Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-2(3-7)-28/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı “X1” MMC-nin direktoru qanuni nümayəndə1, MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 və cavabdeh Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə3 iştirakı ilə Iddiaçı “X1” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı “X1” MMC cavabdeh Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ödənilməli olan 13140 ay abunə borcu 78840 manat, cəmi borcu 78840 manat və məhkəmə xərclərinə görə ödənilmiş 326 manat 52 qəpiyin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı “X1” MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ramiq Qələndərzadə) iddianın rədd edilməsi; Iddia rədd edildiyi üçün ödənilmiş 326,52 (üç yüz iyirmi altı manat əlli iki qəpik) manat dövlət rüsumunun iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Iddiaçı “X1” MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məsələnin həlli barədə öz aralarında razılığa gəldiklərini və barışıq sazişi bağladıqlarını bildirməklə sazişin təsdiq olunmasını və işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəməyə təqdim edilmiş ## ##### 2026-cı il tarixli barışıq sazişinə görə, 1. Iddiaçı “X1” MMC tərəfindən təmin edilmiş və bu barışıq sazişi imzalanan tarixədək Cavabdeh MMCnin vergi balansında olan “Merkuri 130F-01”, “Merkuri 150F-01” markalı və bununla məhdudlaşmayan bütün digər tipli nəzarət-kassa aparatları üzrə vergi qeydiyyatından çıxarılma aktlarının ##.##.2026-cı il tarixədək cavabdeh Cavabdeh MMC-yə təqdim edilməsini öz öhdəsinə götürür; 2. Cavabdeh Cavabdeh MMC yuxarıda göstərilən nəzarət-kassa aparatları üzrə xidmət haqqına və vergi qeydiyyatından çıxarılması ilə bağlı təqdim olunacaq aktların dövlət rüsumuna görə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin bank köçürülməsi qaydasında iddiaçı “X1” MMC-yə ödəniş edilməsini öz öhdəsinə götürür; 3. Ödəniş məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və bununla bağlı məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra 10 iş günü müddətində həyata keçiriləcəkdir; 4. Bu barışıq sazişi imzalandıqdan və saziş üzrə öhdəliklər yerinə yetirildikdən sonra iddiaçı tərəfindən cavabdehə qarşı heç bir iddia və tələb irəli sürülməyəcək; 5. Barışıq sazişi imzalandığı andan qanuni qüvvəyə minir (barışıq sazişi iddiaçı “X1” MMC və cavabdeh Cavabdeh MMC-nin səlahiyyətli subyektləri tərəfindən imzalanmışdır). Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. MPM-nin 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370-ci maddəsinə görə isə, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-nin 52.3, 52.5 və 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, tərəflər barışıq sazişi bağlama barədə iradə ifadələrini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmişlər. Barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Tərəflərə izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 52, 191, 261.0.4, 263-264, 370, 402.2 və 405.0.2 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı “X1” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Iddiaçı “X1” MMC tərəfindən təmin edilmiş və bu barışıq sazişi imzalanan tarixədək Cavabdeh MMC-nin vergi balansında olan “Merkuri 130F-01”, “Merkuri 150F-01” markalı və bununla məhdudlaşmayan bütün digər tipli nəzarət-kassa aparatları üzrə vergi qeydiyyatından çıxarılma aktlarının ##.##.2026-cı il tarixədək cavabdeh Cavabdeh MMC-yə təqdim edilməsini öz öhdəsinə götürür;
2. Cavabdeh Cavabdeh MMC yuxarıda göstərilən nəzarət-kassa aparatları üzrə xidmət haqqına və vergi qeydiyyatından çıxarılması ilə bağlı təqdim olunacaq aktların dövlət rüsumuna görə 35000 (otuz beş min) manat məbləğində pul vəsaitinin bank köçürülməsi qaydasında iddiaçı “X1” MMC-yə ödəniş edilməsini öz öhdəsinə götürür;
3. Ödəniş məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və bununla bağlı məhkəmə qərardadı qanuni qüvvəyə mindikdən sonra 10 iş günü müddətində həyata keçiriləcəkdir;
4. Bu barışıq sazişi imzalandıqdan və saziş üzrə öhdəliklər yerinə yetirildikdən sonra iddiaçı tərəfindən cavabdehə qarşı heç bir iddia və tələb irəli sürülməyəcək;
5. Barışıq sazişi imzalandığı andan qanuni qüvvəyə minir. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.