Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-225/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icraata xitam, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. "xxxx" MMC-nin nizamnaməsinə əsasən Cəmiyyətin nizamnamə kapitalı 20 manat həcmindədir və biri 10 manat olmaqla 2 paydan ibarətdir, Cəmiyyətin təsisçiləri İddiaçı - 1 pay 10 manat və Cavabdeh - 1 pay 10 manat.
2. "xxxx" MMC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair xx.xx.2025-ci il tarixli bildirişdə, Bakı şəhəri, Binəqədi rayonu, Bayandurlu 27 ünvanında 05 yanvar 2026-cı il tarixdə saat 10:00-da səhmdarların ümumi yığıncağının keçiriləcəyi, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil ediləcəyi göstərilmişdir: 1. Cəmiyyətin 2020-2025-ci illəri əhatə edən büdcə parametrlərinin, həmçinin debutor və kreditorların nəzərdən keçirilməsi; 2.Cəmiyyətin bundan sonrakı dövlərdə cəmiyyətin səhmdarlarının yığıncağının çağırılma növbəsi tarixinin müəyyən edilməsi; 3. Cəmiyyətin debutorlarına qarşı strategiyası və kreditorların qarşısında öhdəliklərinin icra ediməsi məsələlərinin nəzərdən keçirilməsi; 4. Cəmiyyətin cari və təşkilati məsələlərinin müzakirəsi.
3. Poçt xəbərnamələrinə əsasən bildirişlər İddiaçı poçt vasitəsi ilə göndərilmiş, zərfin xəbərnamələrinə əsasən bildiriş xx.xx.2025-ci il tarixində “Zamanov” imzalı şəxs tərəfindən təhvil alınmışdır.
4. Ümumi yığıncağın 05 yanvar 2026-cı il tarixli protokoluna əsasən, yığıncağın sədri Cavabdeh olmaqla iclasın gündəliyinə əsasən aşağıdakı məsələr müzkaizə edilmişdir. 1. "xxxx" MMC-nin 2020-2025-ci illər üzrə fəaliyyət hesabatının dinlənilməsi; 2. Direktorun hesabatının müzakirəsi; 3. Hesabatın təsdiqi məsələsi.
5. Protokolda qeyd olunmuşdur ki, 1-ci məsələ üzrə: Direktor Cavabdeh tərəfindən xx.xx.2020 - xx.xx.2025-ci illəri əhatə edən maliyyə, təsərrüfat və idarəetmə fəaliyyəti üzrə yazılı hesabat təqdim edildi. Hesabat ümumi yığıncaq iştirakçılarına oxunmuş və yazılı formada təqdim olunmuşdur. 2-ci məsələ üzrə: Hesabat ətrafında müzakirələr aparıldı. Qeyd edildi ki: • Hesabat dövründə cəmiyyətin fəaliyyəti direktor tərəfindən həyata keçirilmişdir. • Digər təsisçi tərəfindən faktiki idarəetmə iştirakçılığı 2020-2023-cü il dövrləri ərzində olmuşdur, 2024-2025-ci il dövrləri ərzində olmamışdır. • Maliyyə əməliyyatları bank hesabları və mühasibat sənədləri ilə rəsmiləşdirilmişdir. 3-cü məsələ üzrə: Ümumi yığıncaq aşağıdakı Qərarı qəbul etdi: 1. Direktor Cavabdeh 2020-2025-ci illər üzrə təqdim etdiyi hesabat qənaətbəxş hesab edilsin. 2. Hesabat təsdiq edilsin. 3. Hesabat bu protokolun ayrılmaz tərkib hissəsi hesab edilsin.
Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehin hesabından xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 27 dekabr 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: **********) payları eyni olmaqla təsis etmiş, ümumi razılıqla Cavabdeh qanuni təmsilçi-direktor təyin olunmuşdur. Bundan başqa təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti – 50 pay, X5 - 25 pay və X3 - 25 pay olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN **********) təsis etmişlər və bu hüquqi şəxs də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövləqeydiyyatı idarəsində qeydə alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının üzvləri X5, Cavabdeh, İddiaçı ibarətdir, Cəmiyyətinin qanuni təmsilçi isə X1r. Öz vəsaiti ilə istehsalatda istifadə etmək məqsədilə istehsalat sahəsinin yaradılması üçün avadanlıq almışdır, həmin avadanlıq müəssisənin gəlirinin artırılmasına xidmət etməli idi. Cavabdeh bugünədək birgə təsis etdikləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti barədə heç bir ümumi yığıncaq çağırmamış, təsis olunduğu gündən bugünədək çəkilən xərclər və mənfəət barədə hesabat verməmişdir. 27 dekabr 2019-cu il tarixdə təsis etdikləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) payları eyni olsa da, direktoru olan Cavabdeh təssis olunduğu gündən bu ötən illər ərzində heç bir vaxt ümumi yığıncaq çağırmamış, fəaliyyət barədə hesabat verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən 58-ci maddəsinin İ, İİ və İİİ hissələrinə və 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ümumi yığıncağın keçirilməsi barədə bildiriş göndərildiyini bildirsə də, bu iddiaçıya çatmamışdır, iddiaçı orda iştirak etsə belə ümumi yığıncaq keçirilməyəcəkdi. Daha öncəsində də buna bənzər hadisələr baş vermiş, ümumi yığıcaq keçirilməmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəmənin göstərişinə əsasən ümumi yığıncağın keçirilməsi barədə iddiaçıya poçt xidməti vasitəsilə bildiriş göndərildiyini, bildirişin iddiaçıya çatdırıldığını, müxtəlif vasitələrlə yığıncağın keçirilmə yeri, vaxtı, gündəlikdə duran məsələlər barədə iddiaçıya məlumat verildiyini, qeyd edilənləri təsdiq edən sənədlərin elektron sistemə daxil edildiyini, lakin iddiaçının yığıncaqda iştirak etmədiyini bildirmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, ümumi yığıncağın keçirilməsi ilə bağlı cəhdlər etməyə hazırdır və yığıncağı çağırmaqdan yayınmır .
10. Birinci instansiya məhkəməsinin 19 yanvar 2026-cı il tarixli qərardadı ilə işin icraatına xitam verilməsi qərara alınmışdır.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmədə ümumi yığıncağın hərhansı formada keçirilməsi deyil, hazırkı iddia üzrə məhz ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdeh tərəfindən pozulub-pozulmaması məsələsi araşdırılır. İddiaçının vəkilinin “cavabdeh tərəfindən xx.xx.2026-ci il tarixinə təyin edilən vaxtda və ünvana iddiaçının gedəcəyi halda belə ümumi yığıncağın keçirilməyəcəyi” arqumentinə gəldikdə, ehtimala söhkənən hər-hansı arqument əsaslı hesab edilə bilməz, iddiaçının tələbinin cavabdeh tərəfindən könüllü təmin edilməsi (son iclasda belə cavabdeh yenidən ümumi yığıncağın təkrarən çağırılmasına hazır olduğunu bildirdi), lakin iddiaçı tərəfindən ümumi yığıncaqda iştirakdan yayınması və məhz məhkəmə qətnaməsinin qəbul edilməsinin tələb edilməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi giymətləndirilir.
12. Məhkəmə hesab etmişdir ki, məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyi (ümumi yığıncağ çağırıldığı, lakin iddiaçının və onun nümayəndəsi/vəkilinin məlumatı olmasına baxmayaraq iştirak etmədiyi) üçün mübahisə aradan qalxmış hesab edilməli və iş üzrə icraata xitam verilməlidir.
13. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.1-ci maddəsinə istinad etmişdir.
14. Həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət, məhkəmənin 06 fevral 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qanunla nəzərdə tutulmuş qaydada səhmdarların ümumi yığıncağının çağırılması tələbini pozmuşdur. Cavabdeh "xxxx" MMC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişini iddiaçıya 31 dekabr 2025-ci il tarixdə göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Bayandurlu 27 ünvanında 05 yanvar 2026-cı il tarixində, saat 10:00-da səhmdarların ümumi yığıncağı keçiriləcəkdir. Cavabdeh bu bildirişi tərtib edən zaman qanunvericilikdə nəzərdə tutulan səhmdarların ümumi yığıncağının çağırılmasına dair imperativ tələbi nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Bundan başqa cavabdeh 45 gün əvvəlcədən iddiaçıya məlumat verməli olduğu halda, etməməsi ilə birlikdə bildirişdə MMC-nin paylarından birinə malik təsisçilərindən biri olan iddiaçıya, həmçinin DVX-nə bəlli olmayan ünvanı qeyd etməklə faktiki olaraq iclasın keçirilməsindən yayınmışdır. Həmin bildirişdə göstərilən tarix və ya ünvan formal xarakter daşımışdır. Cavabdehin qeyd edilən vaxtda həmin ünvana getməsinə baxmayaraq ünvanda yaşayan şəxs tərəfindən bu inkar olunmuşdur. Hesab edirik ki, həmin fərdi yaşayış evinin mülkiyyətçisinin iclasa dəvət olunub bu barədə suallar verilməsi zəruri idi, lakin məhkəmə həmin ünvanda və qeyd olunan vaxtda belə bir iclasın olmadığı və iddiaçının bu yığıncağa getsə də, cavabdehi tapa bilməməsi barədə izahatımı nəzərə almamış, bu arqumentimi “ehtimala söykənən hər-hansı arqument əsaslı hesab edilə bilməz, iddiaçının tələbinin cavabdeh tərəfindən könüllü təmin edilməsi (son iclasda belə cavabdeh yenidən ümumi yığıncağın təkrarən çağırılmasına hazır olduğunu bildirdi), lakin iddiaçı tərəfindən ümumi yığıncaqda iştirakdan yayınması və məhz məhkəmə qətnaməsinin qəbul edilməsinin tələb edilməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi giymətləndirilir” şəklində əsassız olaraq rədd etmişdir. Məhkəmə ümumi yığıncağın çağırıldığı Bakı şəhəri, Binəqədi rayonu, Bayandurlu 27 ünvanın "xxxx" MMC-yə hansı aidiyyətinin olması məsələsini aydınlaşdırmamış, yəni həmin ünvanın mülkiyyətçisi ilə "xxxx" MMC arasında hər hansısa icarə (kirayə) müqaviləsi olub olmamasını müəyyənləşdirməmişdir. Bundan başqa "xxxx" MMC-nin 2025-ci ilin yekunlarına dair vergi və digər ödənişlər edilmədən, hesabatlar verilmədən ilin yekunlarını necə müzakirə etmək olar? Ona görə də, ümumi yığıncağa çıxarılan bu müzakirə qanuni hesab edilə bilməz. "xxxx" MMC-nin təssis edildiyi gündən, yəni 2020-2024-cü illərin yekunlarına və mənfəətin bölüşdürülməsinə dair ümumi yığıncağının çağırılmamamasının səbəblərinə məhkəmə hüquqi qiymət verməmişdir. Məhkəmə qərardadında Mülki Məcəllənin 91.1-4-cü maddəsinə istinad etsə də, mövcud məsələyə bu maddə baxımından münasibət bildirməmiş, sadəcə istinad etməklə kifayətlənmişdir. Belə ki həmin maddənin tələbinə görə,cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Cavabdeh bu maddənin tələblərinə uyğun olmayaraq özünün iştirakı ilə cəmiyyətin yığıncağının səlahiyyətli olduğunu hesab edərək ümumi yığıncağı keçirmişdir. Halbuki CavabdehƏbülfət oğlu İddiaçı ümumi yığıcaqda iştirak etmədiyi halda ümumi yığıncaq səlahiyyətli hesab edilmədiyi üçün Mülki Məcəllənin 91.1-5-ci maddəsində göstərildiyi kimi ümumi yığıncaq yetərsay olmadığından yenidən çağırılmalı idi. Belə ki, Mülki Məcəllənin 91.1- 5-ci maddəsinin tələbinə görə,cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. Məhkəmə işə düzgün yanaşmamış, cavabdeh bu bildirişi tərtib edən zaman qanunvericilikdə nəzərdə tutulan səhmdarların ümumi yığıncağının çağırılmasına dair imperativ tələbi nəzərə almamışdır.
Apellyasiya baxışı
16. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
20. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
21. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
22. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
23. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 19).
24. Prosessual qanunvericilik işə məhkəmədə baxılmalı olmadığı zaman iş üzrə icraata xitam verilməli olmasını təsbit edir (§ 21) və kollegiya birinci instansiya məhkəməsinin o qənaəti ilə razılaşır ki, işin məhkəmədə baxılmalı olmaması işin, ümumiyyətlə məhkəməyə aid olmadığını və ya iş məhkəməyə aid olsa da, tərəflər arsında mübahisənin olmadığını (yaxud qalmadığını) nəzərdə tutur.
25. Belə ki, mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa və ya mövcud olmuş mübahisə aradan qalxmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir.
26. Beləliklə, baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.1-ci maddəsinin tətbiqi ilə bağlıdır.
27. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddələri əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
28. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə nəinki aradan qalxmışdır, əksinə, cavabdehin mübahisəni aradan qaldırmaq təklifi iddiaçı tərəfindən qəbul olunmayaraq (əgər müvafiq təklif həqiqətən də ona çatdırılmışdırsa), o, iddia tələbi üzrə məhkəmə aktının çıxarılmasını tələb etməkdədir.
29. Həmçinin qeyd olunmalıdır ki, hətta cavabdeh tərəfindən ümumi yığıncağın keçirilməsi barədə iddiaçıya həqiqətən bildiriş göndərilmişdirsə, lakin iddiaçı yığıncaqda iştirak etməmişdirsə belə, bu hal onun yenidən növbədənkənar yığıncağın keçirilməsini tələb etməsinə maneə törətmir - əksinə, belə bir tələb üzrə çıxarılacaq məhkəmə qətnaməsi hüquqi sabitliyə xidmət edəcəkdir.
30. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə icraata xitam verərkən prosessual qanunvericiliyi düzgün tətbiq etməmişdir; buna görə də mübahisələndirilən qərardad ləğv olunaraq iş, müvafiq iddia tələbinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7970/2025 saylı iş üzrə 19 yanvar 2026-cı il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov