Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-290/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin birtərəfli ləğvi və iradə ifadəsi, dəbbə pulunun azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, Cavabdeh “xxxx” ASC nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-nə “qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:
1. Səbail rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli məktubu ilə, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/****-*** saylı, ##.##.2024-cu ii tarixli icra sənədinin icrası ila bağlı tərtib edilmiş inkasso sarancamlan va ##.##.2025-ci ii tarixli icra odanişinin alınması barada qarar icra edilməsi üçün “xxxx” ASC-yə göndərilmişdir.
2. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarına əsasən ##.##.2025- ##.##.2025-ci il tarix aralığında 480601,29 manat pul vəsaiti tutulmuşdur.
3. ##.##.2025-##.##.2025-ci il tarix aralığında isə 158581,98 manat olmaqla, ümumilikdə 639.183,27 manat pul vəsaiti tutulmuşdur.
4. İddiaçı MMC tərəfindən 2025-ci ilin aprel ayı üzrə işçilərə məcburi dövlət sosial sığorta haqqı və əmək haqqı məbləği 452.044,92 manat (269,64 manat aliment tələbi, 323.570,62 manat əmək haqqı, 128.474,30 manat icbari dövlət ödənişləri) təşkil edir.
5. Cəmiyyətin 2025-ci ilin may ayı üzrə işçilərə ödənilməli olan əmək haqqı məbləği 335.882,33 manat (104.497,85 manat əmək haqqı və son-haqq, 136.031,35 manat əmək məzuniyyəti kompensasiyası, 95.353,13 manat icbari dövlət ödənişləri) təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. Iddiaçı İddiaçı MMC cavabdehlər “xxxx” BOKT QSC, “xxxx” ASC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin “xxxx” ASC-nin Mərkəz Filialındakı hesablaşma-hesabından Bakı Şəhər Səbail Rayon Icra Şöbəsi tərəfindən təqdim olunan inkasso əsasında silinərək, “xxxx” QSC-nin hesablaşma-hesabına ödənilmiş 787.928,25 manat həcmində işçilərlə bağlı ödəniş məbləğinin cavabdehlər “xxxx” ASC-nin Mərkəz Filialı və “xxxx” QSC-dən tutulması, həmçinin həmin pul vəsaitinin İddiaçı MMC-nin işçilərlə bağlı ödənişlərinə yönəldilməsi öhdəliyinin “xxxx” ASC-nin Mərkəz Filialının və “xxxx” QSC-nin üzərinə qoyulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- ***/**** saylı, ##.##.2024-ci il tarixli Icra sənədi üzrə İddiaçı MMCdən ##.##.2013-cü il tarixli **** saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, cəmi 120228307,10 manat borcun, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi müəyyən edilmiş 50000,0 manat məbləğində pul məbləğinin tələbkar "xxxx" QSC-yə ödənilməsi qət olunmuşdur. Tutma İddiaçı MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət olan 21 mərtəbəli qeyri yaşayış binasına yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- *(***)- ***/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli "Icra vərəqəsi" əsasında "X6" MMC tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 32653,75 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsinin satılması məqsədilə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2 dəfə hərrac prosesi keçirilmişdir. Hərracda iştirakçı olmadığından, hərrac baş tutmaşdır. Bundan sonra, "X6" MMC tərəfindən qeyd olunan qeyriyaşayış sahəsi 76510200 manat dəyərləndirilməklə tələbkara təklif olunmuş və nəticədə ##.##.2025-ci il tarixli ***************** saylı "Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə" "Protokol" əsasında ipoteka predmeti tələbkar tərəfindən əldə olunmuşdur. Bundan sonra, yuxarıda sözügedən məhkəmə qərarının icrası ilə bağlı icra məmuru tərəfindən qalan təxminən 43718107,10 manat həcmində borcun tutulması İddiaçı MMC-nin bank hesabına və digər əmlaklarına yönəldilmişdir. İddiaçı MMCnin başqa daşınar və daşınmaz əmlakı olmadığı üçün sözügedən borc məbləği Cəmiyyətin bank hesablarına yönəldilmiş və inkasso qoyulmuşdur. Qoyulmuş inkasso nəticəsində İddiaçı MMC-dəki işçilərə ödənilməli olan 800000 manat həcmində pul vəsaiti əsassız olaraq silinərək, "xxxx" QSC-nin hesabına tutulmuşdur. Həmin işçilərə ödənilməli olan vəsaitin içində əmək haqqı ödənişi, MDSS, gəlir vergisi, məzuniyyətə görə kompensasiya və məcburi ödənişlər daxildir. Məlumat üçün bildirirlər ki, İddiaçı MMC tərəfindən 2025-ci ilin aprel ayı üzrə işçilərə məcburi dövlət sosial sığorta haqqı və əmək haqqı məbləği 452044,92 manat (269,64 manat aliment tələbi, 323570,62 manat əmək haqqı, 128474,30 manat icbari dövlət ödənişləri) təşkil edir. Cəmiyyətin 2025-ci ilin may ayı üzrə işçilərə ödənilməli olan əmək haqqı məbləği 335882,33 manat (104497,85 manat əmək haqqı və son-haqq, 136031,35 manat əmək məzuniyyəti kompensasiyası, 95353,13 manat icbari dövlət ödənişləri) təşkil edir. Beləliklə, Cəmiyyət tərəfindən işçilərlə bağlı, ümumilikdə 787928,25 manat təşkil edir. Həmin məbləğ isə Cəmiyyətin hesablaşma-hesabından əsassız olaraq silinmişdir.
8. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı MMC-nin “xxxx” ASC-nin Mərkəz Filialındakı hesablaşmahesabından Bakı Şəhər Səbail Rayon Icra Şöbəsi tərəfindən təqdim olunan inkasso əsasında silinərək, “xxxx” QSC-nin hesablaşma-hesabına ödənilmiş 787928,25 manat həcmində işçilərlə bağlı ödəniş məbləğinin cavabdehlər “xxxx” ASC-nin Mərkəz Filialı və “xxxx” QSC-dən tutularaq, İddiaçı MMC-nin işçilərinin əmək haqqı, aliment, məzuniyyətə görə kompensasiya, məcburi dövlət sığorta haqqı, icbari tibbi sığorta, işsizlikdən sığorta, gəlir vergisi və digər sosial müavinətlərə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və əsl cavabdehin əvəz edilməsi barədə ərizə verərək, hazırkı iddia üzrə əsl olmayan tərəfin cavabdeh “xxxx” ASC ilə əvəz edilməsinə və Bakı Şəhər Səbail Rayon Icra Şöbəsi tərəfindən təqdim olunan inkasso üzrə əsassız silinən 639183,27 manat həcmində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq, İddiaçı MMC tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları üzrə işçilərin əmək haqqı, aliment, məzuniyyətə görə kompensasiya, məcburi dövlət sığorta haqqı, icbari tibbi sığorta, işsizlikdən sığorta, gəlir vergisi və digər sosial müavinətlərə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-nə qarşı “pul” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onun əsaslandırmışdır ki, məhkəmə ilk növbədə qeyd edib ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəmə bildirib ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Işin mübahiəsiz halı ondan ibarət olub ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- ***/**** saylı, ##.##.2024-ci il tarixli Icra sənədi üzrə İddiaçı MMCdən ##.##.2013-cü il tarixli **** saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, cəmi 120228307,10 manat borcun, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi müəyyən edilmiş 50000,0 manat məbləğində pul məbləğinin tələbkar "xxxx" QSC-yə ödənilməsi qət olunmuşdur. Tutma İddiaçı MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət olan 21 mərtəbəli qeyri yaşayış binasına yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- *(***)-***/**** saylı iş üzrə ##.##.2024-cü il tarixli "Icra vərəqəsi" əsasında "X6" MMC tərəfindən İddiaçı MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 32653,75 kv metr sahədən ibarət qeyri-yaşayış sahəsinin satılması məqsədilə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək 2 dəfə hərrac prosesi keçirilmişdir. Hərracda iştirakçı olmadığından, hərrac baş tutmaşdır. Bundan sonra, "X6" MMC tərəfindən qeyd olunan qeyriyaşayış sahəsi 76510200,0 (yetmiş altı milyon beş yüz on min iki yüz) manat dəyərləndirilməklə tələbkara təklif olunmuş və nəticədə ##.##.2025-ci il tarixli ***************** saylı "Ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə" "Protokol" əsasında ipoteka predmeti tələbkar tərəfindən əldə olunmuşdur. Bundan sonra, yuxarıda sözügedən məhkəmə qərarının icrası ilə bağlı icra məmuru tərəfindən qalan təxminən 43718107,10 manat həcmində borcun tutulması İddiaçı MMC-nin bank hesabına və digər əmlaklarına yönəldilmişdir. İddiaçı MMC-nin başqa daşınar və daşınmaz əmlakı olmadığı üçün sözügedən borc məbləği Cəmiyyətin bank hesablarına yönəldilmiş və inkasso qoyulmuşdur. Qoyulmuş inkasso nəticəsində İddiaçı MMC-nin hesablaşma hesabından həmin məbləğ silinmişdir. Tərəflər arasında mübahisələndirilən hal: Iddiaçı tərəfin nümayəndəsi məhkəmə çıxışları zamanı iddiaçı İddiaçı MMC-yə məxsus olan internet banking hesabının 2024- cü ilin mart-may tarixləri arasından etibarən bağlandığını, həmin tarixdən bəri ödəniş tapşırıqlarının elektron poçt ünvanı vasitəsilə göndərildiyini qeyd etmiş, bu səbəbdən Bank tərəfindən Mülki Məcəllənin 965-ci maddəsinin tələblərinə uyğun olaraq növbəliliyin pozulduğu üçün zərəri tələb edir, cavabdeh Bank isə isə iddianı qəbul etməyərək, iddiaçı tərəfindən, Mülki Məcəllənin 974.1-ci maddəsinin və Azərbaycan Respublikası Mərkəzi X1 tərəfindən qəbul edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə ##.##.2024-cü il tarixli, **/* nömrəli qərarının tələblərinə uyğun öəniş taöşırıöı iddiaçı tərəfindən təqdim edilmədiyi üçün, Bank tərəfindən inkasso sərəncamının icra edildiyini və növbəliliyin pozulmadığını iddia edir. Məhkəmə iş materiallarına əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlib ki, hazirki iş üzrə müəyyən edilməli olan əsas hal cavabdeh Bank tərəfindən iddiaçıya məxsus Bank hesabından silinmə həyata keçirilən zaman Mülki Məcələnin 965-ci maddəsinin tələblərində müəyyən edilən növbəlilik prinsipinə riayət edib-etməməsidir. Məhkəmə hesab edib ki, iddiaçı cavabdehə əmək haqqıların silinməsi ilə bağlı ödəniş tapşırığını rəsmi qaydada təqdim etməsini sübuta yetirə bilmədiyindən Mülki Məcəllənin 974.1-ci maddəsinin tələblərinə uyğun olaraq ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun ödəniş tapşırığı cavabdheə təqdim olunması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclaslarında tərəflərin izahatları ilə həmçinin cavabdeh Bank tərəfindən təqdim olunan sübutlardan görünür ki, hər ay əmək haqılarla bağlı ödəniş tapşırığı cavabdeh tərəfindən iddiaçıya fiziki olaraq təqdim edilmiş (online banking işləmədiyi üçün) lakin iddiaçı tərəindən hazırki mübahisənin predmeti olan inkasso sərəncamı ilə bank tərəfindən silinmə həyata keçirilən zaman heç bir rəsmi ödəniş tapşırığının verilməsini iddiaçı sübuta yetirə bilməmişdir. İddiaçı MMC tərəfindən yalnız ***/***/** nömrəli, ##.##.2025- ci il tarixli məktub və ona qoşma edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 **/* nömrəli, ##.##.2024-cü il tarixli qərarının * nömrəli Əlavəsində müəyyən edilmiş formanın tələblərinə uyğun olmayan ödəniş tapşırığı nümunələri təqdim edilmişdir. Belə ki, sözügedən ödəniş tapşırıqları iddiaçı İddiaçı MMC-nin möhürü ilə təsdiqlənməmiş, səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 1.1.32-ci maddəsinə əsasən ödəniş aləti – ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusu; Müvafiq Qanunun 1.1.39-cu maddəsinə əsasən ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına ödəniş aləti vasitəsilə verilən tapşırıq. Həmin Qanunun 26.1-ci maddəsinə görə ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icraya qəbul olunan ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddiası iddiaçı tərəfindən cavabdeh Banka qanunvericiliyin tələblərinə uyğun ödəniş tapşırığı verilməsi sübuta yetirilmədiyindən, bu səbəbdən bankın Mülki Məcələnin 965ci maddəsinin tələblərini pozması müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə 1100 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edib ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir
12. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 965, 965.2, 974.1, 974.2, 974.3, 976.1, 976.2-ci maddələrinə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 5.2, 5.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.
13. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən 2025-ci ilin aprel ayı üzrə işçilərə məcburi dövlət sosial sığorta haqqı və əmək haqqı məbləği 452044,92 manat (269,64 manat aliment tələbi, 323570,62 manat əmək haqqı, 128474,30 manat icbari dövlət ödənişləri) təşkil edir. Cəmiyyətin 2025- ci ilin may ayı üzrə işçilərə ödənilməli olan əmək haqqı məbləği 335882,33 manat (104497,85 manat əmək haqqı və sonhaqq, 136031,35 manat əmək məzuniyyəti kompensasiyası, 95353,13 manat icbari dövlət ödənişləri) təşkil edir. Beləliklə, Cəmiyyət tərəfindən işçilərlə bağlı ödənilməli məbləğ, ümumilikdə 787928,25 manat təşkil edir. Səbail Rayon Icra Şöbəsinin müvafiq inkasso əsasında pul vəsaitinin tutulmasına dair məktubu “xxxx” ASC-nin “Mərkəz” Filialı tərəfindən##.##.2025-ci il tarixindən etibarən icra olunması nəzərdə tutulmuşdur. Bu baxımdan, ##.##.2025-ci il tarixdən etibarən ödəniş tapşırıqları ilə bağlı məlumatlar İddiaçı MMC tərəfindən elektron adress vasitəsilə “Mərkəz” Filialına təqdim edilmişdir. Bundan başqa, ##.##.2025-ci il tarixdə ***/***/** saylı məktubla da “Mərkəz” Filialına müraciət olunmuşdur. Məktuba qoşma şəklində isə ödəniş tapşırıqları əlavə edilmişdir. Həmin məktub və əlavə olunmuş qoşmalar müvafiq qaydada imzalanmaqla möhürlə də təsdiq edilmişdir. Sözügedən məktub “Mərkəz” Filialı tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin buna baxmayaraq, “Mərkəz” Filialı tərəfindən ödəniş tapşırıları icra olunmamışdır. “xxxx” ASC-nin “Mərkəz” Filalı tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş ##.##.2025-ci il tarixli HD-** saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin bank hesabından ##.##.2025- ##.##.2025-ci il tarix aralığında 480.601,29 manat pul vəsaiti tutulmuşdur. ##.##.2025- ##.##.2025-ci il tarix aralığında isə 158.581,98 manat olmaqla, ümumilikdə 639.183,27 manat pul vəsaiti tutulmuşdur. Göründüyü tutulan bütün pul vəsaitləri İddiaçı MMC tərəfindən rəsmi qaydada “Mərkəz” Filialına ödəniş tapşırıqları təqdimedildən sonrakı tarixlərdə tutulmuşdur. Beləliklə, bir daha görünür ki, “Mərkəz” Filialı qanunvericilikdə nəzərdə tutulan üzərinə düşən öhdəliyi icra etməmişdir. Iddianın rədd edilməsinə dair məhkəmə qətnaməsindən görünür ki, məhkəmə sanki iddianın rədd edilməsini əsaslandırmaq üçün formal mülahizələrdən və bankın daxili prosedurlarını tənzimləyən, müçtəriyə heç bir aidiyyəti olmayan qeyri-normativ aktları normativ aktdan, yəni mülki qanunvericiliyin imperativ normalarından üstün hesab etməklə yekun qərar qəbul etmişdir. Belə ki, məhkəmə prosesi zamanı iddiaçı tərəfindən bir çox əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim olunaraq, işin faktiki halları izah olunsa da, heç bir xüsusata obyektiv qiymət verilməmişdir. Məhkəmə nəzərə almaq istəmişdir ki, hər bir müştərinin bankda online bankinq xidməti olur və müştəri öz bankinq hesabı üzrə rahat şəkildə istədiyi köçürmə əməliyyatını həyata keçirir. İddiaçı MMC-nin isə 2024-cü ilin martaprel aylarından mövcud məhkəmə prosesləri ilə əlaqədar online bankinq xidməti deaktiv olmuşdur. Bu baxımdan İddiaçı MMC ilə bank arasında olan razılaşma əsasında hər zaman elektron mail üzərindən köçürmə məlumatları banka təqdim edilmiş və bank tərəfindən ödənişlər həyata keçirilmişdir. İddiaçı MMC banka qarşı etimadla və inamla yanaşmağa məcbur olmuş, lakin bank tərəfindən bu etimaddan subyektiv baxımdan sui-istifadə olunmuşdur. Vaxtarışı bank tərəfindən hər ay ardıcıllıqla həyata keçirilmiş ödənişlər, bu halın işgüzar bir vərdişə çevrilməsinə baxmayaraq, ##.##.2025-ci il tarixdən bank bu ardıcıllığa əməl etmək istəməmişdir. Nəzərə almaq lazımdır ki, bank tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi və İddiaçı MMC-yə məxsus bank hesabındakı pul vəsaitlərini öz istəyinə uyğun qanunvericiliyə zidd şəkildə başqa hesablara köçürməsinə qarşı İddiaçı MMCnin heç bir mane yaratmaq imkanı olmamışdır. İddiaçı MMC bu qanunsuzluğun qarşısının alınması üçün yalnız şikayət etmək və ya məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Kifayət qədər mail üzərindən banka təqdim edilmiş ödəniş taşırıqları ilə bağlı çıxarışlar məhkəməyə təqdim edilsə də, buna məhəl qoyulmamışdır. Banka mail üzərindən göndərilmiş ödəniş tapşırıqlarından başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli ***/***/** saylı məktubdan görünür ki, banka rəsmi qaydada məktubla müraciət olunaraq İddiaçı MMC-nin məcburi ödənişləri olması bildirilmiş və qoşma olaraq ödəniş tapşırıqları əlavə olunaraq icra olunması xahiş edilmişdir. Həmin məktub ##.##.2025ci il tarixdə bank tərəfindən rəsmi qaydada qəbul edilmiş və qəbul edilməni təsdiq edən möhür vurulmuşdur. Lakin, həmin məktub bank tərəfindən icra edilməmiş və sonradan ötən 4 ay ərzində İddiaçı MMC-nin bank hesabına daxil olan bütün pul vəsaitilərini öz istəyinə uyğun başqa hesablara köçürmüşdür. Məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi ilk öncə İddiaçı MMC tərəfindən mail üzərindən ödəniş tapşırıqlarının olmadığını və heç bir rəsmi müraciət edilmədiyini bildirmişdir. Sonradan iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktuba münasibətdə isə bildirmişdir ki, həmin məktub bank tərəfindən qəbul edilib, lakin qoşma sənədlərdə imza və möhür olmadığı üçün icra olunmamışdır. Məhkəmə tərəfindən isə cavabdehin nümayəndəsinin bu mövqeyi əsaslı qəbul edilmişdir. Hətta qətnamədə də məhkəmə qeyd edir ki, İddiaçı MMC banka ödəniş tapşırıqlarını təqdim etməsini sübuta yetirə bilmir. Belə olan halda sualların yaranır və bu suallar cavabdehin nümayəndəsi heç bir cavab verə bilməmişdir. Suallar bundan ibarətdir ki, əgər ##.##.2025-ci il tarixli məktubun özü imzalı və möhürlü idisə, qoşma olaraq əlavə edilmiş ödəniş tapşırıqları imzalı və möhürlü deyildisə, bəs niyə bank tərəfindən rəsmi qəbul edilib???, Niyə bank tərəfindən uzun illər boyu müştərisi olan İddiaçı MMC ilə işçiqaydasında əlaqə saxlanılıb qoşma sənədlərin imzalanması və möhür vurulması təklif edilməyib???, Imza və möhür yox idisə, niyə rəsmi cavab yazılıb geri təqdim edilməyib??? Axı həmin məktubdan sonra 4 (dörd ay ərzində İddiaçı MMC-nin bank hesabından pullar silinmişdir, bu müddət ərzində bütün rəsmiləşmələri həyata keçirmək mümkün olardı, bank məqsədi nə olmuşdur??? Niyə mail üzərindən göndərilən məktublara rəsmi cavablar verilməmişdir??? Göründüyü kimi iddiaçı tərəfindən verilmiş bu kimi suallara nə cavabdehin nümayəndəsi cavab verə bilmiş, nə də məhkəmə tərəfindən adekvat yanaşma həyata keçirilmişdir. Nəzərə almaq lazımdır ki, İddiaçı MMC cavabdehin bankın ən yüksək dövriyyəsi və köçürmələri olan müştərisidir və belə müştəri heç bir zaman diqqətdən kənarda qala bilməz. Bu kimi müştəriləri, xüsusən də online bankinq xidməti deaktiv olan və bütün köçürmə əməliyytalarını mail üzərindən və ya məktubla həyata keçirən müştəriyə bank tərəfindən xüsusi spesifik bir yanaşma olmalıdır ki, cavabdeh buna məhəl qoymamış, öz vəsiti kimi İddiaçı MMC-yə məxsus pul vəsaitini başqa hesablara köçürmüş, həmin vəsait üzərində sərbəst sərəncam vermiş, heç bir qanuna məhəl qoymamış və ona olan etimaddan, etibardan, güvəndən sui-istifadə edərək işgüzar adətləri heçə sayaraq İddiaçı MMC-nin bütün qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən isə sanki cavabdehin bu əməli dəstəklənərək alqışlanmış və cavabdehin xeyrinə qərar çıxarılmışdır. Məhkəmə cavabdehin təqdim edilmiş ödəniş tapşırıqlarına və rəsmi məktuba biganə yanaşmasını, qanunvericiliyin tələblərini pozmasını qəbul etməməklə, obyektiv araşdırma aparılmadığı fikri formalaşdırmışdır. Hesab edir ki, belə hallarda əksinə cavabdeh barəsində ciddi tədbirlər görülməsi daha məqsədəmüvafiq olardı. Çünki, bu yanaşma müştərilərin banklardan çəkinməyə səbəb olmaqla, banklara isə müştərilərin hesablarından öz şəxsi hesabları kimi davranmağa meyil yaradacaqdır. Beləliklə, hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin qərarı tamamilə qanunsuz və əsassızdır və buna görə də ləğv edilməklə, iddia təmin edilməlidir. İddiaçı MMC mülki qanunvericilklə nəzərdə tutulmuş bankın əlavə cəzalanmasını belə tələb etməmiş, yalnız işçilərlə bağlı ödənişləri tələb etmişdir. Çünki, hazırda əmək haqları ödənilməyən işçilərin hamısı aidiyyəti məhkəməyə müraciətlər etmişlər və öz haqlarını tələb edirlər. İddiaçı MMC-nin isə əməkhaqqını ödəmək imkanı və şansı yoxdur, çünki həmin məbləğlərin hamısı bank tərəfindən əsassız silinmişdir. Məhkəmə iddianı təmin etməməklə çoxlu sayda işçilərin əmək haqlarının və sosial ödənişlərinin itirilməsinə səbəb olmuşdur. Həmin şəxslərin öz əmək haqlarını və sosial ödənişlərini əldə etmək imkanı yoxdur. İddiaçı MMC-nin əsas gəliri daşınmaz əmlakın icarəsindən olduğu üçün, həmin daşınmaz əmlakın da artıq başqa mülkiyyətçisi olduğundan, işçilərin əmək haqlarının və sosial ödənişlərinin həyata keçirilməsi üçün real şərait mövcud deyil. Ümumiyyətlə, qanunvericilkdə belə bir təcrübə olmadığı üçün hər hansı yanaşma da yoxdur. Bu kimi halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulması halları bundan ibarətdir ki, məhkəmə tərəfindən tətbiq edilməli normaların qanunamüvafiq tətbiqi həyata keçirilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlar işin faktiki hallarına uyğun olaraq əsaslandırılmışdır. Lakin, məhkəmə əsaslandırmanı diqqətdən kənrada saxlamaqla, iddiaçının sübut edə bilməməsi kimi qiymətləndirmişdir. Demək olar ki, məhkəmə heç bir sənəd sübutuna diqqət yetirməmiş, cavabdehə haqq qazandıracaq heç bir xüsusat olmadığı halda iddianı rədd etmişdir. Bir sözlə məhkəmə tərəfindən tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, işin faktiki halları obyektiv araşdırılmaqla, qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirərək, yalnız cavabdeh tərəfin istəyinə uyğun araşdırma aparmış və buna uyğun da yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən yekun qərar, bu kimi münasibətləri tənzimləyən normalar araşdırılmadan, qəbul olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Iddiaçı apellyasiya şikayətinə qarşı mülahizə adı altında etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü tələblər əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” AR Qanununun 5-ci maddəsində Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra Mərkəzi Bank) funksiyaları öz əksini tapmışdır ki, bunların da sırasına maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi; ödəniş sistemlərinin sabit, təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, inkişafına dəstək verilməsi də daxildir. Həmin Qanunun 8-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Müvafiq Qanununun 46.1-ci maddəsinə görə Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorları, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini vəfəaliyyətləri üzərində nəzarəti həyata keçirir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən Mərkəzi Bank ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, həmçinin ödəniş alətlərinə dair tələbləri müəyyən edir. Yuxarıdakı Qanunun müvafiq müddəalarından irəli gələrək Azərbaycan Respublikası Mərkəzi X1 tərəfindən “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə ##.##.2024-cü il tarixli, **/* nömrəli qərar qəbul edilmişdir. Həmin Qərarın 1.6-cı bəndinə əsasən ödəniş əməliyyatı məsafədən və elektron formada aparıldıqda təchizatçı tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblərə riayət edilməlidir. Müvafiq Qərarın 3.3.1-ci bəndində ödəniş əməliyyatının həyata keçirildiyi vasitələrdən biri də ödəniş tapşırığıdır. Həmin Qərarın 4.3-cü bəndinə görə elektron formada verilmədikdə və ya təchizatçı və ödəniş xidməti istifadəçisi arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmadıqda, kredit köçürməsi 2 (iki) nüsxədən az olmamaqla təqdim edilir. Əlavə 1-də təqdim edilən nümunədə ödəniş tapşırıqları ilə bağlı zəruri rekvizitlər əks olunmuşdur. Göründüyü kimi ödəyicinin imza və möhürü məcburi elementlərdəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 974.1-ci maddəsinə əsasən ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. Həmçinin “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun 1.1.32-ci maddəsinə əsasən ödəniş aləti – ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan və ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış hər hansı bir fərdiləşdirilmiş alət və (və ya) prosedurlar toplusu; Müvafiq Qanunun 1.1.39-cu maddəsinə əsasən ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına ödəniş aləti vasitəsilə verilən tapşırıq. Həmin Qanunun 26.1-ci maddəsinə görə ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icraya qəbul olunan ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir. Işin faktiki halları ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən həm apellyasiya şikayətində, həm də birinci instansiya məhkəməsi gedişində məhkəmə çıxışları zamanı məhkəmə araşdırmasını yanıltmaq məqsədilə işin faktiki halları təhrif edilmişdir. Belə ki iddiaçı tərəfin nümayəndəsi birinci instansiyada məhkəmə çıxışları zamanı, o cümlədən apellyasiya şikayətində də iddiaçı İddiaçı MMC-yə məxsus olan internet banking hesabının 2024cü ilin mart-may tarixləri arasından etibarən bağlandığını, həmin tarixdən bəri ödəniş tapşırıqlarının elektron poçt ünvanı vasitəsilə göndərildiyini və hər zaman “xxxx” ASC tərəfindən icra edildiyini bildirilmişdir, lakin hələ də müvafiq sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı bildirir ki, iddiaçı tərəfin internet banking hesabı bağlandığını iddia etdiyi dövrdən etibarən bütün ödəniş tapşırıqları elektron poçt vasitəsilə deyil, fiziki olaraq filialda təqdim edilmiş, sözügedən ödəniş tapşırıqlarının Mülki Məcəllənin 974.1-ci maddəsinin və Azərbaycan Respublikası Mərkəzi X1 tərəfindən qəbul edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə ##.##.2024-cü il tarixli, **/* nömrəli qərarının tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra icra edilmişdir. Həmin dövr ərzində elektron poçt vasitəsilə hər hansı ödəniş əməliyyatı həyata keçirilməmişdir. Hətta icra edilmiş müvafiq ödəniş tapşırıqları tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Ümumiyyətlə, elektron poçt vasitəsilə ödəniş əməliyyatının həyata keçirilməsi yuxarıda qeyd edilən qanunvericilik normalarına, xüsusilə də Mərkəzi Bank tərəfindən müəyyən edilmiş və bütün subyektlər üçün məcburi olan forma tələblərinə ziddir. Qeyd edilən digər bir hal ondan ibarətdir ki, iddiaçı tərəfindən yeni ödəniş tapşırıqları ##.##.2025-ci il tarixdən etibarən elektron poçt vasitəsilə göndərilib. Bu dəlil ilə bağlı bildiririk ki, iddiaçı tərəfindən sözügedən hal ilə bağlı məhkəməyə yalnız boş e-mail görüntüləri təqdim edilib. Həmçinin bir daha vurğulayır ki, elektron poçt vasitəsilə ödəniş əməliyyatının həyata keçirilməsi yuxarıda qeyd edilən qanunvericilik normalarına, xüsusilə də Mərkəzi Bank tərəfindən müəyyən edilmiş və bütün subyektlər üçün məcburi olan forma tələblərinə ziddir. Belə ki elektron forma dedikdə yalnız GMA (gücləndirilmiş müştəri autentifikasiyası) tələblərinə riayət edildiyi forma nəzərdə tutulur. Müvafiq GMA tələbləri “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 ##.##.2024cü il tarixli, **/* nömrəli Qərarı ilə tənzimlənir. Iddiaçı tərəfindən bildirilən digər bir məsələ isə Səbail Rayon Icra Şöbəsinin müvafiq inkasso sərəncamlarının icrası ilə bağlıdır. Bununla əlaqədar bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin, o cümlədən müvafiq icra sənədinin icrası ilə bağlı tərtib edilmiş inkasso sərəncamlarının və ##.##.2025-ci il tarixli icra ödənişinin alınması barədə qərarın icra edilməsi barədə Bakı şəhəri Səbail Rayon Icra Şöbəsinin ******/****/**-**/** nömrəli, ##.##.2025-ci il tarixli məktubu elə həmin gün, yəni ##.##.2025-ci il tarixdə “xxxx” ASC-yə daxil olmuşdur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı, elektron pul təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur. “xxxx” ASC tərəfindən İddiaçı MMC-nin ##.##.2025-ci il tarixdən başlayaraq rəsmi olaraq hər hansı ödəniş tapşırığı göndərmə ehtimalı nəzərə alınaraq sözügedən inkasso sərəncamları dərhal deyil, rəsmi ödəniş tapşırıqları daxil olmadığına görə ##.##.2025-ci il tarixdən icra edilməyə başlanmışdır. Əks halda “xxxx” ASC-yə qarşı yuxarıda “Icra haqqında” Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib ediləcəkdi. Hətta işin iddiaçı tərəfindən də qəbul edilən və elə iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilən ##.##.2025-ci il tarixli elektron poçt çıxarışına əsasən müvafiq inkasso sərəncamı icra edilmədən öncə də bu barədə iddiaçı tərəf məlumatlandırılmışdır. Lakin iddiaçı tərəfindən rəsmi olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilən və məcburi olan forma tələblərinə uyğun hər hansı bir ödəniş tapşırığı təqdim edilməyib. Həmin müddət aralığında İddiaçı MMC tərəfindən yalnız ***/***/** nömrəli, ##.##.2025- ci il tarixli məktub və ona qoşma edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 **/* nömrəli, ##.##.2024-cü il tarixli qərarının * nömrəli Əlavəsində müəyyən edilmiş formanın tələblərinə uyğun olmayan ödəniş tapşırığı nümunələri təqdim edilmişdir. Belə ki, sözügedən ödəniş tapşırıqları iddiaçı İddiaçı MMC-nin möhürü ilə təsdiqlənməmiş, səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən ən son ##.##.2025-ci il tarixdə qanunvericiliyə uyğun ödəniş tapşırığı verilmiş və icra edilmişdir. Həmçinin ondan əvvəl olan və icra edilən digər ödəniş tapşırıqlarının tarixləri də müvafiq olaraq ##.##.2025, ##.##.2025, ##.##.2025 və s.-dir. Göründüyü kimi iddiaçı tərəfi də Mərkəzi Bank tərəfindən müəyyən edilən və məcburi olan forma tələblərini bilmiş, ##.##.2025-ci il tarixə qədər də o tələblərə uyğun ödəniş tapşırığı təqdim etmişdir. Hazırkı iş üzrə iddiaçı forma tələblərinə riayət etmədiyini bildiyindən məktubla müraciət etmiş və həmin müraciətə Mərkəzi Bank tərəfindən müəyyən edilən və məcburi olan forma tələblərinə zidd olan ödəniş tapşırıqları nümunələri əlavə edilmişdir. Həmçinin bir daha bildirir ki, müvafiq inkasso sərəncamının icrası məqsədilə İddiaçı MMC-nin hesabındakı pul vəsaitlərinin silinməsi barədə iddiaçıya ##.##.2025-ci il tarixdə elektron poçt vasitəsilə məlumat verilmişdir. Əgər iddiaçı İddiaçı MMC-nin həqiqi niyyəti həmin vəsaitlərin iddia ərizəsində bildirdiyi təyinatlarla bağlı olsa idi, qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun ödəniş tapşırıqlarını müvafiq qaydada təqdim edər və silinmələr həyata keçirilməzdi. Lakin göründüyü kimi iddiaçı tərəf hətta ##.##.2025-ci il tarixli ilkin silinmədən sonra belə inkasso üzrə silinmələrin davam etdiyini bilsə də, hərəkətsizlik göstərmiş, bununla da iradə ifadəsini açıq formada nümayiş etdirmişdir. Əlavə olaraq bildirir ki, ümumi olaraq ##.##.2025-##.##.2025 tarix aralığında iddiaçıya məxsus hesablardan inkasso sərəncamı üzrə 480601,29 manat pul vəsaiti tutulmuşdur. Həmçinin ##.##.2025-##.##.2025 tarix aralığında isə vergi borcu üzrə müvafiq sərəncamlar əsasında 158581,98 manat pul vəsaiti silinmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətinə və iddia tələbinə etiraz etdi, iddia tələbinin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi və vəkili iş yükünün çox olmasını əsas göstərərək məhkəmə iclasının təxirə salınması barədə ərizə vermiş, lakin ərizəsinə sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. -964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. -974.1-ci maddəsinə görə ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir. -965.2-ci maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi əsasında verilən ödəniş sərəncamı üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir.
19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
20. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” AR Qanununun: 1.1.39-cu maddəsinə əsasən ödəniş sərəncamı – ödəniş əməliyyatının icrası üçün ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş xidməti təchizatçısına ödəniş aləti vasitəsilə verilən tapşırıqdır. 26.1-ci maddəsinə görə ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir. Həmin 27.1-ci maddəsinə əsasən icraya qəbul olunan ödəniş sərəncamları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir.
21. Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə mübahisələndirilmişdir. Odur ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədinə əsasən, İddiaçı MMC-dən ##.##.2013-cü il tarixli **** saylı müqavilə üzrə ümumilikdə 120.228.307,10 manat pul vəsaitinin, həmçinin 50.000 manat dövlət rüsumu və mediasiya xərclərinin tələbkar “xxxx” QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında icra vərəqəsi verilərək icraya yönəldilmişdir. Borclu tərəfindən tələbin könüllü şəkildə ödənilməsi təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirləri tətbiq edilərək tələb üzrə tutma İddiaçı MMC-nin digər əmlaklarına, o cümlədən bank hesablarında olan pul vəsaitlərinə yönəldilmiş və bu məqsədlə borclunun bank hesablarına inkasso qoyulmuşdur. Nəticədə 2025-ci ilin may-avqust ayları arasında dövrdə icra sənədinin icrası çərçivəsində İddiaçı MMC-nin hesablaşma hesabından ümumilikdə 639183,27 manat həcmində pul vəsaiti silinmişdir. Hazırda iddiaçı İddiaçı MMC həmin məbləğlər silinərkən cavabdeh “xxxx” ASC tərəfindən Mülki Məcəllənin 965-ci maddəsində nəzərdə tutulmuş növbəliliyin pozulmasını, yəni həmin dövrdə tərəfindən işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin ödənilməsinə dair ödəniş tapşırıqları banka təqdim edildiyi halda bankın hesabında olan vəsaitlərinin inkasso sərəncamı əsasında silindiyini əsas göstərərək həmin vəsaitin bankdan tutularaq ödəniş tapşırıqları üzrə işçilərin əmək haqqı, aliment, məzuniyyətə görə kompensasiya, məcburi dövlət sığorta haqqı, icbari tibbi sığorta, işsizlikdən sığorta, gəlir vergisi və digər sosial müavinətlərə ödənilməsinə yönəldilməsini tələb edir.
27. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı inkasso sərəncamı ilə bank tərəfindən mübahisəli silinmələr həyata keçirilməmişdən öncə işçilərin əmək haqqlarının ödənilməsi, eləcə də məcburi dövlət ödənişlərinin edilməsinə dair banka sərəncam verməsini iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.
28. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 **/* saylı, ## #### 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair qaydaların 3.3-cü bəndində digər ödəniş əməliyyatlarının ödəniş alətləri və sənədləri ilə yanaşı kredit köçürməsi (ödəniş tapşırığı) vasitəsilə aparılması imkanı təsbit edilmiş və ödəniş tapşırığının forması isə həmin qaydaların bir saylı əlavəsi ilə təsdiq edilmişdir(əlavə 2026-cı ilin # ###### tarixinə qədər qüvvədə olmuşdur)
29. Iddiaçının banka müvafiq sərəncam verməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi ödəniş tapşırıqları isə həmin formaya uyğun deyillər. Bundan əlavə işin mübahisəsiz hallarına görə həmin dövrdə iddiaçının internet banking sistemi işləmədiyindən sözügedən ödəniş tapşırıqları elektron imza ilə təsdiq edilməklə banka göndərilməmiş, eləcə də iddiaçı İddiaçı MMC-nin möhürü ilə təsdiqlənməklə və səlahiyyətli şəxs tərəfindən imzalanmaqla kağız daşıyıcıda banka təqdim edilməmişdir.
30. Ödəniş tapşırıqlarının ##.##.2025-ci il tarixindən e-mail vasitəsilə bankın “Mərkəz” Filialına təqdim edilməsi, ##.##.2025-ci il tarixdə ***/***/** saylı rəsmi məktubun göndərilmiş olması barədə iddiaçının arqumentlərinə münasibətdə isə məhkəmə tərkibi göstərir ki, Azərbaycan Respublikası Mərkəzi X2 ## ######## 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatla ödəniş sənədlərinin, o cümlədən ödəniş tapşırıqlarının yalnız iki üsulla –möhür və imza ilə təsdiq edilməklə kağızdaşıyıcıda və elektron imza vasitəsilə təsdiq edilməklə elektron qaydada banka təqdim edilməsi imkanı nəzərdə tutulmuşdur. Odur ki, ödəniş tapşırıqlarının iddiaçı tərəfindən həqiqətən e-mail vasitəsilə banka göndərildiyi ehtimal edilsə belə həmin hal iddiaçının dair qanunla və bank qaydaları ilə müəyyən edilmiş qaydada banka sərəncam verilməsi barədə qənaətə gəlmək üçün əsas vermir.
31. Beləliklə, iddiaçı tərəfindən əmək haqları və məcburi dövlət ödənişlərinin ödənilməsinə dair qanunla və bank qaydaları ilə müəyyən edilmiş qaydada banka ödəniş sərəncamı verilməsi və belə olan halda cavabdeh bankın mübahisəli silinmələri apararkən Mülki Məcəllənin 965-ci maddəsində nəzərdə tutulmuş silinmə növbəliliyinə əməl etməməklə iddiaçı ilə bank hesabı barədə müqavilə üzrə öhdəliklərini pozması iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda isə birinci instansiya məhkəməsi iddiaçının həmin silinmələr üzrə pulların cavabdeh bankdan tutularaq əmək haqlarının və məcburi ödənişlərin ödənilməsinə yönədilməsi tələbinə dair iddianı əsassız hesab etməklə rədd etməkdə haqlı olmuşdur.
32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova