Məhkəmə qərarları › İş №2-2(3-6)-314/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-314/2026

16.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-314/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. Iddiaçı ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixli AT-06.**/** nömrəli xidmət müqaviləsi bağlanmışdır.

2. Həmin Müqavilənin: 1.1. “Sifarişçi” onun nümayəndələrinə, ona məxsus obyektdə, “Icraçı” tərəfindən yemək verilməsini sifariş edir. “Icraçı”, “Sifarışçi”-nin nümayəndələrinə nahar vaxtı nahar yeməyini və ya şam yeməyini verir. 2.1.Sifarişçi” xidmət göstərilməli olduğu nümayəndələrinin siyahısım “Icraçı”-ya təqdim edir və bunun əsasında hazırlanmış Aylıq Xidmət Forması müqavilənin ayrılmaz hissəsi kimi bu müqaviləyə əlavə olunur. Siyahıda hər hansı bir dəyişiklik olduqda, “Sifarişçi” bu haqda “Icraçı”- nı rəsmi olaraq məlumatlandırır. Əks təqdirdə əvvəl təqdim olunmuş siyahı qüvvədə qalmış hesab olunur; 2.2. “Icraçı” bu müqaviləyə əlavə edilmiş Aylıq Xidmət Formasında göstərilən qaydada da qeydlər aparılmaq şərti ilə “Sifarışçi”-nin nümayəndələrinə nahar və ya şam yeməklərini verir. “Sifarişçi” hər növbəti ayın ilk 30 təqvim günü ərzində göstərilmiş xidmətlərə görə ödənişi nəğd şəkildə, ya da ki, köçürmə yolu ilə “Icraçı”-nm bank hesabına ödəməyi öhdəsinə götürür; 4.1.Göstərilən aylıq xidmətlərin hesablanması bu Müqaviləyə əlavə edilən Aylıq Xidmət Forması əsasında aparılır və hesablanmış ümumi məbləğə 18% əlavə dəyər vergisi hesablanmaqla “Icraçı” tərəfindən invoys tərtib edilərək “Sifarişçi” -yə ödəniş üçün təqdim edilir. 4.2.Göstərilən xidmətlərin məbləği hər bir ay üçün, növbəti gələn ayın ilk iki iş günü ərzində, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Aylıq Xidmət Forması” əsasında müəyyən olunan ümumi məbləğə 18 % əlavə edilməklə hesablanır; 4.3Hazırki Müqavilə üzrə hesablaşmalar bank köçürmə yolu ilə ya da ki, nəğd şəkildə həyata keçirilir; 4.4.Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq; 4.5".Sifarişçi" Müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində ödənişi həyata keçirmədikdə, gecikdirilmiş hər gün üçün Müqavilə məbləğinin 0.1% məbləğində cərimə ödəyir.

3. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 59236,59 manat əsas borc, 12293,84 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmaqla 1513,15 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 310 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbini onunla əsaslandırılmışdır ki iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixdə AT-06.**/** nömrəli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi onun nümayəndələrinə ona məxsus obyektdə icraçı tərəfindən yemək verilməsini sifariş edir. Icraçı sifarişçinin nümayəndələrinə nahar vaxtı nahar yeməyini və ya şam yeməyini verir. Müqavilənin 2.2-ci bəndinə əsasən, icraçı bu müqaviləyə əsasən əlavə edilmiş aylıq xidmət formasında göstərilən qaydada da qeydlər aparılmaq şərti ilə sifarişçinin nümayəndələrinə nahar və şam yeməklərini verir. Sifarişçi hər növbəti ayın ilk 30 təqvim günü ərzində göstərilmiş xidmətlərə görə ödənişi nağd şəkildə ya da köçürmə yolu ilə icraçının bank hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən, sifarişçi hər növbəti ayın ilk otuz günü ərzində xidmətlərə görə ödənişi köçürmə yolu ilə və ya nağd şəkildə icraçıya ödəmək vəzifəsini öhdəsinə götürür. Cavabdehə ##.##.2025-ci il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. ##.##.2024-cü il tarixli AT06.**/** nömrəli xidmət müqaviləsi üzrə 59236,50 manat məbləğində borc mövcuddur. Belə ki, ##.##.2024-cü il tarixli, MT2409 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, 7737,26 manat (6557 manat əsas və 1180,26 manat ƏDV), ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, 32261,70 manat (27340,42 manat əsas və 4921,28 manat ƏDV), ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, 19237,54 manat (16303 manat əsas və 2934,54 manat ƏDV) məbləğində borc məbləği qalmaqdadır. ##.##.2024-cü il tarixli AT-06.**/** nömrəli xidmət müqaviləsinin 4.4-cü maddəsinə əsasən, sifarişçi müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində ödənişi həyata keçirmədikdə, gecikdirilmiş hər gün üçün müqavilə məbləğinin 0,1 % məbləğində cərimə ödəyir. ##.##.2024-cü il tarixli, MT2409 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, (7737,26 manat (borc) x 0,1% x 240 gün =) 1841,94 manat (##.##.2024-cü il tarixindən 30 təqvim günü sonra ##.##.2024-cü il, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan günlərin sayı) ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, (32261,70 manat (borc) x 0,1% x 212 gün =) 6839,48 manat (##.##.2024-cü il tarixindən 30 təqvim günü sonra ##.##.2024-cü il, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan günlərin sayı) ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, (19237,54 (borc) x 0,1 % x 187 gün =) 3597,42 manat (##.##.2024-cü il tarixindən 30 təqvim günü sonra ##.##.2024-cü il, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan günlərin sayı). Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ##.##.2024-cü il tarixli, MT2409 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, (7737,26 manat (borc) x 5 % / 12 ay x 7 ay =) 225, 67 manat (##.##.2024-cü il tarixindən 30 təqvim günü sonra ##.##.2024-cü il, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan ayların sayı), ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, (32261,70 manat (borc) x 5 % / 12 ay x 6 ay =) 806,54 manat (##.##.2024-cü il tarixindən 30 təqvim günü sonra ##.##.2024- cü il, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan ayların sayı), ##.##.2024- cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaiməyə əsasən, (19237,54 (borc) x 5 % / 12 ay x 6 ay =) 480,93 manat (##.##.2024-cü il tarixindən 30 təqvim günü sonra ##.##.2024-cü il, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək olan ayların sayı)

6. . Iddiaçının nümayəndələri X2 və X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, iddiaçı tərəfindən cavabdehə 3 dəfə xidmət göstərilmiş, xidmətlərin göstərilməsi ilə bağlı elektron qaimələr tərtib edilərək göndərilmiş, köçürmə yolu ilə 12000 manat və ƏDV-si, nağd qaydada ƏDV daxil 10000 manat ödəniş edilmişdir. Verilən suallara cavab olaraq iddiaçının nümayəndəsi X4 göstərdi ki, müqavilədə göstərilən qiymətlər məsafədən asılı olaraq dəyişə bilər. Belə ki, yeməklərin çatdırılma yeri Abşeron və Xızı olduğu üçün qiymətlərdə dəyişiklik olub.

7. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, cavabdeh ilə iddiaçı arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlansa da, cavabdehin iddiaçıya həmin müqavilə üzrə borcu qalmamış, olan borc bütünlüklə ödənilmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin cavabdeh ilə hər hansı bir bağlılığı və yaxud da əlaqəsi yoxdur. Suallara cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, cavabdehin mühasibi olmadığından elektron qaimələr müddət ötdüyü üçün sistem tərəfindən təsdiq edilmişdir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmuşdur.

9. Etiraz onunla əsaslandırılmışıdr ki, iddiaçıya olan borcularını ödəmişlər, cəmi ödəniş 24160 manat təşkil edib. Məhkəməyə verilən iddiadakı rəqəmlər mövcud deyil. Sənədlərdəki məhsullar təhvil verilməyib, bu qədər yeməyə ehtiyacı olmayıb. Müqavilədə yeməyin birinin qiymətinin 5 manat göstərilməsinə baxmayaraq, onlara aid olmayan qaimələrdə qiymət 7 manat göstərilib. Şirkət heç vaxt saxta qaimələrdə göstərilən qədər yemək almayıb. Iddiaçı vəziyyətdən sui-istifadə etməyə çalışır. Zəruri ekspertizalar keçirilməklə iddia rədd edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2024-cü il tarixli xidmət müqaviləsi üzrə 59236,5 manat əsas borc, 3000 manat cərimə məbləği olmaqla ümumilikdə 62236,5 manat məbləğində pul cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Cavabdeh xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/** saylı qətnaməsinin ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə mötəbər sənəd kimi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələri sübut kimi qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumununun ##.##.2022 tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə görə həmin qaimələr tərəflər arasından bağlanmış müqavilə ilə əlaqəli şəkildə tədqiq edilməlidir ki, məhkəmə bunu etməmiş, e-qaimələrə ən mötəbər sənəd kimi qiymət vermişdir. Göründüyü kimi dəbbə pulunun hesablanması üçün ilk əvvəl öhdəlik icra edilməməlidir. Iddiaçının cavabdehdən tələb etdiyi cərimənin bir hissəsi ƏDV borcuna görə hesablanmışdır. Çünki 59236,5 manat əsas borcun 18% hissəsi ƏDVdir. Müqavilə şərtlərinə əsasən xidmətlərin göstərilməsi, yaranmış borc, ödənilməli vəsait aylıq xidmət formasında əks edilməli, həmin xidmət forması icraçı tərəfindən sifarişçiyə təqdim edilməli, bundan sonra sifarişçi tərəfindən icraçıya ödəniş həyata keçirilməlidir. Aylıq xidmət forması əlavə edilməyib, xidmətin göstərilməsi, sifarişin verilməsini təsdiq edən sənəd əlavə edilməmiş, X1 adlı kağızlar ümumiyyətlə sənəd sayıla bilməz, onların kim tərəfindən imzalanması bəlli deyil, həmin kağızlarda cavabdehin imzası və möhürü yoxdur. Halbuki borc movcud olmasını məhkəmədə iddiaçı sübut etməli idi. Cavabdehin iddiaçıya olan borcu ödənilib, iddiada göstərilən vəsait isə qəsdən şişirdilmiş rəqəmlərdir. Iddiaçının qeyd etdiyi qədər yeməyə ehtiyacı olmamışdır. 1 gün ərzində 100-200 ədəd yemək, absurd rəqəmdir. Üstəlik müqavilədə yeməyin birinin qiymətinin 5 manat göstərilməsinə baxmayaraq, bizə aid olmayn qaimələrdə qiymət 7 manat göstərilmişdir. Şahid əvvələr iddiaçı ilə işlədiyindən izahatı qərəzli olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 442, 443.1 və 448.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. . Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

21. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

22. Maddə 752.1 Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. . Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

24. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

25. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. . Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.

34. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Kollegiya qeyd edir ki, tərərflər arasında izmalanmış müqavilə xidmət adalandırılsada birinci instansiya məhkəməsi haqlı olaraq münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlər olaraq qiymətləndirmişdir.

36. Işin müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə cavabdeh arasında ## ###### 2024-cü il tarixli AT-06.**/** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh onun nümayəndələrinə, ona məxsus obyektdə iddiaçı tərəfindən yemək verilməsini sifariş etməyi, iddiaçı cavabdehin nümayəndələrinə nahar vaxtı nahar yeməyini və şam yeməyini verməyi öhdəsinə götürmüşdür. Müqavilənin təhvil-təslim və ödəniş şərtlərinə əsasən, göstərilən aylıq xidmətlərin hesablanması müqaviləyə əlavə edilən “aylıq xidmət forması” əsasında aparılır və hesablanmış ümumi məbləğə 18 % əlavə dəyər vergisi hesablanmaqla iddiaçı tərəfindən invoys tərtib edilərək cavabdehə ödəniş üçün təqdim edilir, cavabdeh hər növbəti ayın ilk 30 təqvim günü ərzində göstərilmiş xidmətlərə görə ödənişi nağd şəkildə ya da köçürmə yolu ilə iddiaçının bank hesabına ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə ** nömrəli əlavə ilə 1 ədəd “Business Lunch”ın qiyməti ƏDVsiz 5 manat razılaşdırılmış, məsafədən asılı olaraq qiymətdə dəyişiklik ola biləcəyi əlavədə göstərilmişdir. 2024-cü ilin 8-ci ayı üçün “aylıq xidmət forması”na əsasən xidmət haqqı ƏDV-siz 18557 manat, 2024-cü ilin 9-cu ayı üçün “aylıq xidmət forması”na əsasən xidmət haqqı ƏDV-siz 35815 manat, 2024-cü ilin 10-cu ayı üçün “aylıq xidmət forması”na əsasən xidmət haqqı ƏDV-siz 16303 manat əks edilmiş, ##.##.2024-cü il tarixli MT2409 10416506 seriya və nömrəli elektron qaimə ƏDV daxil 21897,26 manat, ##.##.2024-cü il tarixli MT2410 10293600 seriya və nömrəli elektron qaimə ƏDV daxil 42261,7 manat, ##.##.2024-cü il tarixli MT2410 11875320 seriya və nömrəli elektron qaimə ƏDV daxil 19237,54 manat olmaqla ümumilikdə ƏDV daxil 83396,5 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə ƏDV daxil 14160 manat köçürmə yolu ilə, ##.##.2024- cü il tarixdə ƏDV daxil 10000 manat nağd qaydada olmaqla cəmi 24160 manat ödəniş edilmişdir.

37. Məhkəmə kollegiyası e-qaimənin mötəbər sübut kimi nəzərə alınması dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və onların qarşılıqlı əlaqəsi şəraitində qiymətləndirilmiş, elektron qaimələr isə digər sübutlar olan “X1”(təhviltəslim aktı), invoys sənədləri ilə yanaşı araşdırılaraq hüquqi qiymət verilmişdir.

38. Apellyator Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarına istinadı da yanlış təfsirə əsaslanır. Həmin qərarda ifadə olunan hüquqi mövqe elektron qaimələrin hüquqi qüvvəsini inkar etmir, əksinə, onların müqavilə münasibətləri kontekstində digər sübutlarla birlikdə qiymətləndirilməsini nəzərdə tutur. Iş üzrə məhkəmə də məhz bu yanaşmanı tətbiq etmiş, tərəflər arasında mövcud olmuş hüquq münasibətlərini, faktiki icra hallarını və təqdim edilmiş sənədləri kompleks şəkildə təhlil etmişdir.

39. Eyni zamanda nəzərə alınmalıdır ki, elektron qaimələr qüvvədə olan vergi və mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq tərtib edilən rəsmi maliyyə sənədləridir və tərəflər arasında münasibətlərin baş verməsini təsdiq edən sübut kimi hüquqi əhəmiyyətə malikdir. Bu səbəbdən məhkəmənin həmin sənədlərə sübut kimi istinad etməsi qanunauyğun olmaqla yanaşı, sübutların qiymətləndirilməsi prinsiplərinə tam uyğundur. Kollegiya qeyd edir ki, apellyatorun xidmətlərin göstərilməsinə dair iddiaçı tərəfindən təqdim edilən sənədləriqəbul etməməsi ilə bağlı qeyd edir ki, hesabdan çıxarış məlumatınna əsasən ödədiyi 12000.00 manatı və ödəniş tapşırığında qeyd olunan 2160 manat pulun göstərilən xidmətləri hansı qaydada qəbul etdiyini əsaslandırmamış, təhviltəslimin 40.iddiaçının təqdim etdiyi sənədlərdən fərqli formada həyata keçirilməsini təsdiq edə biləcək hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir.

41. Xidmətlərin tariflərinə münasibətdə isə bildirilməlidir ki, ## ###### 2024-cü il tarixli AT-06.**/** nömrəli müqaviləyə ** nömrəli əlavədə xidmət tarifləri birmənalı olaraq 5 manat müəyyən edilməmiş, məsafədən asılı olaraq qiymətdə dəyişiklik ola biləcəyi göstərilmiş, həmin qeydlə birlikdə əlavə cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. Həmçinin cavabdehin bu dəlilinə münasibətdə iddiaçı qeyd etmişdir ki, iki lahiyə üzrə cavabdeh tərəfindən Abşeron və Xızı rayonlarında işlərin yerinə yetirməsi ilə əlaqədar həmin sahələrə yeməklərin çatdırılmasına görə qiymətlərdə dəyişiklik olmuş, Xızı rayonuna məsafəyə görə qiymət 2 manat baha olmuş və bu qiymət cavabdehlə razılaşdırılmışdır.

42. Apellyator iddiaçıya olan borcun ödəndiyini bildirsə də bunula bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı cavabdehin ödənişlərinə dair ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli sənədlər təqdim etmişdir. (iş vərəq 23,24)

43. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

44. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

45. Kollegiya hesab edir ki, sübutetmə imkanı olan tərəfin öz mövqeyini təsdiq edən sübutları təqdim etməməsi həmin tərəfin istinad etdiyi halların təsdiq olunmaması kimi qiymətləndirilməlidir. 46.

47. Məhkəmə kolelgiyası vurğulamaq istəyir ki, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr sistem tərəfindən təsdiqləndəsə də uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən mübahisələndirilməmiş, ləğv edilməmişdir.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar