Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-295/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Iddiaçı “xxxx” MMC-nin cavabdeh cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin icra olunmaması, alınmış əşyanın dəyərinin ödənilməməsi, çəkişmə və dispozitivlik prinsipləri, sübutetmənin predmeti, elektron qaimə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə Iddiaçı “xxxx” MMC-nin cavabdeh cavabdeh2 qarşı “pul” tələbi barədə kiçik iddialara dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Tərəflər arasında ##.##.2021-ci il tarixli, NBA-*****-*** saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən, icraçı (iddiaçı) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra – xidmətlər) göstərməyi, sifarişçi (cavabdeh) isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin: 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin tam siyahısı bu müqavlənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmişdir. 2.1-ci bəndinə əsasən, bu müqavilənin * saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçiriləcək. 2.2-ci bəndinə əsasən, ödəniş həyata keçirildikdən sona icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər sifarişçiyə təqdim edilməlidir: 2.3.1. xidmətlərin göstərilməsi barədə akt; 2.3.2. elektron qaimə-faktura.
2. Iş materiallarına əlavə edilmiş Texniki Xidmət müqaviləsi üçün * saylı X4 ilə tərəflər 1 vahidin qiyməti 60 manat olmaqla ƏDV daxil 70,8 manat dəyərində “kassa qeydiyyatı + token” növündə xidmətin göstərilməsini; * saylı X4 ilə 1 vahidin qiyməti 8 manat olmaqla ƏDV daxil 9,44 manat dəyərində “NKA göstərilən aylıq servis” növündə xidmətin göstərilməsi razılaşdırmış, X3 hər iki tərəfdən imzalanmış və iddiaçı hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
3. Həmçinin, iddiaçı tərəfindən cavabdehə cəmi 352,91 manat dəyərində elektron qaimə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Iddiaçı cavabdehdən 121,43 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC (bundan sonra – Iddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. Iddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “ekassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” Iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə Iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını Iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni Iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və Iddiaçının xidməti dayanır. Iddiaçı ilə Cavabdeh arasında NBA-*****-*** saylı## ###### 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin tarixdə Müqaviləyə uyğun olaraq Iddiaçı tərəfindən Cavabdehə müvafiq xidmətlər göstərilmişdir. Iddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq Cavabdehin Iddiaçıya ümumilikdə 352.91 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 231.48 manat hissəsini ödəmiş, lakin Iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdehin hazırki tarixədək Iddiaçıya ümumilikdə 121.43 manat borcu qalmışdır.
6. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Ilk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Iddiaçının tələbi yerinə yetirilmiş xidmətlərə görə ximət haqqının ödənilməsi ilə bağlıdır və iddiaçı bu tələbinin hüquqi əsası kimi Xidmət müqaviləsinə əsaslanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında Xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır və həmin müqavilədə iddiaçı tərəfindən göstəriləcək xidmətlərin nədən ibarət olması, xidmətin hansı qaydada və necə təhvil verilməsi, təhvil verilmiş xidmətlərə görə haqqın ödənilməsi qaydası və şərtləri konkret göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pul tələbinin əsaslı olması birbaşa həmin şərtlərə əvvəlcə iddiaçı tərəfindən necə əməl edilməsindən asılıdır. Tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli, NBA-*****-*** saylı xidmət müqaviləsinə əsasən iddiaçı razılaşdırılmış xidmətlər göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, bu müqavilənin * saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçirilməli, ödəniş həyata keçirildikdən sona icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə-fakturanı sifarişçiyə təqdim edilməlidir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 352,91 manat məbləğində borcu olmuş, bundan 231,48 manat ödəniş edilmiş, 121,43 manat məbləğində borcu ödənilməmiş olaraq qalmışdır. Lakin iddiaçı yerinə yetirdiyi xidmətin cavabdehə təhvil verməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, yalnız elektron qaimə-fakturalara əsaslanmışdır. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində gösrərilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünür ki, elektron qaimə-faktura alqı-satqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, bu sahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini fiziki olaraq təsdiq etmir. “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, MM-nin 389.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa bir qayda olaraq onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlərlə bərabər tərəflər arasında yaranmış münasibətlərin xarakterindən asılı olaraq elə spesifik şərtlər da daxil edilə bilər ki, bu müqavilə tərəflərinin hüquq və öhdəliklərinin icrasına bir başa təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, Xidmət müqaviləsinin yerinə yetirilmiş işlərin təhvil verilməsini nəzərdə tutan 2.2-ci bəndinə əsasən icraçı göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaiməfakturanı sifarişçiyə təqdim edilməlidir. Lakin işin faktiki hallarından görünür ki, xidmətlərin göstərildiyini təsdiq edəcək aktlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
8. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2, 385.1-ci, 386.1-ci, 425.1.-ci, 442-ci, 462.1-ci, 467-ci, Vergi Məcəlləsinin 71-1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMCnin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərarına istinad etmişdir.
9. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmiş, məhkəmənin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını və maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
11. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
13. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
20. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
21. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
22. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
23. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
24. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
31. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
32. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
33. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
34. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
35. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
36. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
47. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır.
48. Iş materiallarından aydın olur ki, tərəflər arasında ##.##.2021-ci il tarixli, NBA-*****- *** saylı xidmət müqaviləsi bağlanmışdır.
49. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair müddəalar (tapşırıq, podrat, brokerlik, daşıma və s.) təsbit olunsa da, “Xidmət müqaviləsi” adlı ayrıca müqavilə növü nəzərdə tutulmamışdır – lakin bu hal, müqavilə azadlığı prinsipinə uyğun olaraq, belə müqavilələrin bağlanması imkanını istisna etmir.
50. Həmin müqavilə münasibətlərindən yaranmış mübahisələr Mülki Məcəllənin ayrı-ayrı fəsillərində xidmət xarakterli öhdəlik münasibətlərinə dair (tapşırıq, podrat, brokerlik, daşıma və s.) müddəaları əsasında; işin hallarından asılı olaraq tərəflər arasındakı müqavilə şərtləri, işgüzar adətlər və mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi normalarının tələbləri əsasında; və ya Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilən qaydada tətbiq edilən maddi hüquq normaları əsasında həll olunmalıdır.
51. Xidmətlərin göstərilməsi müəyyən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Xidmətlər göstərilən zaman nəticə maddiləşdirilə bilən bir formaya çevrilmir, onun məqsədini faydalı fəaliyyətin özü təşkil edir (məsələn, mühafizə və ya təmizlik xidməti, peşə hazırlığının təşkil edilməsi xidməti, tədris proqramı çərçivəsində dərslərin keçilməsi və s.).
52. Bu müqavilələr üzrə xidməti alan qismində icraçı tərəfindən göstərilən xidmətlərdən faydalanan şəxs çıxış edir və göstərilmiş xidmətin haqqını ödəmək vəzifəsi (yükü) də məhz həmin subyektin üzərinə düşür; icraçının məsuliyyəti isə həmin fəaliyyətin düzgün icrası ilə bağlı olur.
53. Həmçinin nəzərə alınmalıdır ki, xidmətin icrasının qüsursuz həyata keçirilməsi ilə bağlı sübutetmə yükü icraçının (hazırkı halda iddiaçının), xidmətin dəyərinin (haqqının) ödənildiyini sübutetmə yükü isə xidməti alanın (hazırkı halda cavabdehin) üzərinə düşür.
54. Iddiaçı müqavilə üzrə yerinə yetirilmiş xidmətin cavabdehə təhvil verildiyini, təqdim olunan qaimənin bu halı təsdiq etdiyini irəli sürmüşdür.
55. Iş materiallarından aydın olur ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq, ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməsi təklif olunmuşdur.
56. Həmin bildiriş cavabdehin hüquqi ünvanına göndərilmiş, lakin cavabdeh tərəfindən təhvil alınması mümkün olmamış, nəticə olaraq cavabdeh nə iddiaçının göndərdiyi pretenziyaya cavab vermiş, nə iddia tələbinə etiraz etmişdir.
57. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunu ilə müəyyən olunur.
58. Işin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdə həmin hallar işin mübahisəsiz hallarına aid edilir.
59. Işin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınması başa düşülür.
60. Işin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM- 61.maddəsinin təsiri altına düşən hallar aid edilir. in 81-ci
62. Hazırkı işdən görünür ki, cavabdeh iddia ərizəsində qeyd edilən heç bir faktı mübahisələndirməmiş və iddiaya qarşı etiraz verməmiş, beləliklə də tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi halının sübutetmə predmetinə daxil edilməsinin prosessual əsasları mövcud olmamışdır.
63. Kollegiya həmçinin qeyd edir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).
64. Göründüyü kimi, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən xidmətlərin göstərilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrıayrılıqda deyil, birgə qiymət verməlidirlər.
65. Işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən ödənişlər edilmişdir. Qeyd edilən hal tərəflər arasında münasibətlərin elektron-qaimələr üzərindən formalışdığını təsdiq edir.
66. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumlarının da cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini
67. rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
“xxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. “xxxx” MMC-nin iddia tələbi təmin edilsin. cavabdeh2 xidmətlərin dəyəri olan 121,43 (yüz iyirmi bir manat qırx üç qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutulub “xxxx ”MMC-nin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat cavabdeh2 “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.