Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-283/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair (birinci iş) və iddiaçı Cavabdeh cavabdeh İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bildirişin əsassız hesab edilməsi və ipoteka predmeti olan mənzilə tutma yönəldilməməsi” tələbinə dair (birləşdirilən iş) dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları
1. İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan ##.##.2024-cü il tarixli, **/***-**** saylı kredit xətti müqaviləsindən görünür ki, borcverən (“İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh) 120 ay müddətinə, illik 28 % olmaqla, 150.000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit yük avtomobilinin alınması üçün götürülmüşdür.
2. İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh və Zamin arasında bağlanan ## #### 2024-cü il tarixli, **/***-**** saylı zaminlik müqaviləsinə əsasən zamin Zamin ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsi və onun əlavələri üzrə üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.
3. Ipoteka saxlayan “İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh arasında bağlanan ##.##.2024-cü il tarixli, **/***-****-IP saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzildir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri tərəflərin razılığı ilə 345150 (üç yüz qırx beş min yüz əlli) manat müəyyən edilir.
4. İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsinə * saylı əlavədən görünür ki, borcverən (“İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh) 60 ay müddətinə, illik 28 % olmaqla, 100.000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsinə * saylı əlavədən görünür ki, borcverən (“İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh) 36 ay müddətinə, illik 28 % olmaqla, 50000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
6. İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan ##.##.2024-cü il il tarixli, **/***-**** saylı kredit müqaviləsindən görünür ki, borcverən (“İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh) 36 ay müddətinə, illik 28 % olmaqla, 18500 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit dövriyyə vəsaitlərinin artırılması üçün götürülmüşdür.
7. Zamin tərəfindən * saylı notariat ofisində yazılan ************* saylı ərizədə görünür ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh məxsus olan ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzilin ipotekaya qoyulmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş halda mənzili tərk etmək tələb edilərsə, qeyd şərtsiz yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən arayışdan görünür ki, ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmamış, mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. “İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh və Zamin ünvanlanan ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, borclulardan kredit müqavilələri üzrə gecikmədən çıxmaq üçün ##.##.2024-cü il tarixli kreditlər üzrə 11555 manat, ##.##.2024-cü il tarixli kredit üzrə 4513 manat, ##.##.2024-cü il tarixli kredit üzrə 3190 manatı 3 gün müddətində ödəmələrini, əks təqdirdə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR ƏMDX yanında DƏDRX Bakı Şəhər Ərazi Idarəsinə ünvanlanan ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ilə bağlanılan ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir.
11. Iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçıredit Təşkilatı "xxxx" MMC Əmlak məsələləri Dövlət Xidmətinə bildirişin qeydə alınması üçün 72 manat və 15 manat rüsum ödəmişdir 24.Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən BOKT “xxxx” MMC-yə ünvanlanan ##.##.2024-cü il tarixli bildirişdə göstərilir: Sizin ********** saylı, ##.##.2024-cü il tarixli elektron müraciətinizə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
12. Iddiaçı İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən Cavabdeh Cavabdeh və zamini Zamin arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit üzrə, əsas borc üzrə 93997,72 manat, faiz borcu üzrə 16973,49 manat, cərimə borcu üzrə 5477,68 manat – cəmi 116448,89 manat, ##.##.2024-cü il tarixli kredit üzrə, əsas borc üzrə 45277,11 manat, faiz borcu üzrə 6480,08 manat, cərimə borcu üzrə 3818,53 manat – cəmi 55575,72 manat, ##.##.2024-cü il tarixli kredit üzrə, əsas borc üzrə 17475,08 manat, faiz borcu üzrə 3248,26 manat, cərimə borcu üzrə 2271,49 manat – cəmi 22994,83 manat, ümumilikdə 195019,44 manat məbləğində pulun tutulması, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 486 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 87 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh Cavabdeh mülkiyyətində olan 345150 manat qiymətləndirilən ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzilin hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün “xxxx” MMC-nin hesabına ödənilmiş 500 manat xidmət haqqının tutularaq BOKT “xxxx” MMC-nin hesabına köçürülməsi, cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində olmaqla vəsaitin hesablanılaraq tutulmasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçıredit Təşkilatı “xxxx” MMC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə 06/427- **** saylı kredit xətti müqaviləsi bağlanılmışdır. Bağlanmış kredit xətti müqaviləsinin 2.1 və 2.2 bəndlərinə əsasən şəxsi istifadəniz üçün 150000 (bir yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Borcalan ayrılmış kreditlərin qaytarılmasını müqavilələrin 2.5-ci bəndinə əsasən Əlavə № *-də (ödəniş qrafiki) qeyd olunan tarixlərdə ödənilməli idi. Lakin cavabdehlər ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərindən icra etməyərək öhdəliklərini pozmuşdur. Qeyd olunanlara əsasən cavabdeh Cavabdeh kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat ünvan 1,Yeni .AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən * saylı mənzili açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. ünvan 1, Yeni qaydalarla; AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən * saylı mənzili ipoteka ilə yüklü edilərkən tərəflərin razılığı ilə 345150 (üç yüz qırx beş min yüz əlli ) manat bazar dəyəri məbləğində dəyər ilə qiymətləndirilmişdir. Eyni zamanda cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin davamlı pozulması nəticəsində təşkilat maliyyə itkiləri ilə üz-üzə qalıb. Ona görə də MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ona görə də cavabdehlərdən iş üzrə qətnamə çıxarılan tarixə illik 5% məbləğində pul vəsaiti hesablanılaraq tutulmalıdır.
14. Daha sonra iddiaçı Cavabdeh iddia ərizəsi ilə (birləşdirilən iş) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən iddianın təmin olunmasını, ##.##.2025-ci il tarixli xəbərdarlıq və ##.##.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin əsassız hesab edilməsi, “xxxx” BOKT-yə olan borc məbləğinin düzgün hesablanması və ipoteka predmeti olan Cavabdeh məxsus olan ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzilə tutma yönəldilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Iddia ərizəsi işin faktiki halarına istinad edərək onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində "xxxx" BOKT tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş ünvanlanaraq, Banka ##.##.2024-cü il tarixli kreditlər üzrə 11555 (on bir min beş yüz əlli beş) manat,-##.##.2024-cü il tarixli kredit üzrə 4513 (dörd min beş yüz on üç) manat, ##.##.2024cü il tarixli kredit üzrə 3190 (üç min yüz doxsan) manat, ümumilikdə ##.##.2025-ci il tarixə 19258 (on doqquz min iki yüz əlli səkkiz) manat məbləğində borclarının olduğu, borcun 3 gün müddətində ödənilməsini təmin etməli olduqlarını bildirmişdirlər. Bank tərəfindən onlara ünvanlanan##.##.2025-ci il tarixli ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş və bildirişdə qeyd olunan həm borcun, həm evin qeyd olunan qiyməti, həmçinin digər şərtlərlə razı deyildir.
16. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan iddiaçı Cavabdeh cavabdeh BOKT “xxxx” MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair e-*(***)-****/**** saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin icraatında olan iddiaçı BOKT “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-*(***)-****/**** saylı mülki işə birləşdirilmiş, mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
17. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçıredit Təşkilatı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair (birinci iş) və iddiaçı Cavabdeh cavabdeh İddiaçıredit Təşkilatı “xxxx” MMC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin əsassız hesab edilməsi, mənzilə tutma yönəldilməməsi” tələbinə dair (birləşdirilən iş) iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
18. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
19. Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, MB**/**** saylı qiymətləndirmə hesabatından görünür ki, ekspertiza tədqiqatına təqdim edilən ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ümumi sahəsi 177 kv.m olan, 4 otaqlı yaxşı təmirli ** saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 400.024,9 manat, likvid dəyəri isə təqribən 360000 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 500 manat hesablanmışdır.
20. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
21. “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, 02- ***/** saylı mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ümumi sahəsi 177 kv.m olan, 4 otaqlı əla təmirli ** saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 510.000 manat, likvid dəyəri isə təqribən 460.000 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 500 manat hesablanmışdır. 32.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixinə ##.##.2024-cü il tarixli, **/***-**** saylı kredit müqaviləsinə * saylı Əlavə üzrə əsas borc üzrə 93955,86 manat, faiz borcu üzrə 9899,25 manat, ##.##.2024-cü il tarixli * saylı Əlavə üzrə əsas borc üzrə 45009,62 manat, faiz borcu üzrə 3115,67 manat, ##.##.2024-cü il tarixli, **/***/**** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 17464,71 manat, faiz borcu 1956,05 manat hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat hesablanmışdır.
23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qətnaməsi ilə birinci iş üzrə iddianın qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsinə ##.##.2024-cü il tarixli * saylı Əlavə üzrə əsas borca görə 93.955,86 manat, faiz borcuna görə 9.899,25 manat, cərimə borcuna görə 4.697,79 manat, əldən çıxmış fayda qismində 2831.55 manat olmaqla, cəmi 111384.45 manat məbləğində pul vəsaiti, ##.##.2024-cü il tarixli * saylı Əlavə üzrə əsas borca görə 45.009,62 manat, faiz borcuna görə 3115,67 manat, cərimə borcuna görə 2.250,48 manat, əldən çıxmış fayda qismində 1356.45 manat olmaqla, cəmi 51732.22 manat, hər iki müqavilə üzrə ümumilikdə 163116.67 (yüz altmış üç min yüz on altı manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı “İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ##.##.2024-cü il tarixli, **/***/**** saylı kredit müqaviləsi üzrə əsas borca görə 17464,71 manat, faiz borcuna görə 1956,05 manat, cərimə borcuna görə 873,23 manat, əldən çıxmış fayda qismində 526.33 manat olmaqla, cəmi 20820.32 (iyirmi min səkkiz yüz iyirmi manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı “İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi,##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsinə * saylı və * saylı Əlavələr üzrə ümumilikdə 163116.67 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzilə yönəldilsin. Ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1; Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9 ünvanında yerləşən ** saylı mənzilin ilkin satış qiyməti 460000 (dörd yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılması,ipoteka predmetinin satışından əldə olunan vəsait ##.##.2024-cü il tarixli **/***-**** saylı kredit xətti müqaviləsinə * saylı və * saylı Əlavələr üzrə ümumilikdə 163116.67 manat məbləğində borcun ödənilməsinə yönəldilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsi cavabdeh Cavabdeh qaytarılsın, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutulması,iddianın müvafiq hissələrdə təmin edilmiş hissələrinə münasibətdə 406 (dörd yüz altı) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada, 52 (əlli iki) manat məbləğində dövlət rüsumu isə yalnız cavabdeh Cavabdeh, bundan başqa ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq iddiaçı İddiaçıredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün “xxxx” MMC-nin hesabına ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq BOKT “xxxx” MMC-yə ödənilsin, eyni zamanda təkrar məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat xidmət haqqı cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq “xxxx” MMC-nin (X1, Kodu 200145, VÖEN 9900003611, Müxbir hesab AZ37NABZ01350100000000001944, SWIFT kod AIIBAZ2X, “xxxx” MMC, VÖEN 1604059991, hesab AZ90AIIB40060019440817272114) hesabına ödənilməsi, ##.##.2025-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501) hesabına ödənilməsi, birinci iş üzrə iddianın qalan hissələrdə təmin edilməməsi, birləşdirilmiş iş üzrə Cavabdeh iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
24. Cavabdeh apellyasiya şikayəti verərək, Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında eyni əmlaka dair iki fərqli ekspert rəyi mövcuddur. Belə ki, xxxx tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, MB**/**** saylı qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətaiprospekti, 787-ci məhəllə, ev 38, mənzil 203 (yeni qaydalarla: AZ 1008, Bakışəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9) ünvanında yerləşən,ümumi sahəsi 177 kv.m olan, 4 otaqlı, yaxşı təmirli ** saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 400.024,9 manat, likvid dəyəri isə təqribən 360.000 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən, xxxx MMC tərəfindən verilmiş ##.##.2025-ci İ ltarixli, *****/** saylı mütəxəssis rəyinə əsasən, həmin ünvan üzrə yerləşən, ümumisahəsi 177 kv.m olan, 4 otaqlı, əla təmirli ** saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 510.000 manat, likvid dəyəri isə təqribən 460.000 manat məbləğində müəyyən edilmişdir. Eyni əmlaka dair təqdim olunmuş iki ekspert rəyi arasında həm təmir vəziyyətinin qiymətləndirilməsi, həmdə bazar və likvid dəyərin müəyyən edilməsi baxımından əhəmiyyətli və kəskin fərq mövcuddur. Bu fərq 100.000 manatdan artıq məbləği əhatə edir ki, bu da iş üzrə mühüm əhəmiyyət kəsb edən haldır. Məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə ziddiyyətli ekspert rəyləri mövcud olduğu halda təkrar ekspertiza təyin etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasına iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər.
28. Digər tərəflərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
32. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
33. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
39. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
40. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
41. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
42. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
49. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
52. Maddə 17. Ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
53. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli Qərardadı
54. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
55. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “Ipoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
56. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
57. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “Ipoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
59. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “Bakı şəhəri, Nəsimi rayonu, Xətaiprospekti, 787-ci məhəllə, ev 38, mənzil 203 (yeni qaydalarla: AZ 1008, Bakışəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9) ünvanında yerləşən,ümumi sahəsi 177 kv.m olan, 4 otaqlı, yaxşı təmirli ** saylı mənzilin ilkin satış qiymətinin 460000 (dörd yüz altmış min) manat müəyyən edilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı şikayət verməmiş, Cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətinin dəlili yalnız qeyd olunan hissənin düzgün olmamasına yönəlmişdir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
61. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir və apellyator əmlakının dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir.
63. Müvafiq rəyin xüsusi bilik tələb edən suala aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır.
64. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir; hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-müəyyən və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
65. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, ##.##.2024-cü il tarixli ipoteka ilə yüklü ediləcək daşınmaz əmlakın qiymətləndirilməsi üzrə akta əsasən ipoteka predmetinin bazar dəyəri tərəflərin razılığı ilə 345150 (üç yüz qırx beş min yüz əlli) manat razılaşdırılmışdır; bu qiymətlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.
66. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.