Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-358/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” PHŞ-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, avans ödənişi, sübutetmə) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı “xxxx” PHŞ-nin nümayəndəsi (vəkili) vəkil1, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil2 iştirakları ilə iddiaçı “xxxx” PHŞ-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Iddiaçı “xxxx” PHŞ (“sifarişçi”) ilə cavabdeh Cavabdeh MMC (“icraçı”) arasında ## ###### 2023-cü il tarixli satınalma müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə Işlərin yerinə yetirilməsi zamanı icraçı tərəflərin müqavilədə razılaşdırmadığı hər hansı bir iş aşkar etdikdə və bununla əlaqədar ödəniləcək muzdun miqdarında dəyişiklik edilməli olduqda o, həmin işi icra etməzdən əvvəl bu barədə qabaqcadan Sifarişçiyə əsaslandırılmış formada məlumat verməlidir. - 1.2-ci bəndinə əsasən müqavilənin icrası zamanı Sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb etdikdə Tərəflər həmin işlərin görülməsinə görə muzd ödənilib ödənilməyəcəyini, əgər muzd ödəniləcəksə onun miqdarını əvvəlcədən razılaşdırılmalıdırlar. - 3.4-cü bəndinə əsasən icraçı tərəfindən müqavilə ilə razılaşdırımış müddət ərzində layihə razılaşdırılmış qaydada təhvil verilməzsə, Sifarişçinin gecikən hər gün üzrə Icraçıya müqavilənin ümumi dəyərinin 0.1 % həcmində cərimə tətbiq etmək hüququ vardır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
2. “xxxx” PHŞ ilə Cavabdeh MMC arasında ## ###### 2023- cü tarixli Müqaviləyə ##.##.2024-cü il tarixli ** saylı Əlavə imzalanmışdır. Həmin Əlavənin: 1-ci bəndinə əsasən Bu razılaşma ilə Tərəflər ## ###### 2023-cü il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma Müqaviləsi” üzrə müqavilənin icra müddətinin ## #### 2025-ci il tarixinədək uzadılmasını qəbul edir. 2-ci bəndinə əsasən Tərəflər razılaşır ki, ## ###### 2023-cü i! tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma Müqaviləsinin icrası zamanı obyektiv səbəblərə görə, yəni Şuşa şəhərində beynəlxalq və dövlət səviyyəli tədbirlər, səfərlər zamanı təhlükəsizlik məqsədi ilə Şuşa şəhərində tikinti və yenidənqurma Işlərinin müvəqqəti dayandırılmasına səbəb olmuşdur. Eyni zamanda FD10 layihəsi icra edilərkən layihə dəyişiklikləri ilə bağlı təkrar ekspertizaya müraciət edilməsi və həmin nəzərə alınmayan Işlərin icrası vaxt itkisinə səbəb olmuşdur ki, Müqavilənin 21-ci bəndinin tələblərinə uyğun olaraq Qarşısı alınmaz qüvvələrin təsirini nəzərə alaraq layihənin icra müddəti ## #### 2025-cü il tarixədək uzadılmalıdır. 3-cü bəndinə əsasən Icraçı ##.##.2024-cü il tarixədək müqavilənin uzadılması müddətini əhatə edən avans və icra qarantiyasını təqdim edilməsi öhdəliyini qəbul edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
3. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 99444.45 manat köçürülmüşdür .
4. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 119939.51 manat köçürülmüşdür .
5. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 21589.11 manat köçürülmüşdür .
6. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 152500 manat köçürülmüşdür .
7. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 150000 manat köçürülmüşdür .
8. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 357000 manat köçürülmüşdür .
9. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 34219.72 manat köçürülmüşdür .
10. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 500000 manat köçürülmüşdür .
11. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 108078.49 manat köçürülmüşdür .
12. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 221761.37 manat köçürülmüşdür .
13. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 45000 manat köçürülmüşdür .
14. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 202743.31 manat köçürülmüşdür.
15. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 146292.5 manat köçürülmüşdür.
16. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 99444.45 manat köçürülmüşdür.
17. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 99331.38 manat köçürülmüşdür.
18. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq olunur ki, iddiaçı tərəfindən “Arbitrium” vəkil bürosunun hesabına 1280 manat köçürülmüşdür.
19. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli PB-OUT-*****-**** saylı məktubu ilə təsdiq edilir ki, “xxxx” ASC iddiaçı tərəfindən icra edilməli olan öhdəliklər üzrə cavabdeh qarşısında icra qarantiyası verilmişdir.
20. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli PB-OUT-*****-**** saylı məktubu ilə təsdiq edilir ki, “xxxx” ASC iddiaçı tərəfindən icra edilməli olan öhdəliklər üzrə cavabdeh qarşısında avans ödənişi qarantiyası verilmişdir.
21. Cavabdeh tərəfindən iddiaçıya MT2408 ******* saylı ##.##.2024-cü il tarixli 178715.53 manat, MT2406 ******** saylı ##.##.2024-cü il tarixli 188704.8212 manat,EBDU ****** nömrəli ##.##.2023-cü il tarixli 840505.69 manat, EBDY ****** nömrəli ##.##.2024-cü il tarixli 17043.49 manat, EBEA ****** nömrəli ##.##.2024-cü il tarixli 419704.56 manat, EBEB ****** nömrəli ##.##.2024-cü il tarixli 318982.80 manat, EBEC ****** nömrəli ##.##.2024-cü il tarixli 230166.86 manat, MT2409 ******** saylı ##.##.2024-cü il tarixli 156281.3712 manat elektron qaimələr göndərilmişdir.
22. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2024-cü ilin yanvar ayına cavabdeh tərəfindən iddiaçıya 170043.49 manat məbləğində işlər görülmüşdür.
23. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2024-cü ilin yanvar ayına cavabdeh tərəfindən iddiaçıya 170043.49 manat məbləğində işlər görülmüşdür.
24. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2024-cü ilin fevral ayına cavabdeh tərəfindən iddiaçıya 419704.56 manat məbləğində işlər görülmüşdür.
25. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2024-cü ilin fevral ayına cavabdeh tərəfindən iddiaçıya 419704.56 manat məbləğində işlər görülmüşdür.
26. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2024-cü ilin mart ayına cavabdeh tərəfindən iddiaçıya 318982.80 manat məbləğində işlər görülmüşdür.
27. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2024-cü ilin mart ayına cavabdeh tərəfindən iddiaçıya 318982.80 manat məbləğində işlər görülmüşdür.
28. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2024-cü ilin iyul ayına cavabdeh tərəfindən iddiaçıya 178715.53 manat məbləğində işlər görülmüşdür.
29. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2024-cü ilin iyul ayına cavabdeh tərəfindən iddiaçıya 178715.53 manat məbləğində işlər görülmüşdür.
30. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2023-cü ilin avqust ayına cavabdeh tərəfindən iddiaçıya 156281.37 manat məbləğində işlər görülmüşdür.
31. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2023-cü ilin avqust ayına cavabdeh tərəfindən iddiaçıya 156281.37 manat məbləğində işlər görülmüşdür.
32. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2024-cü ilin iyun ayına cavabdeh tərəfindən iddiaçıya 188704.82 manat məbləğində işlər görülmüşdür.
33. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2024-cü ilin iyun ayına cavabdeh tərəfindən iddiaçıya 188704.82 manat məbləğində işlər görülmüşdür.
34. Iddiaçı tərəfindən verilmiş Forma 3 aktına əsasən 2023-cü ilin noyabr ayına cavabdeh tərəfindən iddiaçıya 840505.70 manat məbləğində işlər görülmüşdür.
35. Iddiaçı tərəfindən verilmiş Forma 2 aktına əsasən 2023-cü ilin noyabr ayına cavabdeh tərəfindən iddiaçıya 840505.70 manat məbləğində işlər görülmüşdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
36. Iddiaçı “xxxx” PHŞ-nin (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı "xxxx" Publik hüquqi şəxsin xeyrinə 674 796, 72 AZN (ƏDV daxil) məbləğində qalıq avans vəsaitinin geri qaytarılması və iddianın təmin olunması ilə əlaqədar dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Cavabdeh MMC (VÖEN19: 00014631) ilə "xxxx” publik hüquqi şəxs (VÖEN:**********) arasında ##.##.2023-cü il tarixində Şuşa şəhəri, mərkəzi küçə ərazisində yerləşən FD-** nömrəli yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən, Icraçıya 1 300 595,96 (bir milyon üç yüz min beş yüz doxsan beş manat, doxsan altı qəpik) AZN (ƏDV daxil) avans ödənişi edilmişdir. Müqavilənin 13.2-ci bəndinə əsasən, avans yalnız müqavilənin icrası ilə bağlı məqsədlərəavadanlıq, qurğu, materialların alınması və onların səfərbər edilməsi üçün istifadə edilməli idi. Icraçı avansın istifadəsini müvafiq sənədlərlə əsaslandırmalı və onların surətlərini Sifarişçiyə təqdim etməli idi. Eyni zamanda, müqavilənin * nömrəli əlavəsinin (xüsusi şərtlər) 2.6-cı bəndinə əsasən, Icraçı müqavilənin imzalandığı tarixdən 10 ay ərzində bu işlər üçün nəzərdə tutulmuş yüksək keyfiyətdə yerinə yetirilməsini təmin etməli idi. Lakin müqavilə müddətinin uzadılmasına baxmayaraq müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iş həcmləri cədvəlinin bir çox bölmələri üzrə faktiki iş görülməmiş və təqdim edilmiş avans müqaviləyə uyğun əsaslandırılmamışdır. Bu səbəbdən, 674 796, 72 AZN (ƏDV daxil) məbləğində avansın geri qaytarılması ilə bağlı Cavabdeh MMC-yə 5 (beş) iş günü müddətli pretenziya məktubu göndərilmişdir. Lakin qarşı tərəf göstərilən müddətdə tələbi yerinə yetirməmiş və məbləği könüllü qaydada ödəməmişdir.
38. Iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindəinddiaçı "xxxx" Publik hüquqi şəxsin xeyrinə 674 796, 72 AZN (ƏDV daxil) məbləğində qalıq avans vəsaitinin geri qaytarılması və 964.8 manat dövlət rüsumu, 2560 manat vəkil xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Cavabdeh MMC (VÖEN:**********) ilə "xxxx” publik hüquqi şəxs (VÖEN:**********) arasında ##.##.2023-cü il tarixində Şuşa şəhəri, mərkəzi küçə ərazisində yerləşən FD-** nömrəli yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmışdır. Müqavilənin ümumi dəyəri 5 202 383,85 (beş milyon iki yüz iki min üç yüz səksən üç manat, 85 qəpik) AZN təşkil etmişdir. Müqavilə üzrə Sifarişçi "xxxx” Publik hüquqi şəxsi tərəfindən Cavadehə 1 300 631,28 (bir milyon üç yüz min altı yüz otuz bir manat, 28 qəpik) AZN (ƏDV daxil) avans ödənişi edilmişdir. Tərəflər arasında cəmi dəyəri 2 503 105 (iki milyon beş yüz üç min yüz beş) AZN olan işlərin icrası ilə bağlı təhvil-təslim aktı imzalanmışdır. Eyni zamanda bu yuxarıda qeyd edilən təsdiq edilmiş işlər üzrə tutulmasız icra edilən ödənişlərin cəmi dəyəri 1 877 270,98 (bir milyon səkkiz yüz yetmiş yeddi min iki yüz yetmiş) AZN təşkil edir. Beləliklə, Iddiaçı tərəfindən Cavabdehə cəmi 3 177 902,26 (üç milyon yüz yetmiş yeddi min doxsan iki manat 26 qəpik) AZN ödəniş icra edilmişdir. Təsdiq edilmiş işlərə görə isə ödənişlərdən tutulmuş cəmi avansın dəyəri 625 843,56 (altı yüz iyirmi beş min səkkiz yüz qırx üç manat 56 qəpik) AZN, ödənilmiş və tutulmamış avans qalığının dəyəri isə 674 796,72 (altı yüz yetmiş dörd min yeddi yüz doxsan altı manat 72 qəpik) AZN təşkil edir. Müqavilənin 13.2-ci bəndinə əsasən, avans yalnız müqavilənin icrası ilə bağlı məqsədlərə-avadanlıq, qurğu, materialların alınması və onların səfərbər edilməsi üçün istifadə edilməli idi. Icraçı avansın istifadəsini müvafiq sənədlərlə əsaslandırmalı və onların surətlərini Sifarişçiyə təqdim etməli idi. Eyni zamanda, müqavilənin * nömrəli əlavəsinin (xüsusi şərtlər) 2.6-cı bəndinə əsasən, Icraçı müqavilənin imzalandığı tarixdən 10 ay ərzində işləri yüksək keyfiyyətlə yerinə yetirməli və görülən işlərə 24 ay zəmanət verməli idi. Lakin müqavilə müddətinin üç dəfə uzadılmasına baxmayaraq müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iş həcmləri cədvəlinin bir çox bölmələri üzrə faktiki iş görülməmiş və təqdim edilmiş avans müqaviləyə uyğun əsaslandırılmamışdır. Bu səbəbdən, 674 796,72 AZN (ƏDV daxil) məbləğində avansın geri qaytarılması ilə bağlı Cavabdeh MMC-yə 5 (beş) iş günü müddətli pretenziya məktubu göndərilmişdir. Lakin qarşı tərəf göstərilən müddətdə tələbi yerinə yetirməmiş və məbləği könüllü qaydada ödəməmişdir.
40. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
42. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
43. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 674 796, 72 manat məbləğində borc, 500 manat vəkilə ödənilmiş xidmət haqqı və 964.8 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
44. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
44.1. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx” publik hüquqi şəxs ilə cavabdeh Cavabdeh MMC arasında satınalma müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Iddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cavabdehə 1 300 595,96 manat məbləğində avans ödəniş etmiş, lakin buna baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəlikləri laiqincə icra etməmiş, iddiaçıya müqavilə üzrə nəzərdə tutulan işləri natamam icra etmiş və nəticədə iddiaçıya 674 796, 72 manat (ƏDV daxil) məbləğində borcu yaranmışdır. 44.2. Cavabdeh Cavabdeh MMC ilə "xxxx” publik hüquqi şəxs arasında ##.##.2023-cü il tarixində Şuşa şəhəri, mərkəzi küçə ərazisində yerləşən FD** nömrəli yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmışdır. Müqavilənin ümumi dəyəri 5 202 383,85 manat təşkil etmişdir. Müqavilə üzrə Sifarişçi "xxxx” Publik hüquqi şəxsi tərəfindən Cavadehə 1 300 631,28 manat (ƏDV daxil) avans ödənişi edilmişdir. 44.3. Işin məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunan hallarıdan görünür ki, tərəflər arasında cəmi dəyəri 2 503 105 manat olan işlərin icrası ilə bağlı təhviltəslim aktı imzalanmışdır. Eyni zamanda bu yuxarıda qeyd edilən təsdiq edilmiş işlər üzrə tutulmasız icra edilən ödənişlərin cəmi dəyəri 1 877 270,98 manat təşkil edir. Beləliklə, Iddiaçı tərəfindən Cavabdehə cəmi 3 177 902,26 manat ödəniş icra edilmişdir. Təsdiq edilmiş işlərə görə isə ödənişlərdən tutulmuş cəmi avansın dəyəri 625 843,56 manat, ödənilmiş və tutulmamış avans qalığının dəyəri isə 674 796,72 manat təşkil edir. 44.4. Müqavilənin 13.2-ci bəndinə əsasən, avans yalnız müqavilənin icrası ilə bağlı məqsədlərə-avadanlıq, qurğu, materialların alınması və onların səfərbər edilməsi üçün istifadə edilməli idi. Icraçı avansın istifadəsini müvafiq sənədlərlə əsaslandırmalı və onların surətlərini Sifarişçiyə təqdim etməli idi. 44.5. Eyni zamanda, müqavilənin * nömrəli əlavəsinin (xüsusi şərtlər) 2.6-cı bəndinə əsasən, Icraçı müqavilənin imzalandığı tarixdən 10 ay ərzində işləri yüksək keyfiyyətlə yerinə yetirməli və görülən işlərə 24 ay zəmanət verməli idi. Lakin müqavilə müddətinin üç dəfə uzadılmasına baxmayaraq müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, iş həcmləri cədvəlinin bir çox bölmələri üzrə faktiki iş görülməmiş və təqdim edilmiş avans müqaviləyə uyğun əsaslandırılmamışdır. 44.6. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçıya tərəfindən ödənilmiş vəsaitə – 674 796, 72 manat məbləğində pul vəsaitini - uyğun olaraq işlər görməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh Cavabdeh MMC-dən uyğun olaraq mallar təqdim etməməklə 674 796, 72 manat məbləğində əsas borc pul tutularaq "xxxx” publik hüquqi şəxsinə ödənilməlidir. 44.7. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. 44.8. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 964.8 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. 44.9. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 964.8 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
45. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 404, 458.1, 752.1, 753.1-ci maddələrinə istinad etmişdir.
46. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinə düzəliş edilmiş, qətnamənin qət etdi hissəsində “Cavabdeh Cavabdeh MMCdən 674 796, 72 manat məbləğində borc, 500 manat vəkilə ödənilmiş xidmət haqqı və 964.8 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin” ifadəsinin “Cavabdeh Cavabdeh MMC-dən 674 796, 72 manat məbləğində borc, 500 manat vəkilə ödənilmiş xidmət haqqı və 964.8 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” PHŞ-nin xeyrinə ödənilsin” kimi oxunması qərara alınmışdır.
47. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: ”müqavilələrdə nəzərdə tutulmayan və xxxx MMC tərəfindən əlavə görülən işlər hazırki vaxta kimi müqavilənin iş həcminə salınmamış və həmin əlavə işlərlə bağlı ödənişlər edilməmişdir. Göründüyü kimi sifarişçidən irəli gələn səbəblərə görə qeyd olunan lahiyələr üzrə işlərin icrası ləngimişdir. Görülmüş işlərin 90 faizi bitmişdir. Danışıqlar əsasında aparılan fasad emusiya ilə deyil sonradan dəyişdirilərək Şuşa daşları ilə əvəz olunmuşdur. Əlavə olaraq plastik pəncərə deyil aliminium pəncərə ilə əvəz olunmuşdur ki, həmin işlərin görülməsi təyin olunmuş məbləğdən qat-qat baha başa gəlmişdir. Eyni zamanda 400000 manat məbləğində havalandırma işləri və dam örtüyü keramika ilə məbləğində havalandırma işləri və dam örtüyü keramika ilə deyil profnastil ilə görülərək başa çatdırılsa da iddiaçı tərəfindən bu hallar gizlədilərək məhkəmdən yayındırılmışdır. Həmçinin həmin malların daşınması həyata keçirilmiş və bu halları briqada rəhbəri olaraq Elşad və digər işçilər təstiq edəcək. Sifarişçi tərəfindən qeyd etdiyim hallar nəzərə alınmaması hər hansı tədbir görülməməsi o cümlədən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən Cavabdeh MMC-yə zərər dəymişdir. Məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin olunmalı olduğu halda təyin edilməmişdir. Hansı ki, xüsusi bilik tələb olunur və həmin xüsusatların təsdiq edilməsi yalnız ekspertiza rəyi ilə əldə olunur. Əlavə olaraq Cavabdeh MMC tərəfindən alınan 367025,20 manatlıq tikinti materialları Şuşa Qoruğunun ərazisində girov olaraq saxlanılıb və bununla bağlı video görüntü mövcuddur. Qeyd edilən maddələrin tələbləri pozulmuşdur, çünki məhkəmə əvvəlki qətnamənin yalnız mövcudluğunu əsas gətirməklə, yeni təqdim olunmuş dəlilləri nəzərə almamış, çəkişmə şəraitində araşdırma aparmamış, tərəflərə bu hissənin ayrıca qiymətləndirilməsi üçün imkan verməmişdir.”
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
48. Iddiaçı apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək şikayətin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışı, verilən izahat
49. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
50. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
52. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
53. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
57. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
58. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
59. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
60. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
61. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
62. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
63. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
64. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
65. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
66. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
67. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
68. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.
69. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.
70. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
71. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
74. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
79. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya baxışının həddi
80. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
82. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, apellyator apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmiş, iddianın qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
83. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
84. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
85. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
86. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
87. Işin faktiki hallarından görünür ki, tərəflər arasında ##.##.2023-cü il tarixində Şuşa şəhəri, mərkəzi küçə ərazisində yerləşən FD-** nömrəli yaşayış binasının tikintisi işlərinin satınalınması üzrə mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, müqaviləyə ##.##.2024-cü il tarixli ** saylı Əlavə imzalanmış və müqavilələrin şərtlərindən görünür ki, cavabdeh işlərin görülməsi barədə öhdəlik qəbul etmiş, iddiaçı isə sifarişçi kimi həmin işlərin görülməsinə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.
88. Iddiaçının iddia tələb(lər)ini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat (xidmət) müqaviləsi ilə bağlı müddəaları (§ 62-69) nəzərdən keçirilə bilər - müqavilənin şərtləri və faktiki icra mexanizmi göstərir ki, tərəflər arasında yaranmış münasibətlər malların sadə alqısatqısından deyil, müəyyən nəticənin əldə olunmasına yönəlmiş işlərin yerinə yetirilməsini nəzərdə tutan podrat münasibətləridir.
89. Bu baxımdan nəzərə alınmalıdır ki, işin görülməsi üçün podratçıya verdiyi pul vəsaitinin məbləğini və işlərin natamam yerinə yetirildiyini sübutetmə yükü iddiaçının, yerinə yetirdiyi işlərin həcmini, keyfiyyətini və müqavilə şərtlərinə uyğun olaraq tam icra edildiyi ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
90. Iddiaçı tərəfindən cavabdeh şirkətə avans ödənişi qismində 1.300.595,96 manat ödənildiyi işin mübahisələndirilməyən halıdır – buna görə də iddiaçı həmin hissədə sübutetmə yükündən ümumiyyətlə azad hesab olunur.
91. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi vacib hesab edir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXIV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il ## #### tarixli */**** nömrəli Qərardadının 49-51-ci bəndləri)
92. Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin 13.2-ci bəndinə əsasən Sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün Icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 25 faizindən çox olmamaqla avans ödəyə bilər. Avansın alınması üçün Icraçı tərəfindən Sifarişçiyə avansın ümumi həcmindən az olmayan məbləğdə Azərbaycan Respublikasının ilk onluqda reytinqli banklarından bank təminatı təqdim olunmalıdır. Icraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. Avans ödənişi üçün verilən təminat avans qaytarılanadək qüvvədə qalır, onun məbləği isə görülən işlərin yerinə yetirilməsi ilə azaldıla bilər. Icraçı avansın müqavilə ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi (avadanlıqların, qurğuların, materialların və s. satın alınması və xərclərin ödənilməsi) üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədləri Sifarişçiyə təqdim etməlidir.
93. Bu kontekstdə kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmənin predmetini avans ödənişindən satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə edilib-edilməməsi təşkil edir.
94. Iş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli hesab-fakturalara (eyni zamanda Forma-2 aktları, yerinə yetirilmiş podrat işlərinin dəyəri barədə arayışı) əsasən təsdiq edilmiş işlərə görə ödənişlərdən tutulmuş avansın ümumi dəyəri 501.301,69 manat təşkil edir.
95. Bu halda kollegiya qeyd edir ki, cavabdeh qalıq avans məbləğinin təyinatı üzrə istifadə edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi ilə nəzərdə tutulmuş sübutetmə vəzifəsini icra etməmişdir.
96. Mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.1
97. Kollegiya qeyd edir ki, sifarişçi (hazırkı halda iddiaçı) yerinə yetirilməyən işə görə podratçıya (hazırkı halda cavabdehə) ödədiyi haqqı avansın qalıq dəyərini (hazırkı halda 799.244,27manat) tələb etməyə haqlıdır.
98. Eyni zamanda kollegiya qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə ki, iş materiallarına əsasən təyinatı üzrə istifadə edilməmiş avans məbləği 799.244,27 manat müəyyən edilsə də, iddia ərizəsi ilə tələb edilən məbləğdən çox olduğundan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən tutulmalı qalıq avans məbləği 674.796,72 manat təşkil edir.
99. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müqavilə üzrə işlərin məhz şuşa daşları ilə görülməsi nəzərdə tutulmuş, işlərin dəyəri də həmin şərtlər əsasında müəyyən edilmişdir. Eyni zamanda iş üzrə tərtib olunmuş təhvil-təslim aktından görünür ki, pəncərələr cavabdeh tərəfindən layihədə nəzərdə tutulmuş materialdan fərqli olaraq PVX materialdan təhvil verilmişdir.
100. Bundan əlavə apellyatorun yerinə yetirildiyi iddia edilən əlavə işlərin və ya material dəyişikliklərinin mövcudluğunu və cavabdeh tərəfindən icra edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
101. Eyni zamanda, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş * saylı əlavəyə (xüsusi şərtlərə) əsasən, müqavilə üzrə işlərin həcmi, növü və dəyəri əvvəlcədən müəyyən edilmişdir.
102. Belə ki, qeyd edilən əlavənin müvafiq bəndlərinə əsasən, müqavilədə nəzərdə tutulmayan əlavə işlərin yerinə yetirilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və əvvəlcədən razılaşdırılmaqla mümkün hesab olunur.
103. Lakin iş materiallarında cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi barədə tərəflər arasında hər hansı razılaşmanın əldə edildiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilibgöstərilməməsi
104. qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə)
1 Ali Məhkəmə, Iş № 2-2(102)-573/2023
(https://sc.supremecourt.gov.az/decision-search/ ) § 61 imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
105. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
106. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsində mülki mühakimə icraatında ondan gözlənilən prosessual maraq göstərməmiş– iddia tələbinə etiraz təqdim etməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməmişdir.
107. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
108. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
109. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.