Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-357/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı X2 cavabdeh X1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə X2 X1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X2 ilə X1 arasında ## ###### 2023-cü il tarixdə bağlandığı bildirilən “Avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında” **/** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, Fikrət Quliyev avtomobil texniki təmir xidmətlərinin göstərilməsini sifariş verib Əlidin Dadaşova razılaşdırılmış xidmət haqqı ödəməyi, Əlidin Dadaşov isə Fikrət Quliyevin müəyyən etdiyi qaydada texniki təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir, göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir; 2.2-ci bəndinə əsasən, icraçı sifarişçinin sifariş verdiyi avtomobil texniki təmir xidmətlərini (işi icra edir); 2.3-cü bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir; 2.4-cü bəndinə əsasən, icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır; 4.1-ci bəndinə əsasən, göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı elektron qaimə vasitəsi ilə qeyd edilir.
3. X2 tərəfindən X1 ##.##.2023-cü il tarixində RBDU seriyalı, ****** nömrəli 2723,27 manat məbləğində elektron qaimə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. X2 (iddiaçı) X1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 2723,27 manat məbləğində əsas borcun, hüquqi xidmətə görə ödənilmiş 300 manatın və dövlət rüsumunun əvəzi qismində 51 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla X1 arasında ## ###### 2023-cü il tarixdə “Avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında” **/** nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh avtomobil texniki təmir xidmətlərinin göstərilməsini sifariş verib ona razılaşdırılmış xidmət haqqı ödəməyi, o isə cavabdehin (sifarişçinin) müəyyən etdiyi qaydada texniki təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir, göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi avtomobil texniki təmir xidmətlərini (işi icra edir). Həmin müqavilənin 2.3cü bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır, 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı elektron qaimə vasitəsi ilə qeyd edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir, 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 il müddətinə qüvvədədir. Sözügedən müqavilə üzrə o, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehə texniki təmir xidmətləri göstərmiş, lakin cavabdeh (sifarişçi) müqavilə üzrə ona göstərilən xidmətlərin haqqını ödəməmişdir. Həmin müqavilə əsasında cavabdehə ##.##.2023-cü il tarixində 2723,27 manatlıq xidmət göstərmiş, bununla bağlı cavabdehə ##.##.2023-cü il tarixində RBDU seriyalı, ****** nömrəli 2723,27 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı qaydada müraciət etməyinə baxmayaraq, o borcunu ödəməmişdir.
6. Cavabdehin nümayəndəsi tərəfindən iddia tələbinə qarşı yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, **/** nömrəli ##.##.2023-cü il tarixli müqavilədəki imza cavabdehə məxsus deyil, müqavilə iddiaçı tərəfindən saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Bundan başqa, müqavilə bağlanmış olsaydı belə, iddiaçı müqavilənin 3.2.4- cü bəndinə əsasən iddiaçı avtomobil texniki təmir xidmətini cavabdehə təhvil verməli idi, lakin iddiaçı bununla bağlı hər hansı bir sübut (təhvil-təslim aktı) təqdim etməmişdir.
7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayarq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə etirazının məzmununa uyğun izahat verərək iddianın əsassız olduğunu bildirmişdir.
8. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli rəyində göstərilmişdir ki, ##.##.2023-cü il tarixli “Avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında” **/** saylı müqavilədə “Sifarişçi” qrafasında X1 yazısının qarşısındaki imza X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, X2 100 (yüz) manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
X1 nümayəndəsi etirazında ümumiyyətlə iddiaçı ilə aralarında heç bir müqavilə bağlanmadığını, müqavilənin cavabdeh tərəfindən imzalanmadığını, müqavilədə cavabdehin imzasının saxtalaşdırıldıını bildirmişdir. Beləliklə görünür ki, ümumiyyətlə tərəflər arasında müqavilə münasibətlərinin olub-olmaması işin mübahisəli halını təşkil etmişdir. Həmin hala aydınlıq gətirilməsi məqsəsilə caavbdeh vəsatətləri ilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixli avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında **/** saylı müqavilədə "Sifarişçi” qrafasında X1 yazısının qarşısındaki imza X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
Məhkəmənin ekspert rəyləri ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
İddiaçı ekspertiza rəyi məhkəmə daxil olduqdan sonra ərizəsində bildirir ki, müqavilədə imzanın cavabdehə məxus olmaması onlar arasında müqavilənin və işgüzar münasibətlərin olmaması anlamına gəlmir. Müqavilə şifahi də bağlana bilər. Elektron qaimə elə müqvailəyə bərabərdir. Bundan əlavə elektron sistemə əlavə edilmiş iddiaçının təsisşisi olduğu MMC-lərlə cavabdeh arasında olan məhkəmə mübahisələri və sistemə yüklənmiş qətnamələrdə iddiaçı və cavabdeh tərəfindən kommersiya işlərinə əlavə edilmiş iş materiallarında olan sənədlərlə və məhkəmələrin istinad etdiyi sübütlarla tərəflər arasında çoxsaylı işgüzar münasibətlərin olduğuna dələalət edir.
Cavabdeh bildirir ki, ##.##.2023-cü il tarixli **/** saylı müqavilədəki imza cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən imza edilmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı məhkəməyə saxta sənəd təqdim etmişdir. Elektron qaimənin vurulması həmin borcun cavabdeh tərəfindən etiraf edilməsi kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən bu işin digər halları ilə araşdırılmalıdır. Əgər cavabdeh həmin e-qaimə üzrə hər hansı ödəniş etmiş olsaydı, o zaman iddianın etirafı kimi qəbul edilə bilərdi. Lakin cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, hər hansı müqaviləni imzalamamış və borc olmadığına görə də heç bir ödəniş etməmişdir.
İddiaçı tərəflər arasında müqavilə münasibətinin olmasını və həmin müqavilə əsasında cavabdehin borcunun yarandığını tərəfindən təqdim olunmuş ##.##.2023-cü il tarixli **/** saylı müqaviləyə istinad etsə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, adıçəkilən müqavilədəki imza cavabdeh X1 tərəfindən icra edilməmişdir. Həmçinin iddiaçı tərəfindən müqavilədən başqa digər heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə verilmiş ərizədə, tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli müqavilədə imzanın cavabdehə aid olmaması, tərəflər arasında şifahi müqavilə münasibətlərinin olmasının istisna etməməsi barədə arqumenti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 443.1-ci, 448.1-ci, 752.1-ci, 753.3-cü maddələrinə istinad etmişdir.
12. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
14. Cavabdehin vəkili ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını, iddiaçının vəkili ərizə ünvanlayaraq iclasın təxirə salınmasını xahiş etmişlər.
15. İşin halları və şikayətin dəlillərinə işdə olan sübutlar əsasında qiymət verilməsinin mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
35. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
36. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
37. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
38. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
39. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Apellyasiya baxışının həddi
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
43. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
44. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
45. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 23, 24) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin (xidmətin) icrasının həyata keçirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür.
46. İddiaçı cavabdehə ## ###### 2023-cü il tarixli “Avtomobil texniki təmir xidmətlərinin göstərilməsi haqqında” **/** nömrəli müqavilə üzrə xidmət göstərdiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir.
47. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 26-29).
48. Kollegiya həmçinin qeyd edir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar). Göründüyü kimi, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən xidmətin göstərilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrıayrılıqda
49. deyil, birgə qiymət verməlidirlər.
50. İşin hallarından görünür ki, iddiaçı tərəfindən işin həqiqtən görüldüyünə dair sübutlar (təhvil-təslim aktı və s.) təqdim olunmamışdır.
51. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Səməd Cəfərov