Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-224/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “Avro-Asiya Inşaat Korporasiyası Evrascon” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi, daşınma haqqı Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə Şəmsəddin oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “X4 Evrascon” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. Iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli, EAC-XM-***/** saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Icraçı (iddiaçı) bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə (bundan sonra “Əlavə” adlandırılacaq) qeyd olunan xidmətləri (bundan sonra “Xidmət” adlandırılacaq) göstərməyi, Sifarişçi (cavabdeh) isə bunun əvəzində Əlavədə müəyyən edilmiş Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən, Xidmətin növü, həcmi, dəyəri, müddəti, ödəniş qaydası və digər məlumatlar Əlavə ilə müəyyən edilir. - 2.1-ci bəndinə əsasən, Bu Müqavilə üzrə hesablaşmalar Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasına müvafiq şəkildə həyata keçirilir. Hesablaşmalar təqdim olunmuş ödəniş sənədinə əsasən Icraçının cari bank hesabına köçürmə yolu ilə aparılır. - 2.2-ci bəndinə əsasən, Xidmətin dəyəri və ödəniş qaydası Əlavə ilə müəyyən edilir. - 4.2-ci bəndinə əsasən, Xidmətlərin icra müddəti bu Müqaviləyə Əlavədə müəyyən edilmişdir. Xidmətlərin mərhələli göstərilməsi nəzərdə tutulmuşdursa Xidmətlər Cədvəlinə uyğun olaraq icra olunmalı və təhvil verilməlidir. Bu halda mərhələ üzrə aralıq Təhvil-Təslim Aktı imzalanacaq və bu Müqavilə ilə nəzərdə tutulmuş Xidmətlər tam göstərildikdən sonra yekun Təhvil-Təslim Aktı imzalanmalıdır.
2. ##.##.2024-cü il tarixli, EAC-XM-***/** saylı Xidmət müqaviləsinə * saylı Əlavə ilə tərəflər icraçı tərəfindən 1 tonunun qiyməti 7 manat olmaqla dolğu materiallarının daşınması növündə xidmətlərin göstərilməsini razılaşdırmış, icra müddətini 1 il, ödəmə şərtlərini görülmüş işlərlə bağlı hər ayın sonu tərəflər arasında akt tərtib olunması və həmin akt imzalandıqdan 15-20 gün müddətində köçürmə yolu ilə icraçıya ödənişlər edilməsi şəklində müəyyən etmişlər.
3. Hər iki tərəfdən imza ilə təsdiq edilmiş müqavilə çərçivəsində yerinə yetirilmiş işlər barədə 03 və ** saylı aktlardan görünür ki, iddiaçı tərəfindən 01-## ###### 2024-cü il dövrü üzrə cəmi 186035,15 manat, 01-## ######## 2024-cü il dövrü üzrə cəmi 199495,8 manat məbləğində xidmətlər göstərilmişdir. Təhvil-təslim aktlarında daşınan malların çəkisi, daşındığı tarix, daşıma istiqaməti, sürücü barədə məlumatlar göstərilmiş, sürücü və İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir.
4. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 1017,8 manat məbləğində EBED seriyalı, ****** nömrəli, ##.##.2024-cü il tarixli elektron-qaimə göndərilmiş, ##.##.2024-cü il tarixli ödəniş tapşırığına əsasən, 1017,8 manat məbləğində pul ****** nömrəli, ##.##.2024-cü il tarixli qaimə əsası ilə cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüşdür. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixdə - ƏDV daxil cəmi 219521,48 manat məbləğində MT241011264876 seriya və nömrəli, ƏDV daxil cəmi 271,75 manat məbləğində MT241011267213 seriya və nömrəli elektron-qaimələr göndərilmiş, lakin hər iki qaimə sonradan ləğv edilmişdir.
5. * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2024-cfü il tarixli *-**-*-*/*-*****/**** nömrəli Qərarı ilə kameral yoxlama nəticəsində iddiaçı tərəfindən 186265,45 manat kənarlaşmaya görə 33527,78 manat borc hesablanmışdır. Habelə, iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, ona ##.##.2025-ci il tarixə, cəmi 40533,97 manat məbləğində vergi borcu hesablanmışdır.
6. Bundan başqa, cavabdehlə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixdə EAC- XM-***/** saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən Icraçı qismində çxıış edən “xxxx” MMC bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə qeyd olunan xidmətləri göstərməyi, Sifarişçi qismində çxıış edən cavabdeh isə bunun əvəzində Əlavədə müəyyən edilmiş Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli, EAC-XM-***/** saylı Xidmət müqaviləsinə * saylı Əlavə ilə tərəflər icraçı tərəfindən 1 tonunun qiyməti 7 manat olmaqla dolğu materiallarının daşınması növündə xidmətlərin göstərilməsini razılaşdırmış, icra müddətini 1 il, ödəmə şərtlərini görülmüş işlərlə bağlı hər ayın sonu tərəflər arasında akt tərtib olunması və həmin akt imzalandıqdan 15-20 gün müddətində köçürmə yolu ilə icraçıya ödənişlər edilməsi şəklində müəyyən etmişlər.
7. ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə 100 manat məbləğində pul cavabdeh tərəfindən “xxxx” MMC-nin bank hesabına, köçürmənin aparılması haqqında bildiriş ilə 69436,97 manat məbləğində pul MMC-nin ƏDV hesabına köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat:
8. Iddiaçı tərəflər arasında bağlanmış ## ##### 2024-cü il tarixli EACXM-***/** nömrəli xidmət müqaviləsi üzrə yaranmış 66080 manat əsas borcun, 3304 manat cərimənin (ödənişin geçikdirilməsinə görə hesablanmış), cavabdehin yəqsiri üzündən iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 33527,78 əsas borc və 7007,11 manat faiz borcunun, 399,92 manat dövlət rüsumu əvəzinin və 530 manat vəkilə ödənilən haqqın, ümumilikdə 109108 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ## ##### 2024-cü il tarixli EAC-XM-***/** nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı * saylı əlavədə göstərilmiş dolğu materialının daşınması xidmətini yerinə yetirərək 8000 ton dolğu materialının tikinti sahəsinə daşınmasını təmin etmişdir. Malların, işləri və xidmətlərin satışı və təhvil verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11- 6, 71-1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “ Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na və tərəflər arasında imzalanmış müqavilənin 2.2.7-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə malların təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan elektron qaimə-fakturası göndərmiş və cavabdeh tərəfindən bu elektron qaiməfakturalar təsdiq edilmişdir. Xidmət müqaviləsinin və * saylı Əlavənin şərtlərinə əsasən dolğu materialının daşınmasını təsdiq edən Təhvil-təslim aktı imzalandıqdan sonra 15-20 gün ərzində daşınmış dolgu materialının dəyəri fərdi sahibkarın bank hesabına, ƏDVsi isə fərdi sahibkarın ƏDV Depozit hesabına ödənməli idi. Müqavilənin şərtinə əsasən hər ton materialın daşınması üçün xidmət haqqının 7 manat olması nəzərə alınaraq daşınmış dolğu materialının dəyərinin 56000 manat, ƏDV 10080,0 manat olmaqla, cəmi 66080 manat sahibkara ödənilməmişdir. Müqvilənin 11.2-ci bəndinə əsasən tərəflər müqavilə öhdəliyinə əməl etmədikdə geçikdirilmiş hər gün üşün xidmətin dəyərinin 0,1 faizi miqdarında (xidmətin dəyərinin 5%-dən artıq olamamaq şərti ilə) cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən Icraçı Sifarişçidən ödəmədiyi 66080 manat xidmətin dəyyərinin 5%-i həcmində 66080 x 5% = 3304 manat cərimə tələb etmə hüququndan istifadə edir. Bundan başqa, Sifarişçinin günahı üzündən Icraçıya * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən kameral hesablanmış 33527,78 manat ƏDV məbləği və bu məbləğə hesablanmış 7007,11 manat faiz məbləğləri də, ümumilikdə 40534,89 manat iddiaçıya ödənilməlidir. Çünki, Sifarişçinin vaxtında xidmətin dəyərini ödəməməsi vergi orqanına sahibkara kameral vergi hesablamasına şərait yaratmışdır. Həmin borcun ödənilməsi məqsədilə dəfələrlə cavabdehlə aparılan danışıqlar nəticə verməmiş, müqavilə öhdəlikləri aşkar surətdə şüurlu olaraq pozulmaqda davam etmişdir.
10. Iddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ## ##### 2024-cü il tarixli EACXM- ***/** nömrəli xidmət müqaviləsi üzrə yaranmış 66080 manat əsas, 3304 manat cərimə, 530 manat hüquqi yardımla bağlı vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumunun 251,95 manat hissəsinin cavabdeh “X4 Evrascon” ASC-dən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 147,97 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik lazımı qaydada icra edilməsinə baxmayaraq cavabdeh göstərilmiş xidmətləri qəbul etməyə dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməmişdir. Belə ki, o, ödənişlərin iddiaçının müraciəti əsasında “xxxx” MMC-nin hesabına köçürüldüyünü bildirsə də, buna dair tərəflər arasında bağlanmış üçtərəfli müqavilə və ya digər hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Iş materiallarından müəyyən olunur ki, cavabdehlə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixdə EAC-XM-***/** saylı müstəqil xidmət müqaviləsi bağlanmış, həmin müqavilə əsasında MMC müəyyən xidmətlər göstərmiş və bunun müqabilində cavabdeh tərəfindən 100 manat məbləğində pul MMC-nin bank hesabına, 69436,97 manat məbləğində pul isə onun ƏDV hesabına köçürülmüşdür. Lakin həmin ödənişlərin hazırkı işlə hər hansı bağlılığı müəyyən edilməmişdir. Buna görə də iddiaçı 66080 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
13. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Buna görə də iddiaçı cavabdeh tərəfindən öhdəlyinin vaxtında icra etmədiyinə görə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
14. Məhkəmə iddia tələbini “cavabdehin təqsiri üzündən iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 33527,78 əsas borc və 7007,11 manat faiz borcunun ödənilməsi” hissəsində əsassız hesab etmişdir. Belə ki, iddiaçı cavabdeh ASC-nin işçisi Orxan Nağıyev ilə yazışmalarında özü bildirmişdir ki, ona kameral yoxlama ilə əsassız olaraq 33527,78 manat əsas borc olmaqla, cəmi 40533,97 manat məbləğində vergi borcu hesablanmışdır. Buna görə də ediləcək ödənişlərin vergi borcuna çıxılmasının qarşısının alınması üçün cavabdehə göndərilmiş 3 ədəd elektron qaimələr ləğv edilsin və hər hansı ödəniş icra edilməsin. Digər tərəfdən, Bakı şəhəri * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən iddiaçıya ünvanlanmış kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında ##.##.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, iddiaçıya 33527,78 manat əsas borc olmaqla, cəmi 40533,97 manat məbləğində hesablanmış vergi borcu onun 2024-cü ilin oktyabr ayı ərzində 18% dərəcəsi ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektronqaimə fakturaların dəyəri olan 186265,45 manat məbləğ üzrə hesablanmışdır. Belə olan halda, bir tərəfdən cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsi iddiaçının öz xahişi olduğundan, digər tərəfdən isə hesablanmış vergi borcunun tərəflər arasında yaranmış öhdəlik münasibəti ilə hər hansı bağlılığı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.
15. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia qismən təmin edildiyindən (təqribən 63% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.1, 448.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh “X4 Evrascon” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin faktiki hallarını əks etdirmir, maddi və prosessual normalar pozulmaqla qəbul edilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş “fləş kart”da qeyd edilən səs yazıları məhkəmə tərəfindən sübut qismində araşdırılmış və müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh ASC-nin işçisi Orxan Nağıyev ilə yazışmalarında bildirir ki, ona kameral yoxlama ilə əsassız olaraq 33527,78 manat əsas borc olmaqla, cəmi 40533,97 manat məbləğində vergi borcu hesablanmışdır. Buna görə də ediləcək ödənişlərin vergi borcuna çıxılmasının qarşısının alınması üçün cavabdehə göndərilmiş 3 ədəd elektron qaimələr ləğv edilsin və hər hansı ödəniş icra edilməsin, ödənişlər sonradan onun tərəfindən təqdim ediləcək yeni şirkətə edilsin. Cavabdehin nümayəndəsi isə cavabında 1017,8 manat məbləğində qaimə üzrə ödəniş artıq icra edildiyindən ləğv etməyin mümkün olmadığını bildirmiş, lakin digər 2 qaimənin ləğv ediləcəyini qeyd etmişdir. Məhkəmənin qətnamədə qeyd etdiyi bu hal sübut edilən və ya müəyyən edilən hal deyil, sadəcə məhkəmədə iddiaçının qeyd etdiyi izahatıdır. Belə ki, məhkəmədə araşdırılan zaman borcu hansı qaimə üzrə qalmasını aydınlaşdırılmadı, eyni zamanda qalan məbləğdən əlavə digər məbləğlərin hansı qaimə üzrə ödənilməsi aydınlaşdırılmadan qətnamə qəbul edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Orxan Nağıyevlə edilmiş whatsap yazışmasındakı halları inkar etdikdən və suallara yalan cavablar verdikdən sonra məhkəməyə Orxan Nağlıyevin dindirilməsi barədə vəsatət versələr də məhkəmə bunu təmin etmədi. Yazışma zamanı tərəf kimi iştirak etmiş Orxan Nağılyevin dindirmədən qətnamə qəbul edilməsi işin bütün faktiki hallarını aydınlaşdırılmadan qəbul edilməsidir. Tərəf iddianı təsdiq edəcək sübutları məhkəmədə təqdim etməmişdir, əksinə onlar tərəfindən təqdim edilmiş sübutlar təsdiq edir ki, iş üzrə iddiaçının istəyi ilə ödəniş digər tərəfə edilmiş, buna dair sübutlara məhkəmə qiymət verməmiş, bütün halları tam, hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Əgər qaimələr üzrə hər hansı ödəniş olsaydı, elə o zamana iddiaçının bank hesabına ödənişlər edilərdi. Edilmiş sadəcə bir qaimə vardır ki, o qaimə üzrə ödənişin edilməsi ilə bağlı hissədə də iddiaçı o qaimənin ləğv edilməsini tələb edirdi. Hesab edirlər ki, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə üçtərəfli müqavilə olmadığını qeyd edərək mövqeyini təkzib edən zaman da işin qətnamədəki qənaəti uyğun deyildir. Belə ki, əgər cavabdehin məhkəməyə təqdim edilmiş səs yazılarında da qeyd etdiyi kimi başqa bir şirkət təqdim ediləcəyi barədə səs yazısında qeyd etdikləri varsa o zaman şahid kimi dindirilməli olan Orxan Nağıyevin verəcəyi ifadə də bu hissədə vacib olmaqla aydınlaşdırılmalı idi ki, Contralux MMC-yə ## ###### 2024-cü il tarixdə ödənişin edilməsindən sonra iddiaçı Orxan Nağıyevdən sorğuşduğu ödəniş hansı ödənişdir, eyni zamanda əgər bu ödəniş onunla əlaqəli deyildirsə niyə Orxan Nağıyevə daha sonra hansısa iradə və ya iddianı qaldırmadan öncə hansısa rəsmi və ya qeyri-rəsmi müraciəti olmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz:
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə Şəmsəddin oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
21. Iddiaçının nümayəndəsinə/vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq Bakı Ağır Cinayətlər Məhkəməsində olduğundan, məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzrlü səbəb hesab edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin/vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəliyin icrası üçün başqa qayda nəzərdə tutulmayıbsa, borclu öhdəliyi kreditorun özünə icra etməlidir. - 430.1-ci maddəsinə əsasən kreditor öhdəliyin icrasını tələb edə bilər. - 439.1-ci maddəsinə əsasən müqavilə tərəflər üçün məcburidir və onlar tərəfindən vicdanla icra edilməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, EAC-XM***/** saylı xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə qeyd olunan xidmətləri göstərməyi, cavabdeh isə bunun əvəzində Əlavədə müəyyən edilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, müqavilə və ona * saylı Əlavədə razılaşdırılmış qaydada dolğu materiallarının daşınması xidməti göstərmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya 66080 manat məbləğində borcu yaranmışdır.
31. Belə ki, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarında daşınan malların çəkisi, daşındığı tarix, daşıma istiqaməti, sürücü barədə məlumatlar göstərilmiş, sürücü və İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir. Həmçinin hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə çərçivəsində yerinə yetirilmiş işlər barədə 03 və ** saylı aktlardan görünür ki, iddiaçı tərəfindən 01-## ###### 2024-cü il dövrü üzrə cəmi 186035,15 manat, 01-## ######## 2024-cü il dövrü üzrə cəmi 199495,8 manat məbləğində xidmətlər göstərilmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixdə - ƏDV daxil cəmi 219521,48 manat məbləğində MT241011264876 seriya və nömrəli, ƏDV daxil cəmi 271,75 manat məbləğində MT241011267213 seriya və nömrəli elektron-qaimələr göndərilmiş, lakin hər iki qaimə ləğv edilmişdir. Hazırkı halda cavabdeh tərəf xidmətlərin göstərilməsi faktını, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu, habelə iddiaçı tərəfindən təqdim edilmiş təhviltəslim32.aktlarının həqiqiliyini mübahisələndirmir. Cavabdehin əsas etirazı ondan ibarətdir ki, iddiaçının göstərişi əsasında müqavilə üzrə ödənilməli vəsait “xxxx” MMC-yə köçürülmüş və bununla da öhdəlik icra edilmiş hesab olunmalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öhdəliklər müqavilənin şərtlərinə uyğun şəkildə icra edilməlidir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli EAC-XM-***/** saylı müqavilənin 2.1-ci bəndinə əsasən hesablaşmalar təqdim olunmuş ödəniş sənədinə uyğun olaraq iddiaçının bank hesabına köçürülmə yolu ilə həyata keçirilməli idi. Iş materiallarında isə həmin müqavilə üzrə ödənişin iddiaçının hesabına deyil, başqa hüquqi şəxsə yönləndirilməsini təsdiq edən hər hansı əlavə saziş, borcun köçürülməsi haqqında razılaşma, kreditorun dəyişdirilməsi barədə sənəd və ya üçtərəfli müqavilə mövcud deyildir.
34. Cavabdehin istinad etdiyi “Whatsapp” yazışmaları və səs qeydlərində də öhdəliyin “xxxx” MMC tərəfindən icra edilməli olduğu müəyyən edilməmişdir. MPM-in 77.1ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Borcun icra edildiyini sübutetmə yükü də məhz borclu tərəfin – cavabdehin üzərinə düşür. Cavabdeh isə müqavilə üzrə yaranmış pul öhdəliyinin məhz iddiaçının razılığı ilə üçüncü şəxs qarşısında icra olunduğunu təsdiq edən rəsmi maliyyə və ya müqavilə sənədlərini təqdim etməmişdir. Təkcə yazışmalarda müəyyən ifadələrin olması öhdəliyin lazımi qaydada icra edilməsi faktını təsdiqləmir.
35. Kollegiya həmçinin nəzərə alır ki, “xxxx” MMC ilə cavabdeh arasında ayrıca, müstəqil hüquq münasibəti mövcud olmuş, həmin MMC ilə ayrıca xidmət müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən həmin MMC-nin hesabına köçürülmüş vəsaitlərin məhz iddiaçı qarşısında mövcud borcun əvəzinə ödənildiyini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Əksinə, iş materiallarından görünür ki, həmin ödənişlər ayrıca müqavilə münasibəti çərçivəsində həyata keçirilmişdir. Bu səbəbdən cavabdehin üçüncü şəxsə etdiyi ödəniş hazırkı mübahisə üzrə öhdəliyin icrası kimi qiymətləndirilə bilməz.
36. Kollegiya cavabdehin Orxan Nağıyevin şahid qismində dindirilməməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, mübahisə predmetini təşkil edən hal pul öhdəliyinin icra edilib-edilməməsi ilə bağlıdır və bu hal ilk növbədə yazılı maliyyə sənədləri ilə təsdiq edilməlidir. Şahid ifadəsi müqavilədə nəzərdə tutulmuş hesablaşma qaydasını dəyişdirə və ya bank köçürməsinin hüquqi təyinatını əvəz edə bilməz. Bundan əlavə, iş üzrə mövcud yazılı sübutlar mübahisənin həlli üçün kifayət etdiyindən əlavə şahid ifadəsinə zərurət olmamışdır.
37. Elektron qaimələrin sonradan ləğv edilməsi də cavabdehin öhdəliyinə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Çünki qaimənin ləğvi vergi-uçot xarakterli hərəkət olmaqla tərəflər arasında mövcud mülki-hüquqi öhdəliyi aradan qaldırmır. Müqavilə üzrə xidmətlərin göstərilməsi və qəbul edilməsi təhvil-təslim aktları ilə təsdiq olunduğundan cavabdehin xidmət haqqını ödəmək vəzifəsi qüvvədə qalmışdır.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI: Cavabdeh “X4 Evrascon” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.