Məhkəmə qərarları › İş №2-2(3-6)-262/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-262/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-262/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruX2nun iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsı” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-6202/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları

1. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə bağlanmışdır.

2. Müqavilənin

3. 1.1-ci bəndinə əsasən sifarişçi sifariş verir, icraçı isə bu müqavilənin tərkib hissəsi hesab edilən əlavələrdə qeyd olunan malların təhvil verilməsini öz üzərinə götürür.

4. Müqavilənin 2.2-ci bəndinə əsasən hazırlanan mal-materialın dəyəri icraçı tərəfindən elektron qaimə təqdim edildikdən sonra 30 gün müddətində nağdsız qaydada ödənilir.

5. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı tərəfindən cavabdehə MT2405 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli dəyəri 1.762,92 manat, MT2407 seriyalı, ******** nömrəli ##.##.2024-cü il tarixli dəyəri 5.516,5 manat, MT2408 seriyalı, ******** nömrəli, ##.##.2024-cü il tarixli dəyəri 3.964,8 manat məbləğində olan elektron qaimələr göndərilmişdir.

7. Hesabdan çıxarış məlaumatlaırna əsasən, cavabdeh tərəfindən elektron qaimələr əsasında əsas borc üzrə 1.494 manat, ƏDV borcu üzrə isə 268,92 manat, ümumilikdə 1.762,92 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. . İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMCdən müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə görə 9.481,30 manat məbləğində əsas borcun, 28.818,02 manat miqdarında cərimə məbləğinin, ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə ödənilmiş 978 manat məbləğində vəkil xidmət haqqının, məhkəmə üçün ödənilmiş 207,83 manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 39.485,15 manat məbləğində pul vəsaitinin “xxxx” MMC–dən tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə cavabdeh “YOL TİKİNTİSERVİ”SMMC arasında «10» may 2024-cü il tarixdə (№***/** saylı) müqavilə bağlanmış tərəfilərindən 11244.22 manat (9529.00 manat əsas və 1715.22 manat ƏDV məbləği) dəyərində mallar (metal-torlar) hazırlanıb cavabdehə təhvil verilmişdir (malların təhvil verilməsini təsdiq edən e-qaimə faktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron sənəd mübadiləsinə imkan verən “Onlayn kargüzarlıq”xxxx“YOL TİKİNTİSERVİMMC-yə göndərilmişdir). ##.##.2024 tarixli – MT2405 ******** saylı e-qaimə üzrə malların əsas hissəsi üzrə 1494.00 manat, ƏDV hissəsi üzrə 268.92 manat cavabdeh tərəfindən ödənilmişdir (bununla bağlı əsas məbləğin ödənilməsinə dair hesabdan çıxarış, ƏDV məbləğinin ödənilməsinə dairsistemdən çıxarışın surəti iddia ərizəsinə əlavə olunur). Lakin qeyd olunan müqaviləyə görə təqdim edilən malların ümumi dəyəri ƏDV daxil 9481.30 azn və gecikdirilmiş hər bir gün üçün 1 % həcmində cərimə məbləği 28818.02 azn (##.##.2024 tarixli – MT2407 ******** saylı e-qaimə üzrə malların ƏDVdaxil dəyəri - 5516.50 azn və gecikdirilmiş hər bir gün üçün 1 % həcmində cərimə məbləği 17597.64 azn; ##.##.2024 tarixli – MT2408 ******** saylıeqaimə üzrə malların ƏDV daxil dəyəri - 3964.80 azn və gecikdirilmiş hər bir gün üçün 1 % həcmində cərimə məbləği – 11220.38 azn) ilə birlikdə ümumilikdə cəmi 38299.32 azn pul vəsaiti hal-hazıradək ödənilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ## ### 2024-cü il tarixli müqavilə əsasən əsas borc üzrə 9.481 (doqquz min dörd yüz səksən bir) manat 30 (otuz) qəpik, cərimə borcu üzrə 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə 9.931 (doqquz min doqquz yüz otuz bir) manat 30 (otuz) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi,hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 978 (doqquz yüz yetmiş səkkiz) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi,dövlət rüsumunun əvəzi olaraq 119 (bir yüz on doqquz) manat 31 (otuz bir) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumununun ##.##.2022 tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə görə qaimələr tərəflər arasından bağlanmış müqavilə ilə əlaqəli şəkildə tədqiq edilməlidir ki, məhkəmə bunu etməmiş, e-qaimələrə mötəbər sənəd kimi qiymət vermişdir. İşdə olan və tərəflər arasında bağlanmış ##.##.2024 tarixli müqavilənin 2.1 bəndinə əsasən bu müqavilə üzrə materialların dəyəri müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolunda əksini tapacaqdır. Buna baxmayaraq belə bir razılaşdırma yoxdur. İş materiallarında olan eqaimələrdən də iddiaçının qiyməti istədiyi kimi müəyyən etdiyi görünür. Belə ki, ##.##.2024 tarixli qaimədə “Metal Tor 2-2(55X55) (2X15)” birinin dəyəri 83 manat, ##.##.2024 tarixli eqaimədə 85 manat, ##.##.2024 tarixli qaimədə 84 manat qeyd edilmişdir. Bütün eqaimələrdə ödənişin əsası kimi malların təhvil verilməsi yox, müqavilə qeyd edilmişdir, çünki faktiki olaraq iddiaçı tərəfindən cavabdehə mal-material təhvil verilməmişdir. Təhvil verilibsə bu haqda sübutları məhkəməyə təqdim edilməli idi. 1-ci qaimə üzrə ödəniş iddiaçıya 1762 manat (ƏDV ilə bərabər) avans şəklində olmuş, daha sonra da iddiaçı malları təhvil vermədiyi üçün ödənişlər həyata keçirilməmişdir.Müqavilə icra edilmədiyi halda hansı ödənişdən olunmamalıdır. Ehtimal edilən ƏDV borcuna da cərimə hesablanmışdır. Təhvil sənədi verilmədiyi halda cərimədən söhbət gedə bilməz. Vəkil xərci kimi iddia edilən 978 manat vəsaitin cavabdehlə bağlılığı işdən müəyyən olunmur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştrak edən iddiaçının direktoru X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Maddə 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

18. Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

AR Mülki Prosessual Məcəlləsi

19. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 124.1-ci İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

23. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

24. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

25. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

26. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

27. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

28. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaiməfakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşin mübahisəsiz hallarına əsasən, tərəflər arasında xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə imzalanmış, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən ödəniş edilməmişdir.

33. Məhəkəm kollegiyası e-qaimələrin mötəbər sübut olmaması dəlilinə münasibətdə qeyd edir ki, e-qaimə malların təqdim olunmasını təsdiq edən ilkin uçot sənədləri olmaqla mötəbər sübut kimi qəbul edilməsi qanunvericiliyə uyğundur.

34. Belə ki, apellyatorunda isinad etdiyi Konstitusiya Məhkəməsi Plenumununun ##.##.2022 tarixli qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

35. İş materillarından da göründüyü müqavilənin 2.2-ci bəndinə əsasən e-qaimələrin göndərilməsi halında ödənişin edilməsi barədə tərəflər razılığa gəlmiş, həmçinin işgüzar münasibətlərdə e-qaimələr kontkesində formalaşmışdır.

36. Apellyator şikayətin dəlillərində iddiaçı tərəfindən malların cavabdehə təhvil verilmədiyini, 1-ci qaimə üzrə ödənişin iddiaçıya 1.762 manat avans şəklində olduğunu, daha sonra iddiaçının malları təhvil vermədiyi üçün ödənişlərin həyata keçirilmədiyini, tələb edilən cərimə məbləğinə və vəkil xərcinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

37. Kollegiya apellyasiya şikayətinin təhvil-təslim aktlarının olmaması dəlilinə münasibətdə qeyd edir ki, tərəflərin səlahiyyətli şəxslərinin imza və möhrü ilə təsdiq edilmiş Müqavilənin 2.2-ci bəndinə əsasən hazırlanan mal-materialın dəyəri icraçı tərəfindən elektron qaimə təqdim edildikdən sonra 30 gün müddətində nağdsız qaydada ödənilir. Cavabdeh müqavilənin predmetini təşkil edən malların ona təhvil verilmədiyini irəli sürsə də, işin hallarından tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.

38. Belə ki, hesabdan çıxarış məlumatlarından görünür ki, təyinat olaraq MT 2405 seriyalı, ******** nömrəli elektron qaimə göstərilərək 1494 manat cavabdeh tərəfindən ödəniş edilmiş, e-qaimədə malların dəyərini göstərən qiymətlərə hər hansı etiraz edilməmişdir.

39. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

40. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır . Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab41.fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

42. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə 4 qiymət verilməsi zəruridir.

43. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh sistem tərəfənidən təsdiqlənsədə iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra e-qaimələri təkzib etməsi, malların qiymətlərinin mübahisələndirilməsi vicdanlılıq prinsipinə ziddir.

45. Kollegiya işin halları, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsinin 450 (dörd yüz əlli manat) məbləğində cərimənin tutulmasını ədalətli və ağlabatan hesab edir.

46. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə

1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

47. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).

48. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin göstərilmiş hüquqi yardım xərcinin tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, məbləğ ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir.

50. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

51. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

52. Həmçinin iddianın mübahisələndirilən hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(113)-6202/2025 tarixli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə biməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar