilələrə əsasən, Iddiaçı sınaqdan və (və ya) yoxlamadan keçməyən və ya müqavilə razılaşmasının Mallara dair tələblər bölməsində müəyyən olunan tələblərə uyğun gəlməyən hər hansı maldan və ya onun hər hansı bir hissəsindən imtina edə bilər. Həmçinin, Cavabdeh Iddiaçıdan əlavə heç bir ödəniş tələb etmədən qüsurlu malları və ya onların hissələrini operativ şəkildə təmir etməli və ya dəyişdirməlidir. Iş materiallarından,tərəflər arasındakı yazışmalardan və yaranmış işgüzar münasibətlərdən göründüyü kimi agentliyinin sifarişinin təqdim olunması spesifik bir yanaşma tələb etdiyinə görə tək-tək hazırlanan gəmi komandir heyəti üzvləri və sıravi heyət üzvlərinə işçi diplomları, təsdiqnamələr. (ıəmi heyəti (l/vləri üçün hn/ırlıc| kursları sertifikatları. Dənizçinin qeyd kitabçası, onların verilməsi və dəyişdirilməsi üçün istifadə olunan əri/ə və ərizə-anket blanklan. A4 zərli ər və vizitknrtların təqdim olımmn.sı barədə Agentlikdə dənizçilərin həmin adlan sadalanan diplomların və digər sənədlərin təhvil alınması barədə qeydiyyat kitablarında imzalavnraq Dövlət rüMluımı alıb təhvil almaları barədə qeydiyyatlar aparıldığını nəzərə alaraq, hər birinə ayrı-ayrılıqda elektron qaimə göndərmək mümkün olmadığına görə. a\ ərzində təhvil verilmiş xidmətlər üzrə ümumiləşdirilmiş elektron qaimə "Rumper'MMC tərəfindən Agentliyə təqdim edilmişdir. Yəni, təqdim edilmiş elektron qaimə və təhvil-təslim aktlarında göstərilmiş sənədlər sifarişçi tərəfindən daxili qeydiyyat kitabçalarına və tərtib olunmuş qaimələrə əsasən artıq qəbul edilməklə isitifadə olunmuş sənədlərə dair yekun sənəd kimi təqdim olunur. Hansı kI, həmin təhvil-təslim formal tərtib olunmuş sənəd olmaqla əv vəlcədən təhvil verilmiş və istifadə olunmuş sifariş sənədlərinin yekun olaraq bir daha təsdiqini göstərir.Agentlik tərəfindən verilmiş pretenziyada və iddia ərizəsində də iddiaçı malların təhvil v erilməsini etiraf etməklə, təhvil verilmiş malların müqavilə şərtlərinə uyğun olmamasına əsaslanmışdır. Lakin qarşılıqlı iddia üzrə Cavabdeh, guya, standarlara uyğun olmayan hesab etdiyi malların geri qaytarılması, “standarta uyğun” yenidən hazırlanmasını tələb etməsinə dair hər hansı bir sübuta istinad etməmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki. əgər sifariş verilmiş mal qüsurlu hazırlanmış olsaydı, cavabdeh həmin malı qəbul etmədən, hətta, qəbul etmişdirsə belə. Müqavilədə nəzərdə tutulmuş müddət ərzində geri qaytararaq Iddia etdiyi "qüsurların” aradan qaldırılmasını tələb edə bilərdi. Iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən belə bir hərəkət edilməmişdir.
16. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Dövlət Dəniz və X18 Hüquqi Şəxsindən 71408 manat borcun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 manatın, 300 manat ödənilmiş dövlət rüsümunun, cəmi 72.008 (yetmiş iki min səkkiz) manat pulun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mallar müqavilə şərtlərinə uyğun gəlmir. Bu səbəbdən ziyan tələb olunur. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf təhvil-təslim aktını təqdim edə bilməmiş və malların təhvilinə dair hər hansı sübutun mövcudluğunu təsdiqləyə bilməmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli *-**-**/*-*/***/**** saylı ekspert rəyinə əsasən X19 adına SI-3650-23, SJ- 1443-23,SO-5363-23,SH-3051-23,YS 0015-23,SW-0508-23,SL-4136-23,SZ-0621-23,DL-0954- 23,DO-0820-23,SN-1705 23,SR-****-** nömrəli sertifikatlarında,DQ-****-** nömrəli sertfikatının təsdiqnaməsində,X20 adına YS-0014-23,SH-2891 23,SI-3424-23,DL-0879-23, SW-0470-23,SZ- 0591-23,SJ-1370-23,SL-3968-23,SO 5172-23,SN-1609-23,SR-01858-23,DQ-****-** nömrəli sertifikatlarında,DO 0569 23,******/** nömrəli serifikatlarının təsdiqnamələrində X25 adına DL- 0900-23, SJ-1389-23, SG-0401-23, XS0630-23, SL-4017-23, SW 0473-23, SO-5211-23, SZ-059- 23, SN-1655-23, SQ-0458-23, DQ-0593-23, ******/** nömrəli sertifikatlarında, DQ-0593-23, ******/** nömrəli sertifikatlarının təsdiqlənmələrində, X2 adına SW-0531-23, SV-0392-23, SP-380-23, DL- 980-23, SZ-0655-23, XS-0692-23, SN-****-** nömrəli sertifikatlarda, X5 adına SH-3244-23, SL- 4353-23, SO-5648-23, SP 3921-23, DL-0998-23, XS-0705-23, SJ-1503-23, SN-****-** nömrəli sertifikatlarda, X13 adına DM-0294-23, DL-1002-23, SB-0374-23, AS 0154-23, SX-0088-23, ST- ***-** nömrəli sertifikatlarda, X14 adına SN- 1886-23,SH-3526-23,SP-4142-23,SO-5974-23, SJ- 1006-23,SL ****-** nömrəli sertifikatlarda, X6 adına SZ-0598-23, SI 3543-23, SR-0194-23, DQ- ****-** nömrəli sertifikatlarda, DQ-****-** nömrəli sertifikatın təsdiqnaməsində, X9 adına SN-174-23, SI 1881-22, SO-3575-22, SL-2219-22, SP-2356-22, SJ-1442-23, SW-0507-23, DL-09523, SZ- 0620-23, SR-0200-23, DQ-****-** nömrəli sertifikatlarda, DQ-****-** nömrəli sertifikatın təsdiqnaməsində, X7 adına SG-0436-23, SJ-1502-23, SV-****-** nömrəli sertifikatlarda, X28 adına SG-046-23, XS-0654-23, DQ-****-** nömrəli sertifikatlarda, DQ-***-** nömrəli sertifikatın təsdiqnaməsində, X3 adına XS-0626 23,******/** nömrəli sertifikatlarda, ******/** nömrəli sertifikatın təsdiqnaməsində, X21 adına DQ-****-** nömrəli sertifikat və həmin sertifikatın təsdiqnaməsində, X22 adına SN-1690-23, SW 0494-23, SZ-0611- 23, SV-0361-23, SJ-1425-23, SP-3640-23, SO- 5314-23, SL-4062 23, SG-****-** nömrəli sertifikatlarda, X29 adına DQ-****-** nömrəli sertifikat və həmin sertifikatın təsdiqnaməsində, X10 adına SE-0138-23, DM- 0293-23, SF-0062-23, SN-****-** nömrəli sertifikatlarda, X15 adına SO-5366-23, SI-****-** nömrəli sertifikatlarda, X26 adına SL- 4139-23, SJ-1445-23, DL-0957-23, SH-3052-23, SP-3701-23, SO-5367-23, XS-0657-23, ER 0338- 23, SN-****-** nömrəli sertifikatlar, X31 adına SN-1683-23, SR-0196-23, DQ-0601-23, SH-2994-23, SI-3594-23, SO-5286-23, XS 0640-23, SZ-060623, SJ-1419-23, SL-4056-23, SW-0489-23, DL- ****-** nömrəli sertifikatlarda, DQ-****-** nömrəli sertifikatın təsdiqnaməsində, X11 adına SN-1682- 23, SR-0195-23, SZ-0605-23, SI-3593-23, SO-5285 23, SL-4055-23, DL-0920-23, SW-0488-23, SH-2993-23, SJ-1418-23, XS-0639-23, DQ-****-** nömrəli sertifikatlarda, DQ-****-** nömrəli sertifikatın təsdiqnaməsində, X16 adına SN-1679-23, SG-0405-23, DL-0904-23, SP-3634 23, SW- 0477-23, SV-0355-23, SJ- 14110-23, XS-0634-23, SO-5282-23, SL-4037-23, SM-0482-23, SQ- 0460-23, DQ-0597-23, ******/** nömrəli sertifikatlarda, DQ-0597 23, ******/** nömrəli sertifikatların təsdiqnamələrində, X12 adına SL-4038-23, SJ-1411-23, XS- 0635-23, SV-0356-23, SP-3635-23, SG 0406-23, DL-0905-23, SW-0478-23, SO-5283-23, SZ- 0603-23, SN-1680-23, SM 0483-23, SQ- 0461-23, DQ-0598-23, ******/** nömrəli sertifikatlarda, DQ-0598-23, ******/** nömrəli sertifikatların təsdiqnaməsində, X8 adına SO-5661-23, SJ-1505-23, SI-3868-23, SL-4355-23, SZ-0667-23, DL- 1001-23, SW-0552-23, XS-0706-23, SH-3256-23, SN-1806-23, SR-0216-23, 001399/23, DQ ****- ** nömrəli sertifikatlarda, 001399/23,DQ-****-** nömrəli sertifikatların təsdiqnamələrində, X30 adma XSSQ-0451-23, SN-1633-23, XS-23, SH-2892-23, DL0898-23, SW-0471-23, SL-3974-23, SI- 3442-23,SO 5178 23,SZ 0604-23,DL-0906-23,XS-0636-23,SL-4039-23,SO-5284-23,DP-3636-23, SW 0479-23,SJ-1412-23,SV-0358-23,SG-0407-23,SM-0484-23,SQ-0462-23,SN-1681 23,001279/23,DQ-****-** nömrəli sertifikatlarda,001279/23, DQ-****-** nömrəli sertifikatların təsdiqnamələrdə, X17 adına SO-5280-23, SP3633-23, SL-4035-23, SZ-0600-23, SW-0475-23, SV- 0353-23, SG-0404-23, SJ 1408-23, DL-0902-23, SM-0481-23. SN-1677-23, DQ-****-** nömrəli sertifikatlarda, DQ-****-** nömrəli sertifikat təsdiqnaməsində ultrabənövşəyi işıqda görünən yazılar və təsvirlər müəyyən edilməmişdir. Ekpsertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
19. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə hər iki iddia tələbinin rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-dən, 50 manat hissəsi isə Cavabdeh MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X48, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
20. “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini ilkin iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul ediməsini xahiş etmişdir.
21. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin qarşlıqılı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşlıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
22. “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-i apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbinin əsasını təşkil edən ## ###### 2022-ci il tarixli, M-***/**** nömrəli və ## ### 2024-cü il tarixli, M-***/**** nömrəli malların satın alınması üzrə müqavilələrdən göründüyü kimi həmin müqavilələr mahiyyətcə alqı-satqı müqavilələridir. Istər müqavilənin adından, istər şərtlərindən, istərsə də tərəflərin qarşılıqlı münasibətindən bu müqavilələrin alqı-satqı olması qənaətinə gəlmək olar. Müqavilələrdən də göründüyü kimi, cavabdeh iddiaçının işçiləri barədə fərdi qaydada hazırlanan mətbəə məhsulları hazırlayıb iddiaçıya təqdim etməli idi. Tərəflər arasında bağlanmış müqavilələr faktiki məzmununa görə Mülki Məcəllənin 752-ci maddəsinə uyğun olaraq alqı-satqı münasibətlərinə aiddir (“Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir”, 752.2). Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Müqavilələrin predmeti əvəz edilən əşyanın hazırlanaraq Iddiaçıya verilməsindən ibarətdir. Hazırlanan məhsullar növünə, sayına və texniki göstəricilərinə görə müəyyən edilmiş fərdi, unikal və əvəzolunmaz xüsusiyyətlərə malik deyildir. Müqavilənin əsas mahiyyəti iş prosesinin özü deyil (podratda olduğu kimi), məhz hazır məhsulun verilməsidir. Hazırlanan məhsullar növünə, sayına və texniki göstəricilərinə görə müəyyən edilmiş fərdi, unikal və əvəzolunmaz xüsusiyyətlərə malik deyildir. Məhkəmə müqavilələrin podrat müqaviləsi olmasını bildirirərək, 1 illik iddia müddəti tətbiq etmişdir. Halbuki, Mülki Məcəllənin alqı-satqıya dair normaları tətbiq edilməlidir. hər iki müqavilə üzrə Cavabdeh tərəfindən təqdim edilmiş mallar müqavilə şərtlərinə uyğun olmamışdır (“xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar”-ın olmaması). Ilkin iddia üzrə iddiaçı tərəfindən maliyyə arayışı təqdim edilmişdir. Həmin maliyyə arayışında hər iki müqavilə üzrə təhvil verilmiş mallar, onların dəyəri, həyata keçirilmiş ödənişlər və “xüsusi ultrabənövşəyi işıqda görünən ultrabənövşəyi kraska ilə gizli yazılar”-ın olmaması səbəbindən həmin malların dəyərindəki fərq məbləği də ayrı-ayrılıqda öz əksini tapmışdır. Arayış Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdirsə, məhkəmə qətnamədə buna dair öz mövqeyini bildirməli və bunu əsaslandırmalı idi.
23. Cavabdeh MMC-nin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və pretenziyada da hazırlanmış malları qəbul etməsini etiraf etmiş, lakin malların qüsurlu olmasına istinad etmişdir. Iddia tələbini rədd edən məhkəmə özü də iddiaçının qüsurlu məmulatı qəbul etməsini müəyyən etmişdir. Sifarişçi malların qüsuru barədə podratçıya heç bir məlumat verməmiş və qüsurlu malları qaytarmamışdır. Iş materiallarından göründüyü kimi tərəflər arasında yaranmış işgüzar adətə görə sifariş verilmiş mallar hazırlandıqdan sonra daxili qeydiyyat kitabları və qaimələrə əsasən sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən qəbul olunmaqla istifadə olunmuşdur. Faktiki olaraq verilmiş və sifarişçi tərəfinddən isifadə olunmuş malların təhvil təsliminə dair akt və elektron qaimə sifarişçi tərəfindən təsdiq olunmamışdır. Sifarişçi qüsuruna görə heç bir sənədi podratçıya qaytarmamış, qüsurlu tərtib oolunsa belə həmin malları təyinatı üzrə istifadə etmişdir. Agentlik qüsurlu olmasına görə istifadə olunmamış və buna görə zərər vurulmasına görə heç bir sənədi təqdim edə bilməmişdir. Sifarişçi podratçı tərəfindən hazırlanmış bütün məmulatları qəbul etmiş, onların qüsurları olmasında dair podratçıya qarşı pretenziya irəli sürməmişdir. Yalnız podratçı təhvil verilmiş malların pulunu tələb etdikdə təhvil verilmiş malların qüsurlu olmasına istinad etməklə onun dəyərini ödəməkdən imtina etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyaisya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
26. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin verdiyi apellyaisya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2-.zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
30. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
31. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.-753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
32. Maddə 753.3.Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
33. Maddə 756.1. Sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
34. Maddə 759.1 Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir
35. Maddə 759.2 Sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
36. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
37. Maddə 776.2. Müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.
38. Maddə 763.1 Məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
39. Maddə 764.1.Podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
40. Maddə 765 Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
41. Maddə 766 Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
42. Maddə 773.1 Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
51. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
54. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
55. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
“Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı
56. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 29,30).
57. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan mətbəə məhsullarının təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) Icraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, Icraçı aşkar olunan qüsurların müqavilədə göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir, 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) Icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
58. Göründüyü kimi qeyd edilən bəndlərdə “mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər)” ifadəsinin birgə istifadəsi təsdiq edir ki, tərəflər hüquqi münasibəti yalnız əşyanın ötürülməsi kimi deyil, işin görülməsi və nəticənin əldə olunması ilə bağlı kompleks öhdəliklər məcmusu kimi nəzərdə tutmuşlar.
59. Kollegiya qeyd edir ki, iddiaçının tərəflər arasında bağlanmış müqavilələrin alqı-satqı müqaviləsi kimi qiymətləndirilməsinə dair apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır.
60. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı müəyyən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin əşyanın müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu müqavilədə əsas məqsəd hazır mövcud olan əşyanın mülkiyyət hüququnun bir şəxsdən digərinə keçməsidir.
61. Podrat müqaviləsində isə podratçı sifarişçinin tapşırığına əsasən müəyyən işi görməyi (məsələn, tikinti, təmir, hazırlama və s.) öhdəsinə götürür və sifarişçi həmin işin nəticəsini qəbul edib müqabilində haqq ödəyir. Burada əsas predmet işin özü və onun nəticəsidir, yəni yeni bir məhsulun yaradılması və ya xidmətin göstərilməsi.
62. Iş materiallarından görünür ki, cavabdeh iddiaçının işçilərinə dair fərdi məlumatlar əsasında mətbəə məhsullarını hazırlamalı olmuşdur. Bu isə o deməkdir ki, hazırlanan məhsullar əvvəlcədən mövcud olan standart əşyalar deyil, konkret sifarişə uyğun olaraq fərdiləşdirilmiş nəticə kimi meydana gəlmişdir.
63. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, müqavilənin 2.2 və 2.3-cü bəndləri iddiaçının iddia etdiyi kimi alqı-satqı münasibətlərini deyil, əksinə, tərəflər arasında podrat xarakterli hüquq münasibətlərinin mövcud olduğunu təsdiq edir. Bu səbəbdən iddiaçının dəlilləri əsassız hesab olunur.
64. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında da göstərilmişdir ki,, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.
65. Bu baxımdan məhkəmə tərəfindən podrat münasibətlərinə tətbiq edilən 1 illik iddia müddətinin tətbiqi qanuni və əsaslı olmuşdur. Iddiaçının həmin münasibətləri alqı-satqı kimi tövsif etməklə daha uzun iddia müddətindən yararlanmaq cəhdi qəbul edilə bilməz.
66. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ-ə adıçəkilən vəsiqələr hissə-hissə təhvil verilmiş və sonuncu dəfə cavabdeh tərəfindən M***/**** nömrəli müqavilə üzrə mallar 22.12.22-ci il tarixdə təhvil verildiyinə və hazırki iş üzrə iddia ##.##.2024-cü il tarixində qaldırıldığına görə iddiaçı “Dövlət Dəniz və Iiman Agentliyi” PHŞ ## ###### 2022-ci il tarixli, M***/**** nömrəli müqavilə üzrə təhvil verilən mallara dair iddia müddətini ötürsə də, ## ### 2024-cü il tarixli, M-***/**** nömrəli malların satınalınması üzrə müqavilə üzrə təhvil verilən mallara dair iddia müddətini ötürməmişdir.
67. Iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
68. Iddiaçının zərərlə bağlı iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsi zamanı aşkar olunan qüsurların mövcudluğunu sübutetmə yükü iddiaçının, işin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür.
69. Podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəillər təqdim etməlidir.
70. Mülki Məcəllənin 762.2-ci maddəsinin (§35-36) məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.
71. Mülki Məcəllənin 763-766-cı maddələrin tələblərinə əsasən işlərdə qüsur aşkar edildikdə sifarişçi tərəfindən həmin qüsurların icrası barədə əlavə müddət verilməli olmasını və yalnız həmin müddət ərzində qüsurlar aradan qaldırılmadıqda sifarişçinin qüsuru özü aradan qaldırmaqla xərclərin ödənilməsini podratçıdan tələb etmək və ya muzdu azaltmaq hüququna malik olmasını müəyyən etmişdir. Hazırkı halda icraçı tərəfindən müqavilə şərtlərinə uyğun gəlməyən yəni ultrabənövşəyi işıqda görünən yazılar və təsvirlər müəyyən olunmaması öz təsdiqini tapsa da (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli *-**-**/*-*/***/**** saylı ekspert rəyinə) iddiaçı tərəfindən isə cavabdehə belə bir tələblə çıxış etməsi iş materialları ilə təsdiqi tapmamışdır.
72. Bundan əlavə, kollegiya nəzərə alır ki, iddiaçı tərəfindən malların qəbulu zamanı onların keyfiyyəti ilə bağlı iradların qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehə bildirilməsi faktı sübuta yetirilməmişdir.
73. Iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənəddir. Həmin arayış yalnız iddiaçının daxili mühasibat uçotunu əks etdirir və özlüyündə nə müqavilə şərtlərinin pozulmasını, nə də malların dəyərində azalma üçün hüquqi əsasların mövcudluğunu sübut etmir.
Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı
74. Iş materiallarından müəyyən olunur ki, icraçı Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, sifariş edilmiş vəsiqələri müqavilə şərtlərinə uyğun olaraq ultra bənövşəyi yazılar və təsvirlərlə təmin etmədən təqdim etmişdir. Bu səbəbdən sifarişçi təqdim edilmiş malları qəbul etməkdən imtina etmiş, son təhvil-təslim aktlarını imzalamamışdır.
75. Belə ki, ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, ümumi dəyəri 66 691,59 manat təşkil edən mallar üzrə xidmətlər sifarişçi tərəfindən qəbul edilməmiş və həmin akt sifarişçi tərəfindən imzalanmamış, malların faktiki olaraq sifarişçiyə təhvil verilməsi və onun tərəfindən qəbul edilməsi sübuta yetirilməmişdir.
76. Mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilə üzrə ödəniş öhdəliyi, bir qayda olaraq, işin nəticəsinin (malların) sifarişçiyə lazımi qaydada təhvil verilməsi və onun tərəfindən qəbul edilməsi ilə bağlıdır. Qəbul faktı təsdiq edilmədiyi halda sifarişçinin ödəniş öhdəliyi yaranmır.
77. Bundan əlavə, iş materiallarından görünür ki,təqdim edilmiş mallar müqavilə şərtlərinə uyğun olmamış, qüsurlu olmuş və sifarişçi bu səbəbdən onların qəbulundan əsaslı şəkildə imtina etmişdir.
78. Beləliklə, malların təhvil verilməsi və qəbul edilməsi faktı sübuta yetirilmədiyindən, həmçinin onların müqavilə şərtlərinə uyğun olmaması nəzərə alınaraq, sifarişçinin həmin mallara görə ödəniş etmək öhdəliyi yaranmamışdır.
79. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
80. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: “Dövlət Dəniz və Liman Agentliyi” PHŞ və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.