Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-147/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Oğuz Aqro İndustry” MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin icra edilməməsi, müqavilənin etibarlılığı, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı “Oğuz Aqro İndustry” MMC-yə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən “Oğuz Aqro İndustry” MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nizamnamə kapitalında payı olduğu “Oğuz Aqro İndustry” MMC (VÖEN: **********) 2017-ci il # ### tarixində dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir, nizamnamə kapitalı 1000 manat həcmindədir və hər biri 10 manat olmaqla 100 paydan ibarətdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Asif Paşayev və Tofiq Əlizadə (satıcılar) ilə “xxxx” MMC (alıcı) arasında 2018-ci il ## #### tarixində Bakı şəhəri ** nömrəli notariat kontorunda “Oğuz Aqro İndustry” MMC-nin pay alqı-satqısı müqaviləsi” bağlanmışdır.
3. Müqaviləyə qədər cəmiyyətin nizamnamə kapitalındakı 60 pay Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, 35 pay X1 və 5 pay X3 məxsus olmuş, pay alqı-satqısı müqaviləsi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəmiyyətin nizamnamə kapitalında ona məxsus olan 60 paydan 40 payı, Asif Paşayev ona məxsus olan 35 paydan 25 payı, Tofiq Əlizadə isə ona məxsus olan 5 payın hamısını alıcı qismində “xxxx” MMC-yə satmışdır. Nəticədə pay alqı-satqısı müqaviləsindən sonra cəmiyyətin nizamnamə kapitalındakı 20 pay Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, 10 pay Asif Paşayevə, 70 pay “xxxx” MMC-yə məxsus olmuşdur.
4. “xxxx” MMC “Oğuz Aqro İndustry” MMC-nin nizamnamə kapitalındakı payının hamısını (70 pay) 2019-cu il ## #### tarixində pay alqı-satqısı müqaviləsi əsasında “xxxx” MMC-yə satmışdır.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və “xxxx” MMC-nin “xxxx” MMC-yə, Ələsgərov Namiq İmran oğluna və “X2” MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbləri Bakı Kommersiya Məhkəməsinin 2021-ci il ## #### tarixli qətnaməsi ilə təmin olunmuş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, “xxxx” MMC-nin "X2” MMC-dəki 70 ədəd payının “xxxx” MMC-yə satılmasına etiraz etməməsi barədə ərizəsinin, “xxxx” MMC və “xxxx” MMC arasında 2019-cu il ## #### tarixində Bakı şəhəri ** nömrəli Notariat Ofisində bağlanmış cavabdehin pay alqı-satqısı müqaviləsinin, “X2” MMC-nin təsisçilərinin 2019-cu il ## #### tarixli qərarının və 2020-ci il ## ###### tarixli qərarının etibarsız hesab edilməsi, həmin qərarlar əsasında kommersiya hüquqi şəxslərinin dövlət reyestrində aparılmış müvafiq qeydlərin etibarsız sayılması, həmçinin “xxxx” MMC-nin “X2” MMC-nin təsisçisi olması barədə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində aparılmış qeydin etibarsız hesab edilməsi və “xxxx” MMC-nin “Oğuz Aqro İndustry” MMC-nin təsisçisi və 70 ədəd payın sahibi olmasına dair kommersiya hüquqi şəxslərinin dövlət reyestrində mövcud olmuş qeydin bərpa edilməsi qət olunmuşdur.
6. Sözügedən məhkəmə mübahisəsi zamanı “xxxx” MMC-ni məhkəmələrdə İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə vəkil Dünyamin Novruzov təmsil etmişlər.
7. İddiaçı “xxxx” MMC-nə qarşı “hüquqi xidmətin göstərilməsinə görə yaranmış borcun ödənilməsi” tələbi Bakı Kommersiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, “xxxx” MMC-dən 33 600 manat borcun, həmçinin mediasiya üçün ödənilmiş 200 manatın, yəni cəmi 33 860 manatın İddiaçı xeyrinə tutulması qət olunmuşdur.
8. “Oğuz Aqro İndustry” MMC (sifarişçi) (direktor Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsində) və İddiaçı (icraçı) arasında ##.##.2023-cü il tarixdə ##/##/2023 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, sifarişçiyə hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öhdələrinə götürmüşlər.
9. İddiaçı vəkillik fəaliyyəti ilə məşğul olur, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
10. Müqavilədə nəzərdə tutulmuşdur ki, (bənd 1.1.) xidmət əsasən icraçı tərəfindən icraçının ofisində həyata keçiriləcəkdir, xüsusi hallarda icraçının sifarişçinin ofisinə gəlməsi zəruri hesab oluna bilər.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən, icraçının öhdəliklərinə aşağıdakılar daxildir: 3.1.1. Sifarişçinin daxili qaydalarının və iş prosesini tənzimləyən normativ xarakterli sənədlərin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət edir; 3.1.2. Hüquqi məsələlərin həlli ilə bağlı struktur bölmələrinə təkliflər və tövsiyyələr verir; 3.1.3. Digər təşkilatlarla münasibətlərdə Sifarişçinin hüquqi baxımdan mənafeyini qoruyur; 3.1.4. Sifarişçi tərəfindən verilmiş vəkalətnamə üzrə səlahiyyətləri çərçivəsində onu bütün dövlət idarəetmə, nəzarət və hüquq-mühafizə orqanlarında və notariatda təmsil edir; 3.1.5. Sifarişçinin hüquqi risklərinin azaldılmasına çalışır; 3.1.6. Məktubların və digər lazımı sənədlərin hazırlanmasında köməklik göstərir; 3.1.7. Müqavilələrin hüquqi baxımdan təhlilini aparır və onalara dair hüquqi rəy verir, zəruri hallarda müqavilələr hazırlayır.
12. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, sifarişçi müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş işlərin haqqını icraçıya ödəyir.
13. Müqavilənin 5.1-ci bəndinə görə, müqaviləyə əsasən göstərilən xidmətə görə haqq hər ay üçün 2000 manat (vergilər və digər məcburi ödənişlər daxil) təşkil edir; 5.2-ci bəndinə əsasən, xidmətin yerinə yetirilməsi ilə əlaqədar icraçının çəkdiyi əlavə (əsaslandırılmış) (nəqliyyat, yanacaq, rüsumlar və s.) xərclər, həmçinin məhkəmədə təmsilçilik xərcləri sifarişçi tərəfindən ayrıca ödənilir
14. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilə üzrə ödəniş hər növbəti rübün sonuncu ayında, xidmətin təhvil təsliminə dair akt imzalandıqdan sonra aparılır.
15. ## ##### 2023-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023- cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin yanvar, fevral və mart ayları üçün tam olaraq göstərildiyini, “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat məbləğində olduğunu təsdiq edirlər.
16. ## #### 2023-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin aprel, may və iyun ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat məbləğində olduğunu təsdiq edirlər.
17. ## ####### 2023-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin iyul, avqust və sentyabr ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat məbləğində olduğunu təsdiq edirlər.
18. ## #### 2024-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin aprel, may və iyun ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat məbləğində olduğunu təsdiq edirlər.
19. ## ##### 2024-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin yanvar, fevral və mart ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat olduğunu təsdiq edirlər.
20. ## ####### 2024-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin iyul, avqust və sentyabr ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat olduğunu təsdiq edirlər.
21. ## ###### 2024-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin oktyabr, noyabr və dekabr ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat olduğunu təsdiq edirlər.
22. ## ###### 2024-cü il tarixli “Xidmətlərin təhvil aktı”nda qeyd olunmuşdur ki, tərəflər bu aktı imzalamaqla, aralarında bağlanmış ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən hüquqi xidmətlərin oktyabr, noyabr və dekabr ayları üçün tam olaraq göstərildiyini və bu aylara görə “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı qarşısında icra olunmamış öhdəliyinin 6000 manat olduğunu təsdiq edirlər.
23. Təhvil aktları İddiaçı və “Oğuz Aqro İndustry” MMC-nin direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiqlənmişdir.
24. İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanaraq “Oğuz Aqro İndustry” MMC-nin möhürü ilə təsdiq olunmuş ## ###### 2023-cu il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, “Oğuz Aqro İndustry” MMC-nin ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ogluna olan borcu 24 000 manat təşkil edir.
25. İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən imzalanaraq “Oğuz Aqro İndustry” MMC-nin möhürü ilə təsdiq olunmuş ## ###### 2024-cü il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, “Oğuz Aqro İndustry” MMC-nin İddiaçı ##/##/2023 saylı ## ###### 2023-cü il tarixli müqaviləyə əsasən 2023-cü və 2024-cü illər üzrə cəmi borcu 48 000 manat təşkil edir.
26. İddiaçı tərəfindən hüquq məsləhətləri və sair xidmətlərə görə ödəniş edilməsi üçün “Oğuz Aqro İndustry” MMC-nə MT2504 seriyalı ******** nömrəli ##.##.2025-ci il tarixli, dəyəri 48 000 manat olan elektron qaimə-faktura göndərilmişdir.
27. “Oğuz Aqro İndustry” MMC-nin əvvəlki qanuni təmsilçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (iddiaçı ilə müqaviləni rəsmiləşdirmiş şəxs) ilə hazırkı qanuni təmsilçisi Nümayəndə tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli Təhvil- Təslim Aktında göstərilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə yeni hazırlanmış möhürü, “xxxx” MMC ilə bağlanmış icarə müqaviləsini, müqaviləyə dəyişiklik və ona əlavə olunmuş “xxxx” MMC tərəfindən qəbul edilmiş əmrləri, vəkil İddiaçı ilə bağlanılmış hüquqi xidmət müqaviləsini və İddiaçı ilə xidmətlərin xxxxnı təqdim etmişdir.
28. “Oğuz Aqro İndustry” MMC tərəfindən işə əlavə olunmuş hesab üzrə çıxarış məlumatlarından görünür ki, cavabdeh şirkət tərəfindən Şəki Regional Vəkil Bürosunun hesabına müxtəlif vaxtlarda köçürmələr edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
29. İddiaçı (iddiaçı) “Oğuz Aqro İndustry” MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı ##.##.2023-cü il tarixli müqavilə üzrə yaranmış 48 000 manat borcun və 234 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla “Oğuz Aqro İndustry” MMC arasında ##.##.2023-cü il tarixdə “Hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə” bağlanmış, müqaviləyə görə o, “Oğuz Aqro İndustry” MMC-yə hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, MMC isə bunun müqabilində müqavilədə nəzərdə tutulmuş xidmət haqqını ona ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən xidmətə görə haqq hər ay üçün 2000 manat olaraq müəyyən edilmişdir. Lakin cavabdeh tərəf müqavilə imzalandığı dönəmdən heç bir ödəniş etməmiş, nəticədə 48 000 manat borcu yaranmışdır.
31. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz ərizəsi ünvanlamış, etirazında aşağıdakıları göstərmişdir: “İddia ərizəsində göstərilən hallar həqiqətə uyğun deyildir və iddia əsassızdır. 1. Müqavilənin bağlanması və sənədlərin şübhəliliyi: Müqavilə və “xxxx” əvvəlki direktor tərəfindən köhnə tarixə imzalanmışdır. Şirkətin həmin dövrdə aylıq gəliri yalnız 2000 manatlıq icarədən ibarət olmuşdur (bankdan çıxarış, qaimə-faktura və s.) Bütün gəlirin hüquqşünasa xidmət haqqı kimi ödənilməsi iqtisadi məntiqə ziddir. 2. Hüquqi xidmətlərin göstərilməməsi: 2023–2024-cü illərdə cavabdeh hüquqi xidmətlər üçün Şəki Regional Vəkil Bürosu ilə rəsmi müqavilə bağlamış və 200–300 manat məbləğində ödənişlər etmişdir. Bu fakt iddiaçının real xidmət göstərmədiyini təsdiq edir. 3. Elektron qaimənin qanunsuzluğu: İddiaçı yalnız ##.##.2025-ci il tarixdə qaimə göndərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.7-ci bəndinə əsasən, elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində”.
32. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddianın təmin edilməsini, cavabdehin nümayəndəsi (vəkili) isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişlər.
33. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, cavabdeh şirkət hüquqi xidmət göstərilməsi üçün Şəki Regional Bürosu ilə müqavilə bağlamışdır. Burada tərəfin göstərdiyi xidmət haqqının məbləğini mübahisələndirmirlər. Bütün müqavilə, təhvil-təslim aktı, iddiaçının məhkəməyə müraciəti məhz xidmətlərin göstərildiyi qeyd edilən dövrdən sonrakı aylarda, 3-4 ay sonra baş vermişdir. Müqavilə şərtlərinə əsasən hər rübün növbəti ayın 1-də ödəniş edilməli idi. Yəni həmin tarixlərdə qaimə-fakturalar təqdim edilsəydi sahibkar vergi ödəyicisidir və ödənişini vaxtında edəcəkdir. Vergi qanunvericiliyinə əsasən həmin qaimələr malların, xidmətlərin göstərildiyi gündən 5 iş günü sonra təqdim edilməlidir. Yəni e-qaimə özü 2025-ci ilin aprel ayında təqdim edilmiş və "xxxx İndustry” MMC e-qaimədən imtina etmişdir. Daha sonra yenidən göndərilmiş və onlar tərəfdən ikinci dəfə imtina edilmişdir. Ən sonda da mühasibin nəzarət etmədiyindən 5 iş günü ərzində sistem tərəfindən avtomatik olaraq qəbul edilmişdir. Müqavilə şərtlərinə əsasən icraçı sifarişçiyə hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Xidmət əsasən icraçı tərəfindən icraçının ofisində həyata keçiriləcəkdir. Xüsusi hallarda icraçının sifarişçinin ofisinə gəlməsi zəruri hesab oluna bilər. Müqavilə üzrə hansı xidmətlərin göstərilməsi müəmmalıdır. Sonradan verilsə belə keçmişə aid hər hansı iz yoxdur. Həmin təhvil-təslim aktarının hər rübdə bağlanılmaması xidmətlərin göstərilməsi şübhəsi yaradır. Şirkətin həmin dövrdə aylıq gəliri yalnız 2000 manatlıq icarədən ibarət olmuşdur. Bununla bağlı bankdan çıxarışlar, qaimə- fakturalar məhkəməyə təqdim edilmişdir. Bütün gəlirin hüquqşünasa xidmət haqqı kimi ödənilməsi məntiqə uyğun deyildir. Şirkətin əvvəlki direktoru məhkəməyə izahatında da dəqiq olaraq hansı xidmətlərin göstərildiyini sübut edə bilməmişdi. Sadəcə olaraq 4 ədəd təhvil-təslim aktının Şəki-Oğuzda imzalandığını bildirmişdi. İddiaçı hazırda iddia tələbinin əsası kimi müqavilə və təhvil-təslim aktına istinad edir. Qaimələr isə bütün xidmətlər göstərildikdən sonra sistemə vurulmuşdur. Sübutetmə yükü iddiaçının üzərinə düşür. Şirkətin keçmiş rəhbəri özü də məhkəmə iclasında suallara cavab olaraq bildirmişdi ki, onun heç bir işçisi olmamışdır. E-sistemə daxil olduqda nəsə görə bilərik, lakin iddiaçı tərəfindən icra xidmətinin göstərilməsi iddiaçı tərəfindən sübuta yetirilmir.
34. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında sədrlik edənin suallarına cavab olaraq bir dəfə 2025-ci ilin aprel ayında qaimə vurulduğunu, iş üzrə başqa qaimənin olmadığını, həmçinin 2023-2024-cü illərdə müqavilə və xxxxnı tərəflərin imzaladığını, qanunvericiliyin tələbi ilə hər ay onlara qaimə göndərilməli olduğunu, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs indi də payçı olduğunu, "xxxx” şirkətinin yapon sərmayesi nəticəsində yaranmış bir şirkət olduğunu, həmin şirkətin böyük hissəsinin Yapon şirkətinə məxsus olduğunu, şirkətin Oğuzda götürdüyü yerin Tamara xanıma aidiyyatı olduğunu, ona görə də Tamara xanımın həmin şirkətin müəyyən hissəsinə sahiblik etdiyini, hal-hazırda şirkətin direktorunun Nümayəndə olduğunu, 2023-cü ilin yanvarından aprelinə kimi Emin müəllimin də yaponlar tərəfindən direktor olaraq təyin edildiyini, tərəflər arasında nə münaqişə, nə də pul tələbi olduğunu, Vüsal müəllimə yox, başqa vəkillərə ödənişlərinin olduğunu, bunun bank çıxarışlarından da göründüyünü, 2023cü ildə Şəki Vəkil Bürosundan 6-7 nəfər vəkil ilə razılaşdıqlarını, bank çıxarışlarında da bu faktın olduğunu, qaimə vurmamağın nəticəsi olaraq bir maliyyə sanksiyası olduğunu, xidmətlərin, malların dəyərinin 10 faizi olaraq ilk dəfə maliyyə sanksiyasının tətbiq edildiyini, vəkil xidmətinin daha baha olduğunu, iddiaçı tərəfin heç bir xidmət göstərmədiyini, heç bir məhkəmədə cavabdehi təmsil etmədiyini, buna görə 2000 manat aylıq əməkhaqqı almamalı olduğunu, hətta Tamara xanımın özünun "Oğuz Aqro İndustry” MMC olaraq İddiaçı qarşı “payın ləğvi” ilə bağlı iddia qaldırdığını, iddiaçının xidmətlərin göstərilməsi ilə bağlı qaimə-fakturanı onlara təqdim etmədiyini, iddiaçı tərəfin təqdim etdiyi qaimələri dəfələrlə geri qaytardıqlarını, iddiaçının 2025-ci ilin aprel ayında qaimə göndərdiyini, ortada xidmət göstərilməsi olmadığı üçün iddiaçının göndərdiyi qaimələri geri qaytardıqlarını, qarşı tərəf qaiməni yenidən göndərəndə elektron sistemin özünün avtomatik qaiməni qəbul etdiyini, onun fəaliyyət göstərdiyi vəkil bürosundan onlara qaimənin daxil olmadığını, vatsap tətbiqi vasitəsi ilə yazışmaların 2023-cü ilin fevral-aprel aylarına aid olduğunu, yazışmalarda qeyd olunan işlərin Tamara xanımın şəxsi işləri ilə bağlı olduğunu, müqavilə və "xxxx”nın əvvəlki direktor tərəfindən köhnə tarixə imzalandığını və başqa sübutların olmadığını, iddiaçı tərəfindən hansı işlərin görüldüyünün onlara aydın olmadığını bildirmişdir.
35. Məhkəmənin ##.##.2025-ci il tarixli protokol-qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ərizə ünvanlamış, ərizəsində aşağıdakıları göstərmişdir: “İddiaçı ilə 2022-ci ilin əvvəllərində “xxxx” MMC-nin təsisçiləri və direktoru vasitəsi ilə tanış olmuşam. Həmin vaxt “TET İnternational Development” MMC Ələsgərov Namiq İmran oğlunun köməkliyi ilə sənədləri saxtalaşdıraraq “xxxx” MMC-yə məxsus “xxxx İndustry” MMC-nin 70% paylarını ələ keçirmişdilər və İddiaçıla birlikdə biz bu qanunsuzluğa Bakı Kommersiya məhkəməsinin vasitəsi ilə son qoyulmasına nail olduq. İddiaçı həmin vaxt müqavilə əsasında “xxxx” MMC-nin maraqlarını müdafiə edirdi. Bir məsələyə diqqət yetirməyinizi istəyirəm ki, həmin zaman “TET İnternational Development” MMC-nin rəhbərliyi Tanyo Muneçeka, Namiq Ələsgərovdan və Taro Savadadan ibarət idi. Təsis payları geri qaytarıldıqdan sonra “xxxx İndustry” MMC-nin bütün maliyyə və kadr sənədlərinn yoxa çıxdığı, anbardan 600 ton tütün məhsulunun oğurlandığı aşkar olundu, üstəlik vergi orqanları, digər dövlət orqanları və fermerlərlə də bu günədək həll olunmayan böyük problemlərin mövcudlğu aşkar olundu. Bu məsələlərdə şirkətə köməklik göstərməsi üçün mən İddiaçıla Hüquqi xidmətin göstərilməsi ilə bağlı müqavilə imzalamışam. Müqavilə münasibətlərinin yarandığı ilk vaxtlar “xxxx” MMC-nin rəhbərliyi “Oğuz Aqro İndustry” MMC-yə əlavə vəsaitlər yatıracağına söz versə də bu sözlərinin üzərində durmamış və nəticədə şirkəti ayaqda saxlamaq üçün on minlərlə manat məbləğində şəxsi vəsaitimi xərcləyərək kommunal xidmətlər və əmək haqqlarını ödəmişəm, istehsal sahəsinin dağılmaması və funksionallığının qorunması üçün əlimdən gələni etmişəm. Təkrar olaraq qeyd etmək istəyirəm ki, 3 il ərzində məndən başqa heç bir təsisçi şirkətlə maraqlanmamış və 1 qəpik də olsa vəsait şirkətin fəaliyyətinə yatırmamışdır. Bu səbəbdən də mənim şirkətin rəhbəri kimi fəaliyyətimi, bağladığım müqavilələri hazırki rəhbərlərin soğulaması gülünc doğurur. Bütün bu baş verənlər İddiaçı iştirakı və hüquqi yardımı ilə müşaiyyət olunduğundan mövcud vəziyyətə anlayışla yanaşaraq ödənişlərin hər dəfə ertələnməsinə dair xahişimi yerə salmamışdır. Həmçinin aramızda etibarlı və uzunmüddətli münasibətlərin olması, “xxxx İndustry” MMC-nin potensialı və balansında kifayət qədər əmlakının olması da onun bu qərarı qəbul etməsində böyük rol oynamışdır. Sonradan “xxxx” MMC-nin təsisçilərinin qəfil yoxa çıxmalarından istifadə edən “TET İnternational Development” MMC yenidən alkoqollu içkilər aludəçisi olan və hazırda da harda olması məlum olmayan Tanyo Muneçeka və cinayətkar (qüvvəyə minmiş məhkəmə hökmü var və hazırda “Oğuz Aqro İndustry” MMC-nin bank hesabından külli miqdarda vəsaiti mənimsəməsi ilə bağlı barəsində cinayət işinin istintaqı gedir) Namiq Ələsgərovun əli ilə “Oğuz Aqro İndustry” MMC-nin “xxxx” MMCyə məxsus paylarını yenidən ələ keçirmişdir. Məhz bundan sonra 2022-ci ildə onların qeyri-qanuni hərəkətlərinə son qoyan İddiaçı və mənə qarşı qarayaxma, şikayət, böhtan kampaniyasına başlamış, bütün bu müddət ərzində şirkəti ayaqda saxlayan məni direktor vəzifəsindən kənarlaşdırmışlar. Hətta “xxxx İndustry” MMC-nin yeganə gəlir mənbəyi olan icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə baş vurmuş, icarədarların çıxarılmasımı tələb edirlər. Hesab edirəm ki, bu şəxslərin İddiaçı qarşı hərəkətləri eyni ilə mənə qarşı olduğu kimi qisas xarakterlidir, obyektivlikdən uzaqdır. Bir daha bildirirəm ki, “Oğuz Aqro İndustry” MMC-ilə İddiaçı arasında imzalanmış xidmət müqaviləsi qanunidir, xidmət keyfiyyətlə və tam olaraq yerinə yetirilib, sadəcə xidmətin nəticələri hazırda iş üzrə cavabdehi təmsil edən şəxslərə qarşı yönəldiyindən təbii ki, onları qane etməmişdir”.
36. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs yazılı ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının haqlı olduğunu bildirmişdir.
37. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
38. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında xidmət müqaviləsi adı altında tapşırıq müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə konsaltinq və hüquqi yardım xidmətlərini göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilədə nəzərdə tutulmuş tapşırığı yerinə yetirsə də, cavabdeh tərəfindən tapşırıq üçün şərtləşdirilmiş muzd ödənilməmişdir. Cavabdeh tərəf etirazında iddiaçı tərəfindən hər hansı xidmətin göstərilmədiyini, müqavilənin və xxxxnın sonradan geri tarixə imzalandığını qeyd etsə də, bu faktı təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Əksinə, iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış xidmətlərin göstərilməsi iş materiallarındakı sübutlarla (elektron qaimə, xidmətlərin göstərildiyini təsdiqləyən təhvil aktları, “Oğuz Aqro İndustry” MMC-nin keçmiş direktorunun etirafı) təsdiq olunur .
39. İddiaçının elektron qaiməni gec göndərməsi ilə bağlı cavabdehin etirazına münasibətdə məhkəmə, iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qeyd etdiklərinə istinadən hesab etmişdir ki, müqavilə qüvvədə olduğu müddətdə cavabdehin keçmiş direktoru olmuş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəniş edə bilməyəcəkləri üçün elektron qaiməni hər rüb üzrə göndərməməsini xahiş etdiyindən və iddiaçı fərdi sahibkar olaraq elektron qaimələri göndəridiyi halda ödəniş olmadıqda belə həmin qaimələr üzrə vergi ödəməli olduğundan, elektron qaimənin yekunda göndərilməsi ağlabatandır və tərəflər arasında bu cür işgüzar adət formalaşmışdır.
40. Məhkəmə vurğulamışdır ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirak etmək, cavabdehin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət deyil, ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlərin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi, hüquqi məsləhətlərin verilməsi, hüquqi sənədlərin təhlil olunması, müvafiq orqanlarla danışıqların aparılması, işçilərin işdən çıxması ilə bağlı sənədlərin hazırlanması və s. kimi işlərin icrası da hüquqi yardım xidmətinə aiddir.
41. Məhkəmə həmçinin vurğulamışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixli müqavilə, müqavilə azadlığı prinsipinə uyğun olaraq onların öz səbəst iradələri əsasında imzalanmış, müqavilənin məzmunu, haqqın ödənilməsi şərtləri və məbləği müəyyənləşdirilmişdir, buna görə də iddiaçının Mülki Məcəllənin 783.2-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə görülmüş xidmətin muzdunun ödənilməsini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır.
42. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1-ci, 390.5-ci, 442-ci, 445.7-ci, 777.1-ci, 777.2-ci, 778.1-ci, 778.2-ci, 783.1-ci, 783.2-ci maddələrinə istinad etmişdir.
43. Qətnamədən “Oğuz Aqro İndustry” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
44. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
45. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ilk məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
47. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
48. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
49. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
50. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
53. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
57. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
58. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
59. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
60. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
61. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə 62. icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
63. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
64. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
65. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
66. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
67. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
68. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
69. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
70. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
71. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
74. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
79. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
82. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
83. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
84. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
85. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
86. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
87. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
89. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
90. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
91. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
92. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
93. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
94. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir” (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarı).
95. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 50) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
96. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
97. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsində (§ 51) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
98. Cavabdehin iddia tələbinə etirazının dəlillərini nəzərə alan kollegiya hesab edir ki, ilk növbədə iddiaçının istinad etdiyi müqavilənin, onunla cavabdehin nümayəndəsinin pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanıb-bağlanmadığı müzakirə olunmalıdır; belə ki, cavabdehin nümayəndəsinin izahatına görə, həmin müqavilə və “xxxx” MMC-nin əvvəlki direktoru tərəfindən köhnə tarixlə imzalanmış, şirkətin həmin dövrdə aylıq gəliri yalnız 2000 manatlıq icarə haqqından ibarət olmuş, 2023–2024-cü illərdə cavabdeh hüquqi xidmətlər üçün Şəki Regional Vəkil Bürosu ilə rəsmi müqavilə bağlamış və 200–300 manat məbləğində ödənişlər etmiş, iddiaçı cavabdehə real xidmət göstərməmişdir.
99. Yuxarıda qeyd olunduğu kimi, ##.##.2023-cü il tarixli müqavilə və həmin müqavilənin icrasını təsdiq edən xxxx MMC-nin əvvəlki direktoru tərəfindən imzalanmış, adı çəkilən direktor hüquqi şəxsin icra orqanı kimi çıxış edərək onun adından əqdlər bağlamaq səlahiyyətinə malik olmuşdur.
100. Lakin şübhəsizdir ki, bu səlahiyyət mütləq xarakter daşımır və nümayəndə təmsil etdiyi şəxsin maraqlarına uyğun, vicdanla və ağlabatan şəkildə hərəkət etməyə borcludur. Mülki qanunvericiliyin hüquqi şəxs adından çıxış edən şəxslə (§ 49) və ümumilikdə nümayəndəliklə bağlı müddəalarının mənasına görə, nümayəndənin öz səlahiyyətlərindən təmsil olunanın zərərinə istifadə etməsi və bu zaman qarşı tərəflə əlbir hərəkət etməsi hallarında bağlanmış əqd hüquqi müdafiə ilə təmin olunmur və belə əqd etibarsız hesab edilə bilər.
101. Kollegiyanın qənaətinə görə, iş üzrə aşağıdakı hallar əvvəlki direktorun cavabdehin maraqlarına zidd hərəkət etməsi ehtimalını gücləndirir:
102. İlk növbədə, müqavilənin şərtləri iqtisadi baxımdan açıq-aşkar qeyri-adekvatdır. Belə ki, işin hallarından cavabdeh MMC-nin aylıq gəlirinin yalnız icarə daxilolmalarından formalaşan aylıq təxminən 2000-3000 manat olduğu müəyyən olunur – hansı ki, bu hal, müqavilə üzrə nəzərdə tutulmuş aylıq 2000 manat xidmət haqqının şirkətin gəlirinin çox böyük hissəsini təşkil etməsi deməkdir. Bu cür maliyyə yükünün uzun müddət ərzində qəbul edilməsi isə normal və vicdanlı sahibkarlıq davranışına uyğun deyildir və təmsil olunanın maraqlarına ziddir.
103. İkincisi, müqavilənin faktiki icrası sübut olunmur və iddiaçı tərəfindən konkret hüquqi xidmətlərin göstərilməsini təsdiq edən heç bir obyektiv sübut təqdim edilməmişdir. Buna baxmayaraq, əvvəlki direktor tərəfindən uzun müddət ərzində müntəzəm olaraq xxxxnın imzalanması həmin aktların formal xarakter daşıdığını və real xidmətin əks olunmadığını göstərir.
104. Üçüncüsü, iş materiallarından görünür ki, cavabdeh eyni dövrdə Şəki Regional Vəkil Bürosu ilə müqavilə bağlamış və faktiki olaraq həmin qurumun xidmətlərindən istifadə edərək ona ödənişlər həyata keçirmişdir. Bu xüsusat da ##.##.2023-cü il tarixli müqavilə üzrə xidmətlərin real olaraq göstərilmədiyini və əvvəlki direktorun həmin müqaviləni cavabdehin real ehtiyacları ilə əlaqələndirmədən bağladığını göstərir.
105. Dördüncüsü, müqavilənin bağlanması və icrasına dair bütün sənədlərin eyni şəxs – əvvəlki direktor - tərəfindən rəsmiləşdirilməsi, bu prosesdə hər hansı daxili nəzarət mexanizmlərinin və ya digər vəzifəli şəxslərin (misal üçün mühasibin) iştirakının olmaması həmin hüquq münasibətlərinin şəffaflığını və obyektivliyini şübhə altına alır.
106. Kollegiya hesab edir ki, sadalanan halların məcmusu əvvəlki direktorun səlahiyyətlərini formal olaraq aşmamasına baxmayaraq, onları təmsil olunanın maraqlarına zidd və ya ən azından qeyri-peşəkar şəkildə həyata keçirdiyini göstərir. Eyni zamanda, müqavilənin şərtlərinin açıqaşkar qeyri-adi və iqtisadi cəhətdən əsassız olması qarşı tərəfin – iddiaçının – da bu vəziyyəti bilməsini və ya ən azı bilməli olmasını ehtimal etməyə əsas verir.
107. Bu kontekstdə kollegiyanın qənaətinə görə, ##.##.2023-cü il tarixli müqavilə əvvəlki direktor ilə iddiaçı arasında cavabdeh MMC-nin maraqlarına zidd olaraq pis niyyətlə razılıq əsasında bağlanmışdır.
108. Digər tərəfdən qeyd olunmalıdır ki, mülki hüququn əsas prinsiplərindən biri, öhdəliyin icrasını tələb edən şəxsin həmin öhdəliyin yaranmasını və icra edilməli olan hərəkətin faktiki yerinə yetirildiyini sübut etməli olmasıdır.
109. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
110. Xidmətlərin göstərilməsi müəyyən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Xidmətlər göstərilən zaman nəticə maddiləşdirilə bilən bir formaya çevrilmir, onun məqsədini faydalı fəaliyyətin özü təşkil edir.
111. Bu müqavilələr üzrə xidməti alan qismində icraçı tərəfindən göstərilən xidmətlərdən faydalanan şəxs çıxış edir və göstərilmiş xidmətin haqqını ödəmək vəzifəsi (yükü) də məhz həmin subyektin üzərinə düşür; icraçının məsuliyyəti isə həmin fəaliyyətin düzgün icrası ilə bağlı olur.
112. Xidmət müqavilələrində ödəniş tələbinin əsas şərti xidmətin faktiki göstərilməsidir, yəni, yalnız müqavilənin mövcudluğu deyil, eyni zamanda həmin müqavilə üzrə konkret xidmətlərin göstərilməsi də sübut olunmalıdır.
113. Hüquq sahəsində konsaltinq və hüquqi yardım xidmətlərinin göstərilməsini sübutetmə yükü iddiaçının, bunun müqabilində razılaşdırılmış haqqı iddiaçıya ödədiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
114. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən müqavilə üzrə hansı konkret hüquqi xidmətlərin göstərildiyini təsdiq edən hər hansı obyektiv və müstəqil sübut məhkəməyə təqdim olunmamış, o, yalnız müqavilə və həmin müqaviləyə istinadən tərtib edilərək MMC-nin əvvəlki direktoru tərəfindən imzalanmış xxxxnı əsas götürmüşdür.
115. Kollegiya bir daha qeyd edir ki, eyni şəxsin – yəni cavabdehin əvvəlki direktorunun – həm müqaviləni bağlaması, həm də sonradan həmin müqavilənin icrasını təsdiq edən aktları imzalaması bu sənədlərin obyektivliyini və etibarlılığını şübhə altına alır. Bu cür sənədlər, digər müstəqil sübutlarla təsdiqlənmədiyi halda, xidmətin faktiki göstərilməsinin kifayət qədər sübutu kimi qəbul edilə bilməz.
116. Bu cür “müstəqil sübutlar” qismində iddiaçı tərəfindən tərtib olunmuş hər hansı hüquqi rəy, məhkəmə və ya inzibati orqanlara ünvanlanmış sənədlər, məhkəmə aktları, hüquqi yazışmalar, görülmüş işlərin siyahısı və ya hesabatlar çıxış edə bilərdi – lakin iddiaçı belə sübutlar təqdim etməmişdir. Belə vəziyyət isə kollegiyaya, iddiaçının öhdəliyini faktiki olaraq icra etməsi barədə qənaətə gəlməyə imkan vermir.
117. Kollegiya onu da qeyd edir ki, məhkəmə iddiaçının (xüsusilə, peşəkar vəkil olan iddiaçının) əvəzinə sübut toplamaq vəzifəsi daşımır və mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən olan dispozitivlik, habelə formal həqiqət prinsiplərinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilməklə, hakim tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.
118. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
119. Məhkəmə xərclərinə də qiymət verilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
120. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Oğuz Aqro İndustry” MMC-yə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov